AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 24.07.2012
Qeydiyyat nömrəsi: Q-10
Adı: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2011-ci il tarixli 06 dekabr Q-02 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları»nda dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 28.07.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.180.020
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 15201207240010
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 27.07.2012


«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD nömrəli Qanununun tətbiqi və «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 08 may 2012-ci il tarixli 631 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qərara alır:

1.        Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 06 dekabr 2011-ci il tarixli Q-02 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2.8-ci bənddə «texniki nəzarət etmə vasitələrindən» sözləri «xüsusi texniki vasitələrdən» sözləri ilə əvəz edilsin, «göstəriciləri» sözündən sonra «,habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar» sözləri əlavə edilsin;

1.2. 2.4-cü bənddə «nümayəndəsinə» sözündən sonra «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada» sözləri əlavə edilsin;

1.3. 3.4-cü bənddə «uzada bilər» sözləri «uzadır» sözü ilə əvəz edilsin;

1.4. 3.9-cu bənddə «zərər çəkmiş şəxsə» sözlərindən sonra «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada» sözləri əlavə edilsin;

1.5. 3.10-cu bənd aşağıdakı yeni redaksiyada verilsin:

“Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.»;

1.6. 1 nömrəli əlavədə «texniki nəzarət etmə vasitələrindən» sözləri «xüsusi texniki vasitələrdən» sözləri ilə əvəz edilsin, «göstəriciləri» sözündən sonra «, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar» sözləri əlavə edilsin;

1.7. 2 nömrəli əlavədə «Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Maliyyə Nazirliyinin yuxarı vəzifəli şəxslərinə şikayət verilə bilər.» sözləri «Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.» sözləri ilə əvəz edilsin;

1.8. 3 nömrəli əlavədə «Qərardan 10 (on) gün müddətində Maliyyə Nazirliyinin yuxarı vəzifəli şəxslərinə şikayət verilə bilər.» sözləri “Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.” sözləri ilə əvəz edilsin;

1.9. 4 nömrəli əlavədə «Qərarın surəti 3 (üç) gün müddətində barəsində qərar qəbul edilmiş şəxsə və ya şəxsin nümayəndəsinə verilsin (göndərilsin).» sözlərindən sonra «Qərarın surəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.» sözləri əlavə edilsin;

1.10.   5 nömrəli əlavədən “Qərardaddan şikayət onun surəti alındığı gündən 10 gün müddətinə yuxarı orqana (yuxarı vəzifəli şəxsə) verilə bilər.» sözləri çıxarılsın.

2. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Nazirin birinci müavini                                                            İlqar Fəti-zadə