AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

09.01.2013

Qeydiyyat nömrəsi

Q-01

Adı

Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentin müəyyən edilməsi haqqında[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

23.01.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.120.050

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201301090001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

22.01.2013

 

 

 “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydaları”nın 9.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası qərara alır: 

1. Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament təsdiq edilsin (əlavə olunur).

2. Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə tapşırılsın ki, inzibati reqlamentin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin və bu qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir  Şərifov


 

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “09” yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmişdir

 

Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi,

dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün

müraciətin və sənədlərin qəbulu üzrə

inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1.       Elektron xidmətin adı: Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2.       Elektron xidmətin məzmunu: Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət qaydalarını müəyyən edir.

1.3.       Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 13-cü maddələri;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 51-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 5.2-ci bəndi;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi.

1.4.       Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi.

1.5.       Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.       Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7.       Elektron xidmətin icra müddəti: 15 gün.

1.8.       Elektron xidmətin göstərilməsinin nəticəsi: Xüsusi razılıq (lisenziya) verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi:

 

2.1.    Elektron xidmətin növü: interaktiv.

2.2.    Elektron xidmət üzrə ödəniş: ödənişli.

2.2.1. Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 51-ci hissəsinə əsasən dövlət rüsumunun məbləği aşağıdakı kimi müəyyən edilmişdir:

2.2.1.1. istehsalı (qiymətli metalların filizlərdən, konsentratlardan alınması) fəaliyyətinə görə xüsusi razılıq (lisenziya) alınması üçün dövlət rüsumu – 5000 manat;

2.2.1.2.     emalı və istifadəsi (qiymətli metallardan və qiymətli daşlardan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının hazırlanması və təmiri) fəaliyyətinə görə xüsusi razılıq (lisenziya) alınması üçün dövlət rüsumu – 500 manat;

2.2.1.3. dövriyyəsi (qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının topdan və pərakəndə satışı, əhalidən satın alınması) fəaliyyətinə görə xüsusi razılıq (lisenziya) alınması üçün dövlət rüsumu – 550 manat.

 

Dövlət rüsumunun ödənilməsi üçün bank rekvizitləri:

Benefisiar (alan) bank

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.: BİK:CTREAZ22

 

Alan müştəri

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti [2]

Hesab: AZ17CTRE0000000000002117131

Büdcə səviyyəsinin kodu: 1

Büdcə təsnifatının kodu: 142215

VÖEN-1403006271

Ödənişin təyinatı və əsas: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti

VÖEN:1400329071

 

Ödəmə üsulu: Ödənişlərin aparılması nağd və ya köçürmə üsulu ilə həyata keçirilir və ödənişi təsdiq edən sənədin surəti skan edilərək göndərilir.

2.2.2. Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

 

2.3.    Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4.    Elektron xidmətin təqdim olunma yeri: Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanı vasitəsilə təqdim edilir:

http://www.maliyye.gov.az;   

http://www.eyar.maliyye.gov.az

 

2.5.    Elektron xidmət barədə məlumatlandırma:

http://www.maliyye.gov.az;

http://www.eyar.maliyye.gov.az;

email: eyar@maliyye.gov.az

tel: 012-493-72-66 (103; 104).

 

2.6.    Elektron xidmətin göstərilməsi üçün tələb olunan ərizəyə əlavə olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2.6.2.   ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq  sənədin surəti;

2.6.3.   ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.6.4.   lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (lisenziya verilməsindən imtina edilmədikdə təqdim edilir);    

2.6.5.   fəaliyyət növü ilə əlaqədar avadanlıqlar, qurğular və ölçü vasitələrinin dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.

Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanında (http://www.maliyye.gov.az və ya http://www.eyar.maliyye.gov.az) doldurulur, tələb olunan sənədlərin skan edilmiş surətləri elektron formada əlavə edilərək göndərilir.

 

3.  Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:

 

3.1.      Elektron xidmətlər üçün sorğu:

3.1.1.   sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://www.maliyye.gov.az və ya www.eyar.maliyye.gov.az) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir.

3.1.2.   sorğunun qəbulu: sorğu elektron xidmətlər bölməsinə daxil olduğu tarixdə nazirliyin informasiya sistemində qeydiyyata düşür və sənədin qəbul edildiyi barədə ərizəçiyə bildiriş göndərilir.

 

3.2.  Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1.   sorğunun yerinə yetirilməsindən imtina halları: xüsusi razılıq (lisenziya) almaq üçün müraciət etmiş fiziki və ya hüquqi şəxslərin təqdim etdiyi sənədlər bu Reqlamentin 2.6-cı bəndinin tələblərinə uyğun olmadıqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Xüsusi razılıq (lisenziya) verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2.   sorğunun qəbulu: imtina üçün əsaslar olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul olunur.

 

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə icra edilməsi üçün göndərilir;

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətində Maliyyə Nazirliyinin aidiyyəti struktur bölməsi ilə birlikdə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur.

3.3.4.  inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçiyə xüsusi razılığın (lisenziyanın) verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Ərizəçi bildirişi aldıqdan sonra lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilir və  xüsusi razılıq (lisenziya) blankı rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur, həmçinin skan edilməklə elektron formada istifadəçiyə göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1.   nəzarət forması: kargüzarlıq;

3.4.2.   nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

 

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: istifadəçilər xüsusi razılığın (lisenziyanın) verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətin baxılma müddəti: şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 


 

“Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə Əlavə ¹ 1

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinə

 

_____________________________ şəhəri (rayonu)

 

fəaliyyət göstərən

 

_____________________________________________

(müəssisənin adı)

 

_____________________________________________

(hüquqi ünvanı)

 

______________________________________________

(bankın adı, hesablaşma hesabının nömrəsi)

tərəfindən

 

Ə R İ Z Ə

 

Xahiş edirəm mənə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 sentyabr tarixli, 782 nömrəli Fərmanına əsasən, qiymətli metalların və qiymətli daşların ___________________________________________ ilə məşğul olmaq üçün,

              (fəaliyyət növünün (növlərinin) adı)

__________________________________________________________________________________

(fəaliyyət göstərdiyi ünvan)

__________________________________________________________________________________

 

ünvanı üzrə, xüsusi razılıq (lisenziya) verəsiniz.

Xüsusi razılıq (lisenziya) almaq üçün müvafiq qanunvericiliklə tələb olunan sənədlər ərizəyə əlavə edilir.

 

Qoşma: _______

 

_______________________________________                         ____________________

  (hüquqi şəxsin rəhbərinin adı, atasının adı, soyadı)                                              (imza)

 

                                                                                                                   ____________________ 

                                                                                                            (tarix)

 

 

 


 

“Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə Əlavə ¹ 2

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinə

 

______________________________ şəhəri (rayonu)

 

___________________________ küçəsi, ev_________

 

mənzil __________________ ünvanında yaşayan

 

______________________________________________

(soyadı, adı

______________________________________________

atasının adı)

______________________________________________

(şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi,

______________________________________________

verildiyi tarix və onu verən orqanın adı)

 

tərəfindən

 

Ə R İ Z Ə

 

Xahiş edirəm mənə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 sentyabr tarixli, 782 nömrəli Fərmanına əsasən, qiymətli metalların və qiymətli daşların ________________________________________________ ilə məşğul olmaq üçün,

                   (fəaliyyət növünün (növlərinin) adı)

__________________________________________________________________________________

(fəaliyyət göstərdiyi ünvan)

__________________________________________________________________________________

ünvanı üzrə, xüsusi razılıq (lisenziya) verəsiniz.

Xüsusi razılıq (lisenziya) almaq üçün müvafiq qanunvericiliklə tələb olunan sənədlər ərizəyə əlavə edilir.

 

Qoşma: _________

________________________________                         __________________________

(fiziki şəxsin adı, atasının adı, soyadı)                                                        (imza)

 

                                                                                 ___________________________

                                                                                                  (tarix)

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 oktyabr 2015-ci il tarixli Q-21 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510120021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2015-ci il)

2.       16 dekabr 2016-cı il tarixli Q-24 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612160024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 dekabr 2016-cı il tarixli Q-24 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612160024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2016-cı il) ilə ləğv edilmişdir.

 

[2] 12 oktyabr 2015-ci il tarixli Q-21 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510120021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2015-ci il) ilə “Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və istifadəsi, dövriyyəsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2-ci bəndində “Bakı şəhər Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə, “1400305751” rəqəmləri “1403006271” rəqəmləri ilə əvəz  edilmişdir.