AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının Qərarı

Qəbul edildiyi tarix

16.05.2013

Qeydiyyat nömrəsi

134-Q

Adı

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

31.05.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.150.030

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201305160134

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

30.05.2013

 

 

Komissiya “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 11.8-ci bəndini rəhbər tutaraq

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:

1.1. "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə);

1.2. "Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi" elektron xidməti üzrə inzibati reqlament (2 nömrəli əlavə);

1.3. "Dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi" elektron xidməti üzrə inzibati reqlament (3 nömrəli əlavə);

1.4. "Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi" elektron xidməti üzrə inzibati reqlament (4 nömrəli əlavə);

1.5. "Dövlət qulluğu stajı kalkulyatoru" elektron xidməti üzrə inzibati reqlament (5 nömrəli əlavə);

1.6. "Onlayn sınaq test imtahanlarının keçirilməsi" elektron xidməti üzrə inzibati reqlament (6 nömrəli əlavə);

1.7. "Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu" elektron xidməti üzrə inzibati reqlament (7 nömrəli əlavə).

2. Hüquq sektorunun müdiri Vüqar Əsgərov bu Qərarın və müvafiq inzibati reqlamentlərin təsdiq olunmuş surətlərinin 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. İnformasiya texnologiyaları və proqram təminatı sektorunun müdiri Vüsal Həmidov bu Qərarın 1-ci bəndi ilə təsdiq olunmuş inzibati reqlamentlərin Komissiyanın rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Sədr                                                                                                                                             Bəhram Xəlilov

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 16 may 2013-cü il tarixli 134-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

 

“Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul məqsədilə müsabiqədə iştirak üçün müraciətin və sənədlərin elektron formada qəbulunu müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1 və 28.3-cü maddələri;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 iyun tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 9.6-cı bəndi;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 5-ci hissəsi;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 31.1-ci bəndi;

1.3.6. “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci il 6 may tarixli 70 nömrəli Qərarı.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7. Elektron xidmətin icra müddəti: Müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaşın dövlət orqanlarında qulluğa qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində iştirakına icazə verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: On altı yaşına çatmış və dövlət qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanı vasitəsilə təqdim edilir:

http://eXidmet.csc.gov.az/Reqlament1.aspx

http://ehdis.az;  www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://eXidmet.csc.gov.az/Reqlament/Reqlament1.pdf

                             http://ehdis.az

E-poçt: eXidmet@csc.gov.az

Telefon: (012) 465-87-93 (#202,#203,#204), (012) 465-21-84, (012) 465-34-71 (qaynar xətt)

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Xidmətin göstərilməsi üçün müvafiq müraciət forması tələb edilir (Əlavə 1).

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətin təqdim edildiyi internet ünvanında (http://eXidmet.csc.gov.az/Reqlament1.aspx) istifadəçi müvafiq identifikasiyadan keçir.

Qeydlər: İdentifikasiya edilmə aşağıdakı qaydada aparılır:

Elektron imza vasitəsilə və ya elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə (Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur).

3.2.2. Sorğunun qəbulu: Elektron formanı dolduran vətəndaş öz məlumatlarını təsdiq etdikdən sonra namizəd kimi qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və icrası ilə bağlı ərizəçinin elektron ünvanına dərhal bildiriş göndərilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Hər hansı bir məlumat formata uyğun deyilsə və ya qeyri-dürüst məlumat daxil edilibsə sorğunun yerinə yetirilməsindən imtina olunur və istifadəçiyə imtinanın səbəbi barədə bildiriş göndərilir.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Komissiyanın informasiya sistemində qeydiyyata alınır və İnformasiya texnologiyaları və proqram təminatı sektoru tərəfindən icra edilir.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti: Sorğu informasiya sisteminə daxil olduqdan sonra informasiya sistemi bazasında yoxlanılır və çatışmazlıqlar aşkar edildikdə bu barədə dərhal istifadəçiyə məlumat verilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda vətəndaşın müsabiqənin test imtahanı mərhələsində iştirak etməsi üçün namizədliyi qeydə alınır və bu barədə onun elektron poçtuna məlumat göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:   

3.5.1. Nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.5.2. Nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru nəzarəti həyata keçirir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Vətəndaş göstərilən elektron xidmətlə bağlı qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 


 

 

“Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamentə Əlavə 1

 

 

Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin

 

FORMASI

 

 

1. Vətəndaş haqqında məlumat:

 

1.1. Adı ___________

1.2. Soyadı____________

1.3. Atasının adı_____________

1.4. Cinsi Kişi

1.5. Doğulduğu tarix (gün, ay, il) ____________________

                  Qadın

1.6. Doğulduğu yer (ölkə, şəhər (rayon), kənd) _________ __________________________________________________

2. Vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat:

2.1. Şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi _____________________________

2.2. Şəxsiyyət vəsiqəsinin verildiyi tarix (gün, ay, il) _____________________

2.3. Şəxsiyyət vəsiqəsini verən orqanın adı _________________________________

 

3. Vətəndaşla əlaqə vasitələri haqqında məlumat:

3.1. Qeydiyyatda olduğu ünvan (şəhər, rayon, kənd və küçə göstərilməklə) ____________________________________________________________________________________

3.2. Faktiki yaşadığı ünvan (vətəndaş qeydiyyatda olduğu ünvanda yaşamırsa) ____________________________________________________________________________________

3.3. Elektron poçt ünvanı _____________________________________________________________

3.4. Mobil telefonu (operatorun kodu göstərilməklə) ______________________________________

3.5. Ev telefonu (şəhər (rayon) kodu göstərilməklə) _______________________________________

3.6. İş telefonu (şəhər (rayon) kodu göstərilməklə) ________________________________________

4. Vətəndaşın dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması haqqında məlumat:

4.1. Fəaliyyət qabiliyyətinə malik olmamağınız və ya məhdud fəaliyyət qabiliyyətinə malik

olmağınız məhkəmənin qərarı ilə təsdiq edilmişdirmi?

Bəli

Xeyr

4.2. Ödənilməmiş və ya götürülməmiş məhkumluğunuz varmı?

 

Bəli

Xeyr

4.3. Barənizdə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə

minmiş qərarı varmı?

Bəli

Xeyr

4.4. Bilavasitə tabeliyində və ya nəzarəti altında qulluq keçəcəyiniz vəzifəli şəxslə yaxın

qohumluq və ya qudalıq (ər, arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları)

əlaqəniz varmı?

Bəli

Xeyr

4.5. Dövlət qulluqçususunuzsa, son bir il ərzində barənizdə intizam tənbehi tətbiq edilmişdirmi?

 

Bəli

Xeyr

5. Vətəndaşın hərbi mükəlləfiyyəti barədə məlumat:

 

 

Hərbi mükəlləfiyyətlisinizmi?

Bəli

Xeyr

6. Vətəndaşın əmək fəaliyyəti haqqında məlumat:

 

 

6.1. Əmək fəaliyyəti:

İndiyədək işləməmişəm

Hazırda işləmirəm

İşləyirəm

6.2. Əmək kitabçasının nömrəsi

6.3. Əmək kitabçasının açılma tarixi

_______________________________________

__________________________________________

6.4. İşləyirsinizsə, hazırkı iş yeriniz və vəzifəniz _________________________________________

____________________________________________________________________________________

6.5. Əmək stajı (əmək kitabçası üzrə):

ümumi iş stajınız    _________ il ______ ay ______ gün

iddia etdiyiniz struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə

iş stajınız    _________ il ______ ay ______ gün

vəzifə təlimatında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil istiqaməti üzrə

iş stajınız    _________ il ______ ay ______ gün

7. Vətəndaşın təhsili haqqında məlumat:

7.1. Ali təhsilin səviyyəsi:

Bakalavriat

Magistratura

Doktorantura

Digər

7.1.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _________________________

_________________________________________________________________________________

7.1.2. Diplom üzrə ixtisasın şifri və adı _______________________________________________

_________________________________________________________________________________

7.1.3. Diplomun seriyası və

7.1.4. Diplomun verildiyi tarix (gün, ay, il)

nömrəsi ______________________

_____________________________

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda

7.1.5. Nostrifikasiya şəhadətnaməsinin

7.1.6. Verildiyi tarix(gün, ay, il)

nömrəsi ______________

______________________

7.2. Ali təhsilin səviyyəsi:

Bakalavriat

Magistratura

Doktorantura

Digər

7.2.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il _________________________

__________________________________________________________________________________

7.2.2. Diplom üzrə ixtisasın şifri və adı ________________________________________________

___________________________________________________________________________________

7.2.3. Diplomun seriyası və nömrəsi

7.2.4. Diplomun verildiyi tarix (gün, ay, il)

_______________________________

____________________________________

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda

7.2.5. Nostrifikasiya şəhadətnaməsinin

7.2.6. Verildiyi tarix (gün, ay, il)

nömrəsi ________________________

__________________________________

7.3. Ali təhsilin səviyyəsi:

Bakalavriat

Magistratura

Doktorantura

Digər

7.3.1. Bitirdiyiniz təhsil müəssisəsinin adı və daxil olduğunuz il __________________________

__________________________________________________________________________________

7.3.2. Diplom üzrə ixtisasın şifri və adı ________________________________________________

__________________________________________________________________________________

7.3.3. Diplomun seriyası və nömrəsi

7.3.4. Diplomun verildiyi tarix (gün, ay, il)

___________________________

__________________________________

Diplom xarici dövlətin təhsil müəssisəsi tərəfindən verildiyi və nostrifikasiyası tələb edildiyi halda

7.3.5. Nostrifikasiya şəhadətnaməsinin

7.3.6. Verildiyi tarix (gün, ay, il)

nömrəsi__________________________

______________________________

8. Vətəndaşın iddia etdiyi vakant vəzifə haqqında məlumat:

8.1. Müsabiqənin elan edildiyi tarix (gün, ay, il)

        8.2. Vəzifənin kodu

_______________________________

_______________________________________

8.3. Dövlət orqanı ____________________________________________________________________

____________________________________________________________________________________

8.4. Tabe təşkilat və ya struktur bölmə __________________________________________________

____________________________________________________________________________________

8.5. Vəzifənin adı ____________________________________________________________________

____________________________________________________________________________________

Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm

Müraciətin doldurulduğu tarix (gün, ay, il)

İmza

_________________________________

________________

 

 

BU HİSSƏ MÜRACİƏTİ QEYDƏ ALAN VƏZİFƏLİ ŞƏXS TƏRƏFİNDƏN DOLDURULUR

 

Namizədin şəxsi kodu____________  Müraciətin təqdim edildiyi tarix______________________

Müraciəti qəbul edən şəxsin adı və soyadı____________________________ İmzası ___________

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müraciətin doldurulması ilə bağlı qeydlər

 

1. Bu Formanın 1-ci, 2-ci, 4-cü, 7-ci hissələri və 3.1-ci, 3.2-ci, 3.3-cü, 6.1-ci bəndləri mütləq doldurulmalıdır.

2. Formanın 6.1-ci bəndində göstərilən qrafalardan biri doldurulmalıdır. Bu bənddə “hazırda işləmirəm” və ya “işləyirəm” qrafası seçildiyi halda müvafiq olaraq 6.2-ci və 6.3-cü bəndlər mütləq doldurulmalıdır.

3. 6.1-ci bənddə «İşləyirəm» qrafası seçildiyi halda 6.4-cü bənd mütləq doldurulmalıdır.

4. İddia edilən vəzifənin tutulması şərtlərində staja dair tələblər müəyyən edildiyi halda 6.5-ci bəndin müvafiq abzasları mütləq doldurulmalıdır.

5. 7-ci hissə doldurularkən bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrinin ardıcıllığı gözlənilməlidir. Baza ali tibb təhsili və 5 illik ali təhsil almış məzunlar, rezidenturanı, ordinaturanı, aspiranturanı və s. bitirmiş şəxslər “Digər” qrafasını seçməlidirlər. “Digər” qrafası seçildiyi halda “Diplom üzrə ixtisasın şifri və adı” yarımbəndi doldurularkən, vətəndaşın təhsil səviyyəsi də qeyd edilməlidir. Misal üçün: HS190101-müalicə işi, baza ali tibb təhsili.

6. Vətəndaşın təhsili iddia etdiyi vəzifənin tutulması şərtləri ilə müəyyən edilmiş təhsil tələblərinə uyğun olmalıdır.

7. Doldurulması məcburi olan hissə, bənd və ya yarımbəndlərdən hər hansı biri doldurulmadıqda, müraciət qəbul edilmir və bu barədə müraciət edən şəxsə məlumat verilir.

8. “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən kənarlaşdırılırlar.

Qeyd. Elektron daşıyıcı vasitəsilə göndərilən müraciətin “Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm” bölməsində yalnız göstərilən məlumatların doğruluğunun təsdiqi üçün müvafiq düymə və müraciətin doldurulduğu tarix əks olunur və müraciəti qeydə alan vəzifəli şəxs tərəfindən doldurulan hissə nəzərdə tutulmur.

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 16 may 2013-cü il tarixli 134-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

 

“Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi” üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Müsabiqə və müsahibə nəticələri barədə məlumatların verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Dövlət orqanının kadr qurumunun nümayəndəsinə həmin orqan üzrə müsabiqə və ya müsahibədə iştirak etmiş namizədlərin nəticələri barədə, namizədə isə müsabiqə və ya müsahibə nəticəsi barədə məlumatın elektron formada verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 03 iyun tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 9.6-cı və 10.8-ci bəndləri;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın  9-cu və 12-ci hissələri;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 31.2-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Elektron xidmətin icra müddəti: Real vaxt rejimində.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dövlət orqanının kadr qurumuna və ya namizədə müsabiqə və müsahibənin nəticələri barədə müvafiq məlumatın verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Müsabiqə və ya müsahibədə iştirak etmiş namizədlər, müsahibədən keçmiş dövlət qulluqçuları və dövlət orqanlarının kadr qurumları.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanı vasitəsilə təqdim edilir:

http://eXidmet.csc.gov.az/Reqlament2.aspx

http://ehdis.az, www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://eXidmet.csc.gov.az/Reqlament/Reqlament2.pdf

                             http://ehdis.az

E-poçt: eXidmet@csc.gov.az

Telefon: (012) 465-87-93 (#202,#203,#204), (012) 465-21-84, (012) 465-34-71 (qaynar xətt)

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Xidmətin göstərilməsi üçün sənəd tələb edilmir.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətin təqdim edildiyi internet ünvanında (http://eXidmet.csc.gov.az/Reqlament2.aspx) istifadəçi müvafiq identifikasiyadan keçir.

Qeyd: İdentifikasiya edilmə aşağıdakı qaydada aparılır:

Vətəndaşlar üçün:

Elektron imza vasitəsilə və ya elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə (Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur).

Dövlət orqanlarının kadr qurumları üçün:

Dövlət qurumunun  yazılı müraciəti əsasında Komissiya tərəfindən verilmiş istifadəçi adı və şifrə vasitəsilə.

3.2.2. Sorğunun qəbulu: Dövlət orqanının kadr qurumunun nümayəndəsinə həmin orqan üzrə müsabiqə və ya müsahibədə iştirak etmiş namizədlərin nəticələri barədə, namizədə isə müsabiqə və ya müsahibə nəticəsi barədə məlumat verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Əgər natamam və ya qeyri-dürüst məlumat daxil edilibsə istifadəçiyə imtinanın səbəbi barədə bildiriş göndərilir.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Komissiyanın informasiya sistemində qeydiyyata alınır və İnformasiya texnologiyaları və proqram təminatı sektoru tərəfindən icra edilir.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti: Sorğu informasiya sisteminə daxil olduqdan sonra informasiya sistemi bazasında yoxlanılır və çatışmazlıqlar aşkar edildikdə bu barədə dərhal istifadəçiyə məlumat verilir

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. İnzibati proseduran nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda istifadəçinin sorğusu qeydiyyata alınır. Müsabiqə və müsahibə nəticələri barədə müvafiq məlumatlar elektron formada istifadəçiyə təqdim olunur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron.

3.5.2. Nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru nəzarəti həyata keçirir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 16 may 2013-cü il tarixli 134-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

3 nömrəli əlavə

 

 

“Dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi” üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatların verilməsi və əldə edilməsini müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Prezidentinin 03 noyabr 2005-ci il tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 2-ci hissəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 15-ci, 16-cı və 17-ci hissələri;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 31.3-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7. Elektron xidmətin icra müddəti: 7 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dövlət orqanlarının kadr qurumları tərəfindən həmin orqanlarda qulluq keçən və ya əvvəllər çalışmış dövlət qulluqçuları haqqında fərdi və ya statistik məlumatların, habelə dövlət qulluqçuları tərəfindən özləri barədə məlumatların əldə edilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Dövlət orqanlarının kadr qurumları və dövlət qulluqçuları (yalnız özləri barədə).

2.4. Elektron xidmətin təqdim olunma yeri: Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanı vasitəsilə təqdim edilir:

http://eXidmet.csc.gov.az/Reqlament3.aspx

http://ehdis.az, www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://eXidmet.csc.gov.az/Reqlament/Reqlament3.pdf

                          http://ehdis.az

E-poçt: eXidmet@csc.gov.az

Telefon: (012) 465-87-93 (#202,#203,#204) ), (012) 465-21-84, (012) 465-34-71 (qaynar xətt)

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Reyestrdə məlumat tapılmadığı halda əmək kitabçasının surəti tələb oluna bilər.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati proseduralar

 

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətin təqdim edildiyi internet ünvanında (http://eXidmet.csc.gov.az/Reqlament/Reqlament3.aspx) istifadəçi müvafiq identifikasiyadan keçir.

Qeydlər: İdentifikasiya edilmə aşağıdakı qaydada aparılır:

Dövlət qulluqçuları üçün:

Elektron imza vasitəsilə və ya elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə (Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur).

Dövlət orqanlarının kadr qurumları üçün:

Dövlət qurumunun  yazılı müraciəti əsasında Komissiya tərəfindən verilmiş istifadəçi adı və şifrə vasitəsilə.

3.2.2. Sorğunun qəbulu: Dövlət orqanının kadr qurumunun nümayəndəsi həmin orqanda qulluq keçən və ya əvvəllər çalışmış dövlət qulluqçuları haqqında fərdi və ya statistik məlumatlarla, dövlət qulluqçusu isə yalnız özü barədə məlumatlarla tanış ola bilər.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Əgər natamam və ya qeyri-dürüst məlumat daxil edilibsə istifadəçiyə imtinanın səbəbi barədə bildiriş göndərilir.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müraciətə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.

 

3.4. Sorğunun icrası:

 

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Komissiyanın informasiya sistemində qeydiyyata alınır və İnformasiya texnologiyaları və proqram təminatı sektoru tərəfindən icra edilir.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti: Barəsində sorğu verilmiş məlumat və ya məlumatın verilməsindən imtina haqqında dərhal əsaslandırılmış cavab verilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur.

3.4.4. İnzibati proseduran nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda istifadəçinin sorğusu qeydiyyata alınır və dövlət qulluqçuları barədə müvafiq məlumatlar elektron formada təqdim olunur.

 

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

 

3.5.1. Nəzarət forması: Elektron.

3.5.2. Nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru nəzarəti həyata keçirir.

 

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

 

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 16 may 2013-cü il tarixli 134-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

4 nömrəli əlavə

 

 

“Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi” üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Dövlət orqanlarında yaranan vakant vəzifələrə kadr seçimi zamanı Komissiyanın ehtiyat kadrlar siyahısında olan şəxslər barəsində məlumatların verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Prezidentinin 03 noyabr 2005-ci il tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 2-ci hissəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 14-cü hissəsi;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 31.4-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Elektron xidmətin icra müddəti: Real vaxt rejimində.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dövlət orqanına ehtiyat kadrlar barədə məlumatın verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Dövlət orqanlarının kadr qurumları.

2.4. Elektron xidmətinin təqdim olunma yeri: Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanı vasitəsilə təqdim edilir:

http://eXidmet.csc.gov.az/Reqlament4.aspx

http://ehdis.az, www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://eXidmet.csc.gov.az/Reqlament/Reqlament4.pdf

                             http://ehdis.az

E-poçt: eXidmet@csc.gov.az

Telefon: (012) 465-87-93 (#202,#203,#204) ), (012) 465-21-84, (012) 465-34-71 (qaynar xətt)

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Xidmətin göstərilməsi üçün sənəd tələb edilmir.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətin təqdim edildiyi internet ünvanında (http://eXidmet.csc.gov.az/Reqlament4.aspx, http://ehdis.gov.az) istifadəçi müvafiq identifikasiyadan keçir.

Qeydlər: İdentifikasiya edilmə aşağıdakı qaydada aparılır:

Elektron imza vasitəsilə və ya elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə (Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur).

3.2.2. Sorğunun qəbulu: İstifadəçi identifikasiyadan keçdikdən sonra axtarış sahələrinə daxil edilən informasiyadan asılı olaraq Komissiyanın ehtiyat kadrlar siyahısından məlumatlar onlara təqdim olunur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Məlumat almaq istəyən İstifadəçi əgər hər hansı bir sorğu məlumatını formata uyğun daxil etməyibsə və ya qeyri-dürüst məlumat daxil edibsə sorğunun yerinə yetirilməsindən imtina olunur və istifadəçiyə imtinanın səbəbi barədə dərhal bildiriş göndərilir.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra  istifadəçiyə ehtiyat kadrlar barədə müvafiq məlumatlar təqdim olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul olan şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Komissiyanın informasiya sistemində qeydiyyata alınır və elektron sistemə ehtiyat kadrlar barədə daxil edilmiş məlumatlar istifadəçiyə təqdim olunur.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilməsi müddəti: Sorğu informasiya sisteminə daxil olduqdan sonra informasiya sistemi bazasında yoxlanılır və müvafiq məlumatlar istifadəçiyə dərhal təqdim olunur.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda istifadəçinin sorğusu qeydiyyata alınır və ehtiyat kadrlar barədə müvafiq məlumatlar elektron formada təqdim olunur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Elektron.

3.5.2. Nəzarət qaydası: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi, İnformasiya texnologiyaları və proqram təminatı sektoru həyata keçirir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 16 may 2013-cü il tarixli 134-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

5 nömrəli əlavə

 

 

“Dövlət qulluğu stajı kalkulyatoru” üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Dövlət qulluğu stajı kalkulyatoru.

1.2. Elektron xidmətin məzmunu: Dövlət qulluğu stajı olan dövlət qulluqçuları üçün dövlət qulluğu stajının hesablanmasını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Prezidentinin 03 noyabr 2005-ci il tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 2-1-ci hissəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 7-ci və 9-cu hissələri;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı” - 31.5-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində müəyyən olunmuş müddətdə baxılır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Xidmətin icrası nəticəsində  vətəndaşa hesablanmış dövlət qulluğu stajı əks olunan arayışın verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanı vasitəsilə təqdim edilir:

http://eXidmet.csc.gov.az/Reqlament6.aspx

http://ehdis.az, www.e-gov.az

2.5.Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://eXidmet.csc.gov.az/Reqlament/Reqlament6.pdf

                             http://ehdis.az

E-poçt: eXidmet@csc.gov.az

Telefon: (012) 465-87-93 (#111,#112,#132,#204) ), (012) 465-21-84, (012) 465-34-71 (qaynar xətt)

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Əmək kitabçasının skan edilmiş surətinin əlavə edilərək yüklənməsi.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.2. Elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətin təqdim edildiyi internet ünvanında (http://eXidmet.csc.gov.az/Reqlament6.aspx) istifadəçi e-mail ünvanını, şəxsiyyət vəsiqəsinin nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, əmək kitabçasının skan edilmiş surətini əlavə edərək yükləyir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi elektron formada müraciəti doldurduqdan sonra Komissiyanın informasiya sistemində qeydiyyata düşür və bu barədə ona məlumat verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi əgər hər hansı məlumatı formata uyğun daxil etməyibsə və ya qeyri-dürüst məlumat daxil edibsə sorğunun yerinə yetirilməsindən imtina olunur. İstifadəçiyə imtinanın səbəbi barədə dərhal bildiriş göndərilir.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra istifadəçinin dövlət qulluğu stajının hesablanması barədə müraciəti qeydiyyata alınır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Komissiyanın Hüquq sektoruna göndərilir.[1]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti: Sorğu informasiya sisteminə daxil edildikdən sonra Komissiyanın Hüquq sektoru tərəfindən müraciətə və ona əlavə edilən sənədə baxılır. Aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə istifadəçinin elektron poçtuna 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar müraciət edildikdən sonra istifadəçinin müraciətinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində müəyyən olunmuş müddətdə baxılır.

3.4.3. inzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda ərizəçinin müraciəti qeydiyyata alınır. Müəyyən olunmuş müddət ərzində müraciətə baxıldıqdan sonra onun nəticəsi barədə ərizəçinin elektron poçtuna məlumat göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.5.2. Nəzarət qaydası: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektoru həyata keçirir.[2]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 16 may 2013-cü il tarixli 134-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

6 nömrəli əlavə

 

 

“Onlayn sınaq test imtahanlarının keçirilməsi” üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Onlayn sınaq test imtahanlarının keçirilməsi.

1.2. Elektron xidmətin məzmunu: İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşlar ilə onlayn sınaq test imtahanının keçirilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsi;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 9.6-cı bəndi;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 2-1-ci hissəsi;

1.3.4. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 31.6-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Elektron xidmətin icra müddəti: Real vaxt rejimində.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçinin test imtahanı üzrə özünün bilik səviyyəsini yoxlaması və bu barədə ona arayışın verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədi və ya elektron imzası olan fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:  Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanı vasitəsilə təqdim edilir.

http://eXidmet.csc.gov.az/Reqlament7.aspx

http://ehdis.az, www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://eXidmet.csc.gov.az/Reqlament/Reqlament7.pdf

                             http://ehdis.az

E-poçt: eXidmet@csc.gov.az

Telefon: (012) 465-87-93 (#202,#203,#204) ), (012) 465-21-84, (012) 465-34-71 (qaynar xətt)

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Xidmətin göstərilməsi üçün sənəd tələb edilmir.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: Elektron xidmətin təqdim edildiyi internet ünvanında (http://eXidmet.csc.gov.az/Reqlament7.aspx) istifadəçi müvafiq identifikasiyadan keçir.

Qeydlər: İdentifikasiya edilmə aşağıdakı qaydada aparılır:

Elektron imza vasitəsilə və ya elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə (Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur).

3.1.2. Sorğunun qəbulu: Şəxs elektron formada sənədi doldurduqdan sonra Komissiyanın informasiya sistemində qeydiyyata düşür və sınaq test imtahanına başlayır.

Qeyd: Təkrar imtahan 10 gündən sonra aparıla bilər.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Hər hansı bir məlumat formata uyğun deyilsə və ya qeyri-dürüst məlumat daxil edilibsə sorğunun yerinə yetirilməsindən imtina olunur və istifadəçiyə imtinanın səbəbi barədə bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra istifadəçi onlayn sınaq test imtahanında iştirak edir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Komissiyanın informasiya sistemində qeydiyyata alınır və İnformasiya texnologiyaları və proqram təminatı sektoru tərəfindən icra edilir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti: Sorğu informasiya sisteminə daxil olduqdan sonra informasiya sistemi bazasında yoxlanılır və çatışmazlıqlar aşkar edildikdə bu barədə istifadəçiyə dərhal məlumat verilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda istifadəçi onlayn sınaq test imtahanına başlayır.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektoru nəzarəti həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 


 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 16 may 2013-cü il tarixli 134-Q nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

7 nömrəli əlavə

 

 

Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu” inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına riayət edilməməsi barədə müraciətlərin qəbulunu  müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası  Qanunun  20.0.2,  22.1.2  və 22.1.5-ci maddələri;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 03 noyabr 2005-ci il tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə”nin 10.12–2-ci bəndi;

1.3.3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 31.7-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində müəyyən olunmuş müddətdə baxılır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması halları araşdırılması və araşdırmanın nəticəsi barədə məlumat verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: Bu sahədə elektron xidmət aşağıdakı internet ünvanı vasitəsilə həyata keçirilir:

http://eXidmet.csc.gov.az/Reqlament5.aspx

http://ehdis.az, www.e-gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://eXidmet.csc.gov.az/Reqlament/Reqlament5.pdf

                             http://ehdis.az

E-poçt: eXidmet@csc.gov.az

Telefon: (012) 465-87-93 (#111,#112,#132,#204), (012) 465-34-71 (qaynar xətt)

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Xidmətin göstərilməsi üçün əlavə sənəd tələb edilmir.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.2. Elektron xidmətlər üçün sorğu:

3.2.1. sorğunun formalaşdırılması: Elektron xidmətin təqdim edildiyi internet ünvanında (http://eXidmet.csc.gov.az/Reqlament5.aspx) istifadəçi müvafiq identifikasiyadan keçir.

Qeydlər: İdentifikasiya edilmə aşağıdakı qaydada aparılır:

Elektron imza vasitəsilə və ya elektron xidmətlər bölməsində qeydiyyatdan keçməklə (Qeydiyyatdan keçmək üçün elektron poçt ünvanı və şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur).

3.2.2. Sorğunun qəbul olunması: İstifadəçi identifikasiyandan keçdikdən sonra  elektron formada sənədi doldurur, Komissiyanın informasiya sistemində qeydiyyata düşür və bu barədə ona məlumat verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi əgər hər hansı məlumatı formata uyğun daxil etməyibsə və ya qeyri-dürüst məlumat daxil edibsə sorğunun yerinə yetirilməsindən imtina olunur. İstifadəçiyə imtinanın səbəbi barədə dərhal bildiriş göndərilir.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra istifadəçinin sorğusu qeydiyyata alınır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən  məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Komissiyanın Hüquq sektoruna göndərilir.[3]

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti: Sorğu informasiya sisteminə daxil edildikdən sonra Komissiyanın Hüquq sektoru tərəfindən müraciətə baxılır. Aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə istifadəçinin elektron poçtuna 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar müraciət edildikdən sonra istifadəçinin müraciətinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində müəyyən olunmuş müddətdə baxılır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur

3.4.4. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda istifadəçinin müraciəti qeydiyyata alınır. Müəyyən olunmuş müddət ərzində müraciətə baxıldıqdan sonra onun nəticəsi barədə ərizəçinin elektron poçtuna məlumat göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması: Kargüzarlıq, Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.

3.5.2. Nəzarət qaydası: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq sektoru həyata keçirir.[4]

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 16 noyabr 2015-ci il tarixli 075-Q nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511160075, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2015-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 noyabr 2015-ci il tarixli 075-Q nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511160075, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2015-ci il) ilə “Dövlət qulluğu stajı kalkulyatoru” üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 noyabr 2015-ci il tarixli 075-Q nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511160075, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2015-ci il) ilə “Dövlət qulluğu stajı kalkulyatoru” üzrə inzibati reqlamentin 3.5.2-ci yarımbəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilmişdir.

 

[3] 16 noyabr 2015-ci il tarixli 075-Q nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511160075, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2015-ci il) ilə “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu” üzrə inzibati reqlamentin 3.4.1-ci yarımbəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilmişdir.

 

[4] 16 noyabr 2015-ci il tarixli 075-Q nömrəli Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511160075, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 noyabr 2015-ci il) ilə “Dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi barədə müraciətlərin qəbulu” üzrə inzibati reqlamentin 3.5.2-ci yarımbəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” sözləri ilə əvəz edilmişdir.