AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 22.06.2012
Qeydiyyat nömrəsi: 135
Adı: Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri ilə bağlı bəzi məsələlər və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə: Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 6, maddə 633
Qüvvəyə minmə tarixi: 22.06.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 190.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201206220135
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 27.06.2012


Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın tədbirlər planının 12-ci hissəsinə əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 nömrəli Xüsusi internat məktəbi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi ilə birləşdirilsin və onların bazasında Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi yaradılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ümumi təhsil müəssisələri (ibtidai, orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr)” bölməsinin 43-cü hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə