AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: KONSTİTUSİYA QANUNU
Qəbul edildiyi tarix: 29.07.1992
Qeydiyyat nömrəsi: 248
Adı: Amnistiya və bağışlama məsələlərinin həlli qaydası haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı № 14 Dərc olunma tarixi 31-07-1992 Maddə nömrəsi 570
Qüvvəyə minmə tarixi:
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu:
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 11199207290248
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix:


Amnistiya və bağışlama məsələlərinin həlli qaydası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinə əsaslanaraq, SSRİ-nin xitamı ilə əlaqədar 1992-ci il yanvarın 1-dək məhkum olunmuş şəxslər barəsində amnistiya və bağışlama məsələlərinin həlli qaydasını nizamlamaq məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Müəyyən edilsin ki, Azərbaycan Respublikasının amnistiya barədə qanunvericilik aktları və Azərbaycan Respublikası Prezidentinin bağışlama hüququ aşağıda göstərilən məhkumlara da şamil olunur:

1)    1992-ci il yanvarın 1-dək SSRİ və müttəfiq respublikaların məhkəmələri tərəfindən məhkum olunmuş və Azərbaycan Respublikası ərazisində cəza çəkənlərə;

2)    Bu Qanunun 1-ci bəndi ilə əhatə olunmayan:

a)   Azərbaycan Respublikası ərazisində SSRİ məhkəmələri tərəfindən məhkum olunanlara;

b)   yalnız Azərbaycan Respublikası ərazisində törədilmiş cinayətlərə görə işin aid olduğu bir məhkəmədən başqa məhkəməyə verilməsi qaydasında müttəfiq respublikaların məhkəmələri tərəfindən 1992-ci il yanvarın 1-dək məhkum olunanlara;

v)   digər müttəfiq respublikaların ərazisində törətdikləri cinayətlərə görə 1992-ci il yanvarın 1-dək müttəfiq respublikaların məhkəmələri tərəfindən məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı olan məhkumlara.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

 

Bakı şəhəri, 29 iyul 1992-ci il.

№ 248.