AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Qəbul edildiyi tarix: 11.04.2013
Qeydiyyat nömrəsi: 3/13
Adı: “Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 76
Qüvvəyə minmə tarixi: 24.04.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.230.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 22201304110313
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 23.04.2013


“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 18 iyun 2010-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin bəzi müddəalarına dəyişikliklər edilmişdir. Bununla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının qüvvədə olan müvafiq normativ xarakterli aktları həmin Qanuna uyğunlaşdırılmalı və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.1-ci və 75.2-ci maddələrinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydaları”nın 3.4-cü bəndinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyun 2006-cı il tarixli 30/122 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissəyə aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları Azərbaycan Respublikası Seçki Məcəlləsi (bundan sonra Seçki Məcəlləsi), “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Təlimatla tənzimlənir”.

1.2. 3-cü, 4-cü, 8-ci və 9-cu hissələr çıxarılsın.

2. Təlimat edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin.

 

Sədr

Məzahir Pənahov

 

 

Katib

Arifə Muxtarova

 

 

Katib

Mikayıl Rəhimov

 

 


 

Razılaşdırılmışdır:

 

Azərbaycan Respublikası

Mərkəzi Bankının sədri

 

_____________________E.S.RÜSTƏMOV

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyun 2006-cı il tarixli 30/122 saylı Qərarı ilə təsdiq edilmiş, 24 avqust 2009-cu il tarixli 23-13 saylı, 23 avqust 2011-ci il tarixli 6/15-5 saylı və 11 aprel 2013-cü il tarixli 3/13  saylı Qərarları ilə əlavə və dəyişiklik edilmişdir.

 

Mərkəzi Seçki Komissiyasının sədri

__________________ M.M.PƏNAHOV

 

Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları haqqında

 

T Ə L İ M A T

 

Bələdiyyə seçkilərinin hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsi (bundan sonra – Seçki Məcəlləsi), “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu Təlimatla tənzimlənir.

1. Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi, seçki komissiyalarının səlahiyyət müddətində onların fəaliyyətinin təmin edilməsi xərcləri dövlət büdcəsi hesabına həyata keçirilir.

2. Seçkilərin hazırlanması və keçirilməsi üçün ayrılmış büdcə vəsaitinin uçotu seçki komissiyaları tərəfindən aparılır. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra – Mərkəzi Seçki Komissiyası) onun sərəncamına daxil olan pul vəsaitinin tam hüquqlu sərəncamçısıdır. Mərkəzi Seçki Komissiyasına seçkilərin keçirilməsi üçün daxil olmuş pul vəsaiti səsvermə gününə ən geci 35 gün qalmış dairə seçki komissiyalarına köçürülür, onlar isə öz növbəsində bu vəsaiti səsvermə gününə ən geci 10 gün qalmış məntəqə seçki komissiyaları arasında bölüşdürürlər.

3. (çıxarılmışdır)

4. (çıxarılmışdır)

5. Pul vəsaitləri seçki komissiyaları arasında hər bir ərazinin inzibati və sosial-iqtisadi göstəriciləri nəzərə alınmaqla bölüşdürülür.

6. Seçki komissiyalarının sədrləri müvafiq seçki komissiyalarına ayrılmış pul vəsaitlərinin sərəncamçısıdır və maliyyə sənədlərinin seçki komissiyasının qərarlarına uyğunluğu, məsrəflər haqqında maliyyə hesabatlarının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməsi üçün şəxsən məsuliyyət daşıyırlar.

7. Seçki komissiyaları tərəfindən xərclənməmiş dövlət vəsaiti seçki günündən ən geci 60 gün keçənədək dairə və məntəqə seçki komissiyalarının hesabından Mərkəzi Seçki Komissiyasının hesabına köçürülür və onun hesabında qalır. Bu vəsaitlər üzrə əməliyyatlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinin tələbləri gözlənilməklə həyata keçirilir.

8. (çıxarılmışdır)

9. (çıxarılmışdır)

10. Seçkilərin hazırlanması və keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarına ayrılmış büdcə vəsaitinin uçotu Mərkəzi Seçki Komissiyası tərəfindən maliyyə hesabatı formalarına uyğun olaraq ayrı-ayrılıqda aparılır.

11. Dairə seçki komissiyaları dairə və məntəqə seçki komissiyalarının seçkilərlə bağlı təsdiq olunmuş smetalarına uyğun surətdə həyata keçirilmiş xərclərin icrasının uçotunu hər bir xərc maddəsi üzrə aparırlar.

12. Mərkəzi Seçki Komissiyasının, dairə və məntəqə seçki komissiyalarının maliyyə hesabatları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 iyul 1998-ci il tarixli İ-62 saylı əmri ilə təsdiq edilmiş idarələrin xərclər smetasının icrası haqqında 2 nömrəli hesabat formasına uyğun tərtib olunur.

13. Məntəqə seçki komissiyaları dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasına səsvermə günündən sonra 5 gün müddətində bu Təlimatın əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edirlər. Hesabatı məntəqə seçki komissiyasının sədri təsdiq edir.

14. Dairə seçki komissiyası dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə Mərkəzi Seçki Komissiyasına səsvermə günündən sonra 10 gün müddətində bu Təlimatın əlavəsinə uyğun olaraq maliyyə hesabatı təqdim edir. Hesabatı dairə seçki komissiyasının sədri təsdiq edir.

15. Dairə seçki komissiyası seçkilərin nəticələrinin rəsmi dərc edildiyi tarixdən başlayaraq ən geci 10 gün müddətində bu Təlimatın əlavəsinə uyğun olaraq məntəqə seçki komissiyalarının icmal hesabatlarını və dairə seçki komissiyalarının hesabatlarını, komissiyanın sədri və yerli xəzinədarlıq idarəsinin rəhbərliyi tərəfindən təsdiq olunmaqla, Mərkəzi Seçki Komissiyasına təqdim edir.

16. Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə və kütləvi informasiya vasitələrinə büdcə vəsaitlərinin istifadəsi, bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları vəsaitinin, siyasi partiyaların, siyasi partiyalar blokları vəsaitinin xərclənməsi barədə seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində məlumat təqdim edir. Göstərilən maliyyə hesabatı və məlumatlar Azərbaycan Respublikasının Prezidentinə, Milli Məclisə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətində Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməlidir.

_____

 


 

 

Təlimata əlavə

 

Azərbaycan Respublikasında bələdiyyə  seçkilərinin keçirilməsi ilə bağlı

___________________________________________________________________________________

(Mərkəzi Seçki Komissiyası, dairə, məntəqə seçki komissiyaları  xərclərinin)

 

malİyyə  HESABATI

                                                      (AzN)     

 

Xərclərin iqtisadi təsnifatı

Smeta üzrə təsdiq edilib

Maliyyələşdirilib

Faktiki

xərclər

Qalıq

1

2

3

4

5

6

 

Xərclərin cəmi:

 

 

 

 

 

o cümlədən:

 

 

 

 

1.1

Əməyin ödəniş fondu

 

 

 

 

1.1.1

ştatda olan işçilərin əmək haqqı

 

 

 

 

1.1.2

ştatdankənar işçilərin əmək haqqı

 

 

 

 

1.1.3

əməyin ödənilməsi ilə bağlı sair pul ödənişləri

 

 

 

 

1.2.1

Dövlət Sosial Müdafiə Fonduna ayırmalar

 

 

 

 

1.3

Sair malların və xidmətlərin haqqının ödənilməsi

 

 

 

 

1.3.1

Dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınması

 

 

 

 

1.3.5

Ezamiyyə və xidməti səfərlər haqqının, işçilərə kompensasiyaların ödənilməsi

 

 

 

 

1.3.6

Nəqliyyat xidmətləri haqqının ödənilməsi

 

 

 

 

1.3.6.1

yanacaq və sürtkü materiallarının alınması

 

 

 

 

1.3.6.2

sair nəqliyyat haqlarının ödənilməsi

 

 

 

 

1.3.7

Rabitə xidmətləri haqqının ödənilməsi

 

 

 

 

1.3.8

Kommunal xidmətləri haqqının ödənilməsi

 

 

 

 

1.3.8.1

elektrik enerjisi haqqının ödənilməsi

 

 

 

 

1.3.8.2

qaz haqqının ödənilməsi

 

 

 

 

1.3.8.3

su haqqının ödənilməsi

 

 

 

 

1.3.8.4

istilik (yanacaq) enerjisi haqqının ödənilməsi

 

 

 

 

1.3.8.5

binaların icarə haqqının ödənilməsi

 

 

 

 

1.3.8.6

sair kommunal xidmətləri haqqının ödənilməsi

 

 

 

 

1.3.13

İnventar və avadanlığın alınması, təmiri xərclərinin ödənilməsi

 

 

 

 

1.3.15

Sair cari xərclər

 

 

 

 

 

Müvafiq seçki

komissiyasının sədri: