AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: KONSTİTUSİYA QANUNU
Qəbul edildiyi tarix: 15.01.1993
Qeydiyyat nömrəsi: 457
Adı: Varidata təminat verilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı № 01 Dərc olunma tarixi 20-01-1993 Maddə nömrəsi 20
Qüvvəyə minmə tarixi:
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu:
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 11199301150457
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix:


Varidata təminat verilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Bazar iqtisadiyyatına keçid dövründə Azərbaycan Respublikasının milli iqtisadiyyatı əsaslarının formalaşması üçün respublika ərazisində ayrı-ayrı şəxslərdə və qeyri-dövlət hüquqi şəxslərində olan puldan, valyutadan və digər varidatdan sərbəst istifadə olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:                                                       

Azərbaycan Respublikasında hər kəs və respublika ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxsləri onlarda olan daşınar və daşınmaz əmlakı; pulu, valyutanı və sair varidatı iki il müddətində izahat vermədən, deklarasiya və ya başqa sənəd təqdim etmədən istehsal, kommersiya fəaliyyəti və qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilərlər.

1.   Qanunla müəyyən edilən hallar istisna olmaqla, Azərbaycan Respublikasında hər kəsin və qeyri-dövlət hüquqi şəxslərinin varidatının toxunulmazlığına, məcburi şəkildə və zərər ödənilmədən Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilməyəcəyinə, müsadirə olunmayacağına tam təminat verilir.

2.   Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 15 yanvar 1993-cü il.

№ 457.