AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Qəbul edildiyi tarix: 19.10.2012
Qeydiyyat nömrəsi: 5/17
Adı: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qüvvədə olan bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 236
Qüvvəyə minmə tarixi: 02.11.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.110.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 22201210190517
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 01.11.2012


“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli Qanunu ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin bəzi müddəalarına dəyişikliklər edilmişdir. Bununla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyası qüvvədə olan müvafiq normativ xarakterli aktlarını “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmalı və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərməlidir.

 Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.1-ci və 75.2-ci maddələrinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydaları”nın 3.4-cü bəndinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 dekabr 2008-ci il tarixli 31/141-3 saylı Qərarı ilə təsdiq edilmiş “Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında” Təlimatın 3.3-cü bəndində “48” rəqəmi “24” rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 avqust 2009-cu il tarixli 23-3 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nın 13-cü abzasında “48” rəqəmi “ 24” rəqəmi ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 iyul 2010-cu il tarixli 15/58-13 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması Qaydaları”nın sonuncudan əvvəl gələn cümləsində “48” rəqəmi “24” rəqəmi ilə əvəz edilsin.

4. Həmin aktlar edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilsin.

 

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov

 


 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 30 dekabr 2008-ci il tarixli 31/141-3 saylı Qərarı ilə təsdiq edilmiş, 19 oktyabr 2012-ci il tarixli 5/17 saylı Qərarı ilə dəyişiklik edilmişdir.

 

 

 

Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında

 

T Ə L İ M A T

 

Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün seçici imzalarının toplanması və müvafiq sənədlərin seçki komissiyalarına təqdim olunması qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 57-ci, 65-ci, 66-ci və 68-ci maddələri ilə və bu Təlimatla tənzimlənir.

 

I. Referendum üzrə təşviqat qrupunun yaradılması üçün seçici imzalarının toplanması

 

1.1. Müvafiq seçki komissiyası referendum üzrə təşəbbüs qrupunun yaradılması barədə bildirişin alınmasına dair yazılı məlumatı həmin qrupa təqdim etdiyi gündən referendum üzrə təşviqat qrupunun yaradılması üçün seçici imzalarının toplanmasına başlanıla bilər.

1.2. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikasının bütün ərazisində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendum üzrə təşviqat qrupunun üzvlüyünə razılığa dair azı 40 min seçicinin imzasını azı 60 seçki dairəsinin ərazisində toplamalıdırlar. Bu halda bir seçki dairəsindən olan referendum üzrə təşviqat qrupunun potensial üzvlərinin sayı 100-dən az ola bilməz.

1.3. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri Azərbaycan Respublikası ərazisinin bir hissəsində referendumqabağı təşviqatın aparılması niyyətində olduqda, onlar referendumqabağı təşviqatın aparılması nəzərdə tutulan hər bir seçki dairəsinin ərazisində referendum üzrə təşviqat qrupuna üzvlüyə dair azı 100 seçici imzası toplamalıdırlar.

1.4. Dövlət orqanlarının, bələdiyyə qurumlarının, mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər hansı formada mükafatlandırmaq qadağandır. Həmin qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, toplanmış imzaların etibarsız sayılması və təşviqat qrupunun qeydə alınmasından imtina üçün əsas ola bilər.

1.5. Seçici imzalarını, referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri, səlahiyyətli nümayəndələr, habelə Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququ olan hər bir vətəndaşı toplaya bilər. Referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndələri seçici imzalarını toplayan şəxslə imza toplanması barədə müqavilə bağlaya bilərlər. Belə işin haqqı yalnız referendum üzrə təşəbbüs qrupunun seçki fondu hesabına ödənilə bilər.

1.6. Seçici imzaları tədris müəssisələrində, yaşayış yerlərində, eləcə də qanunla referendumqabağı təşviqat aparılmasının qadağan edilmədiyi digər yerlərdə toplana bilər.

1.7. Seçici öz iradəsinə uyğun olaraq referendum üzrə təşviqat qrupuna üzvlüyə dair yalnız bir dəfə imza etmək hüququna malikdir.

1.8. İmza vərəqəsində seçiciyə aid bütün məlumatlar müvafiq qrafalarda mütləq qeyd edilməlidir.

1.9. Seçici imza vərəqəsində imza edərkən soyadını, adını, atasının adını, doğum tarixini, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini və imza qoyulması tarixini göstərir. İmza vərəqəsində seçiciyə aid məlumatları imza toplayan şəxs seçicinin razılığı ilə onun əvəzinə doldura bilər (imza istisna olmaqla). İmza etmək hüququ yalnız seçiciyə məxsusdur. Göstərilən məlumatlar əllə yazılır və onların yayılmamasına təminat verilir.

 

Qeyd: referendum üzrə təşviqat qrupuna üzvlüyə dair imza edən seçicilərin şəxsiyyətini təsdiqləyən sənədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi müvafiq siyahıda öz əksini tapmışdır.

 

1.10. Referendum üzrə təşviqat qrupunun yaradılması üçün imza etmək könüllüdür. Seçicinin hər hansı bir vasitə ilə (aldatmaq, fiziki və ya psixi zor tətbiq etmək, yaxud bu cür zor tətbiq etmək hədəsi ilə seçiciləri imzalamağa məcbur etmək, imza atmağa imkan verməmək və ya buna görə onları hər-hansı formada mükafatlandırmaq və s.) bu hüququnun realizə olunmasına mane olmaq qadağandır və bu cür hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

1.11. İmza toplayan şəxs tərəfindən hər bir imza vərəqəsinin yuxarı sol tərəfində seçici imzalarının toplandığı seçki dairəsinin (ərazisinin) adı və nömrəsi göstərilməlidir.

1.12. İmza toplandıqdan sonra imza vərəqəsi imza toplayan şəxs və referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanır. İmza toplayan şəxs imza vərəqəsinə imza qoymazdan əvvəl soyadını, adını, atasının adını, yaşayış yerinin ünvanını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini və imzanın qoyulduğu tarixi göstərir.

1.13. Referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi referendum üzrə təşviqat qrupunun yaradılması üçün toplanmış seçici imzalarının sayını hesablayır, seçici imzalarının toplanması haqqında yekun protokolunu (Təlimata 1 saylı əlavə) tərtib edir və imzalayır.

1.14. Müvafiq seçki komissiyalarına təqdim edilən imza vərəqələri ardıcıl olaraq nömrələnməli və qovluq formasında səhifələnməlidir.

 

II. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün müvafiq seçki (referendum) komissiyasına seçki sənədlərinin təqdim edilməsi

 

2.1. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri respublika ərazisinin bir hissəsində referendumqabağı təşviqat aparmaq niyyətində olduqda, onlar referendumqabağı təşviqatın aparılması nəzərdə tutulan hər bir seçki dairəsinin ərazisində qrupa üzvlüyə dair azı 100 imza toplamalı, qrupun qeydə alınması üçün tələb olunan sənədləri ərazisində imzaların əksəriyyəti toplanmış müvafiq dairə seçki komissiyasına təqdim etməlidirlər.

2.2. Referendum üzrə təşviqat qrupu yaradılmasının təşəbbüsçüləri respublikanın bütün ərazisində referendumqabağı təşviqat aparmaq niyyətində olduqda, onlar azı 60 seçki dairəsinin ərazisində hər bir seçki dairəsində 100 nəfərdən az olmayan potensial üzvlərin olması şərtilə qrupa üzvlüyə dair azı 40.000 imza toplamalı, qrupun qeydə alınması üçün tələb olunan sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim etməlidirlər.

2.3. Referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi səsvermə gününə azı 45 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir:

2.3.1. toplanmış seçici imzaları olan imza vərəqələri;

2.3.2. seçici imzalarının toplanması haqqında yekun protokolunun 2 nüsxəsi (Təlimata 1 saylı əlavə);

2.3.3. referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə xərclənmiş vəsait haqqında məlumatlar göstərilməklə);

2.3.4. səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin razılıq məktubları (Təlimata 2 və 2a saylı, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”a 1 və 1a saylı əlavələr);

2.3.5. referendum üzrə təşviqat qrupunun yaradılması təşəbbüsçülərinin səlahiyyətli nümayəndələrinin siyahısı (Təlimata 3 və 3a saylı, “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) namizədin, siyasi partiyaların, siyasi partiyalar bloklarının və referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinin statusu haqqında Təlimat”a 2 və 2a saylı əlavələr).

2.4. Müvafiq seçki komissiyası imza vərəqələrini bu Təlimatın 2.1-ci bəndində qeyd olunan müddətdə saat 9.00-dan 18.00-dək qəbul edir. Həmin müddətdən sonra təqdim olunan imza vərəqələri və onlara əlavə edilməli olan sənədlər qanunla müəyyən edilmiş müddətdə verilmiş müvafiq sənədlərin doğurduğu hüquqi nəticəni yaratmır. Müvafiq seçki komissiyası bu halı öz qərarı ilə rəsmiləşdirməlidir.

2.5. Müvafiq seçki komissiyası seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürlə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokolla uyğunluğunu yoxlayır, sonra isə qəbul edilmiş seçki sənədlərinin, eləcə də imza vərəqələrinin və imza vərəqələrindəki imzaların sayını göstərməklə, sənədlərin qəbulu barədə yazılı arayış verir (Təlimata 4 və 4a saylı əlavələr). Arayış müvafiq seçki komissiyası katibliyinin nümayəndəsi, imza vərəqələrini və digər seçki sənədlərini həmin seçki komissiyasına təqdim edən şəxs tərəfindən imzalanır, komissiyanın möhürü ilə təsdiqlənir və bir nüsxəsi seçki sənədlərini təqdim edən şəxsə verilir.

 

III. Referendum üzrə təşviqat qrupunun müvafiq seçki komissiyaları tərəfindən qeydə alınması

 

3.1. Müvafiq seçki komissiyası imza vərəqələrini və referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 10 gün müddətində referendum üzrə təşviqat qrupunun qeydə alınması və ya onun qeydə alınmasından imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul etməli, qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrinə məlumat verməlidir.

3.2. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun hər bir səlahiyyətli nümayəndəsinə qeydiyyat vəsiqəsi verilir.

3.3. Mərkəzi Seçki Komissiyası qeydə alınmış referendum üzrə təşviqat qrupları barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edir. Dairə seçki komissiyaları referendum üzrə təşviqat qrupları barədə məlumatları səsvermə gününə azı 15 gün qalmış seçki komissiyasının otaqlarında məlumat lövhələrində yerləşdirirlər.

 

_______

 


 

Təlimata 1 saylı əlavə

 

___________________________________________________

(referendum üzrə təşviqat qrupunun adı)

referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün

seçici imzalarının toplanması haqqında

Y E K U N   P R O T O K O L U

 

Mən, referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi, bu protokolu tərtib etdim ondan ötrü ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq _______________________________________________________________________________

 _______________________________________________________________________________seçki

(seçki dairələrinin sayı rəqəmlə və sözlə yazılmalıdır)

dairəsinin ərazisində*__________________  _________________________________________

                                                                   (rəqəmlə)                                                              (sözlə)

ədəd  imza toplanmışdır.

 

İmza vərəqələrinin sayı _____________  _____________________________________

                                                                (rəqəmlə)                                                     (sözlə)

İmza vərəqələrindəki seçici imzalarının sayı    ________________________________

                                                                                                                                         (rəqəmlə)

__________________________________________

                                                      (sözlə)

İmzalar toplanarkən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əməl __________________ .

     əməl edilib-edilməməsi

          barədə məlumat

İmza vərəqələri nömrələnmişdir/nömrələnməmişdir** və qovluq formasında səhifələnmişdir/səhifələnməmişdir**.

 

_____________________________________referendum

   (referendum üzrə təşəbbüs qrupunun adı)

üzrə təşəbbüs qrupunun səlahiyyətli

nümayəndəsi  _____________    _____________________________________

                                             (imza)                                 (soyadı, adı, atasının adı)

 

  “____” _____________ 20____       il

 

*Ərazilərində imza toplanmış müvafiq seçki dairələrinin siyahısı əlavə edilməlidir.

**Müvafiq sözün altından xətt çəkilməlidir.

 

 

 


 

Təlimata 2 saylı əlavə

 

___________________________________________

(siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun adı)

 

Azərbaycan Respublikasında keçirilən

______________________________________________

(seçkinin (referendumun) adı)

seçkilər(in)də (referendumda) siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndənin

 

R A Z I L I Q    M Ə K T U B U

 

Mən,________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

Azərbaycan Respublikasında keçirilən ____________________________________________________

                                                                                      (seçkinin (referendumun) adı)

(namizədi) qeydə alınmış _________________________________________________________________

( siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun adı)

tərəfindən səlahiyyətli nümayəndə təyin edilməyimə razılıq verirəm.

 

Bildirirəm ki, “_____” _____________ _____ ildə anadan olmuşam,

                                               (doğum tarixi)

____________________________________________________________________________________________

(şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi

 _____________________________________________________________________________________________

və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş  və ya xidmət yeri,

 ____________________________________________________________________________________________.

tutduğu vəzifəsi (bu olmadıqda – fəaliyyət növü), telefon nömrəsi)

 

  __________________    _______________________________________________________________________

            (imza)                                           (səlahiyyətli nümayəndənin  inisialı və soyadı)

 

“____” ___________________ 20    il

 (ərizənin verilmə tarixi)

 

 ______________

     Qeyd:  1. Ərizəyə 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə edilməlidir.

 

 


 

Təlimata 2 a saylı əlavə

 

______________________________________________

(siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun adı)

 

Azərbaycan Respublikasında keçirilən

________________________________________________

(seçkinin (referendumun) adı)

seçkilər(in)də (referendumda) siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən təyin edilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin 

 

R A Z I L I Q    M Ə K T U B U

 

Mən,_____________________________________________________________________________  

(soyadı, adı, atasının adı)

Azərbaycan Respublikasında keçirilən _____________________________________________________

                                                                                        (seçkinin (referendumun) adı)

(namizədi) qeydə alınmış __________________________________________________________________

(siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun adı)

tərəfindən maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilməyimə razılıq verirəm.

 

Bildirirəm ki, “_____” ______________ _____ ildə anadan olmuşam,

                                                    (doğum tarixi)

_____________________________________________________________________________________________

(şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi

_____________________________________________________________________________________________

və verilmə tarixi, yaşayış yerinin ünvanı, əsas iş  və ya xidmət yeri,

_____________________________________________________________________________________________.

tutduğu vəzifəsi (bu olmadıqda – fəaliyyət növü), telefon nömrəsi)

 

  _________________    _______________________________________________________________________

                 (imza)                                               (maliyyə məsələləri üzrə səlahiyyətli

                                                                            nümayəndənin inisialı və soyadı)

 

“____” ____________ 20____ il

 (ərizənin verilmə tarixi)

 _________

     Qeyd:  1. Ərizəyə 3×4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil əlavə edilməlidir.

 

 

 


Təlimata 3 saylı əlavə

______________________________________________

                                                                                        (seçki komissiyasının adı)

 

___________________________________________________________________________________________

(siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun adı)

siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən

təyin edilmiş səlahiyyətli nümayəndələrin

 

S İ Y A H I S I

 

Sıra sayı

Soyadı, adı, atasının adı

Doğulduğu il

(18 yaşlı şəxsin

həm də doğulduğu ay və gün)

Şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi

Yaşayış yerinin ünvanı

Əsas iş və ya xidmət yeri, tutduğu vəzifə

(bu olmadıqda

–  fəaliyyət növü)

Telefon

№-si

1)         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səlahiyyətli şəxs   _______________   ____________________________

                                              (imza)                    (inisialı və soyadı)

____________


 

Təlimata 3 a  saylı əlavə

_________________________________________

                                                                                                                                (seçki komissiyasının adı)

 

__________________________________________________________________________________________

(siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun adı)

siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu tərəfindən

təyin edilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin

 

S İ Y A H I S I

 

Sıra sayı

Soyadı, adı, atasının adı

Doğulduğu il

(18 yaşlı şəxsin

həm də doğulduğu ay və gün)

Şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi

Yaşayış yerinin ünvanı

Əsas iş və ya xidmət yeri, tutduğu vəzifə

(bu olmadıqda

– fəaliyyət növü)

Telefon

№-si

2)         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Səlahiyyətli şəxs  __________________   __________________________

                                                (imza)                    (inisialı və soyadı)

___________


Təlimata 4 saylı əlavə

 

 “___”___________20 __il

Saat ______________

 

A R A Y I Ş

Verilir ____________________________________________________________________

(referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin

soyadı, adı və atasının adı)

ondan ötrü ki, o, həqiqətən________________________________________________________________

                                                      (referendum üzrə təşviqat qrupunun adı)

referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün aşağıdakı sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir:

1.

2.

3.

4.

5.

6.

7.

 

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

Katibliyinin nümayəndəsi

 

 

 

 

 

 

 

 

(imza)

 

(soyadı, adı, atasının adı)

 

 M.Y.

 

 

 

Referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi

 

 

 

 

 

 

 

 

(imza)

 

(soyadı, adı, atasının adı)

 

 

 

 

 

 

 

 

Təlimata 4a saylı əlavə

 

 

“___”____________20 ___il

Saat __________________

 

A R A Y I Ş

 

Verilir ____________________________________________________________________

(referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinin

soyadı, adı və atasının adı)

 

ondan ötrü ki, o, həqiqətən ________________________________________________________________

                                                      (referendum üzrə təşviqat qrupunun adı)

referendum üzrə təşviqat qrupunun yaradılması üçün aşağıdakı sənədləri ____ saylı seçki dairəsinin dairə seçki komissiyasına təqdim etmişdir:

1.

2.

3.

4.

5.

6.

7.

 

Dairə seçki

komissiyasının sədri

 

 

 

 

 

 

 

 

(imza)

 

(soyadı, adı, atasının adı)

 

  M.Y.

 

 

 

Referendum üzrə təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi

 

 

 

 

 

 

 

 

(imza)

 

(soyadı, adı, atasının adı)

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 avqust 2009-cu il tarixli 23-3 saylı Qərarı ilə təsdiq edilmiş, 23 avqust 2011-ci il tarixli 6/15-4 saylı, 19 oktyabr 2012-ci il tarixli 5/17 saylı Qərarları ilə əlavə və dəyişikliklər edilmişdir.

 

Bələdiyyə seçkilərində namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması

 

Q A Y D A L A R I

 

 

Müvafiq seçki komissiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra – Seçki Məcəlləsi) ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyası namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin Seçki Məcəlləsinə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır (Seçki Məcəlləsinin 59.1-ci maddəsi).

Müvafiq seçki komissiyası Seçki Məcəlləsinə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, ən geci 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidirlər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onlar rəy hazırlayarkən imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər.

İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyası namizədləri, onların səlahiyyətli nümayəndələrini, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrini Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə uyğun olaraq məlumatlandırmaqla, onların komissiyada iştirakını təmin edə bilər.

İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət olmur. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir (Seçki Məcəlləsinin 59.4-cü maddəsi).

İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın (Seçki Məcəlləsinin 59.5-ci maddəsi).

İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır (Seçki Məcəlləsinin 59.6-cı maddəsi).

Seçki Məcəlləsinin 59.6-cı maddəsində göstərilənlərlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir (Seçki Məcəlləsinin 59.7-ci maddəsi):

- müvafiq icra hakimiyyəti orqanının arayışı, yaxud Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları (Seçki Məcəlləsinin 59.7.1-ci maddəsi);

- namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları (Seçki Məcəlləsinin 59.7.2-ci maddəsi);

- Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar (Seçki Məcəlləsinin 59.7.3-cü maddəsi);

- müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar (Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.7.4-cü maddəsi);

- imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar (Seçki Məcəlləsinin 59.7.5-ci maddəsi).

İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar (Seçki Məcəlləsinin 59.8-ci maddəsi).

İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır (Seçki Məcəlləsinin 59.9-cu maddəsi).

Seçki Məcəlləsinin 59.6–59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz (Seçki Məcəlləsinin 59.11-ci maddəsi).

Seçki Məcəlləsinin 59.6–59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır (Seçki Məcəlləsinin 59.12-ci maddəsi).

Hər bir bələdiyyə üzvlüyünə namizədin imza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında işçi qrupunun rəhbəri, müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir. Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyun 2006-cı il tarixli 30/115 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalara 1 saylı əlavəyə uyğun).

Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir (Seçki Məcəlləsinin 59.13-cü maddəsi).

I mərhələ – Namizədliyin irəli sürülməsi

Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq və ya bundan imtina barədə qərar təqdim edir (Seçki Məcəlləsinin 53.6-cı və 54.9-cu maddələri).

Sənəd və məlumatların yoxlanılması mümkün olan orqan və qurumların siyahısı

Namizədə aid tələblər

Məlumat: Seçki Məcəlləsinin 212-ci maddəsinə əsasən:

a) Azərbaycan Respublikasının passiv seçki hüququna malik vətəndaşı olması;

b) seçkilər günü 21 yaşı tamam olması (seçki günü də daxil olmaqla) və yaşının 21-dən yuxarı olması;

c) müvafiq seçki dairəsində daimi yaşaması.

a,b,c) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri.

Namizəd özü tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən yoxlanılmalı olan sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:

a) bələdiyyəyə namizədliyin irəli sürülməsinə dair bildiriş;

b) öhdəlik barədə ərizə;

Səlahiyyətli nümayəndə təyin edilibsə:

c) namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin (nümayəndələrin) notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi;

d) namizədliyin irəli sürülməsi prosedurunun Seçki Məcəlləsinin tələbinə uyğunluğu.

 

 

 

 

 

c) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

 


Yoxlanılmalı məlumatlar

 

 

Bildirişdəki məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü).

 

 

a,b,c,ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

Öhdəlik barədə ərizədəki məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) təhsili;

d)əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilir:

e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;

ə) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;

f) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;

g) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;

ğ) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması.

 

a,b,c,f,g,ğ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

ç) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi, respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə.

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər, müvafiq vergi orqanları;

e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat–Statistik İnformasiya idarəsi.

Bələdiyyə üzvlüyünə namizəd tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsinin qanunauyğunluğunun yoxlanılması:

a) vəkalətnamənin qanunauyğunluğu:

a) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

Namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən yoxlanılmalı olan sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:

 

 

a) namizədin (namizədlərin) irəli sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş;

b) namizədin (namizədlərin) Seçki Məcəlləsinin 53-cü və 214-cü maddələrinə uyğun tərtib olunmuş öhdəlik ərizəsi(ləri);

c) seçicilərin təşəbbüs qrupunun yaradılması və namizədliyin irəli sürülməsi barədə yığıncağın protokolu;

ç) namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.

 

 

c) protokolu təsdiq edən

fiziki və hüquqi şəxs və ya yığıncağın keçirilməsi üçün

yer ayırmış, yaxud protokolu

öz möhürü ilə təsdiq etmiş subyekt.

Bildirişdəki məlumatlar:

 

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü);

e) təşəbbüs qrupu üzvlərinin soyadı, adı, atasının adı;

ə) yaşayış yerinin ünvanı;

f) şəxsiyyət vəsiqələrinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

g) təşəbbüs qrupu üzvlərinin imzaları və tarix.

 

 

a, b, c, ç, e, ə, f) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

Təşəbbüs qrupunun nümayəndəsi təyin edilibsə:

a) təşəbbüs qrupu nümayəndəsinin soyadı, adı, atasının adı;

b) yaşayış yerinin ünvanı;

c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

ç) bildirişin verilmə tarixi.

 

a, b, c) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri.

 

Öhdəlik barədə ərizədəki məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) təhsili;

ç) yaşayış yerinin ünvanı;

d)əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:

e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;

ə) namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;

f) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;

g) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;

ğ) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması.;

h) imzası, ərizənin yazılma tarixi.

 

 

a, b, ç, f, g ,ğ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

c) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; Respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;

e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat – Statistik İnformasiya İdarəsi.

 

 

Namizəd siyasi partiyalar tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğunun yoxlanılması:

 

a)siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;

b)siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;

c)namizədin (namizədlərin) irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanın iclasının) qərarı və müvafiq iclasın protokolu;

ç) namizədin (namizədlərin) irəli sürülməsinə təşəbbüs edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş.

d)siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı;

e)səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı;

ə)siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri;

f)bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş hər bir şəxsin məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (ərizələri);

g)namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.

 

a, b, ə)vəkalətnaməni təsdiq etmiş notariat kontoru;

c, d, e) siyasi partiyanın ali orqanı və ya icra aparatı.

 

 

 

 

 

Bildirişdəki məlumatlar:

a) namizədin (namizədlərin) soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü);

 

 

a, b,c, ç) Azərbaycan Respublikası Daxili İşlər

Nazirliyi şəhər və ya rayon

polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət

vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

 

 

 

Səlahiyyətli nümayəndələr barədə məlumatlar:

a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;

b) səlahiyyəti.

 

a) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

b) müvafiq siyasi partiya və ya notariat orqanı.

 

Razılıq barədə ərizədəki məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) təhsili;

d) əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:

e) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;

ə) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;

f) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;

g) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;

ğ) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa, ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması;

h) imzası, ərizənin yazılma tarixi.

 

 

 

a,b,c,f,g,ğ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

ç) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlarda Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə.

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər, müvafiq vergi orqanları;

e,ə) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat –Statistik İnformasiya İdarəsi.

 

 

Namizəd siyasi partiyaların bloku tərəfindən irəli sürüldükdə dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin, habelə namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğunun yoxlanılması:

 

 

a) siyasi partiyalar blokuna daxil olan siyasi partiyaların qurultayının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd və ya namizədlər irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;

b) siyasi partiyaların blokuna daxil olan siyasi partiya nümayəndələri iclasının (qurultayların, konfransların) siyasi partiyaların bloku adından namizədin və ya namizədlərin irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;

c) hər bir namizədin irəli sürülməsinin təsdiq edilməsi barədə ayrı-ayrılıqda tərtib edilmiş bildiriş

ç) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı;

d) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri;

e) bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş hər bir şəxsin məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə bələdiyyə üzvü seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (ərizələri); 

a,b,c,ç) siyasi partiyanın ali orqanı və ya icra aparatı

d) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

 

Bildirişdəki məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda, fəaliyyət növü);

 

 

 

 

a, b, c, ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

 

Namizədliyinin irəli sürülməsinə razılıq verilməsi barədə ərizədəki məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) təhsili;

d) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi;

e) əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);

ə) siyasi partiyaya mənsubluğu;

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə aşağıdakılar göstərilməlidir:

f) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;

g) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı;

ğ) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;

h) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;

x) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması;

i) imzası, ərizənin yazılma tarixi.

 

 

 

a,b,c,d,ğ,h,x) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

ç) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə;

e) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər;

müvafiq vergi orqanları;

ə) siyasi partiyanın ali orqanı və ya icra aparatı;

f, g) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat–Statistik İnformasiya İdarəsi.

 

Səlahiyyətli nümayəndə barədə məlumatlar:

a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;

b) səlahiyyəti.

 

 

a) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

b) müvafiq siyasi partiyalar bloku və ya notariat orqanı.

İİ mərhələ – Namizədliyin qeydə alınması

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir (Seçki Məcəlləsinin 58.1-ci maddəsi):

- irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri (Seçki Məcəlləsinin 58.1.1-ci maddəsi);

- seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi (Seçki Məcəlləsinin 58.1.2.-ci maddəsi);

- Seçki Məcəlləsinin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş (Seçki Məcəlləsinin 58.1.3);

- namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat (Seçki Məcəlləsinin 58.1.4-cü maddəsi);

- gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış (Seçki Məcəlləsinin 58.3-cü maddəsi);

- mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat (Seçki Məcəlləsinin 58.1.5-ci maddəsi);

- namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsaitlər göstərilməklə) (Seçki Məcəlləsinin 58.1.6-cı maddəsi);

 


Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbul edilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin sayını, oradakı imzaların sayını göstərməklə sənədlərin qəbulu barədə yazılı arayış verir.

 

 

İmza toplayan subyektlər:

a) namizədin özü;

b) seçici imzalarını müqavilə əsasında toplayan şəxslər;

c) siyasi partiya və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri.

 

 

İmza toplayan subyektlərə aid tələblər:

a) 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı olması;

b) imza toplamağa hüququ olması;

c) imza toplamış şəxsin soyadı, adı, atasının adı;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, sənədin verilmə tarixi.

 

a, b,c,ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrində bu Qaydalara uyğun yoxlanmalıdır.

İmza toplanılmasına dair tələblər və onların yoxlanılmasının mümkünlüyü:

 

a) əgər imzaları namizəd özü toplayıbsa, yalnız özü haqqında məlumatlar və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması;

b) əgər imzaları səlahiyyətli nümayəndə toplayıbsa, onun haqqında məlumatlar və vəkalətnaməyə dair tələblərin bu Qaydalara uyğun olması;

c) əgər imzalar müqavilə əsasında digər şəxs tərəfindən toplanıbsa, onda tərəflər arasında olan müqavilənin mövcud olması və qanunauyğunluğu, həmin şəxs haqqında məlumatlar, imza toplayan şəxsə ödənilən (ödəniləcək) məbləğə dair təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid tələblərə uyğunluğu və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması;

ç) əgər imzalar siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən toplanıbsa, onun siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi olması barədə təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

 

Qeyd: siyasi partiya və siyasi partiyaların bloku tərəfindən namizəd irəli sürülərkən təqdim edilmiş məlumatların düzgün olmamasına görə əsas (Seçki Məcəlləsinin 60.2-ci maddəsi) o vaxt tətbiq edilə bilər ki, səhv məlumatlar namizədin təqsiri üzündən təqdim edilmiş olsun.

 

 

 

a,b,ç) Qanunvericiliyə və bu Qaydalara uyğun yoxlanılmalıdır;

c) müqavilə onu təsdiq edən orqan, ödəniş müvəkkil bank vasitəsilə, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu isə bu Qaydalara uyğun yoxlanılmalıdır.

İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri

 

İmza vərəqəsinin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 3 və 3a saylı əlavələrinin forma və məzmununa uyğunluğu.

 

 

İmza vərəqəsində yoxlanılması mümkün olan məlumatlar:

 

1. Seçki dairəsinin adı

2. Seçiciyə aid olan məlumat və tələblər:

 

a) imza edən vətəndaşın soyadı, adı, atasının adı;

b) doğulduğu il ( 18 yaşlı şəxsin həm də doğulduğu ay və gün)

c) yaşayış yerinin ünvanı;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi;

d) imza və onun qoyulduğu tarix.

e) seçki günü 18 yaşına çatmış aktiv seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşı olması;

ə) namizədin irəli sürüldüyü seçki dairəsinin ərazisində daimi yaşaması;

f) namizədliyin müdafiəsi üçün imza və onun qoyulması tarixinin yalnız seçiciyə məxsus olması;

g) Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

 

Qeyd: namizədin müdafiəsi üçün imza qoyulması hüququ yalnız seçicinin özünə məxsusdur.

 

 

 

 

a, b, c, ç, e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət

vəsiqəsi şöbələri;

f, g) qanunla müəyyən

olunmuş qaydada.

3. Namizədə aid məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) şəxsi imzası;

imzanın qoyulduğu tarix;

ç) namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin nömrəsi və adı;

d) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;

e) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;

ə) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;

f) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərdən başqa ölkələr qarşısında yaranan öhdəliklərinin olub-olmaması.;

g) əgər namizədi siyasi partiya və ya siyasi partiyalar bloku irəli sürübsə, imza vərəqəsində siyasi partiyanın və ya siyasi partiyalar blokunun adı.

 

a,e,ə,f) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

b) şəxsin özü vasitəsilə;

ç, d) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat – Statistik İnformasiya İdarəsi;

g) Mərkəzi Seçki Komissiyası;

müvafiq siyasi partiyanın icra və ya ali orqanı.

4. İmza toplamış şəxsə aid məlumat və tələblər:

a) şəxsin soyadı, adı, atasının adı;

b) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi;

c) şəxsin imzası və imzanın qoyulduğu tarix;

ç) 18 yaşı tamam olmuş aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı olması;

d) imza toplamağa səlahiyyəti olması.

 

a,b,ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

 

Seçici imzalarının toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokol:

 

a) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyun 2006-cı il tarixli 30/115 saylı Qərarı ilə təsdiq edilmiş protokolun forma və məzmununa uyğunluğu;

b) protokolun 2 nüsxədə olub-olmaması.

 

 

Namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildirişdəki yoxlanılmalı məlumatlar:

 

 

Müvafiq məlumatlara və onların yoxlanılması qaydalarına uyğun.

 

Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə yoxlanılmalı məlumatlar:

 

(Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 28 avqust 2004-cü il tarixli 16/99 saylı

Qərarı ilə təsdiq edilmiş Qaydaya 1 və 2 saylı əlavələrin forma və məzmununa uyğun):

a) əsas iş yerindən əmək haqqı barədə arayış;

b) mükafat və maddi yardım haqqında arayış;

c) mülki-hüquqi müqavilələrdən əldə olunan gəlir haqqında arayış;

ç) sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında arayış;

d) qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında arayış.

Qeyd: bu məlumatlar müvafiq komissiyalar tərəfindən göstərilən orqanlara və şəxslərə müraciət etmək yolu ilə əldə edilə bilər.

 

 

 

 

a, b, c, ç, d) şəxsin əmək və müqavilə münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

 Mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat (Seçki Məcəlləsinin 5 saylı əlavəsinin forma və məzmuna uyğun)

 

Daşınmaz əmlak:

a) torpaq sahəsi;

b) yaşayış sahəsi;

c) mənzillər;

ç) bağlar;

d) qaraj və digər bina, tikili və avadanlıq.

 

a, b, c, ç, d) Azərbaycan Respublikası Əmlak Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri və ya müvafiq bələdiyyə orqanları, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ərazi şöbələri və s.

Nəqliyyat vasitələri:

a) minik avtomobilləri;

b) yük avtomobilləri;

c) digər nəqliyyat vasitələri.

 

a, b, c) Baş Dövlət Yol Polisi İdarəsi.

Namizədin ilkin maliyyə hesabatı:

a) namizədin seçici imzalarının toplanmasının təşkilinə sərf etdiyi vəsait (məbləğ göstərilməklə).

a) Müvəkkil bank.

 

Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin dairə seçki komissiyası tərəfindən qeydə alınması Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci, 60-cı və 216-cı maddələri ilə tənzimlənir.

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərlə iş aparmalı və məlumatları yoxlayaraq namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Qərarda namizədin kim tərəfindən irəli sürülməsi, qeydə alınmanın və ya qeydiyyatdan imtinanın əsasları, qanunvericiliyin müvafiq normaları, qərarın qəbul edilmə vaxtı və tarixi göstərilməli, qanunda nəzərdə tutulmuş qaydada imzalanmalıdır.

Namizədin qeydə alınması barədə qərarın surəti dairə seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən 1 gün müddətində namizədə, namizədi irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməlidir.

Qeydə alınmış hər bir namizədə dairə seçki komissiyası tərəfindən qeydiyyat vəsiqəsi verilir.

Qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlər barədə məlumatları qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edilir.

Qeydə alınmış bələdiyyə üzvlüyünə namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə seçki komissiyası tərəfindən Seçki Məcəlləsinin 77.3-cü və 77.4-cü maddələrində göstərilən dövri nəşrlərdə dərc edilir.

 

_________

 


 

Azərbaycan Respublikası Mərkəzi Seçki

Komissiyasının 23 iyul 2010-cu il tarixli

15/58-13 saylı Qərarı ilə təsdiq edilmiş,

19 oktyabr 2012-ci il tarixli 5/17 saylı

Qərarı ilə dəyişiklik edilmişdir.

 

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün

dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması

 

Q A Y D A L A R I

 

 

 

Müvafiq seçki komissiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra – Seçki Məcəlləsi) ilə müəyyənləşdirilmiş sənədlərdə, hər bir namizədin imza vərəqələrində olan məlumatların düzgünlüyünü və namizədlərin irəli sürülməsi prosedurunun Seçki Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq seçki komissiyası namizədlərin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçicilərin Seçki Məcəlləsinə uyğun olaraq təqdim etdikləri tərcümeyi-hala aid məlumatların və namizəd haqqında digər məlumatların düzgünlüyünü yoxlayır (Seçki Məcəlləsinin 59.1-ci maddəsi).

Müvafiq seçki komissiyası Seçki Məcəlləsinə uyğun olaraq təqdim edilmiş məlumatların və faktların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq orqanlara müraciət edə bilər. Həmin orqanlar seçki komissiyasının müəyyənləşdirdiyi müddətdə, lakin səsvermə gününə 40 gündən az vaxt qalmışsa, 1 gün müddətində yoxlamanın nəticələri barədə seçki komissiyasına məlumat verməlidirlər. Müvafiq seçki komissiyası öz qərarı ilə imza vərəqələrindəki imzaların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün ekspertlərdən ibarət işçi qrupları yarada bilər. Həmin işçi qruplarına bu qrupu yaradan seçki komissiyasının üzvü sədrlik etməlidir. Belə yoxlamaya ekspertlər, müvafiq orqanların mütəxəssisləri sırasından ekspertlər, habelə əhalinin qeydiyyatını həyata keçirən xüsusiləşdirilmiş orqan və təşkilatların mütəxəssisləri cəlb edilə bilər. Onlar rəy hazırlayarkən imza vərəqələrində olan məlumatların düzgünlüyünü müəyyənləşdirmək üçün seçici siyahılarından və vətəndaşların qeydiyyat sistemindən istifadə edə bilərlər.

İmza vərəqələri yoxlanılarkən müvafiq seçki komissiyası namizədləri, onların səlahiyyətli nümayəndələrini, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrini Seçki Məcəlləsinin 59.3-cü maddəsinin tələbinə uyğun olaraq məlumatlandırmaqla, onların komissiyada iştirakını təmin edə bilər.

İmzaların yoxlanılması o vaxt dayandırılır ki, düzgün imzaların sayı namizədin qeydə alınmasına əsas verir və ya qalan imzaların sayı namizədin qeydə alınması üçün kifayət etmir. Yoxlamanın nəticələrinə görə seçici imzalarının düzgünlüyü və ya qeyri-düzgünlüyü təsdiqlənməlidir (Seçki Məcəlləsinin 59.4-cü maddəsi).

İmza vərəqələri müvafiq seçki komissiyasına təqdim edilənədək namizədi irəli sürənlərin imza vərəqələrində pozduqları imzalar o şərtlə yoxlanılmır və nəzərə alınmır ki, imza toplayanlar tərəfindən vərəqələrdə bu pozulmalar haqqında müvafiq qeydlər aparılsın (Seçki Məcəlləsinin 59.5-ci maddəsi).

İmza vərəqələri yoxlanılarkən eyni adamın bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır (Seçki Məcəlləsinin 59.6-cü maddəsi).

Seçki Məcəlləsinin 59.6-cı maddəsində göstərilənlə yanaşı, aşağıdakılar qeyri-düzgün imzalar hesab edilir (Seçki Məcəlləsinin 59.7-cü maddəsi):

– müvafiq icra hakimiyyəti orqanının arayışı, yaxud Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq seçki komissiyasının işinə cəlb edilmiş ekspertin rəyi əsasında seçki hüququ olmayan və məlumatları qeyri-düzgün göstərən seçicilərin imzaları (Seçki Məcəlləsinin 59.7.1-ci maddəsi);

– namizəd irəli sürülməsi haqqında müvafiq seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları (Seçki Məcəlləsinin 59.7.2-ci maddəsi);

– Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar etibarsız sayılmış imzalar (Seçki Məcəlləsinin 59.7.3-cü maddəsi);

– müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar (Seçki Məcəlləsinin 59.7.4-cü maddəsi);

– imza vərəqəsinə əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar (Seçki Məcəlləsinin 59.7.5-ci maddəsi).

İmza vərəqələrində seçici imzalarının qoyulması tarixində düzəliş edildikdə, bu imzalar o şərtlə düzgün sayılır ki, imza vərəqəsini təsdiq edən şəxslər həmin düzəlişləri təsdiqləmiş olsunlar (Seçki Məcəlləsinin 59.8-ci maddəsi).

İmza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, imza vərəqələrində olan bütün imzalar etibarsız sayılır (Seçki Məcəlləsinin 59.9-cü maddəsi).

Seçki Məcəlləsinin 59.7–59.9-cu maddələrində göstərilmiş hallar istisna olmaqla, imza vərəqələrində Seçki Məcəlləsinin tələblərinə uyğun gəlməyən yazı sırası aşkar edildikdə, yalnız bu sırada olan imza etibarsız sayılır (Seçki Məcəlləsinin 59.10-cu maddəsi).

Seçki Məcəlləsinin 59.6–59.10-cu maddələrinə əsasən imzanın etibarsızlığı müəyyənləşdirilməyibsə, imzaların düzgünlüyü və ya imzaların sayının hesablanmasının düzgünlüyü yoxlanılarkən imza vərəqələrində müəyyənləşdirilmiş qaydada edilən düzəliş və qeydlər imzaların etibarsız sayılması üçün əsas götürülə bilməz (Seçki Məcəlləsinin 59.11-ci maddəsi).

Seçki Məcəlləsinin 59.6–59.10-cu maddələrinə uyğun olaraq etibarsız sayılan imzalar çıxıldıqdan sonra qalan seçici imzalarının sayı qeydiyyat üçün lazım olan saydan az olarsa, namizəd qeydə alınmır (Seçki Məcəlləsinin 59.12-ci maddəsi).

Hər bir deputatlığa namizədin imza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında işçi qrupunun rəhbəri – müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü tərəfindən protokol tərtib edilir, imzalanır və qərar qəbul olunması üçün seçki komissiyasına təqdim edilir (Qaydalara 1 saylı əlavə). Protokolda seçicilərin yoxlanılmış imzalarının sayı, habelə əsası qeyd olunmaqla etibarsız sayılmış imzaların sayı göstərilir.

 

Protokol seçki komissiyasının müvafiq qərarına qoşulur. Protokolun surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. İmzalar yoxlanılarkən lazımi sayda seçici imzalarının olmadığı aşkar edildikdə namizəd, habelə siyasi partiya, siyasi partiyaların bloku işçi qrupunun rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini də almaq hüququna malikdir (Seçki Məcəlləsinin 59.13-cü maddəsi).

 

I mərhələ – Namizədliyin irəli sürülməsi

 

Passiv seçki hüququna malik olan subyektlərin namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün dairə seçki komissiyalarına təqdim olunan seçki sənədlərindəki müvafiq məlumatların yoxlanılması aşağıdakı qaydada həyata keçirilir.

Sənəd və məlumatların yoxlanılması mümkün olan orqan və qurumların siyahısı

Namizədə aid tələblər:

Məlumat: Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinə əsasən:

a) Azərbaycan Respublikasının passiv seçki hüququna malik vətəndaşı olması;

b) seçkilər günü 25 yaşının tamam və ondan yuxarı olması.

 

 

a, b) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri.

Namizəd özü tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən yoxlanılmalı sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:

 

a) deputatlığa namizədliyin irəli sürülməsinə dair bildiriş (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1 saylı əlavəyə uyğun);

b) namizədin Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi [ərizədə deputatlığa namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü)], məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar və s., habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 2 saylı əlavəyə uyğun);

Namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə:

c) namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 3 saylı əlavəyə uyğun);

ç) namizədliyin irəli sürülməsi prosedurunun Seçki Məcəlləsinin tələbinə uyğunluğu.

 

 

c) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

 

Yoxlanılmalı məlumatlar

 

Bildirişdəki məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü).

 

a, b, c, ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

Öhdəlik barədə ərizədəki yoxlanılmalı məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) təhsili;

d) əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);

e)siyasi partiyaya mənsubluğu;

ə) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;

f) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;

g) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla əlaqədar əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərlə bağlı başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması;

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu varsa, ərizədə göstərilmiş yoxlanılmalı məlumatlar:

ğ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;

h) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı.

x) imzası, ərizənin yazılma tarixi.

 

a, b, c, ə, f, g) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

 

ç) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə.

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;

e) siyasi partiyanın daimi fəaliyyət göstərən orqanı (ali orqan, rəhbər orqan, icra aparatı və s.);

ğ,h) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi.

Deputatlığa namizəd tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndənin notariat qaydasında

təsdiq edilmiş vəkalətnaməsinin yoxlanılması:

a) vəkalətnamənin qanunauyğunluğu.

a) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

Namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyası tərəfindən yoxlanılmalı sənədlər və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu:

a) protokolu təsdiq edən fiziki və hüquqi şəxs və ya yığıncağın keçirilməsi üçün yer ayırmış, yaxud protokolu öz möhürü ilə təsdiq etmiş subyekt.

a) seçicilərin təşəbbüs qrupunun yaradılması barədə yığıncağın protokolu (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 5 saylı əlavəyə uyğun);

b) namizədin irəli sürülməsinə təşəbbüs edilməsi barədə bildiriş (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 6 saylı əlavəyə uyğun);

c) namizədin Seçki Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun tərtib edilmiş öhdəlik ərizəsi [ərizədə deputatlığa namizədliyi irəli sürülmüş şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü)], məhkumluğu, vətəndaşlığı və başqa dövlətlər qarşısında öhdəliyinə dair məlumatlar və s., habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilməlidir (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/38 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 2 saylı əlavəyə uyğun);

ç) namizədin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.

Namizəd tərəfindən səlahiyyətli nümayəndə təyin edilibsə:

a) namizəd tərəfindən verilən səlahiyyətli nümayəndənin notariat qaydasında təsdiq edilmiş vəkalətnaməsi (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 22 aprel 2010-cu il tarixli 9/46 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 3 saylı əlavəyə uyğun);

 

a) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

Bildirişdəki məlumatlar:

 

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü);

e) təşəbbüs qrupu üzvlərinin soyadı, adı, atasının adı;

ə) doğum tarixi;

f) yaşayış yerinin ünvanı;

g) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

ğ) təşəbbüs qrupu üzvlərinin imzası və tarix;

a, b, c, ç, e, ə, f, g) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

Təşəbbüs qrupunun nümayəndəsi təyin edilibsə:

a) təşəbbüs qrupu nümayəndəsinin soyadı, adı, atasının adı;

b) yaşayış yerinin ünvanı;

c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

ç) bildirişin verilmə tarixi.

a, b, c) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri.

Öhdəlik barədə ərizədəki yoxlanılmalı məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) təhsili;

d) əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);

e) siyasi partiyaya mənsubluğu;

ə) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;

f) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;

g) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla əlaqədar əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərlə bağlı başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması;

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə göstərilmiş aşağıdakı yoxlanılmalı məlumatlar:

ğ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;

h) namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi.

x) imzası, ərizənin yazılma tarixi;

 

 

 

a, b, c, ə, f, g) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

ç) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsi ilə;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;

e) siyasi partiyanın daimi fəaliyyət göstərən orqanı (ali orqan, rəhbər orqan, icra aparatı və s.);

ğ, h) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi.

Namizəd siyasi partiyalar tərəfindən irəli sürüldükdə, dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin və namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğunun yoxlanılması:

 

a) siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti;

b) siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti;

c) namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu;

ç) hər bir namizədin irəli sürülməsinə dair ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1a saylı əlavəyə uyğun );

d) deputatlığa namizədliyi irəli sürülən şəxslərin tərcümeyi-halına [soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü)], məhkumluğuna, vətəndaşlığına və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatları əks etdirən, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1 saylı əlavəyə uyğun);

e) səlahiyyətli nümayəndələrin təyin edilməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı;

ə) siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələri (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 6 saylı əlavəyə uyğun);

f) siyasi partiyaların səlahiyyətli nümayəndələrinin siyahısı (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 2 saylı əlavəyə uyğun);

g) namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğu.

a, b) Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi və ya vəkalətnaməni təsdiq etmiş notariat kontoru;

c, ç, e, f) siyasi partiyanın daimi fəaliyyət göstərən orqanı (ali orqan, rəhbər orqan, icra aparatı və s.);

ə) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

Qeyd: namizədlərin qeydə alınması işi üzrə dairə seçki komissiyasına təqdim edilmiş vəkalətnamələr müxtəlif ərazilərdə yerləşən bir neçə notariat kontoru tərəfindən təsdiq edilmişdirsə, DSK məlumatların sürətli əldə edilməsi məqsədilə birbaşa notariat kontoru deyil, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi vasitəsilə də əldə edə bilər.

 

Səlahiyyətli nümayəndələr barədə məlumatlar:

a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı, telefon nömrəsi;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, verilmə tarixi;

d) əsas iş yeri və vəzifəsi (bu olmadıqda – fəaliyyət növü);

e) səlahiyyəti.

 

a, b, c, ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;

e) müvafiq siyasi partiya və ya notariat orqanı.

Razılıq barədə ərizədəki məlumatlar:

 

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) təhsili;

d) əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);

e) siyasi partiyaya mənsubluğu;

ə) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;

f) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;

g) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla əlaqədar əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərlə bağlı başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması;

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə göstərilmiş aşağıdakı yoxlanılmalı məlumatlar:

ğ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;

h) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi.

x) imzası, ərizənin yazılma tarixi;

 

a, b, c, ə, f, g) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

ç) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər, müvafiq vergi orqanları;

e) siyasi partiyanın daimi fəaliyyət göstərən orqanı (ali orqan, rəhbər orqan, icra aparatı və s.);

ğ, h) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya idarəsi.

Namizəd siyasi partiyalar bloku tərəfindən irəli sürüldükdə dairə seçki komissiyasına təqdim edilmiş sənədlərin, habelə namizədliyin irəli sürülməsi prosedurunun qanunauyğunluğunun yoxlanılması:

 

a) siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanlarının iclaslarının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;

b) siyasi partiyaların blokuna daxil olan siyasi partiya nümayəndələri iclasının (qurultaylarının, konfranslarının) siyasi partiyaların bloku adından namizədin irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;

c) hər bir namizədin irəli sürülməsinə dair ayrı-ayrılıqda tərtib edilmiş bildiriş (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1a saylı əlavəyə uyğun);

ç) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və ya notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 6b və 6c saylı əlavələrə uyğun);

d) siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin siyahısı (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 2 saylı əlavəyə uyğun);

e) deputatlığa namizədliyi irəli sürülən şəxslərin tərcümeyi-halına [soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü)], məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə deputat seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/40 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1 saylı əlavəyə uyğun);

a, b, c, ç ) siyasi partiyaların daimi fəaliyyət göstərən orqanı (ali orqan, rəhbər orqan, icra aparatı və s.);

 

 

 

 

 

ç) vəkalətnaməni təsdiq etmiş notariat kontoru.

 Qeyd: namizədlərin qeydə alınması işi üzrə dairə seçki komissiyasına təqdim edilmiş vəkalətnamələr müxtəlif ərazilərdə yerləşən bir neçə notariat kontoru tərəfindən təsdiq edilmişdirsə, DSK məlumatların sürətli əldə edilməsi məqsədilə birbaşa notariat kontoru deyil, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi vasitəsilə də əldə edə bilər.

Bildirişdəki məlumatlar:

 

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi;

d) əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü);

a, b, c, ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

Razılıq barədə ərizədəki məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı;

ç) təhsili;

d) əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü);

e) siyasi partiyaya mənsubluğu;

ə) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;

f) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;

g) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla əlaqədar əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərlə bağlı başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması;

Namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə göstərilmiş aşağıdakı yoxlanılmalı məlumatlar:

ğ) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi;

h) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı;

x) imza və ərizənin yazılma tarixi.

 

a, b, c, ə, f, g) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

ç) müvafiq ali təhsil müəssisəsi və ya Azərbaycan Respublikasının Təhsil Nazirliyi; respublikadan kənarda təhsil alan şəxslər barəsində olan məlumatlar da Azərbaycan Respublikasının Təhsil Nazirliyi vasitəsilə;

d) şəxsin əmək münasibətində olduğu qurum və şəxslər, müvafiq vergi orqanları;

e) siyasi partiyanın daimi fəaliyyət göstərən orqanı (ali orqan, rəhbər orqan, icra aparatı və s);

ğ, h) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi.

Səlahiyyətli nümayəndələr barədə məlumatlar:

a) səlahiyyətli nümayəndənin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) yaşayış yerinin ünvanı, telefon nömrəsi;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, verilmə tarixi;

d) əsas iş yeri və vəzifəsi (bu olmadıqda – fəaliyyət növü);

e) səlahiyyəti.

 

a, b, c, ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;

e) müvafiq siyasi partiyalar bloku və ya notariat orqanı.

 

Müvafiq seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır və namizədə, onun səlahiyyətli nümayəndəsinə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə, namizədliyin müvafiq seçki dairələri üzrə irəli sürülməsini təsdiq və ya bundan imtina barədə qərar təqdim edir (Seçki Məcəlləsinin 53.6-cı və 54.9-cu maddələri)

 


II mərhələ – Namizədin qeydə alınması

 

İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir (Seçki Məcəlləsinin 58.1-ci maddəsi):

- irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri (Seçki Məcəlləsinin 58.1.1-ci maddəsi);

- seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi (Seçki Məcəlləsinin 58.1.2.-ci maddəsi);

- Seçki Məcəlləsinin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş (Seçki Məcəlləsinin 58.1.3-cü maddəsi);

- namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat (Seçki Məcəlləsinin 58.1.4-cü maddəsi);

- gəlirlərin alındığı təşkilatlardan həmin gəlirlərin illik cəmi barədə arayış (Seçki Məcəlləsinin 58.3-cü maddəsi);

- mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat (Seçki Məcəlləsinin 58.1.5-ci maddəsi);

- namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsaitlər göstərilməklə) (Seçki Məcəlləsinin 58.1.6-cı maddəsi);

Seçki komissiyaları seçki sənədlərini qəbul edərkən imza vərəqələri olan hər bir qovluğu möhürü ilə təsdiqləyir, təqdim olunmuş imza vərəqələri sayının seçici imzaları toplanmasının yekunu haqqında protokola uyğunluğunu yoxlayır, sonra isə onların qəbuledilmə tarixini və vaxtını qeyd edərək, namizədə və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə qəbul edilmiş imza vərəqələrinin və oradakı imzaların sayını göstərməklə sənədlərin qəbulu barədə yazılı arayış verir (Seçki Məcəlləsinin 58.4-cü maddəsi) (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 22 aprel 2010-cu il tarixli 9/46 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 4 və 7 saylı əlavələrə uyğun).

 

İmza toplayan subyektlər:

 

a) namizədin özü, səlahiyyətli nümayəndələr;

b) seçici imzalarını müqavilə əsasında toplayan şəxslər;

c) siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri.

 

İmza toplamış şəxsə aid məlumat və tələblər:

 

a) imza toplamış şəxsin soyadı, adı, atasının adı;

b) yaşayış yerinin ünvanı;

c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, verilmə tarixi;

ç) 18 yaşına çatmış aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı olması;

d) imza toplamağa səlahiyyəti olması;

e) şəxsin imzası və imzanın qoyulduğu tarix.

a, b, c, ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

e) qanunvericiliyə və bu Qaydalara uyğun.

İmza toplanmasına dair tələblər və onların yoxlanılmasının mümkünlüyü:

 

a) əgər imzaları namizəd özü toplayıbsa, yalnız özü haqqında məlumatlar və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması;

b) əgər imzaları səlahiyyətli nümayəndə toplayıbsa, onun haqqında məlumatlar və vəkalətnaməyə dair tələblərin bu Qaydalara uyğun olması;

c) əgər imzalar müqavilə əsasında digər şəxs tərəfindən toplanıbsa, onda tərəflər arasında müqavilənin mövcud olması və qanunauyğunluğu, imza toplayan şəxs haqqında məlumatlar və ona ödənilən (ödəniləcək) məbləğə dair təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid tələblərə uyğunluğu və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması;

ç) əgər imzalar siyasi partiya və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən toplanıbsa, onun siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi olması barədə təsdiqedici sənəd, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu və Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

 

Qeyd: siyasi partiyalar və siyasi partiyaların bloku tərəfindən namizəd irəli sürülərkən təqdim edilmiş məlumatların düzgün olmamasına görə əsas (Seçki Məcəlləsinin 60.2.3-cü maddəsi) o vaxt tətbiq edilə bilər ki, səhv məlumatlar namizədin təqsiri üzündən təqdim edilmiş olsun.

a, b, ç) qanunvericiliyə və bu Qaydalara uyğun; 

c) müqavilə – onu təsdiq edən orqan, ödəniş – müvəkkil bank  vasitəsilə, həmin şəxsin imza toplayan subyektə aid olan tələblərə uyğunluğu isə bu Qaydalara müvafiq yoxlanılmalıdır.

 

İrəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri

İmza vərəqəsinin Seçki Məcəlləsinə 1, 1”A” saylı və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 iyun 2004-cü il tarixli 06/45 saylı Qərarı ilə təsdiq edilmiş Qaydalara 2, 2a saylı əlavələrin forma və məzmununa uyğunluğu.

 

İmza vərəqəsində yoxlanılması mümkün olan məlumatlar:

 

1. Seçki dairəsinin adı.

2. Seçiciyə aid olan məlumat və tələblər:

a) imza edən vətəndaşın soyadı, adı, atasının adı;

b) doğulduğu il (18 yaşlı şəxsin həm də doğulduğu ay və gün) ;

c) yaşayış yerinin ünvanı;

ç) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi, verilmə tarixi;

d) imza və onun qoyulduğu tarix.

e) seçki günü 18 yaşına çatmış aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı olması;

ə) namizədin irəli sürüldüyü seçki dairəsinin ərazisində daimi yaşaması;

f) namizədliyin müdafiəsi üçün qoyulmuş imzanın yalnız seçiciyə məxsus olması;

g) Seçki Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə əməl olunması.

 

Qeyd: namizədin müdafiəsi üçün imza qoyulması hüququ yalnız seçicinin özünə məxsusdur.

 

 

a, b, c, ç, e, ə) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

d, f, g) qanunla müəyyən olunmuş qaydada.

3. Namizədə aid məlumatlar:

a) namizədin soyadı, adı, atasının adı;

b) doğum tarixi;

c) əsas iş və ya xidmət yeri və ya tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü);

ç) yaşayış yerinin ünvanı;

d) irəli sürüldüyü seçki dairəsinin sıra sayı və adı;

e) şəxsi imzası;

ə) imzanın qoyulduğu tarix;

f) namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, onun mühakimə olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin nömrəsi və adı;

g) xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa, bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adının göstərilməsi;

ğ) namizədin Azərbaycan Respublikasının vətəndaşı olması;

h) namizədin xarici ölkə vətəndaşlığının olub-olmaması;

x) 5 ildən çox müddət ərzində xarici ölkə ərazisində yaşamaqla əlaqədar əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərlə bağlı başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması;

ı) əgər namizədi siyasi partiya və ya siyasi partiyaların bloku irəli sürübsə, imza vərəqəsində siyasi partiyanın və ya siyasi partiyalar blokunun adı.

 

a, b, ç, ğ, h, x) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

c) şəxsin əmək münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları;

e, ə) qanunvericiliyə və bu Qaydalara uyğun;

f, g) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi;

ı) Mərkəzi Seçki Komissiyası; müvafiq siyasi partiyanın daimi fəaliyyət göstərən orqanı (ali orqan, rəhbər orqan, icra aparatı və s.).

4. İmza toplamış şəxsə aid məlumat  və tələblər:

 

a) imza toplamış şəxsin soyadı, adı, atasının adı;

b) yaşayış yerinin ünvanı;

c) şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi, verilmə tarixi;

ç) 18 yaşına çatmış aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı olması;

d) imza toplamağa səlahiyyəti olması;

e) şəxsin imzası və imzanın qoyulduğu tarix.

a,b,c,ç) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi şəhər və ya rayon polis idarələrinin müvafiq qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələri;

e) qanunvericiliyə və bu Qaydalara uyğun.

Seçici imzalarının toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokol:

 

 a) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/45 saylı Qərarı ilə təsdiq edilmiş Təlimata 1 saylı əlavənin forma və məzmununa uyğun

b) 2 nüsxədə olub-olmaması.

 

Namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildirişdəki yoxlanılmalı məlumatlar

Müvafiq məlumatlara və onla­rın yoxlanılması qaydalarına uyğun.

Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə yoxlanılmalı məlumatlar:

 

(Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2005-ci il tarixli 13/43 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaya 1 saylı əlavəyə uyğun):

a) əsas iş yerindən əmək haqqı barədə arayış;

b) mükafat və maddi yardım haqqında arayış;

c) mülki-hüquqi müqavilələrdən əldə edilən gəlir haqqında arayış;

ç) sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında arayış;

d) qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlir haqqında arayış.

 

Qeyd: bu məlumatlar müvafiq komissiyalar tərəfindən göstərilən orqanlara və şəxslərə müraciət etmək yolu ilə əldə edilə bilər.

 

 

 

 

a, b, c, ç, d) şəxsin əmək və müqavilə münasibətlərində olduğu qurum və şəxslər; müvafiq vergi orqanları.

 

 

 

 

Mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat

(Seçki Məcəlləsinə 5 saylı əlavəyə uyğun forma və məzmunda).

 

Daşınmaz əmlak:

a) torpaq sahəsi;

b) yaşayış sahəsi;

c) mənzillər;

ç) bağlar;

d) qaraj, digər bina, tikili və avadanlıq.

a, b, c, ç, d) Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri və ya müvafiq bələdiyyə orqanları, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin ərazi şöbələri və s.

Nəqliyyat vasitələri:

a) minik avtomobilləri;

b) yük avtomobilləri;

c) digər nəqliyyat vasitələri.

a, b, c) Baş Dövlət Yol Polisi İdarəsi

Namizədin ilkin maliyyə hesabatı

a) namizədin müdafiəsi üçün seçici imzalarının toplanmasının təşkilinə sərf etdiyi vəsait (məbləği göstərilməklə).

a) Müvəkkil bank

 

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədin dairə seçki komissiyası tərəfindən qeydə alınması Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci, 60-cı və 148-ci maddələri ilə və bu Qaydalarla tənzimlənir.

Müvafiq seçki komissiyası imza vərəqələrini və namizədin qeydə alınması üçün lazım olan digər sənədləri qəbul etdikdən sonra 7 gün müddətində qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədlərlə iş aparmalı və məlumatları yoxlayaraq namizədin qeydə alınıb-alınmaması barədə əsaslandırılmış qərar qəbul etməlidir.

Qərarda namizədin kim tərəfindən irəli sürülməsi, qeydə alınmanın və ya qeydiyyatdan imtinanın əsasları, qanunvericiliyin müvafiq normaları, qərarın qəbul edilmə tarixi və vaxtı göstərilməli, qanunda nəzərdə tutulmuş qaydada imzalanmalıdır.

Namizədin qeydə alınması və ya qeydiyyatdan imtina edilməsi barədə qərarın surəti dairə seçki komissiyası tərəfindən həmin qərarın qəbul edildiyi gündən etibarən bir gün müddətində namizədə, namizədi irəli sürmüş siyasi partiyanın və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə verilməlidir.

Qeydə alınmış hər bir namizədə dairə seçki komissiyası tərəfindən qeydiyyat vəsiqəsi verilir.

Qeydə alınmış deputatlığa namizədlər barədə məlumatlar qeydiyyatdan sonra 24 saat müddətində kütləvi informasiya vasitələrinə təqdim edilir.

Qeydə alınmış deputatlığa namizədlərin siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən dövri nəşrlərdə dərc edilir.

 

_____

 

 

 

 


Qaydalara 1 saylı əlavə

 

 

İmza vərəqələrindəki imzaların düzgünlüyünün

yoxlanılması barədə

 

P R O T O K O L

 

 

Deputatlığa namizədliyi irəli sürülmüş vətəndaş ________________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

müdafiəsi üçün _____saylı_______________________________________ seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması nəticəsində məlum olmuşdur:

 

1. Təqdim edilmiş imza vərəqələrinin sayı .....................................................

 

 

 

2. Ərazilərində imza toplanmış seçki dairələrinin sayı................................

 

 

 

3. Təqdim edilmiş imzaların sayı ........................................................................

 

 

 

4. Yoxlanılmış imzaların sayı ................................................................................

 

 

 

5. Yoxlanılmamış imzaların sayı ..........................................................................

 

 

 

6. Etibarlı hesab edilmiş imzaların sayı ............................................................

 

 

 

7. Etibarsız hesab edilmiş imzaların sayı .........................................................

 

 

 

 

O cümlədən aşağıdakı səbəblərdən:

 

- bir imza istisna olmaqla təkrar imzalar.........................................................

 

 

 

- seçki komissiyasına bildiriş göndərilənədək imza vərəqələrinə daxil edilmiş seçici imzaları ..........................................................................................

 

 

 

- əl yazısı ilə qoyulmayan və ya karandaşla qoyulan imzalar..................

 

 

 

- imza vərəqəsini təsdiq edən şəxslər tərəfindən seçici imzalarının qoyulması tarixində edilən düzəlişlər təsdiqlənməmiş imzalar..............

 

 

 

- məlumatları qeyri-düzgün göstərilən seçicilərin imzaları......................

 

 

 

- seçki hüququ olmayan ( 18 yaşına çatmamış vətəndaşlar, fəaliyyət qabiliyyətsiz və məhdud fəaliyyət qabiliyyətli şəxslər, əcnəbilər və qanunla müəyyən edilmiş digər şəxslər) vətəndaşların imzaları ...........

 

 

 

- imza vərəqəsində doldurulmalı olan, lakin tam doldurulmamış sətirlərdə olan imzalar............................................................................................

 

 

 

- Seçki Məcəlləsinin tələbinə uyğun gəlməyən yazı aşkar edilmiş sırada olan imzalar...................................................................................................

 

 

 

- müxtəlif şəxslərin adından bir şəxs tərəfindən və ya bir şəxsin adından müxtəlif şəxslər tərəfindən qoyulmuş imzalar.............................

 

 

 

- 57.1-ci maddənin tələbinin pozulması ilə əlaqədar etibarsız hesab edilmiş imzalar...........................................................................................................

 

 

 

- imza vərəqələri imza toplayan şəxsin, habelə namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin əl yazısı qaydasında imzası ilə təsdiq edilməyibsə və ya səlahiyyətli nümayəndənin imzası qeyri-düzgündürsə, etibarsız sayılan imzalar...........................................................................................................................

 

 

 

- digər səbəblərdən.................................................................................................

 

 

 

 

İşçi qrupunun rəhbəri: _____________    ___________________________

                                                       (imza)                 (soyadı, adı, atasının adı)

 

 

________

Qeyd:

1. İmza vərəqələrində pozulmuş imzalar, bu barədə vərəqələrdə imza toplayanlar tərəfindən müvafiq qeyd aparıldıqda yoxlanılmır və nəzərə alınmır.

2. İmza vərəqələrində müəyyən edilmiş qaydada aparılan düzəliş və qeydlər imzaların etibarsız hesab edilməsinə səbəb olmur.

3. Eyni şəxsin bir neçə imzası aşkar edilərsə, yalnız bir imza etibarlı, digər imzalar isə qeyri-düzgün sayılır.

4. İmzalar Seçki Məcəlləsinin 147.1-ci maddəsinin tələblərinin pozulması ilə (toplanan seçici imzalarının əhatə dairəsi namizədin irəli sürüldüyü seçki dairəsinin ərazisindən kənara çıxırsa və toplanan imzaların sayı 450-dən azdırsa) toplanmışdırsa, həmin imzalar yoxlanılmır və seçici imzalarının lazımi saydan az olmasına bərabər tutulur.