AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
12.02.2013 |
Qeydiyyat nömrəsi |
3 |
Adı |
“Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydalarının təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
20.02.2013 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201302120003 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
19.02.2013 |
“Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə
əlavələrin və dəyişikliklərin edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını
və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart
tarixli 70 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi haqqında”
Əsasnaməni əsas tutaraq Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi [1]
QƏRARA ALIR:
1. “Qiymətli
kağızlar bazarında broker fəaliyyətinin həyata
keçirilməsi” Qaydaları təsdiq edilsin (Əlavə
olunur).
2. Hüquq
şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu
Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
üçün Ədliyyə Nazirliyinə təqdim
edilməsini təmin etsin.
3.
Lisenziyalaşdırma və nəzarət
şöbəsinə (F.Rəhimli)
tapşırılsın ki, bu Qərardan irəli gələn
məsələləri həll etsin.
4. Ümumi
şöbəyə (E.İsayev) tapşırılsın ki,
QKDK-nın aparatının və QKDK-nın Naxçıvan
Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla
tanış olmalarını təmin etsin.
5. QKDK
sədrinin 23 dekabr 2010-cu il tarixli 301 nömrəli Əmri
ilə təsdiq edilmiş “Qiymətli kağızlar
bazarında broker fəaliyyətinin həyata
keçirilməsi” Qaydaları ləğv edilsin.
6. Bu
Qərarın icrasına nəzarət sədr müavini
İ.Muradova həvalə edilsin.
Sədr
R.Aslanlı
|
|
Qiymətli
kağızlar bazarında broker fəaliyyətinin həyata
keçirilməsi
Qaydaları
1. Ümumi
müddəalar
1.1. Bu Qaydalar
Azərbaycan Respublikasının Mülki
Məcəlləsinə və Azərbaycan Respublikası
Prezidentinin 05 mart 2009-cu il tarixli 70 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında”
Əsasnaməyə müvafiq olaraq
hazırlanmışdır və Azərbaycan Respublikasında
qiymətli kağızlar bazarının peşəkar
iştirakçısı olan brokerlərin fəaliyyətini
tənzimləyir.
2. Əsas
anlayışlar[2]
2.1 Bazar riski –
bazar qiymətlərində olan dəyişikliklərdən yaranan
balans və balansdan kənar mövqelər üzrə itki
riskləridir;
2.2. Broker
müqaviləsi – broker və müştəri arasında
bağlanılan broker xidmətləri üzrə
müqavilədir;
2.3. Cəmi
Kapital Tələbi – brokerin kredit riski, bazar riski,
əməliyyat riski və konsentrasiya riskləri üzrə
kapital tələbinin cəmidir;
2.4. Daxili
uçot sistemi – qiymətli kağızlarla aparılan
əməliyyatlar haqqında məlumatların broker
tərəfindən öz daxili uçotunda toplanması,
ümumiləşdirilməsi və əks olunması
sistemidir;
2.5.
Eyniləşdirmə nömrəsi – broker
tərəfindən hər müştəriyə verilən
şəxsi koddur;
2.6.
Əməliyyat riski – daxili proseslər, sistem pozuntuları,
insan faktoru və xarici hadisələrdən meydana
gələn itki riskləridir;
2.7.
Əmtəə qiymət riski – əmtəə
qiymətlərində olan volatillikdən meydana gələn
itki riskləridir;
2.8.
Hesablaşma və kontragent riski – hesablaşmanın
vaxtından gec aparılması və aparılmasından
əvvəl kontragentin öhdəliklərini icra edə
bilməməsi səbəbindən meydana gələn itki
riskləridir;
2.9.
Konsentrasiya riski – brokerin fərdi müştəri və ya
müştəri qrupuna qarşı məcmu kapitalının
25%-ni keçən risklərdir;
2.10. Kredit
riski – borcalanın öhdəliklərini yerinə yetirə
bilməməsindən meydana gələn itki riskləridir;
2.11.
Maliyyə institutları – kredit təşkilatları,
siğortaçılar və qiymətli kağızlar
bazarının peşəkar
iştirakçılarıdır;
2.12. Məcmu
kapital – bu Qaydalarda müəyyən edilmiş birinci
dərəcəli (əsas) və ikinci dərəcəli
(əlavə) kapitala daxil olan komponentlərin cəmi ilə
onlardan tutulmaların fərqidir;
2.13.
Müştəri – broker xidmətlərinin
göstərilməsi haqqında brokerlə müqavilə
bağlamış fiziki və ya hüquqi şəxsdir;
2.14.
Müştərinin aktivləri – müştəriyə
məxsus olan və brokerin daxili uçot sistemində
nəzərə alınan qiymətli kağızlar və
(və ya) pul vəsaitləridir;
2.15.
Müştəri hesabı – müştərinin aktivləri
və ya öhdəlikləri üçün brokerin daxili
uçot sistemində açılmış hesabdır;
2.16. Qısa
mövqe – aktivin dəyərinin azalacağı
gözlənilərək qiymətli kağızlar,
əmtəə və ya valyutanın satışı;
2.17. Səhm
qiymət riski – səhm qiymətlərində olan
volatillikdən meydana gələn itki riskləridir;
2.18. Spesifik
borc aləti qiymət riski – borc alətləri üzrə
emitentlə bağlı faktorlardan meydana gələn qiymət
fərqi riskidir;
2.19. Spesifik
mövqe riski – maliyyə alətinin emitenti ilə bağlı
faktorlardan meydana gələn qiymət fərqi riskidir;
2.20.
Tapşırıq – qiymətli kağızlarla
alqı-satqı əməliyyatlarının aparılması
üçün müştərinin brokerə
tapşırığıdır;
2.21. Uzun
mövqe – Aktivin dəyərinin artacağı
gözlənilərək, qiymətli kağızlar, əmtəə
və ya valyutanın alışı;
2.22. Ümumi
faiz dərəcəsi riski – ümumi bazar
xüsusiyyətinə uyğun olaraq faiz
dərəcəsində olan dəyişikliklərlə
bağlı meydana gələn itki riskləridir;
2.23. Ümumi
mövqe riskləri – ümumi bazar xüsusiyyətinə
uyğun olaraq səhmlər üzrə bazar
qiymətlərində olan hərəkətlərlə
bağlı, borc alətləri üzrə isə faiz
dərəcəsində olan dəyişikliklərlə
bağlı yaranan risklərdir;
2.24. Xarici
valyuta riski – xarici valyuta məzənnəsində olan
dəyişikliklərlə bağlı investisiyanın
dəyərinin dəyişməsi riskidir.
3. Broker
fəaliyyətinə tələblər
3.1. Broker eyni
zamanda diler fəaliyyəti ilə məşğul olduqda, ona
müştəri tərəfindən verilmiş
sifarişdə diler fəaliyyətinin həyata
keçirilməsi ilə bağlı apardığı
əməliyyatlarla əqdin istiqaməti və qiymətli
kağızların növü şərtləri eyni olduqda,
o, ilk növbədə müştərilərinin
tapşırıqlarını yerinə yetirməlidir.
3.2. Broker
xidmətlərinin göstərilməsi brokerlə
müştəri arasında tapşırıq və ya
komissiya şərtləri ilə broker müqaviləsi
əsasında həyata keçirilməlidir.
3.3. Komissiya
və ya tapşırıq müqavilələrinin
şərtləri broker müqaviləsində öz əksini
tapmalıdır.
3.4.
Tapşırıq müqaviləsinin şərti ilə broker
müştərinin adından və onun hesabına, muzd
müqabilində, müştərinin ona
tapşırdığı qiymətli kağızlarla
alqı-satqı əqdlərini bağlamağı və icra
etməyi öhdəsinə götürməlidir.
3.5. Komissiya
müqaviləsinin şərti ilə broker
müştərinin tapşırığı ilə muzd
müqabilində öz adından, lakin müştərinin
hesabına qiymətli kağızlarla alqı-satqı
əqdlərini bağlamağı və icra etməyi
öhdəsinə götürməlidir.
3.6. Brokerin
daxili uçotunun aparılması qaydaları
müştərinin qiymətli kağızlarının
alqı-satqısından əldə edilən pul
vəsaitlərinin və ona məxsus qiymətli
kağızların satışından daxil olan pul
vəsaitinin ayrı-ayrılıqda uçotunun
aparılmasını təmin etməlidir.
3.7. Broker
müştərinin pul vəsaitini yalnız broker
müqaviləsinin şərtlərinə görə,
vəsaitin müştəriyə qaytarıldığı
müddətə qədər istifadə edir. Bu halda müştərinin vəsaitinin
istifadəsindən alınan gəlirin
bölüşdürmə qaydası
müqavilədə öz əksini tapmalıdır.
3.8.
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən olunmuş və ya müştəri ilə
yazılı qaydada razılaşdırılmış hallar
istisna olmaqla, broker öz fəaliyyətini həyata
keçirdiyi müddət ərzində müştərinin
fəaliyyəti ilə bağlı ona məlum olan məlumatları
üçüncü şəxslərə
açıqlamamalıdır.
4. Brokerin
müştəriyə məlumatı verməsi qaydası
4.1. Broker
müştərinin yazılı tələbi ilə ona
aşağıdakı sənədləri və
məlumatı təqdim etməyə borcludur:
4.1.1
qiymətli kağızlar bazarında peşəkar
fəaliyyətin həyata keçirilməsi üçün
aldığı xüsusi razılığın
(lisenziyanın) surətini;
4.1.2
dövlət qeydiyyatı haqqında sənədin surətini;
4.1.3
peşəkar iştirakçının fəaliyyətinin
qaydalarını;
4.1.4
müvafiq əqdlərin bağlanması üçün
təqdim edilən qiymətli kağızların
buraxılışının dövlət qeydiyyatı
haqqında məlumatı və bu buraxılışın
dövlət qeydiyyat nömrəsini;
4.1.5
həmin qiymətli kağızların
buraxılışı haqqında qərarda və onların
emissiya prospektində olan məlumatları;
4.1.6
müştərinin məlumatın təqdim edilməsi
haqqında tələb irəli sürdüyü tarixə
qədər 1 ay ərzində, broker tərəfindən
həmin qiymətli kağızların alınma və
satılma qiymətləri haqqında, yaxud bu cür
əməliyyatların aparılmadığı barədə
məlumatları.
5.
Müştərinin brokerə sənədləri verməsi
qaydası
5.1. Broker
müqaviləsi bağlanarkən fiziki şəxs olan
müştəri aşağıdakı sənədləri
brokerə təqdim etməlidir:
5.1.1.
müştərinin anketi (Əlavə ¹1);
5.1.2.
şəxsiyyəti təsdiq edən sənədin surəti;
5.1.3.
vəkalətnamə (olduqda);
5.1.4. fiziki şəxsi digər şəxs
təmsil etdikdə benefisiar sahibin
müəyyənləşdirilməsi üçün
aşağıdakı məlumatlar təqdim
olunmalıdır:
fiziki şəxsin – soyadı, adı,
atasının adı, ünvanı.
5.2. Broker
müqaviləsi bağlanarkən hüquqi şəxs olan
müştəri aşağıdakı sənədləri
brokerə təqdim etməlidir:
5.2.1.
müştərinin anketi (Əlavə ¹2);
5.2.2.
hüquqi şəxsin dövlət qeydiyyatı haqqında
şəhadətnaməsinin surəti;
5.2.3. vergi
ödəyicisinin eyniləşdirmə nömrəsinin
(VÖEN) surəti;
5.2.4.
vəkalətnamə (olduqda) ;
5.2.5. hüquqi şəxsi digər şəxs
təmsil etdikdə benefisiara sahibin
müəyyənləşdirilməsi üçün
aşağıdakı məlumatlar təqdim
olunmalıdır:
hüquqi şəxsin – tam adı, VÖEN, statistika
kodu, ünvanı;
5.2.6. hüquqi şəxs səhmdar cəmiyyəti
olduqda əlaqəli şəxslərinin siyahısı
aşağıdakı məlumatlarla tərtib
olunmalıdır:
- əlaqəli şəxslər fiziki şəxs
olduqda - soyadı, adı, atasının adı,
ünvanı.
-
əlaqəli şəxslər hüquqi şəxs olduqda
–tam adı, VÖEN, statistika kodu, ünvanı.
5.3.
Müştəri vəkalətnamə əsasında
brokerlə müqavilə bağladıqda, broker
müştərinin və vəkil edilmiş şəxsin
şəxsiyyətlərini müəyyən etməli və
onların şəxsiyyətlərini təsdiq edən
sənədlərdə olan məlumatları
vəkalətnamədə göstərilmiş məlumatlarla
tutuşdurmalıdır. Bu zaman sənədlərdə
əqdin qeyri-qanuni xarakter daşıdığına
dəlalət edən faktlar aşkar edildikdə, broker, broker
xidmətlərinin göstərilməsindən imtina
etməlidir.
6.
Broker müqaviləsinə dair tələblər
6.1. Broker
müqaviləsində aşağıdakı müddəalar
əks olunmalıdır:
6.1.1.
müqavilənin bağlandığı yer, tarix,
tərəflərin adları, brokerin lisenziyasının
nömrəsi və verilmə tarixi;
6.1.2.
müqavilənin predmeti (broker fəaliyyətinin
tapşırıq və ya komissiya müqaviləsinin
şərtlərinin əsasında göstərməsi);
6.1.3.
tərəflərin hüquq və vəzifələri;
6.1.4.
müqavilə üzrə hesablaşma və ödəniş
qaydaları;
6.1.5.
brokerin komisyon haqqı və əməliyyatlarla bağlı
xərclərin ödənilməsi qaydaları;
6.1.6.
müştərinin aktivlərinin qaytarılması
qaydaları (o cümlədən, müştərinin və ya
brokerin təşəbbüsü ilə əqdin
bağlanmasından imtina halları üzrə
zərərlərin ödənilməsi);
6.1.7.
tapşırığın qüvvədə olduğu
müddətdə tapşırığın ləğv
edilməsi və ya icra edilməmiş hissəsinin tam və
ya qismən ləğv edilməsi və bu barədə
müştəriyə məlumatların verilməsi
qaydaları;
6.1.8.
tərəflərin məsuliyyəti;
6.1.9.
broker tərəfindən müştərinin depozitarda və
reyestrsaxlayıcıda müştəri üçün
açılmış hesabından istifadə qaydası;
6.1.10.
tərəflərin rekvizitləri.
6.2. Broker
müqaviləsində nəzərdə tutulduğu halda
müştəri özünə aid aşağıdakı
əməliyyatların icra edilməsini brokerə
tapşırır və bu halda broker müştəri
tərəfindən vəkil edilmiş şəxs kimi
çıxış edir:
6.2.1.
fond birjasında, qiymətli kağızların sahiblərinin
reyestrsaxlayıcılarında və depozitarilərdə
hesabların açılması və
bağlanılmasını, onları identifikasiya edən
məlumatların və rekvizitlərin
dəyişdirilməsini, hesabların aparılması sistemində
əks olunan məlumatlara dair sorğuların edilməsini,
müştərinin hesablarından
çıxarışların və sertifikatların
alınmasını (silinməsi və ləğv
edilməsini), müştərinin hesablarında
keçirilən əməliyyatlar barədə hesabatların
alınmasını;
6.2.2.
depozitar müqaviləsinin bağlanmasını,
dəyişməsini və xitam edilməsini.
7.
Müştərilərin tapşırıqlarının
yerinə yetirilməsi
7.1. Broker
müqaviləsinin bağlanılması zamanı broker
müştəriyə eyniləşdirmə nömrəsi
verir.
7.2. Broker
müqaviləsi bağlandıqdan sonra broker müştərinin
pul vəsaitlərinin və qiymətli
kağızlarının uçotunun aparılması
üçün öz daxili uçot sistemində
müştəri üçün hesablar açır. Broker
banklarda müştərinin pul vəsaitlərini öz pul
vəsaitlərindən ayrı-ayrı hesablarda
saxlamalıdır.
7.3.
Müştərinin pul vəsaitlərinin brokerə
verilməsi brokerin hesabına köçürmə, kassaya
nağd ödənilmə, və ya fond birjası ilə
razılaşdırılmış qaydada fond birjasının
müvafiq hesabına köçürmə yolu ilə
həyata keçirilir.
7.4. Broker
müqavilədə göstərilən xidmətlərini
yalnız müştərinin tapşırığı
əsasında həyata keçirir (Əlavə ¹ 3).
Tapşırığın müddəti broker
müqaviləsinin qüvvədə olma müddətindən
artıq olmamalı, broker müqaviləsinin qüvvədə
olma müddəti bir ildən artıq olduqda,
tapşırığ ən azı ildə bir dəfə
yenilənməlidir.
Tapşırıq
iki nüsxədə tərtib edilir və bir nüsxəsi
brokerin tapşırığı qəbul etməsi
barədə yazılı qeydlə və ixtisas
şəhadətnaməsinə malik olan əməkdaşın
imzası ilə müştəriyə qaytarılır.
Depozitarda “depo” hesabı olmayan müştərilərin
sənədsiz qiymətli kağızlar üzrə tapşırıqlarının
broker tərəfindən qəbuluna yol verilmir.
7.5.
Müştəri brokerə aşağıdakı sifariş
növlərini verir:
7.5.1.
limitli qiymətlə sifariş - müştərinin təyin
etdiyi qiymətdən yuxarı/aşağı olmamaq
şərtilə qiymətli kağızları
tapşırıqda göstərilən miqdarda almaq/satmaq;
7.5.2
bazar qiyməti ilə sifariş - alışın və ya
satışın ən əlverişli qiymətilə
qiymətli kağızları tapşırıqda
göstərilən miqdarda almaq/satmaq.
7.6. Broker
müqaviləsində müştəri brokerə qiymətli
kağızların sahiblərinin
reyestrsaxlayıcılarında və depozitarilərdə onun
hesabları ilə əməliyyatların icra edilməsi
səlahiyyətini verməyibsə, müştəri -
qiymətli kağızların satıcısı tapşırıqdan
əlavə brokerə qiymətli kağızlara sahiblik
hüququnu təsdiq edən sənədi (sertifikatı)
təqdim etməlidir.
7.7. Broker
alqı/satqı müqaviləsini icra edənədək
müştərinin qiymətli kağızlarının
mövcudluğunu yoxlamaq hüququna malikdir.
7.8. Broker
müştərilərin tapşırıqlarının
qeydiyyat jurnalını aparmalıdır. Tapşırıq
alınan gün jurnalda aşağıdakı qeydlər
aparılmalıdır:
7.8.1.
müvafiq qaydada təyin olunmuş tapşırıq
nömrəsi;
7.8.2.
tapşırıqların alınması tarixi və vaxtı;
7.8.3.
müştərinin adı və eyniləşdirmə
nömrəsi;
7.8.4.
müştəri ilə bağlanmış müqavilənin
nömrəsi və tarixi;
7.8.5. məsul
şəxsin adı və soyadı.
7.9. Brokerə
bir neçə müştərinin tapşırıqları
daxil olduqda və onların şərtləri eyni olduqda broker
həmin tapşırıqları onların qəbul
edilməsi ardıcıllığı ilə həyata
keçirməlidir.
7.10.
Müştəri tapşırığının icra
edilməmiş hissəsini tam və ya qismən ləğv
etmək hüququna malikdir. Bu zaman broker
tapşırığın ləğv edilmiş hissəsinin
icrasını dərhal dayandırmalıdır.
7.11. Əqdin
bağlanması üçün müştərinin
vəsaiti çatmadıqda, çatışmayan vəsaitin
müştərinin hesabına daxil olması anına
qədər brokerin tapşırığı icra
etməmək hüququ vardır.
7.12. Broker
tapşırığı icra edə bilmədikdə,
müştəriyə müqavilədə
göstərilən müddət ərzində
müştərinin tapşırığının icra
edilməməsinin səbəblərini
göstərməklə bildiriş təqdim edir.
8.
Müştərinin aktivlərinin qaytarılması qaydası
8.1.
Müştəri broker müqaviləsini ləğv
etmədən, brokerə yazılı müraciət
verərək, özünə məxsus olan aktivlərin
hamısını və ya bir hissəsini geri götürmək
hüququna malikdir.
8.2. Broker
müqaviləsində digər hallar nəzərdə
tutulmayıbsa, broker müştərinin yazılı
müraciətini aldıqdan sonra aktivləri 3 (üç)
iş günü ərzində geri qaytarmalıdır.
8.3. Broker
müqaviləsi ləğv olunduqda, həmçinin broker
lisenziyası ləğv edildikdə, broker
müştərinin hesabında olan aktivləri (broker
müqaviləsinin icrası ilə bağlı xərclər
və müştərinin öhdəlikləri istisna olmaqla)
müştəriyə qaytarmalıdır.
9. Hesabatın
müştəriyə təqdim edilməsi qaydası
9.1. Broker
aparılmış əməliyyatlar haqqında hesabatı
müştəriyə təqdim etməlidir.
9.2. Broker
tərəfindən müştəriyə hesabatın
təqdim edilməsi qaydaları broker müqaviləsi ilə
müəyyən edilir.
9.3. Hesabat
broker tərəfindən imzalanmalıdır və
möhürü ilə təsdiqlənməlidir.
9.4. Brokerin
aparılmış əqdlər barədə
müştəriyə təqdim etdiyi hesabat
aşağıdakıları özündə əks
etdirməlidir:
9.4.1.
hesabatın tərtib edilmə tarixi və əhatə etdiyi
müddət;
9.4.2.
müştərinin adı və eyniləşdirmə
nömrəsi;
9.4.3. broker
müqaviləsinin nömrəsi və tarixi;
9.4.4.
qiymətli kağızlarla aparılmış
əməliyatların tarixi və vaxtı;
9.4.5. əqdin
növü (alqı/satqı);
9.4.6.
qiymətli kağızların növü, dövlət
qeydiyyat nömrəsi;
9.4.7.
qiymətli kağızın emitentinin adı;
9.4.8. bir
qiymətli kağızın qiyməti;
9.4.9.
qiymətli kağızların sayı;
9.4.10.
qiymətli kağızlarla əqdlərin məbləği;
9.4.11. hesabat
müddəti ərzində brokerin mükafatının
məbləği;
9.4.12.
hesabat müddəti ərzində brokerə
ödənilmiş olan xərclərin məbləği;
9.4.13.
hesabat dövrünün əvvəlinə və sonuna
müştərinin hesablarında qiymətli
kağızların və pul vəsaitinin hərəkəti,
habelə onların qalığı haqqında məlumat.
9.4.14. əqdin
bağlandığı yer (fond birjasının adı və
s.).
10. Brokerin
təşkilati strukturuna dair tələblər[3]
10.1. Broker
fəaliyyətini tənzimləyən, o cümlədən
daxili nəzarət sistemi, risklərin idarəedilməsi
və daxili auditə dair daxili qaydalar qəbul etməlidir.
10.2. Broker öz
strukturunda aşağıdakı funksiyaların
təşkilini təmin etməlidir:
10.2.1. Daxili
nəzarət;
10.2.2. Risklərin
idarəedilməsi;
10.2.3. Daxili audit.
11. Daxili
nəzarət funksiyası
11.1. Broker daxili
nəzarət funksiyasının düzgün və
müstəqil şəkildə həyata keçirilməsi
üçün aşağıdakıları təmin
etməlidir:
11.1.1. Broker
tərəfindən qəbul edilən daxili qaydaların
qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə
uyğunluğunun qiymətləndirilməsi və
effektivliyinə nəzarətin həyata keçirilməsi,
habelə aşkarlanmış
çatışmazlıqların aradan qaldırılması
üçün tədbirlərin görülməsi;
11.1.2. daxili
nəzarət funksiyasının zəruri
səlahiyyətlərə, resurs və onlara verilən
tapşırıqların icrası üçün zəruri
bilik və təcrübəsi və bütün müvafiq
məlumatlara giriş imkanı olmalıdır;
11.1.3. daxili
nəzarət funksiyasına cəlb edilmiş
şəxslər broker tərəfindən daxili əmrlə
təyin edilməli və öz vəzifə və
öhdəliklərini davamlı əsasda həyata keçirməlidirlər;
11.1.4. daxili
nəzarət funksiyasına cəlb edilmiş
şəxslər şirkətin icra orqanının
üzvü ola bilməz;
11.1.5. daxili
nəzarət funksiyasına cəlb edilmiş
şəxslər monitorinq etdiyi fəaliyyət və
xidmətlərin icrasında iştirak edə bilməzlər;
11.1.6. daxili
nəzarət funksiyasına cəlb edilmiş
şəxslərin mükafatının müəyyən
edilməsi üsulu onların obyektivliyinə şübhə
təşkil etməməli və ya
şübhələnmə ehtimalı olmamalıdır;
11.1.7. şirkətin
əməkdaşlarına keçirilən
əməliyyatların mövcud qanunvericiliyə müvafiqliyi
ilə bağlı məsləhətlərin verilməsi,
habelə əməkdaşlara təlimlərin
keçirilməsi;
11.1.8. şirkətin
daxili qaydaların hazırlanmasında iştirak etməlidir;
11.2. Brokerin daxili
nəzarət funksiyası daxili struktur bölmə və ya
məsul şəxs tərəfindən həyata
keçirilməlidir. Daxili nəzarət şirkətin
digər funksiyalarından müstəqil fəaliyyət
göstərməlidir.
11.3. Daxili nəzarət
funksiyası şirkətin cinayət yolu ilə əldə
olunmuş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsi
üzrə məsul şəxs tərəfindən icra
edilə bilər.
11.4. Daxili nəzarət
bölməsi rüblük olaraq şirkətin
rəhbərliyinə daxili nəzarət funksiyasına dair
hesabatı təqdim etməlidir.
11.5. Bu Qaydaların
11.4-ci bəndində müəyyən edilmiş hesabat
Azərbaycan Respublikasının Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi (bundan sonra – QKDK)
tərəfindən tələb olunduqda, həmin hesabat broker
tərəfindən 3 iş günü ərzində QKDK-ya
təqdim edilməlidir.
12.
Risklərin idarəedilməsi funksiyası
12.1. Risklərin
idarəedilməsi funksiyası brokerin prosesləri və
sistemləri ilə bağlı risklərin idarəedilməsi
daxili qaydalarının hazırlamasını,
fəaliyyəti zamanı qarşılaşdığı
risklərin məqbul çərçivəsinin
müəyyən edilməsini və risk səviyyəsinə
davamlı nəzarət edilməsini təmin etməlidir.
12.2. Risklərin
idarəedilməsi funksiyası aşağıdakıları
təmin etməlidir:
12.2.1. risklərin
idarəedilməsi üzrə daxili qaydalara riayət
edilməsini;
12.2.2. brokerin
fəaliyyətinə dair risk profilinin müəyyən
edilməsinə, məqbul risk çərçivəsinin
gözlənilməsinə, riskin idarəedilməsi
proseslərinin adekvat və effektiv olmasına və
risklərin aradan qaldırılmasına dair şirkətin
rəhbərliyinə hesabatlar vermək;
12.2.3. brokerin
fəaliyyəti zamanı dövrü olaraq və ya investisiya
strategiyasında dəyişikliklər edilməsindən
əvvəl risklərin idarəedilməsi sistemlərini
qiymətləndirmək.
12.3. Risklərin
idarəedilməsi funksiyasının bu Qaydalar ilə
müəyyən edilmiş vəzifələri həyata
keçirmək üçün zəruri olan
səlahiyyətləri, resurs və onların icrası
üçün zəruri bilik və təcrübəsi, həmçinin
bütün müvafiq məlumatlara giriş imkanı
olmalıdır.
12.4. Risklərin
idarəedilməsi funksiyası daxili struktur bölmə,
məsul şəxs və ya üçüncü
şəxsə həvalə edilərək həyata
keçirilməlidir. Risklərin idarəedilməsi
funksiyası brokerin digər funksiyalarından müstəqil fəaliyyət
göstərməlidir.
12.5. Risklərin
idarəedilməsi funksiyası üçüncü
şəxsə həvalə edildikdə, tərəflərin
hüquq və vəzifələri yazılı
müqavilə ilə rəsmiləşdirilməlidir.
12.6. Risklərin
idarəedilməsi bölməsi brokerin əməliyyatları
ilə bağlı şirkətin rəhbərliyinə
rübdə bir dəfədən az olmamaqla, şirkət
gözlənilməyən risklərə məruz qaldıqda
isə növbədənkənar hesabat təqdim etməlidir.
12.7. Bu Qaydaların
12.6-cı bəndində müəyyən edilmiş hesabat
QKDK tərəfindən tələb olunduqda, həmin hesabat
broker tərəfindən 3 iş günü ərzində QKDK-ya
təqdim edilməlidir.
13. Daxili audit
funksiyası
13.1. Brokerin daxili audit
funksiyası təsdiq edilmiş audit planına uyğun olaraq
bütün əməliyyatlara daxili auditin tətbiq
edilməsini, ildən bir dəfədən az olmamaq
şərti ilə aşağıdakılar üzrə daxili
auditin keçirilməsini təmin etməlidir:
13.1.1. risklərin
idarəedilməsi sisteminin tətbiqi və effektivliyinin
qiymətləndirilməsi;
13.1.2. fəaliyyətinin
və daxili nəzarət mexanizmlərinin
qiymətləndirilməsi;
13.1.3. həyata
keçirilmiş qiymətləndirmə üzrə
tövsiyələrin verilməsi və onların icrasına
nəzarəti;
13.1.4. korporativ
idarəetmə ilə bağlı şirkətin siyasətinin
və strateji hədəflərinin tətbiqi;
13.1.5. auditin
nəticələrinə dair hesabatların hazırlanması.
13.2. Daxili audit
funksiyası brokerin digər funksiyalarından müstəqil
fəaliyyət göstərməlidir.
13.3. Broker daxili audit
funksiyasını daxili struktur bölmə, audit komitəsi,
məsul şəxs vasitəsilə və ya
üçüncü şəxsə həvalə
edərək yaratmalıdır.
13.4. Daxili audit
funksiyası üçüncü şəxsə
həvalə edildikdə, tərəflərin hüquq və
vəzifələri yazılı müqavilə ilə
rəsmiləşdirilməlidir.
13.5. Daxili audit
bölməsi keçirilən audit yoxlamasına əsasən
hesabat hazırlayaraq şirkət rəhbərliyinə
təqdim etməlidir.
13.6. Bu Qaydaların
13.5-ci bəndində müəyyən edilmiş hesabat QKDK
tərəfindən tələb olunduqda, həmin hesabat broker
tərəfindən 3 iş günü ərzində QKDK-ya
təqdim edilməlidir.
14. Kapital
adekvatlığına dair tələblər
14.1. Broker fəaliyyəti
müddətində kapital adekvatlığı tələblərinə
cavab verməlidir.
14.2. Broker
fəaliyyəti ərzində bu Qaydalar ilə
müəyyən edilmiş Cəmi Kapital Tələbinə,
həmçinin 100 000 AZN-ə bərabər və ya ondan daha
yüksək məcmu kapitala malik olmalıdır.
14.3. Brokerin
Cəmi Kapital Tələbi onun Kredit riski, Bazar Riski,
Əməliyyat riski və Konsentrasiya riskinə qarşı
hesablanmış kapital tələblərinin cəminə
bərabərdir.
15. Broker məcmu
kapitalı
15.1. Brokerin
məcmu kapitalı aşağıdakı
komponentlərdən ibarətdir:
15.1.1. Birinci
dərəcəli kapital;
15.1.2. İkinci
dərəcəli kapital.
15.2. Brokerin
məcmu kapitalı birinci və ikinci dərəcəli
kapitalın cəmi ilə onlardan tutulmaların fərqinə
bərabərdir.
15.3. Birinci və
ikinci dərəcəli kapital brokerin fəaliyyəti
müddətində qarşılaşa biləcəyi kredit
riski, əməliyyat riski və bazar risklərinin idarə
oluna bilən səviyyəyədək azaldılmasında
istifadə olunur.
15.4. Brokerin ikinci
dərəcəli kapitalı onun birinci dərəcəli kapitalından
çox ola bilməz.
15.5. Birinci
dərəcəli kapital aşağıdakıların
cəminə bərabərdir:
15.5.1.
ödənilmiş adi səhmlər;
15.5.2.
qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər;
15.5.3.
səhmlərin emissiyasından əldə edilmiş digər
vəsaitlər;
15.5.4.
ödənilmiş paylar (MMC-lər üçün);
15.5.5. kapital
ehtiyatları;
15.5.6.
bölüşdürülməmiş mənfəət
(zərər);
15.6. Birinci
dərəcəli kapitaldan tutulmalar
aşağıdakılardır:
15.6.1. geri
alınmış səhmlər (paylar);
15.6.2. qeydi-maddi
aktivlər;
15.6.3. cari ilin
zərəri.
15.7. İkinci
dərəcəli kapital aşağıdakıların
cəminə bərabərdir:
15.7.1. yenidən
qiymətləndirmədən irəli gələn ehtiyatlar;
15.7.2. xüsusi
ehtiyatlar;
15.7.3. cari ilin
mənfəəti;
15.7.4. subordinasiya
borcları.
15.8. Birinci və
ikinci dərəcəli kapitalın cəmindən
aşağıdakı tutulmalar çıxılaraq məcmu
kapital hesablanır:
15.8.1. digər
peşəkar iştirakçıların kapitalına xalis
investisiyalar (iştirak payı 10%-dən artıq olduqda);
15.8.2.
peşəkar iştirakçı olmayan digər maliyyə
institutlarının və birjada listinqə çıxmış
hüquqi şəxslərin kapitalına xalis investisiyalar
(iştirak payı 10%-dən artıq olduqda);
15.8.3. digər
hüquqi şəxslərin kapitalına (peşəkar
iştirakçılar, maliyyə institutları və birjada
listinqə çıxmış hüquqi şəxslər
istisna olmaqla) xalis investisiyalar (iştirak payı 10%-dən
artıq olduqda).
16. Kredit
riskinin hesablanması
16.1. Kredit riski
üzrə kapital tələbinin hesablanması zamanı risk
bu Qaydalar ilə müəyyən olunmuş kateqoriyalara
bölünür, hər bir kateqoriya üzrə risk çəkisi
müəyyən edilir və cəmi risk dərəcəsi
üzrə ölçülmüş aktivlərin 8% həddində
kredit riski üzrə kapital tələbi müəyyən
edilir.
16.2. Kredit
riskləri aşağıdakı kateqoriyalara
bölünür:
16.2.1. digər
dövlətlərə və mərkəzi banklarına
qarşı risklər;
16.2.2. Azərbaycan
Respublikasının Mərkəzi Bankına qarşı
risklər;
16.2.3. yerli orqanlara
qarşı risklər;
16.2.4. beynəlxalq
təşkilatlara qarşı risklər;
16.2.5. maliyyə
institutlarına qarşı risklər;
16.2.6. korporativ
təşkilatlara qarşı risklər;
16.2.7.
pərakəndə risklər;
16.2.8. təxirə
salınmış aktivlərə qarşı risklər;
16.2.9. yüksək
riskli sayılan aktivlərə qarşı risklər;
16.2.10. investisiya
fondlarına qarşı risklər;
16.2.11. digər
aktivlərə qarşı risklər.
16.3. Hər
kateqoriya üzrə risk çəkisi risk keyfiyyətindən
(xarici kredit qiymətləndirmə institutlarının risk
qiymətləndirməsindən) asılı olaraq
müəyyən olunur.
16.4. Kredit
keyfiyyəti reytinqi digər dövlətlər, mərkəzi
banklar, beynəlxalq təşkilatlar, yerli orqanlar, maliyyə
institutları, korporativ təşkilatlar və investisiya
fondları üçün 1-dən (ən yüksək)
6-dək (ən aşağı) Cədvələ
(Əlavə ¹ 4) uyğun olaraq qiymətləndirilir.
16.5. Digər
dövlətlərə qarşı risklər
uzunmüddətli kredit qiymətləndirməsi mövcud olan
ölkələr üçün Cədvələ
(Əlavə ¹ 5) uyğun olaraq müəyyən edilir.
16.6.
Uzunmüddətli kredit qiymətləndirməsi mövcud
olmayan ölkələrə qarşı risk çəkisi
100% olaraq müəyyən edilir.
16.7. Azərbaycan
Respublikasının hökumətinə və Azərbaycan
Respublikasının Mərkəzi Bankına qarşı risk
çəkisi 0% olaraq müəyyən edilir.
16.8. Beynəlxalq
təşkilatlar olan Dünya Bankı, Beynəlxalq Valyuta
Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya
İnkişaf Bankı, İslam İnkişaf Bankı
və Qara
Dəniz Ticarət və İnkişaf Bankına qarşı
risk çəkisi 0% olaraq müəyyən edilir.
16.9.
Uzunmüddətli kredit qiymətləndirməsi mövcud olan
yerli orqanlara qarşı, habelə maliyyə institutları,
korporativ təşkilatlar və investisiya fondlarına
qarşı risklər Cədvələ (Əlavə ¹ 6)
uyğun olaraq müəyyən edilir.
16.9.1.
uzunmüddətli kredit qiymətləndirməsi mövcud
olmayan yerli orqanlara qarşı, habelə maliyyə
institutlarına və investisiya fondlarına qarşı
risklər borcalanın digər dövlətlərin kredit
reytinqindən bir səviyyə aşağı reytinq
verilərək;
16.9.2. Azərbaycan
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları və bələdiyyələrə qarşı
risklər 20% olaraq;
16.9.3. borcalanın
mərkəzi hökumətinin kredit reytinqi mövcud
olmadıqda, risk çəkisi 100% olaraq;
16.9.4. kredit
qiymətləndirilməsi mövcud olmayan korporativlər
üzrə risk çəkisi 100% olaraq və ya
təşkilatın mərkəzi hökumətinin kredit
qiymətləndirilməsi üzrə risk çəkisi
götürülərək, bunlardan böyük olanı;
16.10. maliyyə
institutları tərəfindən emissiya edilən
səhmlərə və ya digər tənzimləyici kapital
alətlərinə edilən investisiyalar şirkətin
məcmu kapitalından tutulmadıqda, risk çəkisi 100%
olaraq;
16.11.
pərakəndə risklər üzrə risk çəkisi
aşağıdakı şərtlərə cavab verdikdə,
75% olaraq müəyyən edilir:
16.11.1. risk bir və
ya bir neçə fiziki və ya hüquqi şəxsə aid
olduqda;
16.11.2. brokerin
cəmi riskli məbləği 1 milyon AZN-dən çox
olmadıqda;
16.11.3. qiymətli
kağızlara investisiya olunmadıqda.
16.12.
təxirə salınmış aktivlərə qarşı
risk çəkisi 150% olaraq müəyyən edilir ;
16.13. yüksək
riskli sayılan aktivlərə, o cümlədən yeni
yaranmış və üç ildən az fəaliyyət
göstərən yüksək riskli şirkətlərə
və özəl sərmayə şirkətlərinə
edilən investisiyalara qarşı risk çəkisi 150% olaraq
müəyyən edilir;
16.14. digər
aktivlərə qarşı risk çəkisi
aşağıdakı qaydada müəyyən edilir:
16.14.1. tikili və
avadanlıqlar üzrə risk çəkisi 100% olaraq;
16.14.2. verilmiş
avanslar və qazanılmamış gəlir üzrə risk
çəkisi 100% olaraq;
16.14.3. debitor
borcları üzrə risk çəkisi 20%, pul
vəsaitləri və ekvivalentləri üzrə risk
çəkisi 0% olaraq;
16.4.4. qızıl
ehtiyatları üzrə risk çəkisi 0% olaraq.
17. Bazar
riskinin hesablanması
17.1. Bazar riski
üzrə kapital tələbi broker üçün
aşağıdakı risklər üzrə kapital
tələbinin cəminə bərabərdir:
17.2.
Əmtəə qiymət riski;
17.3. Xarici valyuta
riski.
17.4.
Əmtəə qiymət riski üzrə kapital tələbi
aşağıdakılar üzrə hesablanır:
17.4.1. Qiymətli
metallar, kənd təsərrüfatı məhsulları,
faydalı qazıntılar;
17.4.2.
Əmtəəyə əsaslanan törəmə
alətlər.
17.5.
Əmtəə qiymət riski üzrə kapital tələbi
hesablanarkən ilk növbədə tək formalı
əmtəələr müəyyən edilməlidir.
17.6. Tək
formalı əmtəə aşağıdakıları
əhatə edir:
17.6.1. Bir-birinə
çevrilə bilən alt kateqoriya əmtəə
mövqeləri üzrə tutulan mövqelər;
17.6.2. Bir-birini
əvəz edə bilən oxşar əmtəələr
üzrə mövqe, bu halda əmtəələrin qiymət
dəyişikliyi arasında azı son bir il ərzindəki
korrelyasiya 0,9-dan az olmamalıdır.
17.7.
Əmtəə qiymət riski üzrə kapital tələbi
sadələşdirilmiş yanaşma ilə hesablanır.
Sadələşdirilmiş yanaşmaya müvafiq olaraq hər
bir əmtəə standart ölçü vahidi və cari
valyuta kursu ilə göstərilir.
17.8.
Əmtəə qiymət riski üzrə kapital tələbi
aşağıdakı düstura uyğun olaraq hesablanır:
ƏmRK:
Əmtəə qiymət riski üzrə kapital tələbi;
XM:
Əmtəə qiymət riski üzrə xalis mövqe;
ÜM:
Əmtəə qiymət riski üzrə ümumi mövqe.
17.8.1. Cəmi xalis
mövqe hər bir əmtəə və tək formalı
əmtəə üçün cəmi uzun mövqelər
ilə cəmi qısa mövqelərin fərqinə
bərabərdir;
UM:
Əmtəə qiymət riski üzrə uzun mövqe;
QM:
Əmtəə qiymət riski üzrə qısa mövqe.
17.8.2. Cəmi
ümumi mövqe hər bir əmtəə və tək
formalı əmtəə üzrə ümumi uzun
mövqelər ilə qısa mövqelərin modul
qiymətinin cəminə bərabərdir.
17.9. Brokerin xarici
valyuta üzrə cəmi xalis mövqeyi onun məcmu
kapitalının 2%-dən çox olduqda, xarici valyuta riski
üzrə kapital tələbi aşağıdakı
düstura uyğun olaraq hesablanır.
MK: Məcmu
kapital;
XM: Xarici
valyuta riski üzrə xalis mövqe;
XVRK: Xarici
valyuta riski üzrə kapital tələbi.
17.10. Cəmi xalis
mövqe aşağıdakı qaydada hesablanır:
XUM: Xarici
valyuta riski üzrə xalis uzun mövqe;
XQM: Xarici
valyuta riski üzrə xalis qısa mövqe;
QzM:
Qızıl üzrə xalis mövqe.
17.10.1. Hər bir
xarici valyuta və qızıl üzrə xalis mövqelər
müəyyən edilir və cari valyuta kursu ilə
göstərilir;
17.10.2. Xarici
valyutalar üzrə cəmi xalis mövqe uzun mövqelər
ilə cəmi xalis qısa mövqelərdən daha
böyük olanı müəyyən edilir;
17.10.3. Qızıl
üzrə uzun və ya qısa olmasından asılı
olmayaraq xalis mövqe müəyyən edilir;
17.11.
Aşağıdakı mövqelər xarici valyuta riski
üzrə kapital tələbinin hesablanmasından istisna
edilir:
17.11.1. Brokerin kapital
adekvatlığının xarici valyuta riskindən qorunması
üçün tutulan və ticarət məqsədi
daşımayan uzunmüddətli mövqelər;
17.11.2. Məcmu
kapitalın hesablanması zamanı şirkətin məcmu
kapitalından tutulan xarici valyuta riski daşıyan
mövqelər.
17.12. Xarici valyuta
riski üzrə kapital tələbinin hesablanmasından istisna
edilən mövqelər haqqında broker tərəfindən
QKDK-ya məlumat verilməlidir.
18.
Əməliyyat riskinin hesablanması
18.1.
Əməliyyat riskləri üzrə kapital tələbi audit
yoxlamasından keçmiş maliyyə bəyanatına
əsasən keçmiş üç il üçün
müsbət ümumi gəlir götürülərək,
aşağıdakı düsturla hesablanır:
ƏRK:
Əməliyyat riskləri üzrə hesablanmış kapital
tələbi
: ümumi
gəlir;
: xalis gəlirin
müsbət olduğu illərin sayı.
18.2. Ümumi
gəlir, 1 ¹-li kommersiya təşkilatları üçün
milli mühasibat uçotu standartlarının mənfəət
və zərər haqqında (xərclərin funksiyası
üzrə) hesabatında olan aşağıdakı
komponentlərin cəmidir:
-
Əsas
əməliyyat gəliri;
-
Satışın
maya
dəyəri (-);
-
Ümumi
mənfəət =;
-
Sair
əməliyyat gəlirləri;
-
Kommersiya
xərcləri (-);
-
Sair
əməliyyat xərcləri (-);
-
Maliyyə
mənfəəti;
- Maliyyə zərəri
(-).
19. Konsentrasiya
riskinin hesablanması
19.1. Konsentrasiya
riski brokerin fəaliyyətinin davamiyyətinə
təhlükə yarada bilən, şirkətin məcmu
kapitalının əhəmiyyətli hissəsini
təşkil edən müəyyən aktiv və
öhdəliklərdən yaranan fərdi müştəri
və ya müştəri qrupuna qarşı risklərdir.
19.2. Brokerin
konsentrasiya riskləri aşağıda qeyd olunanları
əhatə edir:
19.2.1. Fərdi
müştəri tərəfindən emissiya edilən
bütün maliyyə alətləri üzrə uzun
mövqelərin qısa mövqelərdən çox olan
hissəsini (müsbət olduqda);
19.2.2. Fərdi
müştərinin cəmi debitor borcu ilə bağlı
risklər;
19.3. Konsentrasiya
riski üzrə kapital tələbinin hesablanmasında
aşağıda qeyd olunanlar istisnadır:
19.3.1. Brokerin
məcmu kapitalından tutulmalar;
19.3.2. Xarici valyuta
ilə əməliyyatlar zamanı iki iş günü
ərzində hesablaşma ilə bağlı risklər;
19.4. Brokerin
fərdi müştəriyə və ya müştəri
qrupuna dair konsentrasiya risk limiti (maliyyə institutları istisna
olmaqla) onun məcmu kapitalının 25%-dən çox ola
bilməz;
19.5. Broker maliyyə
institutlarına dair konsentrasiya risk limitini onun məcmu
kapitalının 100%-i keçməmək şərti ilə
özü müəyyən edir;
19.6. 0% kredit risk
çəkisi daşıyan hökumətlərə və
Azərbaycan Respublikasının Mərkəzi Bankına
qarşı mövqelər konsentrasiya riski üzrə kapital
tələbinin hesablanmasından azad olunur.
19.7. Limitdən
artıq risk 10 gün və ya daha az davam etdikdə,
konsentrasiya riski üzrə əlavə kapital tələbi
spesifik risklər və ya hesablaşma və kontragent
riskləri üzrə kapital tələbinin 200%-i
məbləğində müəyyən edilir.
19.8. Limitdən
artıq risk 10 gündən çox davam etdikdə, broker
konsentrasiya riski üzrə əlavə kapital tələbini
sözügedən əqdlər üzrə spesifik risk
və/ya kontragent/hesablaşma riski üzrə kapital
tələbinin cəmini Cədvələ (Əlavə ¹ 7)
uyğun olaraq hesablayır.
|
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 sentybr 2015-ci il tarixli 12-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2015-ci il) ilə ləğv edilmişdir.
[2] 30 iyun 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406300007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 iyul 2014-cü il) ilə “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydalarının 2-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.
Əsas anlayışlar
2.1
Broker müqaviləsi - broker və müştəri
arasında bağlanılan broker xidmətləri üzrə
müqavilədir;
2.2.
Daxili uçot sistemi - qiymətli kağızlarla aparılan
əməliyyatlar haqqında məlumatların broker
tərəfindən öz daxili uçotunda toplanması,
ümumiləşdirilməsi və əks olunması
sistemidir;
2.3.
Eyniləşdirmə nömrəsi - broker
tərəfindən hər müştəriyə verilən
şəxsi koddur;
2.4.
Müştəri - broker xidmətlərinin
göstərilməsi haqqında brokerlə müqavilə
bağlamış fiziki və ya hüquqi şəxsdir;
2.5
Müştərinin aktivləri - müştəriyə
məxsus olan və brokerin daxili uçot sistemində
nəzərə alınan qiymətli kağızlar və
(və ya) pul vəsaitləridir;
2.6.
Müştəri hesabı - müştərinin aktivləri
və ya öhdəlikləri üçün brokerin daxili
uçot sistemində açılmış hesabdır;
2.7.
Tapşırıq - qiymətli kağızlarla
alqı-satqı əməliyyatlarının aparılması
üçün müştərinin brokerə
tapşırığıdır.
[3] 30 iyun 2014-cü il tarixli 7 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406300007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 iyul 2014-cü il) ilə “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydalarına yeni məzmunda 10-19-cu bəndlər əlavə edilmişdir.