AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

03.12.2012

Qeydiyyat nömrəsi

29/1

Adı

Azərbaycan Respublikası Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

12.12.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201212030291

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

11.12.2012

 

 

Dövlətin sosial-iqtisadi siyasətinə müvafiq olaraq ipoteka kreditləşməsinin genişləndirilməsi vasitəsi ilə qeyri-neft sektorunun iqtisadi artımına dəstəyin verilməsi çərçivəsində Mərkəzi Bank tərəfindən iqtisadi stimullaşdırılma alətlərinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci və 34-cü maddələrinə, habelə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1.                  “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilsin (əlavə olunur);

2.                  Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Sədr                                                                                       Elman  Rüstəmov

 


 

 

“Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 29/1

“03” dekabr 2012-ci il

 

Sədr

________________________

Elman Rüstəmov

 

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər

 

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə təsdiq olunmuş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 06 avqust 2012-ci il tarixində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş (qeydiyyat nömrəsi 23201207250203) “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:

1.                2.0.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.0.13. leverec əmsalı – Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminin 50 (əlli) faizi istisna olmaqla, bankın I dərəcəli kapitalının (bu Qaydaların 8.0.1-ci yarımbəndində müəyyən edilmiş tutulmalardan sonra) balans aktivlərinə və balansdankənar öhdəliklərə (bankın hesablarında girov qoyulmuş Azərbaycan Respublikasının milli valyutası ilə, xarici valyuta ilə və ya bank metalları ilə təmin olunmuş hissəsi istisna olmaqla) nisbəti;”

2.                12.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“Leverec əmsalının hesablanması aşağıdakı düsturla aparılır:

 

 

 

I dərəcəli kapital - I dərəcəli kapitaldan “tutulmalar”

Leverec əmsalı=    ----------------------------------------------X100%”

(balans aktivləri- Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləriX0.5) + balansdankənar öhdəliklər

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il) ilə ləğv edilmişdir.