AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: KONSTİTUSİYA QANUNU
Qəbul edildiyi tarix: 13.12.2005
Qeydiyyat nömrəsi: 7-IIIKQD
Adı: Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu № 12 Dərc olunma tarixi 31-12-2005 Maddə nömrəsi 1078, Azərbaycan Qəzeti № 290 Dərc olunma tarixi 15-12-2005
Qüvvəyə minmə tarixi: 31.12.2005
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu:
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 11200512130007
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix:


Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsi ilə həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmiş məsələlərə əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin IV hissəsinə əsasən, aşağıdakı məsələlərin həll edilməsi Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aiddir:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi;

2. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin bir qisminin seçilməsi;

3. Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvlərinin bir qisminin seçilməsi;

4. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının üzvlərinin bir qisminin seçilməsi;

5. İctimai Televiziya və Radio Yayımları qurumunun Yayım Şurası üzvlərinin təyin edilməsi.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 dekabr 2005-ci il

                    № 7-IIIKQD