Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə»yə müvafiq olaraq, mərkəzi icra hakimiyyəti orqanları və normativ xarakterli aktlar qəbul edən orqanlar tərəfindən Dövlət Reyestrinə daxil edilməyən hüquqi aktların tətbiqi ilə bağlı məlumat əldə edildikdə, Ədliyyə Nazirliyi bu aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunması barədə onları qəbul etmiş orqanlara müraciət edir.

Bu müraciət yerinə yetirilmədikdə, Dövlət Reyestrinə daxil edilmədən tətbiq edilən, habelə keçirilmiş məcburi hüquqi ekspertiza nəticəsində rədd edilmiş və ya yenidən işlənilmək üçün onu qəbul etmiş orqana qaytarılmış, eləcə də qanunvericiliklə nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyinə, yaxud aidiyyəti orqanlarla razılaşdırılması (vizalanması) haqqında məlumatı əks etdirən sənədlər təqdim edilməməsinə görə Dövlət Reyestrinə daxil edilməsindən imtina olunmuş və müəyyən edilmiş müddətdə ləğv edilməyən hüquqi aktların qüvvəsinin olmaması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən Dövlət Reyestrinin internet informasiya ehtiyatında dərc edilir.

 
N
Sənədin adı
Qəbul edən qurum
Qəbul edilmə tarixi və qeydiyyat nömrəsi
Ləğv edilmə tarixi və qeydiyyat nömrəsi
1Tibbi profilaktik müayinələrin təkmilləşdirilməsi haqqındaAzərbaycan Respublikasının Səhiyyə Nazirliyi23.01.1998 / 13 
2“Təsərrüfat (iqtisadi) fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar dövlət ekoloji ekspertizası rəyinin verilməsi üzrə inzibati reqlament” (1 nömrəli əlavə)Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi17.04.2013 / 01-Q 
3“Sudan xüsusi istifadəyə icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (6 nömrəli əlavə)Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi17.04.2013 / 01-Q 
4“Ekoloji və normativ sənədlərin razılaşdırılması və təsdiq edilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (7 nömrəli əlavə)Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi17.04.2013 / 01-Q 
5“Meşə fonduna daxil olmayan yaşıllıqların istifadəsi, mühafizəsi və qorunması ilə əlaqədar rəyin verilməsi üzrə inzibati reqlament” (8 nömrəli əlavə)Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi17.04.2013 / 01-Q 
6“Meşə məhsulları və dərman bitkilərinin onlayn satışı üzrə inzibati reqlament” (14 nömrəli əlavə)Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi17.04.2013 / 01-Q 
7Salyan rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltifetmə QaydasıSalyan rayon İcra Hakimiyyəti21.08.2013 / 01-q11.07.2014 / 01-S
8Kənd Təsərrüfatı Nazirliyi Mərkəzi Dequstasiya Komissiyasının ƏsasnaməsiAzərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi05.06.2014 / 10Q21.07.2014 / 110
9Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2011-ci il 22 dekabr tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi26.08.2014 / Q/03-1408.09.2014 / 02(L)-14
10“İnvestisiya qiymətli kağızların emissiyası Qaydaları”nda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi27.11.2014 / 11-q 
Səhifə 1 - 3 (30 sənəd)
Prev
[1]
2
3
Next