AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 29.11.2012
Qeydiyyat nömrəsi: 25-N
Adı: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 29.09.2011-ci il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 30.11.2012
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 380.060.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 15201211290025
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 29.11.2012


Məhkəmə ekspertizası mərkəzində məhkəmə eksperti ixtisasının verilməsi işinin təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 19-cu bəndinə əsasən Kollegiya

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 29.09.2011-ci il tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Müsahibədən keçmiş namizədlərin peşə fəaliyyətinə buraxılmaları məqsədi ilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilməsi məsələsi Komissiya tərəfindən həll edilir.”;

1.2. 4.2-ci bənddə “üzrə 14 iyun 2000-ci il tarixli 93ş/h nömrəli əmrlə” sözləri “Kollegiyasının 29.11.2012-ci il tarixli 24-N nömrəli Qərarı ilə” sözləri ilə əvəz edilsin.

2. Bu Qərarın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunsun (A.Əliyev).

3. Qərar aidiyyəti ədliyyə orqanlarına göndərilsin.

 

Azərbaycan Respublikasının

ədliyyə naziri

I dərəcəli dövlət ədliyyə müşaviri

Fikrət Məmmədov