AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

21.12.2012

Qeydiyyat nömrəsi

Q-11

Adı

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası  Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ  hüquqi aktların təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

09.01.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.050.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201212210011

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

08.01.2013

 

 

“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli, 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 mart 2008-ci il tarixli 735 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

QƏRARA ALIR:

 

1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar aşağıdakı normativ hüquqi aktlar təsdiq edilsin:

1.1. “Sığortaçıların zərərlilik dərəcəsinin müəyyən edilməsi Qaydaları” (1 nömrəli əlavə);[1]

1.2. “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları” (2 nömrəli əlavə);

1.3. “Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddinin müəyyən edilməsi və bu payın hesablanması Qaydaları” (3 nömrəli əlavə);

1.4. Sığortaçılarda daxili auditin aparılması Qaydaları” (4 nömrəli əlavə);

1.5. “Sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblər” (5 nömrəli əlavə);

1.6. “Sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə verilən lisenziyaların forması və doldurulması Qaydaları” (6 nömrəli əlavə);

1.7. “Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları” (7 nömrəli əlavə);

1.8. “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qaydalar” (8 nömrəli əlavə);

1.9. “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları” (9 nömrəli əlavə).[2]

2. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş normativ hüquqi aktların qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aşağıdakı normativ hüquqi aktları ləğv edilsin:

2.1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi və bəzi normativ hüquqi aktların qüvvədən düşmüş hesab edilməsi haqqında” 2008-ci il 14 noyabr tarixli İ-110 nömrəli Əmr (2-ci hissəsi istisna olmaqla);

2.2. “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydalarının təsdiq edilməsi haqqında” 2010-cu il 23 noyabr tarixli İ-189 nömrəli Əmr;

2.3. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bəzi normativ hüquqi aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 2011-ci il 21 yanvar tarixli İ-09 nömrəli Əmr.

3. Maliyyə və sığorta bazarının tənzimlənməsi şöbəsinə və Dövlət Sığorta Nəzarəti Xidmətinə tapşırılsın ki, Hüquq şöbəsi ilə birlikdə bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

4. Bu qərarın icrasına nəzarət nazir müavini Azər Bayramova həvalə edilsin.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

 

 

Samir Şərifov

 

 


 

 

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyinin

 

21 dekabr 2012-ci il tarixli

Q-11 ¹-li kollegiya qərarı ilə təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

 

Sığortaçıların zərərlilik dərəcəsinin müəyyən edilməsi Qaydaları[3]

 

1.      Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli, 735 nömrəli Fərmanının 3.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır və sığortaçının zərərlilik dərəcəsinin hesablanması qaydalarını, habelə bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan «sığortaçı» anlayışı sığortaçılarla yanaşı, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları da əhatə edir.

1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir:

1.3.1. hesabat tarixi – sığortaçının müvafiq hesabatının tərtib edildiyi  tarix;

1.3.2. hesabat dövrü - hesabat tarixindən əvvəlki 12 ay;

1.3.3. sığorta (təkrarsığorta) müqavilələri - hesabat dövrü ərzində bağlanmış sığorta müqavilələri və təkrarsığortaya qəbul edilmiş risklər üzrə təkrarsığorta müqavilələri;

1.3.4. qazanılmış məcmu sığorta haqları – hesabat dövrü ərzində bağlanmış sığorta (təkrarsığorta) müqavilələri üzrə hesablanmış məcmu sığorta haqlarının və hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsinin cəmindən həmin dövrün sonuna qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsini çıxdıqdan sonra qalan məbləğ;

1.3.5. xərclər – sığorta haqlarından hesablanmış məcburi ayırmalar və işlərin aparılması xərcləri;

1.3.6. məcmu zərərlər – sığorta hadisələri ili üzrə məcmu sığorta ödənişlərinin, tənzimləmə xərclərinin, həmçinin  sığorta hadisələri ili üzrə hesabat dövrünün sonuna zərərlər ehtiyatının cəmi;

1.3.7. tənzimləmə xərcləri – sığorta ödənişlərinin məbləğinə daxil olmayan, lakin sığorta ödənişlərinin verilməsi ilə əlaqədar olan təşkilati, texniki, hüquqi və qiymətləndirmə xidmətlərinin əldə edilməsi üzrə sığortaçının əlavə xərclərinin cəmi;

1.3.8. sığorta hadisələri ili üzrə xalis sığorta ödənişləri – sığorta hadisələri ili üzrə məcmu sığorta ödənişlərindən təkrarsığortaçıların bu ödənişlərdəki payı çıxıldıqdan sonra qalan məbləğ;

1.3.9. sığorta hadisələri ili hesabat tarixindən əvvəlki dörd rüb ərzində baş vermiş bütün sığorta hadisələrinə münasibətdə götürülür (bu halda məcmu sığorta ödənişləri və həmin ödənişlərdə təkrarsığortaçıların payı yalnız həmin dörd rüb ərzində baş vermiş sığorta hadisələri üzrə hesablanır);

1.3.10. sığorta hadisələri ili üzrə bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı - baş verməsi haqqında qanunla və ya sığorta (təkrarsığorta) müqaviləsi ilə müəyyən olunmuş qaydada hesabat tarixindən əvvəlki dörd rüb ərzində sığortaçıya bildirilmiş, lakin sığorta ödənişləri verilməmiş, yaxud tam verilməmiş sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının (təkrarsığortaçının) öhdəliyi (sığorta ehtiyatları üçün Forma ¹ 8-3-ün, sığorta ehtiyatlarında təkrarsığortaçının payı üçün isə Forma ¹ 8-11-in axırıncı sütununda son 4 rüb üzrə hədlərin cəmi);

1.3.11. sığorta hadisələri ili üzrə baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı - baş verməsi haqqında qanunla və ya sığorta (təkrarsığorta) müqaviləsi ilə müəyyən olunmuş qaydada hesabat tarixindən əvvəlki dörd rüb ərzində sığortaçıya bildirilməmiş, sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsi ilə bağlı sığortaçının (təkrarsığortaçının) öhdəliyi (sığorta ehtiyatları üçün Forma ¹8-8-in, sığorta ehtiyatlarında təkrarsığortaçının payı üçün isə Forma ¹8-12-in axırıncı sütununda son dörd rüb üzrə hədlərin cəminin 1,03-ə hasili);

1.3.12. sığorta hadisələri ili üzrə hesabat dövrünün sonuna zərərlər ehtiyatı  - sığorta hadisələri ili üzrə bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı ilə baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatının cəmi.”

1.4. Bu Qaydaların məqsədləri üçün aparılan hesablamalarda istifadə olunan bütün göstəricilər eyni hesabat dövrünə aid olmalıdır.

 

2.     Zərərlilik dərəcəsi

2.1. Zərərlilik dərəcəsi sığorta fəaliyyətinin ümumilikdə və ayrı-ayrı sığorta sinifləri üzrə səmərəliliyini, habelə sığortaçının maliyyə vəziyyətini xarakterizə edir.

2.2. Zərərlilik dərəcəsi zərər əmsalı ilə xərc əmsalının cəminə bərabərdir.

2.3. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinin məqsədləri üçün təkrarsığortaçıların payı çıxılmaqla hesablanmış zərərlilik dərəcəsinin yuxarı həddi 90 faiz müəyyən edilir.

3.     Zərər əmsalının hesablanması

3.1. Zərər əmsalı təkrarsığortaçıların payı həm çıxılmamaqla, həm də çıxılmaqla hesablanır.

3.2. Zərər əmsalı təkrarsığortaçıların payı çıxılmamaqla ayrılıqda hər bir sığorta sinifi və ya bütün sığorta portfeli üzrə məcmu zərərlərin qazanılmış məcmu sığorta haqlarına nisbətinə bərabərdir:

T=(M/Q) x 100%

burada:

T – təkrarsığortaçıların payı çıxılmamaqla hesablanan zərər əmsalıdır;

M – məcmu zərərlərdir;

Q – qazanılmış məcmu sığorta haqlarıdır.

 

3.3. Zərər əmsalı təkrarsığortaçıların payı çıxılmaqla ayrılıqda hər bir sığorta sinifi və ya bütün sığorta portfeli üzrə təkrarsığortaçıların payı çıxılmaqla məcmu zərərlərin qazanılmış xalis sığorta haqlarına nisbətinə bərabərdir:

Tn=(Mn/Qn) x 100%

burada:

Tn – təkrarsığortaçıların payı çıxılmaqla hesablanan zərər əmsalıdır;

Mn – təkrarsığortaçıların payı çıxılmaqla hesablanan məcmu zərərlərdir;

Qn – qazanılmış xalis sığorta haqlarıdır.

3.4. Qazanılmış xalis sığorta haqları aşağıdakı düsturla hesablanır:

Qn = A – B + C – E + Ə – (F – K)

burada:

Qn – qazanılmış xalis sığorta haqlarıdır;

A – hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsidir;

B – hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatında təkrarsığortaçıların payıdır;

C – hesabat dövrü ərzində bağlanmış sığorta (təkrarsığorta) müqavilələri üzrə hesablanmış məcmu sığorta haqlarıdır;

E – hesabat dövrü ərzində təkrarsığortaya verilmiş risklər üzrə hesablanmış təkrarsığorta haqlarıdır;

Ə – hesabat dövrü ərzində təkrarsığortaya verilmiş risklər üzrə təkrarsığortalılara hesablanmış komisyon muzddur;

F – hesabat dövrünün sonuna qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsidir;

K – hesabat dövrünün sonuna qazanılmamış sığorta haqları ehtiyatında təkrarsığortaçıların payıdır.

4.     Xərc əmsalının hesablanması

4.1. Xərc əmsalı bütün sığorta portfeli üzrə xərclərin qazanılmış məcmu sığorta haqlarına nisbətinə bərabərdir:

E=(X/Q) x 100%

burada:

E – xərc əmsalıdır;

X – bütün sığorta portfeli üzrə xərclərdir;

Q – bütün sığorta portfeli üzrə qazanılmış məcmu sığorta haqlarıdır.

 

5.     Zərərlilik dərəcəsinin hesablanması

5.1. Hər bir sığorta sinifi və ya bütün sığorta portfeli üzrə zərərlilik dərəcəsi təkrarsığortaçıların payı həm çıxılmamaqla, həm də çıxılmaqla hesablanır.

5.2. Təkrarsığortaçıların payı çıxılmamaqla hesablanan zərərlilik dərəcəsi təkrarsığortaçıların payı çıxılmamaqla hesablanan zərər əmsalının və xərc əmsalının cəminə bərabərdir:

Z = T + E

burada:

Z – təkrarsığortaçıların payı çıxılmamaqla hesablanan zərərlilik dərəcəsidir;

T – təkrarsığortaçıların payı çıxılmamaqla hesablanan zərər əmsalıdır;

E – xərc əmsalıdır.

5.3. Təkrarsığortaçıların payı çıxılmaqla hesablanan zərərlilik dərəcəsi təkrarsığortaçıların payı çıxılmaqla hesablanan zərər əmsalının və xərc əmsalının cəminə bərabərdir:

Zn = Tn + E

burada:

Zntəkrarsığortaçıların payı çıxılmaqla hesablanan zərərlilik dərəcəsidir;

Tntəkrarsığortaçıların payı çıxılmaqla hesablanan zərər əmsalıdır;

E – xərc əmsalıdır.

6.     Zərərlilik dərəcəsi ilə bağlı hesabat

6.1. Zərərlilik dərəcəsi ilə bağlı hesabat sığortaçılar tərəfindən bu Qaydaların 1 nömrəli əlavəsində müəyyən edilmiş formada aşağıdakı tələblərə riayət olunmaqla rüblük olaraq tərtib edilməli və təqvim ilinin hər rübü başa çatdıqdan 20 gün müddətində həm kağız, həm də elektron daşıyıcılarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmalıdır:

6.1.1. hesabatda tələb olunan göstəricilər müvafiq hesabat formasına uyğun olaraq tam və düzgün əks etdirilməlidir;

6.1.2. hesabat sığortaçının İdarə Heyətinin sədri (və ya onun vəzifələrini müvəqqəti icra edən şəxs) və baş mühasibi tərəfindən imzalanmalı və həmin sığortaçının möhürü ilə təsdiq edilməlidir;

6.1.3. hesabatda müvafiq məbləğlər manatla ifadə olunmalıdır;

6.1.4. hesabatda göstərilən məbləğlər əlli qəpikdən az olduqda sıfır, əlli qəpiyə bərabər və ya ondan böyük olduqda isə bir manat kimi qeyd edilməlidir;

6.1.5. hesabatda hər hansı formada düzəliş edilməsinə və ya pozulmuş, yaxud tam və ya qismən oxunmayan məlumatların mövcudluğuna yol verilmir.

6.2. Bu Qaydaların 6.1-ci bəndində müəyyən edilmiş tələblərə uyğun gəlməyən hesabatlar təhlil edilmədən geri qaytarılır.

 


 

 

Forma ¹ 10

 

 

 

 

 

 

 

 

 

 

Sığortaçıların zərərlilik dərəcəsinin
müəyyən edilməsi Qaydalarına Əlavə ¹ 1

 

Sığortaçıların zərərlilik dərəcəsinin qeyri-həyat sığortası üzrə müəyyən edilməsi haqqında

 

HESABAT

 

 __________________________________________

 

    (sığortaçının  adı)

 

«____»______________20____ c _ il  tarixə

 

1. Sığortanın sinifləri üzrə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sıra sayı

Sığortanın sinfi

Hesablanmış məcmu sığorta haqları

Hesabat dövrü ərzində qaytarılmış sığorta (təkrarsığorta) haqları

Hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsi

Hesabat dövrünün sonuna qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsi

Qazanılmış məcmu sığorta haqları                            ( «III»+«V»-«VI»)

Təkrarsığortaya verilmiş risklər üzrə hesablanmış təkrarsığorta haqları

Hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatında təkrarsığortaçıların payı

Hesabat dövrünün sonuna qazanılmamış sığorta haqları ehtiyatında təkrarsığortaçıların payı

Təkrarsığortaya verilmiş risklər üzrə hesablanmış komisyon muzdu

Qazanılmış xalis sığorta haqları («V»-«IX»+«III»-«VIII»+«XI»-(«VI»-«X»))

Sığorta hadisələri ili üzrə məcmu sığorta ödənişləri

Sığorta hadisələri ili üzrə məcmu sığorta ödənişlərində təkrarsığortaçıların payı

Sığorta hadisələri ili üzrə xalis sığorta ödənişləri(«XIII»-«XIV»)

Sığorta hadisələri ili üzrə hesabat dövrünün sonuna  zərərlər ehtiyatı

Sığorta hadisələri ili üzrə zərərlər ehtiyatında təkrarsığortaçıların payı çıxılmaqla hesabat dövrünün sonuna zərərlər ehtiyatı

Tənzimləmə xərcləri

Təkrarsığortaçıların payı çıxılmamaqla zərər əmsalı, % («XIII»+«XVI»+«XVIII») /(«VII»-«IV»)

Təkrarsığortaçıların payı çıxılmaqla zərər əmsalı, % («XV»+«XVII»+«XVIII») /(«XII»-«IV»)

 

I

II

III

IV

V

VI

VII

VIII

IX

X

XI

XII

XIII

XIV

XV

XVI

XVII

XVIII

XIX

XX

A1

1

fərdi qəza və xəstəlik sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A2

2

tibbi sığorta

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A3

3

əmlakın yanğından və digər risklərdən sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A4

4

avtonəqliyyat vasitələrinin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A5

5

dəmiryol nəqliyyatı vasitələrinin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A6

6

hava nəqliyyatı vasitələrinin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A7

7

su nəqliyyatı vasitələrinin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A8

8

yüklərin (nəqliyyat) sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A9

9

kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A10

10

kənd təsərrüfatı heyvanlarının sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A11

11

işçilərin dələduzluğu sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A12

12

pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A13

13

avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A14

14

dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A15

15

hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A16

16

su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A17

17

yük daşıyanın mülki məsuliyyətinin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A18

18

mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A19

19

peşə məsuliyyətinin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A20

20

işəgötürənin məsuliyyət sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A21

21

ümumi mülki məsuliyyətin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A22

22

kreditlərin sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A23

23

ipoteka sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A24

24

əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A25

25

işin dayanması ilə bağlı risklərdən sığorta

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A26

26

nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A27

27

sərnişinlərin icbari sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A28

28

icbari ekoloji sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A29

29

yanğından icbari sığorta

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A30

30

Milli Məclis deputatlarının icbari şəxsi sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A31

31

tibbi personalın AİDS-dən sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A32

32

hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A33

33

məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A34

34

dövlət qulluqçularının icbari sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A35

35

diplomatik nümayəndələrin icbari sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A36

36

auditorların peşə məsuliyyətinin icbari sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A37

37

daşınmaz əmlakın icbari sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A38

38

daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A39

39

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A40

40

sərnişinlərin icbari fərdi qəza sığortası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

2. Bütün sığorta portfeli üzrə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hesablanmış məcmu sığorta haqları

Hesabat dövrü ərzində qaytarılmış sığorta (təkrarsığorta) haqları

Hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatının baza hissəsi

Hesabat dövrünün sonuna qazanılmamış sığorta haqları ehtiyatının baza hisssəsi

Qazanılmış məcmu sığorta haqları ( «I»+«III»-«IV»)

Təkrarsığortaya verilmiş risklər üzrə hesablanmış təkrarsığorta haqları

Hesabat dövrünün əvvəlinə qazanılmamış sığorta haqları ehtiyatında təkrarsığortaçıların payı

Hesabat dövrünün sonuna qazanılmamış sığorta haqları ehtiyatında təkrarsığortaçıların payı

Təkrarsığortaya verilmiş risklər üzrə hesablanmış komisyon muzdu

Qazanılmış xalis sığorta haqları («III»-«VII»+«I»-«VI»+«IX»-(«IV»-«VIII»))

Sığorta hadisələri ili üzrə məcmu sığorta ödənişləri

Sığorta hadisələri ili üzrə məcmu sığorta ödənişlərində təkrarsığortaçıların payı

Sığorta hadisələri ili üzrə xalis sığorta ödənişləri («XI»-«XII») 

Sığorta hadisələri ili üzrə hesabat dövrünün sonuna zərərlər ehtiyatı

Sığorta hadisələri ili üzrə zərərlər ehtiyatında təkrarsığortaçıların payı çıxılmaqla hesabat dövrünün sonuna zərərlər ehtiyatı

Tənzimləmə xərcləri

Xərclər

Təkrarsığortaçıların payı çıxılmamamaqla zərər əmsalı,                                                      % («XI»+«XIV»+«XVI») /(«V»-«II»)

Təkrarsığortaçıların payı çıxılmaqla zərər əmsalı,                                                                                  % («XIII»+«XV»+«XVI») /(«X»-«II»)

Xərc əmsalı, % («XVII» /(«V»-«II»))

Təkrarsığortaçıların payı çıxılmamaqla zərərlilik dərəcəsi, % («XVIII»+«XX»)

Təkrarsığortaçıların payı çıxılmaqla zərərlilik dərəcəsi, % («XIX»+ «XX»)

 

I

II

III

IV

V

VI

VII

VIII

IX

X

XI

XII

XIII

XIV

XV

XVI

XVII

XVIII

XIX

XX

XXI

XXII

A1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İdarə heyətinin sədri _______________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

M.Y.

 

 

 

 

 

 

 

 

 

 

 

Baş mühasib ________________________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyinin

 

21 dekabr 2012-ci il tarixli

Q-11 ¹-li kollegiya qərarı ilə təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi[4]

 

Q A Y D A L A R I

 

1.      Ümumi müddəalar

 

1.1.     Bu Qaydalar "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli, 735 nömrəli Fərmanının 3.1.-ci bəndinə əsasən hazırlanmış və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37.2.7-ci, 81-3.3-cü və 83.2.2-ci maddələrinə uyğun olaraq, sığortaçının rəhbər işçisi vəzifəsinə təyin edilən və ya belə vəzifəni müvəqqəti icra etməsi nəzərdə tutulan, habelə sığorta vasitəçiliyi üzrə müvafiq lisenziya almaq və ya aktuari fəaliyyətini həyata keçirməyə görə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın (bundan sonra “attestasiya” adlandırılacaq) keçirilməsi qaydalarını müəyyən edir.[5]

1.2.     Bu Qaydalarda istifadə olunan “sığortaçı” anlayışı sığortaçılarla yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları da əhatə edir.

2.      Attestasiyanın keçirilmə forması

 

2.1. Attestasiya sığorta nəzarəti orqanı tərəfindən iki mərhələdə keçirilir:

2.1.1.    birinci mərhələ - şəxsin sığortaçının rəhbər işçisi və ya fiziki şəxs olan müvafiq sığorta vasitəçisi, yaxud aktuari ilə bağlı bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi və onlara sığorta nəzarəti orqanında baxılması;[6]

2.1.2.    ikinci mərhələ - şəxsin təyin edilməsi nəzərdə tutulan rəhbər vəzifənin (sığortaçının direktorlar şurasının üzvləri istisna edilməklə) və ya lisenziya alınması üçün müraciət edilən sığorta vasitəçiliyi, yaxud aktuari fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla təqdim olunan test tapşırıqlarının cavablandırılması.[7]

 

3.      Attestasiyanın birinci mərhələsi ilə bağlı tələblər

3.1.    Attestasiyanın birinci mərhələsində aşağıdakı sənədlər şəxsin ərizəsi ilə birlikdə sığorta nəzarəti orqanına təqdim edilməlidir:

3.1.1.    sığortaçının rəhbər işçisi vəzifəsinə təyin edilməsi nəzərdə tutulmuş şəxsin

3.1.1.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;[8]

3.1.1.2. faktiki yaşadığı ünvanı, elektron poçt ünvanı və telefon nömrələrini özündə əks etdirən yazılı məlumat;

3.1.1.3. Fiziki şəxsin əmək kitabçasının notariat qaydasında və ya son iş yerinin möhürü ilə təsdiq edilmiş surəti;[9]

3.1.1.4. Xarici fiziki şəxslər üçün iş təcrübəsini təsdiq edən sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş surəti;

3.1.1.5. Fiziki şəxsin vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq edilmiş ərizəsi;[10]

3.1.1.6. Xarici fiziki şəxslərin vətəndaşı və daimi yaşayış yeri olan ölkənin müvafiq dövlət orqanlarından “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.41-ci maddəsi ilə müəyyən olunmuş vətəndaş qüsursuzluğunu təsdiq edən sənəd;

3.1.2.    müvafiq sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin

3.1.2.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;[11]

3.1.2.2. faktiki yaşadığı ünvanı, elektron poçt ünvanı və telefon nömrələrini özündə əks etdirən yazılı məlumat;

3.1.2.3. şəxsin hüquqi şəxs olan sığorta vasitəçisinin rəhbər işçisi vəzifəsinə təyin edilməsi nəzərdə tutulduqda ali təhsili haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;[12]

3.1.2.4. müvafiq vergi orqanında qeydiyyata alınma haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

3.1.2.5. vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq edilmiş ərizə.

3.1.3. aktuari şəhadətnaməsi almaq istəyən şəxsin:[13]

3.1.3.1. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

3.1.3.2. faktiki yaşadığı ünvanı, elektron poçt ünvanı və telefon nömrələrini özündə əks etdirən yazılı məlumat;

3.1.3.3. ali təhsil haqqında sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;

3.1.3.4. vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq edilmiş ərizəsi.

3.2.          Şəxs müvafiq rəhbər vəzifə və ya sığorta vasitəçiliyi, yaxud aktuari fəaliyyəti ilə bağlı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 37-ci, 83.2-ci və 83-3.2-ci maddələrində müəyyən edilmiş digər tələblərə uyğun olduqda sığorta nəzarəti orqanı vətəndaş qüsursuzluğu barədə ərizə daxil olduğu tarixdən 3 iş günü müddətində bu barədə arayış təqdim edilməsi üçün sorğu ilə səlahiyyətli dövlət orqanına müraciət etməlidir.[14]

3.3.          Fiziki şəxs müvafiq rəhbər vəzifə və ya sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı qanunvericilikdə müəyyən edilmiş digər tələblərə uyğun olmadıqda, onun vətəndaş qüsursuzluğu barədə arayışın təqdim edilməsi üçün səlahiyyətli dövlət orqanına sorğu göndərilmədən, sənədlərdən sonuncusunun təqdim olunduğu tarixdən 5 iş günü müddətində şəxsin qanunvericiliyin hansı tələbinə uyğun gəlməməsi barədə sığorta nəzarəti orqanı tərəfindən ona rəsmi bildiriş göndərilir.

3.4.    Fiziki şəxs müvafiq rəhbər vəzifə və ya sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı qanunvericilikdə müəyyən edilmiş digər tələblərə uyğun olduğu halda sığorta nəzarəti orqanı vətəndaş qüsursuzluğu barədə səlahiyyətli dövlət orqanının arayışını aldıqdan 5 iş günü müddətində şəxsin vətəndaş qüsursuzluğu ilə bağlı tələbə uyğun gəlib-gəlməməsi barədə ona rəsmi bildiriş göndərir.

3.5.    Xarici fiziki şəxsin bu Qaydaların 3.1-ci bəndində müəyyən edilmiş bəndində müəyyən edilmiş tələblərə uyğunluğu barədə sənədlərə, həmin sənədlərdən sonuncusunun təqdim olunduğu tarixdən 5 iş günü ərzində sığorta nəzarəti orqanı tərəfindən baxılaraq, müvafiq rəhbər vəzifəyə və ya sığorta vasitəçiliyi fəaliyyəti ilə bağlı qanunvericilikdə müəyyən edilmiş tələblərə uyğun gəlib-gəlməməsi barədə ona rəsmi bildiriş göndərilir.[15]

4.      Attestasiyanın ikinci mərhələsi ilə bağlı tələblər

 

4.1.     Attestasiyanın birinci mərhələsinin tələblərinə uyğun hesab edilən şəxsə onun yazılı təqdim etdiyi məlumatda göstərdiyi ünvanına elektron və ya digər yazılı formada göndərilən bildirişdə o, attestasiyanın ikinci mərhələsində iştirak etməyə dəvət olunur. Attestasiyanın ikinci mərhələsinin keçirilmə forması olan test imtahanının (bundan sonra “imtahan” adlandırılacaq) vaxtı və yeri barədə sığorta nəzarəti orqanının rəsmi internet səhifəsində elan verilir. Şəxs imtahanda iştirak etmək üçün elanda göstərilmiş formada imtahanda iştirakını təsdiq edir.[16]

4.2.     Sığortaçının rəhbər işçisi üçün və ya fiziki şəxs olan müvafiq sığorta vasitəçisi üçün «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər tələblərə uyğun gəlməyən şəxs test imtahanına buraxılmır.[17]

4.3. Azərbaycan dilini mükəmməl bilməyən xarici fiziki şəxslər test imtahanında tərcüməçi cəlb etməklə iştirak etmək hüququna malikdirlər.

5.      İmtahanının keçirilmə prosesi və nəticələrin qiymətləndirilməsi

5.1.     İmtahanın keçirilməsinə 3 saat vaxt ayrılır.

5.2.     İmtahan yazılı şəkildə keçirilir və iştirakçıların hər birinə 100 test tapşırığı təqdim edilir. Hər bir test tapşırığında yalnız biri düzgün olan 4 cavab variantı təklif olunur.

5.3.     Test tapşırıqlarında verilən suallar rəhbər işçi vəzifələrinin, yaxud sığorta vasitəçiliyi fəaliyyətinin və ya aktuari fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla fərqləndirilir.[18]

5.4.     Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bir test tapşırığında düzgün cavabın da daxil olduğu iki və ya daha çox cavabı düzgün hesab edən iştirakçının müvafiq cavabı səhv cavab kimi qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

5.5.     İmtahan zamanı yazılı, elektron və ya digər hər hansı məlumat materiallarından istifadə, həmçinin test tapşırıqlarının məzmunu ilə bağlı başqa şəxslərlə danışmaq qəti qadağandır. Bu qadağaya əməl etməyən şəxsin imtahan nəticələri ləğv edilir.

5.6.     İştirakçı ən azı 70 (yetmiş) test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

6.      Attestasiyanın nəticələri barədə məlumat[19]

Attestasiyadan müvəffəqiyyətlə keçən iştirakçılar barədə məlumat imtahandan sonrakı 3 iş günü müddətində sığorta nəzarəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və attestasiyadan keçmiş şəxslərə imtahanda topladığı balın da əks etdirildiyi arayış şəxsən təqdim olunur.

7.    Attestasiya nəticələrinin qüvvəsi

Attestasiyadan keçmiş, lakin imtahan tarixindən sonrakı 2 il ərzində sığorta sektorunda ən azı 6 ay müddətində ştat işçisi kimi işləməyən və ya həmin müddətdə müvafiq sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğul olmayan şəxslərin imtahan nəticələri qüvvədən düşmüş hesab edilir.

 

 


 

 

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyinin

 

21 dekabr 2012-ci il tarixli

Q-11 ¹-li kollegiya qərarı ilə təsdiq edilmişdir.

3 nömrəli əlavə

 

 

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddinin müəyyən edilməsi və bu payın hesablanması

 

Q A Y D A L A R I[20]

 

1. Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli, 735 nömrəli Fərmanının 3.1.-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddini, habelə bu payın hesablanması qaydalarını müəyyən edir.

2. Bu Qaydalarda istifadə olunan “sığortaçı” və “xarici sığortaçı” anlayışı sığortaçılar və xarici sığortaçılarla yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları və xarici təkrarsığortaçıları da, habelə “xarici sığortaçı” anlayışı həm də Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçıların nizamnamə kapitalında bilavasitə və ya bu Qaydalarda nəzərdə tutulmuş qaydada dolayısı ilə iştirak etmək hüququ olan şəxsləri də əhatə edir.

3. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital payının son həddi aşağıdakı kimi müəyyən edilir:[21]

3.1. 2015-ci il 01 yanvar tarixinədək – 50 %;

3.2. 2015-ci ilin 01 yanvar tarixindən etibarən – 70 %;

3.3. 2016-cı ilin 01 yanvar tarixindən etibarən – 85 %;

3.4. 2017-ci ilin 01 yanvar tarixindən etibarən – 100 %.

4. Xarici fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının yerli hüquqi şəxs olan səhmdarlarının nizamnamə kapitalında bilavasitə iştirak edərsə, həmin xarici fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının nizamnamə kapitalında dolayısı ilə iştirak etmiş hesab olunur.[22]

5. Xarici fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının nizamnamə kapitalında iştirak edirsə, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici kapital paylarının məcmu məbləğini hesablayarkən xarici fiziki və ya hüquqi şəxsin bilavasitə iştirak payı qəbul edilir.[23]

6. Xarici fiziki və ya hüquqi şəxs Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının nizamnamə kapitalında dolayısı ilə iştirak edirsə, belə iştirakı ifadə edən pay aşağıdakı düsturla hesablanır:[24]

                                                           A = B x C x D,

            burada:

A - Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin dolayısı ilə iştirak payıdır;[25]

B - Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının səhmdarı olan yerli hüquqi şəxsin nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin bilavasitə iştirak payıdır;

C - Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının səhmdarı olan yerli hüquqi şəxsin nizamnamə kapitalında xarici fiziki və ya hüquqi şəxsin bilavasitə iştirak payının faiz nisbətidir;

D - Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçının nizamnamə kapitalında onun səhmdarı olan, bu Qaydaların 4-cü bəndində nəzərdə tutulmuş yerli hüquqi şəxsin iştirak payının faiz nisbətidir;

7. Bu Qaydaların 3-cü bəndinin məqsədləri üçün xarici sığortaçıların Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçıların nizamnamə kapitallarındakı bu Qaydaların 5-ci və 6-cı bəndinə müvafiq olaraq müəyyən edilən bilavasitə və (və ya) dolayısı ilə iştirakı ifadə edən xarici kapital payları cəmlənir və alınan məbləğin Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğinə faiz nisbəti müəyyən edilir.[26]

 

 


 

 

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyinin

 

21 dekabr 2012-ci il tarixli

Q-11 ¹-li kollegiya qərarı ilə təsdiq edilmişdir.

4 nömrəli əlavə

 

Sığortaçılarda daxili auditin aparılması

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

1.3.     Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Qanun” adlandırılacaq) 35.3-cü maddəsinə əsasən, həmin Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına,  habelə Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının prinsip və standartlarına uyğun olaraq hazırlanmış və sığortaçılarda daxili auditin aparılması qaydalarını müəyyən edir.

1.4.     Sığortaçılarda, habelə onların filial və nümayəndəliklərində daxili auditin aparılması qaydaları qanunvericiliyin tələblərinə, sığortaçının təsis və daxili sənədlərinə uyğun olaraq bu Qaydalarda müəyyən olunan xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir.

1.5.     Bu Qaydalarda istifadə olunan “sığortaçı” anlayışı sığortaçılarla yanaşı, Azərbaycan Respublikasının «Sığorta fəaliyyəti haqqında» Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları da əhatə edir.

2.      Daxili auditin məqsədi və təyinatı

2.1.     Sığortaçının daxili audit sisteminin əsas məqsədi risklərin idarə olunmasının, nəzarət və idarəetmənin səmərəliliyinin qiymətləndirilməsinə və inkişafına sistemli yanaşmaqla onun struktur bölmələrinin və işçilərinin, filial və nümayəndəliklərinin bu Qaydaların 2.2-ci bəndində müəyyən edilmiş istiqamətlərdə qanunvericiliyin tələblərinə riayət etməsinə, sığortaçının qanunvericiliklə, o cümlədən bu Qaydalarla nəzərdə tutulan daxili sənədlərinin mövcud olmasına və onlara əməl edilməsinə, sığortaçı tərəfindən həyata keçirilən əməliyyatların xarakterinə və miqyasına, o cümlədən onun fəaliyyət risklərinin azaldılmasına adekvat olaraq lazımi etibarlılıq səviyyəsinin təmin edilməsinə nəzarət etməkdir.

2.2.     Daxili audit xidməti sığortaçıda aşağıdakı istiqamətlərdə daxili auditi təmin etməlidir:

2.2.1.       sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət növlərinin qanunauyğunluğu;

2.2.2.       sığortaçı tərəfindən, həmçinin onun struktur bölmələri, habelə filial və nümayəndəlikləri tərəfindən qanunvericiliyin tələblərinə, o cümlədən mühasibat uçotu tələblərinə və sığortaçının müvafiq daxili sənədlərində müəyyən edilmiş daxili prosedurlara uyğun fəaliyyətin həyata keçirilməsi;

2.2.3.       sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti üzrə ardıcıl, sistemli təhlilin və qiymətləndirmənin həyata keçirilməsi;

2.2.4.       sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, norma və məhdudiyyətlərin yerinə yetirilməsi;

2.2.5.       sığorta nəzarəti orqanının, habelə idarəetmə orqanlarının qəbul etdikləri qərarların sığortaçı tərəfindən icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması, qiymətləndirilməsi və bu sahədə mövcud nöqsanların təcili aradan qaldırılması barədə tədbirlər görülməsi;

2.2.6.       qəbul olunan qərarların, o cümlədən daxili və kənar yoxlamalar zamanı aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının icrasına nəzarət tədbirlərinin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi;

2.2.7.       aktivlər və öhdəliklərin idarə edilməsi sisteminin səmərəliliyinin, o cümlədən potensial risklərin və sığorta müqavilələrinin portfelinin (məcmusunun) ümumilikdə, yaxud ayrı-ayrı sığorta növləri üzrə qiymətləndirilməsi;

2.2.8.       sığorta fəaliyyəti və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyət zamanı meydana çıxan risklərin idarə olunması, o cümlədən bu risklərin azaldılması üzrə monitorinqin həyata keçirilməsi;

2.2.9.       sığorta agentlərinin fəaliyyətinin qanunauyğunluğu və belə fəaliyyətlə bağlı mümkün olan risklərin nəzarətdə saxlanması;

2.2.10.   sığortaçının hesabatlarının qanunvericiliyə, o cümlədən beynəlxalq maliyyə hesabatları standartlarına uyğun olması;

3.      Daxili audit zamanı nəzərə alınmalı olan risklər

3.1.     Sığorta fəaliyyətinin və qanunla həyata keçirilməsinə icazə verilmiş digər fəaliyyətin həyata keçirilməsi zamanı müəyyən itkilərin və ya zərərlərin meydana çıxması ehtimalı sığortaçının riskləri hesab edilir.

3.2.     Daxili auditin həyata keçirilməsi prosesində sığortaçının risklərinin idarə olunması və monitorinqi zamanı aşağıdakı əsas risk növləri fərqləndirilməlidir:

3.2.1.     kredit riski – digər tərəfin müqavilə şərtlərini yerinə yetirmək qabiliyyətinin olmaması və ya müqavilənin əsas şərtlərini və ya sığortaçıya münasibətdə digər öhdəlikləri pozması nəticəsində meydana çıxan xərclərin  və ya zərərlərin yaranma riski, o cümlədən ölkə xaricindən ödəmələrin köçürülməsi zamanı meydana çıxan məhdudiyyət və maneələr;

3.2.2.     hüquq riski – sığortaçı tərəfindən qanunvericiliyin tələblərinin pozulması və həyata keçirilən əməliyyatların daxili sənədlərlə, xaricilərə münasibətdə isə digər ölkələrin qanunvericilikləri ilə uyğunsuzluğu nəticəsində xərclərin və ya zərərlərin yaranma riski;

3.2.3.     əməliyyat riski – sığortaçı tərəfindən daxili nəzarətin təşkilinə dair tələblərin pozulması (yerinə yetirilməməsi), habelə informasiya texnologiyaları sistemlərində əhəmiyyətli nasazlıqların baş verməsi nəticəsində meydana çıxan xərclərin (zərərlərin) yaranma riski;

3.2.4.     likvidliyin itirilməsi riski - sığortaçının öz vəzifələrini yerinə yetirməməsi və ya vaxtinda yerinə yetirməməsi riski;

3.2.5.     bazar riski – bazar qiymətlərinin dəyişməsi nəticəsində sığortaçının vəsaitləri və gəliri üçün yarana biləcək mövcud və ya gələcək təhlükə. Bazar riski qiymət, valyuta və faiz risklərinə bölünür:

3.2.5.1          qiymət riski – maliyyə bazarlarında dəyişikliyin baş verməsinin sığortaçının maliyyə alətlərinin bazar dəyərinə təsiri nəticəsində xərclərin və ya zərərlərin yaranması riski;

3.2.5.2          valyuta riski – sığortaçının öz fəaliyyətini həyata keçirməsi zamanı müəyyən beynəlxalq valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar xərclərin və ya zərərlərin yaranması riski;

3.2.5.3          faiz riski – investisiyalar üzrə faiz dərəcələrinin dəyişməsi ilə əlaqədar xərclərin və ya zərərlərin yaranması riski;

3.2.6.      nüfuz riski – mənfi ictimai rəy və sığortaçıya olan etirbarın azalması nəticəsində xərclərin və zərərlərin yaranması riski;

3.2.7.     portfel riski – sığortaçının likvidliyinin itirilməsi, gəlirliliyinin və vəsaitlərinin investisiya qoyulduğu qiymətli kağızların məzənnəsinin aşağı düşməsi, həmçinin onların emitentlərinin maliyyə vəziyyətinin pisləşməsindən irəli gələn risk;

3.2.8.     transfer riski – xarici ölkənin və ya xarici şəxsin ödəmə qabiliyyətinin olmaması və ya kredit risklərindən asılı olmayan səbəblərdən sığortaçı qarşısındakı öhdəliklərini yerinə yetirmək istəyində olmaması nəticəsində xərclərin və ya zərərlərin yaranması riski.

4.      Daxili auditlə bağlı tələb olunan sənədlər

4.1.          Sığortaçı daxili auditin aparılmasının hüquqi nizamlanması məqsədilə qanunvericilidə nəzərdə tutulmuş qaydada aşağıdakılar barədə daxili sənədləri təsdiq edir:

4.1.1.    daxili auditin təşkili;

4.1.2.    daxili audit xidmətini həyata keçirən struktur bölməsinin funksiyaları;

4.1.3.    sığorta əməliyyatları üzrə aşağıdakı məsələləri əhatə edən daxili siyasət:

4.1.3.1.      dəqiq və düzgün aktuar hesablamalar;

4.1.3.2.   sığorta müqavilələrinin portfelinin müxtəlifliyi;

4.1.3.3.  anderraytinqin peşəkar səviyyədə həyata keçirilməsi;

4.1.3.4.   sığorta növlərinin işlənib hazırlanması.

4.1.4.          təkrarsığorta əməliyyatları üzrə aşağıdakı məsələləri əhatə edən daxili siyasət:

4.1.4.1.   təkrarsığortaçının seçilməsi meyarları və qaydaları;

4.1.4.2. xaricdə sığorta əməliyyatlarının aparılması;

4.1.4.3. təkrarsığorta müqavilələrinin təhlili;

4.1.4.4.   təkrarsığorta müqavilələrinin bağlanması üzrə sığorta brokerinin seçilməsi.

4.1.5.          subroqasiya tələbləri üzrə əməliyyatlar da daxil olmaqla, sığorta ödənişlərinin həyata keçirilməsi üzrə daxili siyasət;

4.1.6.          maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinin idarə olunması üzrə daxili siyasət;

4.1.7.          sığortaçının aktivlərinin və öhdəliklərinin idarə olunması, o cümlədən likvidlik və müxtəliflik, səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş normativlərə, digər zəruri norma və hədlərə riayət olunması, aktiv və öhdəliklərin idarə olunmasına cəlb edilmiş şəxsin öhdəliklərinə və səlahiyyətlərinə əməl etməsi məsələlərini əhatə edən strategiyası və prosedur;

4.1.8.     sığortaçıda işçilərin yüksək standartlara uyğunluğuna, o cümlədən cinayət yolu ilə əldə edilmiş pulların və digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı səmərəli mübarizə tədbirlərinə nail olmaq üçün aşağıdakıları əhatə edən fəaliyyət proqramı:

4.1.8.1.   işə götürmə zamanı tətbiq edilən daxili siyasətin, presedur və nəzarət metodlarının, o cümlədən müəyyən edilmiş tələblərin yerinə yetirilməsi, habelə peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərə aid yüksək standartlara cavab verən şəxslərin seçilməsi üçün uyğun prosedur qaydalarının işlənib hazırlanması;

4.1.8.2. işçilərin peşə hazırlığının artırılması üzrə davamlı təlim-tədris   proqramları;

4.1.9.          sığorta agentlərinin fəaliyyəti üzrə aşağıdakı məsələləri əhatə edən daxili siyasət:

4.1.9.1.    onların mütəmadi attestasiyasının, fəaliyyətinə və hesabatlarına nəzarətin həyata keçirilməsi;

4.1.9.2. nağd pul dövriyyəsinə nəzarətin həyata keçirilməsi;

4.1.9.3. sığorta tariflərinin və sığorta haqlarının müəyyən edilməsi sahəsində agentlər və sığortaçının müvafiq bölmələri arasında məsuliyyət bölgüsü;

4.1.10.          sığorta müqavilələrinin uçotunun təşkili;

4.1.11.     uçot və hesabatlar da daxil olmaqla, filial və nümayəndəliklərin fəaliyyətinin təşkili və onların maliyyə hesabatlarının tərtib edilməsi;

4.1.12.     konsolidə edilmiş hesabatlar da daxil olmaqla, mühasibat uçotu və maliyyə hesabatları üzrə siyasət;

4.1.13.      sığortaçının vergi uçotu siyasəti;

4.1.14.      sığortaçının sənədlərinin saxlanmasının təşkili, məlumatların qorunması və saxlanması qaydası, sığorta sirlərinin, kommersiya və xidməti sirlərin saxlanmasına əməl olunması üçün zəruri şərtlərin hazırlanması, kommersiya və xidməti sirləri təşkil edən sənədlərin, xəbərlərin və məlumatların siyahısının, həmçinin onun dəyişdirilməsi qaydasının müəyyən edilməsi;

4.1.15.     ciddi hesabat blanklarının saxlanması, istifadəsi və ləğv edilməsinin təşkili;

4.1.16.     sığortaçının kapital uçotu sahəsində daxili siyasət;

4.1.17.     sığortaçının aktivlərinin investisiyaya yönəldilməsi üzrə aşağıdakı məsələləri əhatə edən daxili siyasət:

4.1.17.1. aktivlərin növündən asılı olaraq investisiya hədlərinin müəyyən edilməsi

4.1.17.2. aktivlərin sərfəli şərtlərlə alınması;

4.1.17.3. risklər yarandıqda itkilərin düzgün qiymətləndirilməsi;

4.1.17.4. kənardan vəsaitlərin cəlb edilməsi;

4.1.17.5. gözlənilməz hadisə nəticəsində yaranan hallarla bağlı ödəmə qabiliyyətinin olmaması, likvidlik riski, israfçılıq və ya vəsaitlərdən qeyri-qanuni istifadə riskindən qorunma;

4.1.18.     sığorta ehtiyatlarının formalaşdırılması, bölüşdürülməsi və uçotu üzrə daxili siyasət.

4.2.          Sığortaçı digər daxili qaydalar və prosedurlar işləyib hazırlaya və təsdiq edə bilər.

5.      Daxili auditin aparılması ilə bağlı minimum tələblər

5.1.         Daxili audit aşağıdakı minimum tələblərə uyğun olmalıdır:

5.1.1.   Daxili audit xidməti icra orqanına münasibətdə müstəqil olmalı, bununla əlaqədar aşağıdakılar təmin olunmalıdır:

5.1.1.1. bilavasitə sığortaçının Təftiş Komissiyasına hesabat verməlidir;

5.1.1.2. funksiyalarının icrası üçün lazımi səlahiyyətlərə, o cümlədən sənədlərə və struktur bölmələrinə, filial və nümayəndəliklərə sərbəst daxil olmaq imkanına malik olmalıdır;

5.1.1.3. auditin həyata keçirilməsi qrafiki, yaxud audit zamanı sığortaçının fəaliyyəti ilə bağlı əhatə olunacaq məsələlər üzərində heç bir məhdudiyyət olmamalıdır.

5.1.2.     Daxili audit xidmətinin rəhbəri və auditorları aşağıdakı keyfiyyətlərə malik olmalıdır:

5.1.2.1. iqtisadi və ya hüquqi təhsili olmalıdır;

5.1.2.2. auditin keçirilməsi üçün lazım olan biliklərə və təcrübəyə malik olmalıdır.

5.1.2.3. sığorta əməliyyatlarına və audit keçirilməsinin qaydaları ilə bağlı beynəlxalq təcrübəyə bələd olmalıdır;

5.1.2.4. yüksək əxlaqi və peşə keyfiyyətlərinə malik olmalıdır;

5.1.3.   Sığortaçının aşağıdakı tələblərə cavab verən daxili audit proqramı mövcud olmalıdır:

5.1.3.1. Sığortaçının Təftiş Komissiyası tərəfindən təsdiq edilməli və müntəzəm surətdə nəzərdən keçirilməlidir;

5.1.3.2. yoxlanılan hər bir sahə və ya struktur bölməsi, habelə ümumilikdə filial və ya nümayəndəliklər üzrə ətraflı iş proqramlarını nəzərdə tutmalıdır;

5.1.3.3. auditin aydın və dəqiq təsviri olmalı, habelə auditin həcmindən asılı olaraq sığortaçının ayrı-ayrı struktur bölmələrində, ümumilikdə filial və nümayəndəliklərdə konkret əməliyyatların yoxlanılması proseduraları göstərilməlidir;

5.1.3.4. audit yoxlamalarının keçirilməsi müddətləri, hər bir sahə ilə əlaqədar olan riskdən asılı olaraq müəyyən edilməlidir.

5.1.4.    Konkret sahə və ya struktur bölməsi, filial və nümayəndəlik üzrə daxili auditin başa çatmasından ən çoxu 5 iş günü müddətində tərtib olunan, auditi aparmış auditorun və Daxili audit xidmətinin rəhbərinin (sığortaçının daxili audit xidməti bir auditordan ibarət olduqda, yalnız həmin auditorun) imzası ilə təsdiq edilən, aşağıdakı tələblərə cavab verən auditor rəyinin mövcudluğu:

5.1.4.1. auditin məqsədlərini, əhatə dairəsini, nəticələrini, o cümlədən aşkar edilən nöqsan və çatışmazlıqlar barədə hesabatı və problemlərin mövcud olduğu hər bir sahə üzrə ətraflı tövsiyələri əks etdirməlidir;

5.1.4.2. tövsiyələrdə auditin nəticələrinin qısa təsviri, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün, o cümlədən yol verilmiş qanun pozuntularına, həmçinin səmərəsiz fəaliyyətə görə müvafiq vəzifəli şəxs(lər) barəsində görülməsi zəruri hesab edilən tədbirlər və belə tədbirlərin həyata keçirilməsi müddətləri göstərilməlidir;

5.1.4.3. rəylər bilavasitə sığortaçının Direktorlar Şurasına və Təftiş Komissiyasına, rəylərin surəti isə sığortaçının İdarə Heyətinə təqdim edilməlidir;

5.1.5.      Daxili auditlə bağlı müddətlər aşağıdakılar nəzərə alınmaqla, müəyyən edilməlidir:

5.1.5.1.       daxili auditin yoxlamasının müddəti hər bir sahə və ya struktur bölməsi, filial və nümayəndəlik üzrə iş həcmindən asılı olaraq təyin edilməlidir;

5.1.5.2.       hər bir sahə və ya struktur bölməsində, filial və ya nümayəndəlikdə daxili audit azı ildə bir dəfə olmaqla, həmin sahə və ya struktur bölməsi, filial, yaxud nümayəndəlik üzrə risk dərəcəsi nəzərə alınmaqla müəyyən edilən intervalda təyin edilir.

 

 


 

 

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyinin

 

21 dekabr 2012-ci il tarixli

Q-11 ¹-li kollegiya qərarı ilə təsdiq edilmişdir.

 

5 nömrəli əlavə

 

Sığortaçılarda müstəqil auditin aparılmasına dair minimum tələblər

 

 

  1. Ümumi müddəalar

 

1.6.     Bu tələblər Azərbaycan Respublikasının «Sığorta fəaliyyəti haqqında» Qanununun 77.5-ci maddəsinə əsasən, həmin Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına, habelə Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının prinsip və standartlarına uyğun olaraq hazırlanmış və sığortaçılarda müstəqil auditin aparılmasına dair beynəlxalq sığorta nəzarəti təcrübəsinə uyğun olaraq minimum tələbləri müəyyən edir.

1.7.     Bu tələblərdə istifadə olunan “sığortaçı” anlayışı sığortaçılarla yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları da əhatə edir.

1.8.     Sığortaçının müstəqil auditinin aparılmasına dair minimum tələblər sığortaçıda müstəqil auditin əhatə etməli olduğu məsələlərin bu tələblərdə nəzərdə tutulmuş siyahısı, müstəqil auditin bu məsələləri tam və düzgün araşdırması və araşdırma nəticələrinə uyğun olaraq, əhatəli və obyektiv rəy verməsi ilə şərtlənir.

1.9.     Sığortaçının müstəqil auditoru maliyyə hesabatlarında məlumatların yanlış göstərilməsi və düzgün əks etdirilməməsi hallarının aşkar olunmamasına görə məsuliyyət daşıyır.

  1. Müstəqil auditin əhatə etdiyi məsələlər

2.1.        Sığortaçıda aparılan müstəqil audit aşağıdakı məsələləri əhatə etməlidir:

2.1.1.       sığortaçının təsis sənədlərinin, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, sığorta və ya müstəsna olaraq təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanın mövcudluğu və qanunvericiliyə uyğunluğu;

2.1.2.       sığortaçının həyata keçirilən fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğu;

2.1.3.       sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinin müəyyən edilməsinin düzgünlüyü, o cümlədən tələb olunan kapitalın və məcmu kapitalının hesablanmasının və məbləğinin qanunvericiliyin tələblərinə uyğunluğu;

2.1.4.       sığortaçının uçot siyasətinin və mühasibat uçotunun aparılmasının, habelə aktivlərinin, öhdəliklərinin və kapitalının qiymətləndirilməsinin metod və vasitələrinin, qanunvericiliyə və beynəlxalq mühasibat uçotu standartlarına uyğunluğu;

2.1.5.       sığortaçılar üçün nümunəvi hesablar planının tətbiqinin düzgünlüyü;

2.1.6.       sığorta müqavilələri ilə bağlı müvafiq göstəricilərin maliyyə hesabatlarında tam və düzgün əks etdirilməsi;

2.1.7.       təkrarsığorta əməliyyatlarının həyata keçirilməsinin düzgünlüyü;

2.1.8.       sığorta, o cümlədən təkrarsığorta və şərikli sığorta əməliyyatlarının uçotunun aparılmasının düzgünlüyü;

2.1.9.       sığorta və ya təkrarsığorta müqavilələri üzrə sığortaçının şəxsi tutumunun  yuxarı həddinə dair tələblərə əməl edilməsi;

2.1.10.   sığortaçının sığorta ehtiyatlarının hesablanmasının və mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü, o cümlədən sığorta ehtiyatlarının və öz vəsaitinin təmin edilməsi üçün qəbul edilən aktivlərə qoyulan investisiyaların qanunvericiliyin tələblərinə uyğunluğu;

2.1.11.   sığortaçının mühasibat balansının bütün hesablarının inventarizasiyası, o cümlədən ilkin mühasibat sənədlərinin mövcudluğu, həyata keçirilmiş maliyyə və təsərrüfat əməliyyatlarının uçotda və hesabatda vaxtında, tam və dəqiq əks etdirilməsi, əməliyyatların təsdiq olunmuş uçot siyasəti, o cümlədən sığortaçının daxili sənədlərinə müvafiq qaydada hesab üzrə həyata keçirilməsi;

2.1.12.   sığortaçının gəlir və xərclərinin tam və düzgün əks olunması;

2.1.13.    mümkün tələblər və öhdəliklər, həmçinin balansdankənar hesablar üzrə uçotun aparılmasının düzgünlüyü;

2.1.14.   vergi ödənişlərinin tam və düzgün hesablanması.

 

 


 

 

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyinin

 

21 dekabr 2012-ci il tarixli

Q-11 ¹-li kollegiya qərarı ilə təsdiq edilmişdir.

 

6 nömrəli əlavə

 

Sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə verilən lisenziyaların forması və doldurulması

 

Q A Y D A L A R I

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 53.4-cü və 87.1-ci maddələrinə və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli, 735 nömrəli Fərmanının 3.1.-ci bəndinə əsasən hazırlanmışdır və sığorta, təkrarsığorta, sığorta brokeri və sığorta agenti fəaliyyətinə verilən lisenziyaların (bundan sonra “lisenziya” adlandırılacaq) formasını və sığorta nəzarəti orqanı tərəfindən doldurulması qaydalarını, habelə bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər məsələləri tənzimləyir.

1.2. Lisenziya verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş müvafiq sənədlər və məlumatlar sığorta nəzarəti orqanı tərəfindən sığorta qanunvericiliyinin tələblərinə uyğun hesab edildikdən sonra müvafiq lisenziya həmin orqan tərəfindən doldurulur.

1.3. Lisenziyanın forması bu Qaydalara əlavə edilir (Əlavə ¹ 1).

 

2. Lisenziyanın doldurulması

 

2.1. Lisenziya Azərbaycan dilində doldurulur.

2.2. Lisenziyada aşağıdakı qeydlər aparılır:

2.2.1. Lisenziyanın qeydiyyata alınması haqqında məlumat (qeydiyyat nömrəsi və verilmə tarixi).

2.2.2. Sığorta nəzarəti orqanının adı.

2.2.3. Həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növünün adı.

2.2.4. Hüquqi şəxslər üçün – lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı.

2.2.5. Fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumat (şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir) və ünvanı.

2.2.6. Lisenziyanı təsdiq edən məsul şəxsin adı, soyadı və vəzifəsi.

2.3. Lisenziya sığorta nəzarəti orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

2.4. Lisenziyada gün və il rəqəmlə, ay isə sözlə yazılır.

2.5. Lisenziya blanklarında düzəlişlərin edilməsinə yol verilmir və belə blankların hüquqi qüvvəsi yoxdur.

2.6. Lisenziya oğurlanması, itirilməsi, yararsız hala düşməsi və ya məhv olması halında yeniləndikdə lisenziya blankının yuxarı sağ tərəfində iri hərflərlə «DUBLİKAT» sözü yazılır.

2.7. Azərbaycan Respublikasının lisenziyalaşdırma ilə bağlı qanunvericiliyinin tələblərinə müvafiq olaraq, lisenziya verildikdən sonra lisenziyaların vahid reyestrinin aparılması üçün lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqana müəyyən olunmuş qaydada məlumat verilir.

 

 


 

“Sığorta, təkrarsığorta, sığorta brokeri

və sığorta agenti fəaliyyətinə verilən

lisenziyaların forması və doldurulması Qaydaları”na Əlavə ¹ 1

 

Azərbaycan Respublikasının Dövlət Gerbi

 

LİSENZİYA

 

¹ (Lisenziyanın nömrəsi)

 

Qeydiyyat nömrəsi _____________            «_____»___________________200____il

 

 

 

(sığorta nəzarəti orqanının adı)

 

 

(fəaliyyət növünün adı)

həyata keçirməyə icazə verir.

 

Lisenziya verilib _________________________________________________________

_______________________________________________________________________

 

(hüquqi şəxslər üçün – lisenziya verilən hüquqi

şəxsin adı və hüquqi ünvanı; fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, ünvanı,

şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilməsi)

 

___________________________________________________________________________________

 

Lisenziyanın müddəti ______________________________________________________

 

Lisenziyanı təsdiq edən məsul şəxs ___________________________________________

(adı, soyadı)

 

_______________________________________________________________________

(vəzifəsi)

 

__________________________

(imza)

M.Y.

 

 

 

 


 


 

Azərbaycan Respublikasının

Maliyyə Nazirliyinin

 

21 dekabr 2012-ci il tarixli

Q-11 ¹-li kollegiya qərarı ilə təsdiq edilmişdir.

 

7 nömrəli əlavə

 

Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması

 

Q A Y D A L A R I

 

1.      Ümumi müddəalar

 

1.1.                Bu Qaydalar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsinə əsasən, həmin Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 mart tarixli, 735 nömrəli Fərmanının 3.1.-ci bəndinə uyğun olaraq hazırlanmışdır və sığortaçıların, sığorta vasitəçilərinin, xarici sığortaçıların və xarici sığorta brokerlərinin, onların Azərbaycan Respublikasındakı nümayəndəliklərinin, aktuarilərin, həmçinin sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin və müvafiq müstəqil ekspertlərin reyestrinin (bundan sonra “reyestr” adlandırılacaq) aparılması qaydalarını müəyyənləşdirir.[27]

1.2.                Bu Qaydalarda istifadə olunan “sığortaçı” və “xarici sığortaçı” anlayışı sığortaçılar və xarici sığortaçılarla yanaşı, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə uyğun olaraq, təkrarsığortaçıları və xarici təkrarsığortaçıları da əhatə edir.

1.3.                Reyestr sığorta nəzarəti orqanı tərəfindən aparılır.

1.4.                Sığortaçılar və sığorta vasitəçiləri sığorta nəzarəti orqanından müvafiq fəaliyyət üzrə lisenziya aldıqda, aktuarilər isə həmin orqanda attestasiyadan keçdikdə onlar bilavasitə sığorta nəzarəti orqanı tərəfindən reyestrə daxil edilir.[28]

 

2.                 Reyestrə daxil edilmək üçün təqdim olunan sənədlər və məlumatlar

 

2.1.                Reyestrə daxil edilmək üçün, bu Qaydaların 1.4-cü bəndində nəzərdə tutulanlardan başqa, 1.1-ci bəndində nəzərdə tutulmuş sığorta bazarının digər peşəkar iştirakçıları (bundan sonra “şəxs” adlandırılacaq) aşağıdakı sənədləri sığorta nəzarəti orqanına təqdim etməlidirlər:

2.1.1.          Adı, ünvanı, telefon nömrəsi, elektron poçt ünvanı (əgər varsa həmçinin faks nömrəsi və rəsmi internet səhifəsi), hüquqi şəxsin rəhbərinin adı, soyadı və vəzifəsi göstərilməklə yazılı müraciət;[29]

2.1.2.          Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin, təhsil haqqında müvafiq sənədin və müvafiq vergi orqanında qeydiyyata alınması haqqında şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;[30]

2.1.3. Azərbaycan Respublikasının hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, nizamnaməsinin və ofis binasından istifadə hüququnu təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri;

2.1.4.          xarici sığortaçının və ya xarici sığorta brokerinin onun rezidenti olduğu ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş dövlət qeydiyyatı haqqında və müvafiq fəaliyyət növünü həyata keçirmək hüququnu təsdiq edən sənəd, həmçinin əgər mövcuddursa “Standard & Poors”, “Moody's Investors Service”, “Fitch” və ya “A.M. Best” beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş reytinqi təsdiqləyən sənəd, yaxud rəsmi məlumat;

2.1.4–1. xarici sığortaçının və ya xarici sığorta brokerinin Azərbaycan Respublikasındakı nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmasını təsdiq edən şəhadətnamənin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti;[31]

2.1.5.          Sığorta sahəsində yardımçı fəaliyyət göstərən xarici hüquqi şəxslərin, rezidenti olduqları ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş dövlət qeydiyyatı haqqında sənədi;

2.1.5–1. Müstəqil ekspertlərin rezidenti olduqları ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş sığorta sahəsində müstəqil ekspert fəaliyyətinin həyata keçirməsinə icazə verən sənədi, hüquqi şəxslər üçün həmçinin dövlət qeydiyyatı haqqında sənədi;[32]

2.1.6.          Azərbaycan Respublikası ərazisində daimi yaşayan xarici fiziki şəxs olan müstəqil ekspertlərin şəxsi pasportunun, Azərbaycan Respublikasının vergi orqanında qeydiyyata alınması haqqında şəhadətnamənin (qeyri-rezidentlər üçün yalnız şəxsi pasportunun) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri;

2.1.7.          Xarici fiziki şəxs sığorta brokerlərinin  şəxsi pasportunun, rezidenti olduğu ölkədə fiziki şəxs vergi ödəyicisi olduğunu təsdiq edən sənədin və rezidenti olduğu ölkənin müvafiq dövlət orqanı tərəfindən verilmiş sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiqləyən sənədin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri;

2.1.8.          Azərbaycan Respublikasının hüquqi şəxslərinin filial və nümayəndəlikləri reyestrə daxil edilmək üçün əsasnamələrinin, olduqları yerdəki ofis binasından istifadə hüquqlarını təsdiq edən sənədin, habelə hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədin notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilmiş surətlərini.[33]

2.2.                Sığortaçılar müvafiq vasitəçilik müqaviləsi bağladıqları və ya belə müqaviləyə xitam verdikləri sığorta agentlərinin adı (fiziki şəxs olduqda hamısının soyadı və atasının adı), sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının tarixi və nömrəsi barədə məlumatları reyestrə daxil edilmək üçün həmin müqavilənin bağlandığı və ya belə müqaviləyə xitam verildiyi tarixdən 5 iş günü müddətində sığorta nəzarəti orqanına təqdim etməlidirlər.

3.   Reyestr məlumatlarındakı dəyişiklik barədə xəbər vermə

3.1.                Şəxs bu Qaydaların 2.1-ci bəndinə əsasən təqdim etdiyi hər hansı məlumatda və ya sənədlərin məzmununda reyestrə daxil edildikdən sonra baş verən dəyişikliklər, o cümlədən hüquqi şəxsin yenidən təşkil edilməsi və ya ləğv edilməsi, müvafiq fəaliyyətlə məşğul olmaq hüququnun məhdudlaşdırılması, dayandırılması və ya ləğv edilməsi barədə 30 gün ərzində sığorta nəzarəti orqanına məlumat verməlidir.

3.2.                Şəxs reyestr məlumatlarındakı dəyişikliklər barədə vaxtında xəbər vermədikdə, bu dəyişikliyin sığorta nəzarəti orqanına məlum olduğu tarixdən, bu Qaydaların 4.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hal istisna olmaqla, həmin dəyişiklik reyestrdə qeydə alınır.

4.   Reyestrdən çıxarılmanın əsasları

4.1.        Aşağıdakı hallarda şəxs reyestrdən çıxarılır:

4.1.1.       Sığortaçının və sığorta vasitəçisinin lisenziyası ləğv edildikdə, aktuarinin şəhadətnaməsinin müddəti başa çatdıqda və ya vətəndaş qüsursuzluğunu aradan qaldıran hal baş verdikdə, həmçinin məsul aktuari bir il ərzində “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 81–7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edildikdə;[34]

4.1.2.       xarici sığortaçının və ya xarici sığorta brokerinin müvafiq olaraq təkrarsığorta və ya vasitəçilik fəaliyyəti hər hansı formada məhdudlaşdırıldıqda, dayandırıldıqda və ya ləğv edildikdə;

4.1.3.       fiziki şəxs öldükdə, habelə faəliyyət qabiliyyəti olmayan hesab edildikdə və ya hüquqi şəxs ləğv edildikdə;

4.1.4.       bu Qaydaların 2-ci bəndinə uyğun olaraq təqdim edilmiş sənədlərdə yanlış məlumatların olması faktı aşkarlandıqda;

4.1.5.       hüquqi şəxsin yenidən təşkili, əsas fəaliyyəti ilə bağlı hər hansı məhdudiyyət və ya qadağanın olması, müvafiq reytinqindən daha aşağı reytinq alması ilə bağlı məlumatlar sığorta nəzarəti orqanına vaxtında təqdim edilmədikdə;

4.1.6.       xarici sığortaçının və ya xarici sığorta brokerinin fəaliyyətində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi faktı aşkar edildikdə.[35]

5. Reyestrin tərtib edilməsi və reyestr məlumatlarının yayılması

5.1.           Reyestrdə qeydiyyat elektron qaydada, bu Qaydaların 1.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin hər bir kateqoriyası üzrə müvafiq olaraq bu Qaydalara 1, 2, 3, 4, 5, 6, 7 və 8 nömrəli Əlavələrdə nəzərdə tutulmuş formalarda ayrılıqda tərtib edilərək aparılır.[36]

5.2.           Yayılması və ya açıqlanması qanunla qadağan olunan məlumatlar istisna olmaqla, digər reyestr məlumatları sığorta nəzarəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir, həmçinin yazılı sorğu əsasında digər şəxslərə verilir.[37]

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları"na Əlavə ¹ 1

SIĞORTAÇILARIN VƏ TƏKRARSIĞORTAÇILARIN REYESTR MƏLUMATLARI

Sıra nömrəsi

Adı, VÖEN

Dövlət qeydiyyatı tarixi

Lisenziya

Ünvan

Telefon,faks, internet səhifəsi, elektron poçt ünvanı

Rəhbəri

Lisenziya barəsində dəyişikliklər

Qeyd

Filial və nümayəndəliklər

verilmə tarixi

müddəti

adı

bu reyestrə daxil edilmə tarixi

ünvanı

telefon, faks

rəhbəri

Qeyd

SIĞORTAÇILAR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TƏKRARSIĞORTAÇILAR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

"Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları"na Əlavə ¹ 2

HÜQUQİ ŞƏXS OLAN SIĞORTA BROKERLƏRİNİN REYESTR MƏLUMATLARI

Sıra nömrəsi

Adı, VÖEN

Dövlət qeydiyyatı tarixi

Lisenziya

İcra orqanının rəhbəri

Ünvan

Telefon, faks, internet səhifəsi, elektron poçt ünvanı

Filial və nümayəndəlik

Qeyd

verilmə tarixi

lisenziyada dəyişiklik barədə məlumat

adı

bu reyestrə daxil edilmə tarixi

ünvanı

telefon, faks

rəhbəri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

"Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları"na Əlavə ¹ 3

FİZİKİ ŞƏXS OLAN SIĞORTA BROKERLƏRİNİN REYESTR MƏLUMATLARI

Sıra nömrəsi

Adı, soyadı, atasının adı, VÖEN

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Müvafiq vergi orqanında qeydiyyat şəhadətnaməsi

Lisenziya

Ünvan

Telefon, faks, internet səhifəsi, elektron poçt ünvanı

Qeyd

seriyası və  nömrəsi

verilmə tarixi

vəsiqəni verən orqanın adı

nömrəsi

verilmə tarixi

verilmə tarixi

lisenziya barəsində dəyişiklik

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

"Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları"na Əlavə ¹ 4

HÜQUQİ ŞƏXS OLAN SIĞORTA AGENTLƏRİNİN REYESTR MƏLUMATLARI

Sıra nömrəsi

Adı, VÖEN

Dövlət qeydiyyatı tarixi

Lisenziya

İcra orqanının rəhbəri

Ünvan

Telefon, faks, internet səhifəsi, elektron poçt ünvanı

Xidmət göstərdiyi sığortaçının adı

Filial və nümayəndəlik

Qeyd

verilmə tarixi

lisenziyada dəyişiklik barədə məlumat

adı

bu reyestrə daxil edilmə tarixi

ünvanı

telefon, faks

rəhbəri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

"Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları"na Əlavə ¹ 5

FİZİKİ ŞƏXS OLAN SIĞORTA AGENTLƏRİNİN REYESTR MƏLUMATLARI

Sıra nömrəsi

Adı, soyadı, atasının adı,

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Müvafiq vergi orqanında qeydiyyat şəhadətnaməsi

Lisenziya

Ünvan

Telefon, faks, internet səhifəsi, elektron poçt ünvanı

Xidmət göstərdiyi sığortaçının adı

Qeyd

seriyası və  nömrəsi

verilmə tarixi

vəsiqəni verən orqanın adı

VÖEN

verilmə tarixi

verilmə tarixi

lisenziya barəsində dəyişiklik

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

"Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları"na Əlavə ¹ 6 

XARİCİ SIĞORTAÇILARIN,  XARİCİ TƏKRARSIĞORTAÇILARIN VƏ XARİCİ SIĞORTA BROKERLƏRİNİN REYESTR MƏLUMATLARI

Sıra nömrəsi

Adı, VÖEN

Ölkəsi

Dövlət qeydiyyatı haqqında sənədin verilmə tarixi

Müvafiq fəaliyyət göstərmək hüququ verən sənədin verilmə tarixi və müddəti

Hüquqi şəxsin reytinqi

Ünvan

Telefon, faks

İnternet səhifəsi, elektron poçt ünvanı

Qeyd

reytinq

müvafiq reytinq agentliyinin adı

XARİCİ SIĞORTAÇI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XARİCİ TƏKRARSIĞORTAÇI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XARİCİ HÜQUQİ ŞƏXS OLAN SIĞORTA BROKERİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XARİCİ FİZİKİ ŞƏXS OLAN SIĞORTA BROKERİ

Sıra nömrəsi

Adı, VÖEN

Ölkəsi

Dövlət qeydiyyatı haqqında sənədin verilmə tarixi

Müvafiq fəaliyyət göstərmək hüququ verən sənədin verilmə tarixi və müddəti

Şəxsiyyətini təsdiq edən sənəd

Ünvan

Telefon, faks

İnternet səhifəsi, elektron poçt ünvanı

Qeyd

nömrəsi

verilmə tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

XARİCİ SIĞORTAÇILARIN VƏ XARİCİ SIĞORTA BROKERLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİKLƏRİ

Sıra nömrəsi

Adı

VÖEN

Ölkəsi

Dövlət qeydiyyatı haqqında sənədin verilmə tarixi

Müvafiq fəaliyyət göstərmək hüququ verən sənədin verilmə tarixi və müddəti

Rəhbəri

Ünvan

Telefon, faks

İnternet səhifəsi, elektron poçt ünvanı

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 "Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları"na Əlavə ¹ 7

SIĞORTA SAHƏSİNDƏ YARDIMÇI HÜQUQİ ŞƏXSLƏRİN VƏ MÜSTƏQİL EKSPERTLƏRİN REYESTR MƏLUMATLARI

Sıra nömrəsi

Adı, VÖEN

Hüquqi şəxsin dövlət qeydiyyatı tarixi

Hüquqi şəxsin rəhbəri

Ünvan

Telefon, faks, internet səhifəsi, elektron poçt ünvanı

Sığorta sahəsində yardımçı hüquqi şəxsin və ya hüquqi şəxs olan müstəqil ekspertin filial və nümayəndəliyi

Qeyd

adı

bu reyestrə daxil edilmə tarixi

ünvanı

telefon, faks

rəhbəri

 SIĞORTA SAHƏSİNDƏ YARDIMÇI HÜQUQİ ŞƏXSLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

HÜQUQİ ŞƏXS OLAN MÜSTƏQİL EKSPERTLƏR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

FİZİKİ ŞƏXS OLAN MÜSTƏQİL EKSPERTLƏR

Sıra nömrəsi

Adı, soyadı, atasının adı

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Müvafiq vergi orqanında qeydiyyat şəhadətnaməsi

Ünvan

Telefon, faks

İnternet səhifəsi

Elektron poçt ünvanı

Qeyd

seriyası və  nömrəsi

verilmə tarixi

vəsiqəni verən orqanın adı

VÖEN

verilmə tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

"Sığorta bazarının peşəkar iştirakçılarının reyestrinin aparılması Qaydaları"na Əlavə ¹ 8[38]

AKTUARİLƏRİN REYESTR MƏLUMATLARI

Sıra nömrəsi

Adı, atasının adı, soyadı

Şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və PİN kodu

Şəxsiyyət vəsiqəsinin verildiyi tarix

Ünvan

Telefon və elektron poçt ünvanı

Aktuari şəhadətnaməsinə dair məlumatlar

Qeyd

nömrəsi

verilmə tarixi

son qüvvədə olma tarixi