AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Qəbul edildiyi tarix: 11.04.2013
Qeydiyyat nömrəsi: 3/15
Adı: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 76
Qüvvəyə minmə tarixi: 24.04.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.310.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 22201304110315
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 23.04.2013


“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 18 iyun 2010-cu il tarixli Qanunu ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin bəzi müddəalarına dəyişikliklər edilmişdir.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2011-ci il tarixli 1803 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzi Komissiya Katibliyinin tərkibinə daxil edilmiş və həmin Sərəncamın icrası məqsədi ilə Mərkəzi Seçki Komissiyası 23 dekabr 2011-ci il tarixli 17/54 saylı qərarı ilə Mərkəzi Seçki Komissiyası Katibliyinin struktur və ştat vahidlərində dəyişikliklər etmişdir.

Bununla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının qüvvədə olan müvafiq normativ xarakterli aktları həmin aktlara uyğunlaşdırılmalı və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməlidir.

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.1-ci və 75.2-ci maddələrinə, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 9 dekabr 2011-ci il tarixli 15/50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi Qaydaları”nın 3.4-cü bəndinə uyğun olaraq qərara alır :

1. “Bələdiyyə seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında Təlimat”ın 1.5-ci bəndində “1200” rəqəmi “1250” rəqəmi ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat”ın 11-ci hissəsinin 2-ci cümləsində “Seçkilər” sözü “Katibliyinin” sözü ilə əvəz edilsin.

3. Təlimatlar edilmiş dəyişikliklərlə birlikdə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin.

 

Sədr

Məzahir Pənahov

 

 

Katib

Arifə Muxtarova

 

 

Katib

Mikayıl Rəhimov

 

 


 

Razılaşdırılmışdır:

 

Azərbaycan Respublikası

Mərkəzi Bankının sədri

 

____________ E.S.RÜSTƏMOV

Azərbaycan Respublikası Mərkəzi Seçki

Komissiyasının 24 avqust 2009-cu il tarixli

23-5 saylı Qərarı ilə təsdiq edilmiş, 23 avqust 2011-ci il tarixli 6/15-6 saylı və 11 aprel 2013-cü il tarixli 3/15 saylı Qərarları ilə əlavə və dəyişikliklər edilmişdir.

 

Mərkəzi Seçki Komissiyasının sədri

 

____________________ M.M.PƏNAHOV

 

                                                                                                                                               

Bələdiyyə seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında

 

Təlimat

 

Bu Təlimat Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 90-cı, 93-cü, 94-cü və 225-ci maddələrinə əsasən hazırlanıb və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə seçkilərində seçki fonduna vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydalarını müəyyən edir.

 

1. Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondu aşağıdakı məbləğdən çox olmamaq şərtilə formalaşdırılır:

 

1.1.  əhalisi 99.999-dan çox olan ərazidə - 10 000 manatdan;

1.2. əhalisi 49.999-dan çox olan ərazidə -  7 500 manatdan;

1.3. əhalisi 19.999-dan çox olan ərazidə -  5 000 manatdan;

1.4. əhalisi 9.999-dan çox olan ərazidə -    2 500  manatdan;

1.5. əhalisi 4.999-dan çox olan ərazidə -    1 250 manatdan;

1.6. əhalisi 4.999-dan az olan ərazidə -      750 manatdan.

 

2. Bələdiyyə üzvlüyünə namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının mənbələri

2.1. Bələdiyyə üzvlüyünə namizədlərin seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

2.1.1. bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 10 000 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;

2.1.2. bu Təlimatın 1.2-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 7 500 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;

2.1.3. bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 5 000 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;

2.1.4. bu Təlimatın 1.4-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 2 500 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;

2.1.5. bu Təlimatın 1.5-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin 1 250 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti;

2.1.6. bu Təlimatın 1.6-cı bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədin  750 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti.

 

Qeyd: Bələdiyyə üzvlüyünə namizədlərin maliyyə fondu məbləğinin yuxarı həddi Seçki Məcəlləsinin 225.2-ci maddəsi ilə tənzimlənir.

 

2.2. Bələdiyyə üzvlüyünə namizəd siyasi partiyalar, siyasi partiyalar bloku tərəfindən irəli sürülmüşdürsə:

2.2.1. bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 7 500 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;

2.2.2. bu Təlimatın 1.2-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün  5 000 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;

2.2.3. bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 3 750 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;

2.2.4. bu Təlimatın 1.4-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 2 500 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;

2.2.5. bu Təlimatın 1.5-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 1 250 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti;

2.2.6. bu Təlimatın 1.6-cı bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 500 manatdan çox olmamaq şərtilə siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaiti.

2.3. (çıxarılmışdır)

2.4. Bələdiyyə üzvlüyünə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına vətəndaşlardan 500 manatdan çox olmayan könüllü ianələr də daxil edilə bilər.

2.5. Bələdiyyə üzvlüyünə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına aşağıda göstərilən məbləğdən çox olmamaq şərtilə hüquqi şəxslərin də könüllü ianələri daxil edilə bilər:

2.5.1. bu Təlimatın 1.1-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 10 000 manat;

2.5.2. bu Təlimatın 1.2-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 7 500 manat;

2.5.3. bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 3 750 manat;

2.5.4. bu Təlimatın 1.4-cü bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 2 500 manat;

2.5.5. bu Təlimatın 1.5-ci bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün 1 250 manat;

2.5.6. bu Təlimatın 1.6-cı bəndində nəzərdə tutulan bələdiyyə üzvlüyünə namizədlər üçün  750 manat.

2.6. Bələdiyyələr onların ərazilərində irəli sürülən namizədlərin seçki fondlarına bərabər məbləğdə vəsait ayıra bilərlər.

2.7. Bələdiyyələrin 1/3-dən çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilərlər.

2.8. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

2.8.1. siyasi partiyaların, siyasi partiyalar bloklarının 250 000 manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

2.8.2.  vətəndaşların 750 manatdan çox olmamaqla könüllü ianələri;

2.8.3. hüquqi şəxslərin 25 000 manatdan çox olmayan könüllü ianələri.

2.9. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Təlimatın 1-ci bəndində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulması yolu ilə müəyyən edilir. Hər bir halda siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun yuxarı məbləği 500 min manatdan çox ola bilməz.

2.10. Siyasi partiyanın, siyasi partiyalar blokunun hər bir namizəd üçün xərclənmiş vəsaitin məbləği bu Təlimatın 1-ci bəndində göstərilən məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatında göstərilməlidir.

2.11. Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun bələdiyyələr üzrə qeydiyyatdan keçən namizədləri bələdiyyələrin yarısının və ya yarısından azını əhatə edərsə, siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesabı bağlanır. Həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.  

 

3. Namizədlərin seçki fondlarına könüllü ianə ayırmaq aşağıdakılara qadağan edilir:

3.1.   xarici dövlətlərə və xarici hüquqi şəxslərə;

3.2.   xarici vətəndaşlara;

3.3.   vətəndaşlığı olmayan şəxslərə;

3.4.  18 yaşına çatmamış vətəndaşlara;

3.5.  seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında yuxarıda göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;

3.6.   beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;

3.7.   dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;

3.8.   dövlət, bələdiyyə təşkilatları və idarələrinə;

3.9.  seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;

3.10.  hərbi hissələrə;

3.11.  xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;

3.12. aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün – soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin  və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün – vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, bunlar olduğu halda – miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).

 

4. Bələdiyyə üzvlüyünə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına ianələrin köçürülməsi və xərclənməsi qaydası

4.1. Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şöbələri və ya bank təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul edilir.

4.2. Hüquqi şəxslərin könüllü ianələri isə seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə qəbul olunur.

4.3. Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına poçt və ya bank təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci iki gün ərzində köçürülməlidir.

4.4. Namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fonduna ianələr Seçki Məcəlləsinin 90.2-ci maddəsində və bu Təlimatın 3-cü bəndində göstərilən və buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud Seçki Məcəlləsində və bu Təlimatda nəzərdə tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil bank bu Təlimatın 1 saylı əlavəsinə uyğun olaraq müvafiq seçki komissiyasına məlumat verir.

4.5. Namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarına könüllü ianələr buna hüququ olmayan fiziki və hüquqi şəxslərdən daxil olubsa, yaxud Seçki Məcəlləsinin 225-ci maddəsində nəzərdə tutulmuş məbləğdən artıq köçürülübsə,  ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı 10 gün müddətində namizəd və ya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə ianəni bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla, ianəçiyə qaytarmalıdır. Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə müvafiq seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə ianəçiyə geri qaytarmalıdır.

4.6. Seçki Məcəlləsinin 93.7-ci maddəsinə uyğun olaraq anonim ianələr xüsusi seçki hesabına daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku tərəfindən dövlət büdcəsinə köçürülür. Göstərilən müddət ərzində anonim ianə dövlət büdcəsinə köçürülmədikdə bank müvafiq seçki komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütünlüklə dövlət büdcəsinə köçürür.

4.7. Qeydə alınmış namizədlərin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının xüsusi seçki hesabları üzrə bütün  əməliyyatlar səsvermə günündən sonra 3 iş günü müddətində dayandırılır.

4.8. Seçki Məcəlləsinin 91.4-cü maddəsində nəzərdə tutulmuş digər hallarda müvafiq seçki komissiyasının göstərişi ilə bank namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının xüsusi seçki hesablarından xərclərin ödənilməsi ilə bağlı maliyyə əməliyyatlarını dayandırır.

4.9. Maliyyə əməliyyatlarının aparılması müddəti Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinin 92.1-ci maddəsində müəyyən edilmiş aşağıdakı hallarda və əsaslarla uzadıla bilər:

4.9.1. qeydiyyatdan imtina edilənədək namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar bloklarının gördükləri işlərin dəyərinin ödənilməsi üçün;

4.9.2. namizəd kimi çıxış etməyə razılıq verməsi barədə ərizəsini geri götürməsi və ya siyasi partiya, siyasi partiyaların bloku tərəfindən geri çağırılması;

4.9.3. öz namizədliyini geri götürmüş qeydə alınmış namizədə, qeydə alınmış namizədini geri çağırmış siyasi partiyaya, siyasi partiyaların bloklarına, qeydiyyatı ləğv edilmiş qeydə alınmış namizədə, namizədin qeydiyyatının ləğv edilməsi haqqında qərarın qəbul edilməsinədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar;

4.9.4. digər hallarda – qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna səsvermə gününədək görülmüş işlərin dəyərinin ödənilməsi ilə əlaqədar.

4.10. Namizədlərin xüsusi seçki hesabında cəmləşən vəsaitlərdən yalnız namizədlərin irəli sürülməsinin müdafiəsi üçün imzaların toplanmasına yönəlmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərin haqqının ödənilməsi, seçkiqabağı təşviqatla bağlı işlərin, həmçinin informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi, habelə seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər üçün istifadə edilə bilər (Təlimata 1 saylı əlavə). Bu vəsaitdən Seçki Məcəlləsinin 88.2-ci, 88.4-cü, 88.5-ci maddələrinin tələblərinin pozulması ilə həyata keçirilən təşviqat məqsədləri üçün istifadə edilməsi qadağandır.

 

5.  Seçki fondlarının vəsaitlərinə dair hesabat

5.1. Müvəkkil bank Seçki Məcəlləsində və bu Təlimatın 3-cü, 4.8-ci, 4.9-cu və 4.10-cu bəndlərində nəzərdə tutulan hallar barədə müvafiq seçki komissiyasına hesabat verməlidir.

5.2. Namizədlər, qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları müvafiq seçki komissiyasına öz maliyyə hesabatlarını (Təlimata 2 saylı əlavə) aşağıdakı növbəliklə təqdim edirlər:

5.2.1. birinci ilkin maliyyə hesabatı Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq seçki komissiyasına qeydiyyat üçün zəruri sənədlərlə eyni zamanda təqdim edilir; bu hesabata hesabatda göstərilmiş tarixə 2 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

5.2.2. ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir; bu hesabata orada göstərilən tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir;

5.2.3. yekun maliyyə hesabatı seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim edilir; yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.

5.3. Namizəd öz statusunu itirdikdə, maliyyə hesabatının verilməsi vəzifəsi namizəd olmuş vətəndaşların və ya maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin üzərinə qoyulur.

5.4. Müvəkkil bank həftədə bir dəfədən az olmamaq şərtilə, səsvermə gününə 10 gündən az müddət qaldıqda isə 3 bank günü ərzində bir dəfədən az olmamaq şərtilə müvafiq seçki komissiyasına bələdiyyə üzvlüyünə namizədlərin, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyalar bloklarının xüsusi seçki hesablarına daxil olan və xərclənən vəsaitlər barədə bu Təlimatın 1 saylı əlavəsinə uyğun formada məlumat verir.

 

______

 


Təlimata 1 saylı əlavə

 

(bələdiyyə üzvlüyünə namizədin, qeydə alınmış namizədin adı, atasının adı, soyadı, siyasi partiyanın, siyasi partiyalar blokunun adı)

 

 

“_____” _________________________ 20__ ilə xüsusi seçki hesabı barədə

 

M Ə L U M A T

 

Xüsusi seçki hesabına daxil olan vəsaitlər

 

Sıra sayı

Tarix

Əməliyyatın məzmunu

 

 

Daxil olmuşdur, o cümlədən :

Cəmi

Namizədin  xüsusi vəsaiti

Siyasi partiyanın, siyasi partiyalar blokunun vəsaiti

Vətəndaşlardan daxil olmuş ianələr

Hüquqi şəxslərdən daxil olmuş ianələr

Bələdiyyədən daxil olmuş vəsait

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

 

 

 

 

Qeyd: _______________________________________________________________________________________________________________________________________________

 

______________________________________________________________________________________________________________________________________________________

 

 


 

Xüsusi seçki hesabından istifadə olunan vəsaitlər

 

Sıra sayı

Tarix

Əməliyyatın məzmunu

Xərclənmişdir, o cümlədən :

Cəmi

Seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlər üçün

Seçkiqabağı təşviqatla bağlı işlərin, habelə informasiya və məşvərət xidmətlərinin dəyərinin ödənilməsi üçün

Seçki kampaniyasının keçirilməsi ilə əlaqədar hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin ödənilməsi ilə bağlı xərclər

Sair xərclər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yekun

 

 

 

 

 

 

Qeyd: sair xərclər maddəsinin açıqlaması: ___________________________________________________________________________________________________

_______________________________________________________________________________________________________________________________________________

 

Bankın rəhbəri

 

Baş mühasib

(möhür)

 

“_____”________________ 20__ il

 


Təlimata 2  saylı əlavə

 

Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin,

qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun

seçki fonduna vəsaitin daxil olması və xərclənməsinin

 

M A L İ Y Y Ə    H E S A B A T I 

                                            (manatla)         

 

Xüsusi seçki hesabının açıldığı bankın adı

 

 

 

Xüsusi seçki hesabının nömrəsi

 

 

 

Daxilolmaların və xərclərin tərkibi

 

 

I

Cəmi daxil olub

 

 

1

Bələdiyyə üzvlüyünə namizədin, siyasi partiyaların, siyasi partiyalar blokunun xüsusi vəsaiti

 

 

2

Fiziki şəxslərin könüllü ianəsi  

 

 

3

Hüquqi şəxslərin könüllü ianəsi 

 

 

4

Bələdiyyələrdən daxil olmuş vəsait

 

 

II

Xərclərin cəmi

 

 

1

Seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati

- texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsi

 

 

2

Seçkiqabağı təşviqatla bağlı tədbirlərin, habelə informasiya və məşvərət xidmətləri dəyərinin ödənilməsi

 

 

3

Hüquqi şəxslərin və vətəndaşların bilavasitə yerinə yetirdikləri digər işlərin dəyərinin ödənilməsi ilə bağlı xərclər

 

 

III

Seçki gününə istifadə olunmamış qalıq məbləği

 

 

 

İstifadə olunmamış qalıq məbləğlərinin bölüşdürülməsi: 

 

 

1

Hesabda qalan digər pul vəsaitlərinin seçki fondlarına ianə vermiş hüquqi və fiziki şəxslərə və bələdiyyələrin cari hesablarına qaytarılan məbləğ

 

 

 

Bələdiyyə üzvlüyünə namizəd,

qeydə alınmış namizəd _________________________________________    ________________________

və ya                                    (soyadı, adı və atasının adı)                                      (imza)

onun səlahiyyətli nümayəndəsi ___________________________________            _________________

və ya                                                 (soyadı, adı və atasının adı)                               (imza)

siyasi partiyalar və ya siyasi partiyalar

blokunun maliyyə məsələləri üzrə

səlahiyyətli nümayəndəsi    ____________________________________        _____________________

                                                                (soyadı, adı və atasının adı)                                   (imza)          

 

___________