AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ BANKININ QƏRARI
Qəbul edildiyi tarix: 16.01.2013
Qeydiyyat nömrəsi: 1/2
Adı: “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nda dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 23.01.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 090.060.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 23201301160012
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 22.01.2013


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 noyabr tarixli 184 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası»nın 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18.04.2012-ci il tarixli, 8 nömrəli qərarı ilə təsdiq edilmiş “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.2.6-cı yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.7-ci yarımbənd əlavə edilsin:

“3.2.7. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini təşkilatların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkəti.”.

1.2. Qaydalara 2 nömrəli Əlavəyə aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

 

DT

Dini təşkilatların bank hesabları üzrə əməliyyatlara və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkətinə dair məlumat

QHT

Qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlara və həmin təşkilatlara xarici mənbələrdən verilən maliyyə vəsaitlərinin hərəkətinə dair məlumat

 

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarı 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

Sədr                                                                                    Elman  Rüstəmov