AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ BANKININ QƏRARI
Qəbul edildiyi tarix: 17.07.2012
Qeydiyyat nömrəsi: 18/3
Adı: “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 26.07.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 090.140.020
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 23201207170183
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 25.07.2012


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası»nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18.04.2012-ci il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.2-ci bənddə “tərtib oluna bilər” sözləri “tərtib olunur” sözləri ilə əvəz edilsin;

1.2. 4.2.1-ci yarımbəndin sonunda nöqtəli vergül işarəsi vergül işarəsi ilə əvəz edilsin və bəndin sonuna “və ya” sözləri artırılsın;

1.3. 7.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Qanunla nəzərdə tutulmuş hallarda Maliyyə Monitorinqi Xidməti həyata keçirilmiş əməliyyatlara dair məlumatların təqdim edilməsi barədə sorğu verdikdə, monitorinq subyektləri sorğuda başqa müddət nəzərdə tutulmayıbsa, məlumatları sorğunun alındığı gündən bir iş günü müddətində təqdim etməlidirlər.”;

1.4. 7.2-ci və 7.3-cü bəndlər ləğv edilsin.

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarı 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Sədr                                                                                    Elman  Rüstəmov