AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

06.09.2012

Qeydiyyat nömrəsi

14

Adı

“İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarına dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

14.09.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201209060014

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

13.09.2012

 

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin yaradılması ilə bağlı görülmüş işlərə dair” Arayışı ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığına müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

QƏRARA ALIR:

 

1. QKDK-nın 03 avqust 2011-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnvestisiya fondlarının və idarəçinin hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydalarının 5.5-ci bəndində “edə bilər” sözləri “edir” sözü ilə  əvəz edilsin.

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydalara dəyişiklikləri 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin. 

4. Aparatın rəhbərinə (B.Əzizov) tapşırılsın ki, QKDK-nın aparatının, QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, habelə tabeliyində olan qurumların bu Qərarla tanış olmalarını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr                                                                                                              R.Aslanlı