AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 10.06.2013
Qeydiyyat nömrəsi: 04
Adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na dəyişikliklər” edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 14.06.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 210.040.050
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 15201306100004
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 13.06.2013


“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2011-ci il 17 noyabr tarixli 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na aşağıdakı dəyişikliklər edilsin:

1.1.Giriş” bölməsi üzrə:

1.1.1. doqquzuncu abzasın ikinci cümləsində “rəhbərlərinin” sözündən sonra “və müvafiq halda mütəxəssislərinin” sözləri əlavə edilsin;

1.1.2. onuncu – on doqquzuncu abzaslardakı cədvəllərin 1-ci sütununun 1-ci sətrində “Rəhbərlərin” sözündən sonra “və müvafiq halda mütəxəssislərinin” sözləri əlavə edilsin;

1.1.3. onuncu abzasda “kitabxanalar (mərkəzləşdirilmiş kitabxana sistemləri”nə aid olan cədvəlin “Göstəricilər” sütununun 5-ci sətrindən “15 mindən” sözləri çıxarılsın;

1.1.4. iyirmi birinci abzasdan “rəhbər və” sözləri çıxarılsın, iyirmi ikinci abzasda “bitirmiş” sözündən sonra “rəhbər və” sözləri əlavə edilsin;

1.2. "Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin adı və ödəniş dərəcələrinin diapazonu" cədvəlinə “Sistem inzibatçısı”, “Oxu zalının müdiri”, “Multimedia mütəxəssisi; Multimedia resursları üzrə mütəxəssis” və “İnformasiya texnologiyaları üzrə mütəxəssis; Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis” vəzifələri əlavə edilsin və cədvəl aşağıdakı redaksiyada verilsin:

 

“Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin

adı və ödəniş dərəcələri diapazonu

 

Sıra

¹-si

Vəzifələr

Ödəniş

dərəcələri diapazonu

Səhifə

1

2

3

4

 

1. Rəhbərlər

 

 

1

Kitabxana direktoru (müdiri); Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru (müdiri)

 

13-19

 

11

2

Muzey direktoru; Muzey tipli müəssisənin direktoru

13-19

12

3

Mehmanxana müdiri

15-18

13

4

Turizm agentliyinin direktoru; Turizm müəssisəsinin direktoru

15-18

15

5

Turizm informasiya mərkəzinin direktoru

16; 17

17

6

Mədəni-maarif müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini - baş mühasibi; Turizm müəssisəsinin direktorunun iqtisadi məsələlər üzrə müavini - baş mühasibi

 

-

 

18

7

Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin direktoru;

Xoreoqrafiya məktəbinin direktoru

 

13-17

17; 18

 

20

8

Heyvanat parkının direktoru

15-17

21

9

Rayon (şəhər, qəsəbə, kənd) mədəniyyət evinin (sarayının) direktoru (müdiri); Mərkəzi klubun (kənd klubunun) direktoru (müdiri):

a) rayon (şəhər) mədəniyyət evində (sarayında), mərkəzi klubda

b) qəsəbə, kənd mədəniyyət evində və kənd klubunda

 

 

13-17

 

12-15

 

 

22

10

Baş fond mühafizəçisi

12-17

23

11

Mədəniyyət və istirahət parkının direktoru

13-16

24

12

Kitabxana filialının müdiri; Mərkəzləşdirilmiş kitabxana sisteminin filialının müdiri

 

11-16

 

25

13

Muzey filialının müdiri

11-16

26

14

Kitabxananın şöbə müdiri; Kitabxananın bölmə müdiri

11-16

27

15

Muzeyin şöbə müdiri

11-16

28

16

Kitabxananın elmi katibi

11-16

29

17

Muzeyin elmi katibi; Heyvanat parkının elmi katibi

12-16

30

18

Klubun (mədəniyyət evinin (sarayının), mədəniyyət və istirahət parkının, mədəni-maarif müəssisəsinin) bədii rəhbəri

 

11-15

 

32

19

Bərpaçı emalatxanasının müdiri

11-15

33

20

Heyvanat parkının şöbə (bölmə) müdiri

11-15

34

21

Heyvanat parkının baytarlıq laboratoriyasının müdiri

11-15

35

22

Sistem inzibatçısı

10-15

36

23

Baş kitabxanaçı

10-15

36

24

Baş biblioqraf

10-15

37

25

Mədəniyyət evinin (sarayının, mərkəzi klubun, mədəni-maarif müəssisəsinin) şöbə (bölmə) müdiri:

  a) əsas şöbələrdə (bölmələrdə)

  b) köməkçi şöbələrdə (bölmələrdə)

 

 

10-14

9-13

 

38

26

Attraksion müdiri

11-12

39

27

Bədii-tərtibat emalatxanasının müdiri

9-12

40

28

Oxu zalının müdiri

9-11

41

29

Rəqs gecəsinin sərəncamçısı; Diskoteka aparıcısı; Diskotekanın musiqi hissəsinin rəhbəri

 

8-9

 

41

30

Dərnək rəhbəri; Həvəskar birliyin rəhbəri; Maraq dairəsi üzrə klub rəhbəri

 

7-9

 

41

31

Mehmanxana administratoru

6-9

42

 

2. Mütəxəssislər

 

 

32

Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin müəllimi (konsertmeysteri); Xoreoqrafiya məktəbinin müəllimi(konsertmeysteri)

 

 

9-15

 

 

43

33

Rejissor (dirijor, baletmeyster, xormeyster)

10-13

45

34

Quruluşçu rəssam

10-13

46

35

Bərpaçı-rəssam

9-13

47

36

Elektron kitabxananın proqramçısı

9-13

48

37

Mədəni-maarif işləri üzrə metodist

6-13

48

38

Kitabxanaçı

6-13

50

39

Biblioqraf

6-13

52

40

Multimedia mütəxəssisi; Multimedia resursları üzrə mütəxəssis

6-13

52

41

İnformasiya texnologiyaları üzrə mütəxəssis;

Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis

6-13

53

42

Müşayiətçi

7-12

53

43

Mədəni-maarif müəssisəsinin redaktoru

7-13

54

44

Beynəlxalq əlaqələr üzrə tərcüməçi-redaktor

11-13

56

45

Bələdçi; ekskursiyaçı

6-12

57

46

Heyvanat parklarının baytar həkimi

7-10

58

47

Mədəni-kütləvi tədbirlər üzrə təşkilatçı

7-9

59

48

Turist gəzintiləri üzrə bələdçi

7-9

59

49

Muzey baxıcısı; Muzey nəzarətçisi; Abidə mühafizəçisi

5-8

61

50

Rejissor (dirijor, baletmeyster, xormeyster) köməkçisi

5-6

62

51

Turist gəzintiləri üçün sifarişlərin qəbulu üzrə agent

4-5

62

52

Porter

3-4

63

 

1.3. “Tarif-ixtisas xüsusiyyətləri” hissəsinin "1. Rəhbərlər" bölməsi üzrə:

1.3.1. "Kitabxana direktoru (müdiri); Mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru (müdiri)" vəzifəsinin "Əmək funksiyası”na səkkizinci cümlədən sonra “Kitabxanada veb-saytının, elektron kataloqun və elektron kitabxananın yaradılmasına və idarə olunmasına, yeni elektron resursların, bazaların yaradılmasına, elektron kataloqun kataloqlaşdırma, komplektləşdirmə, oxucu, kitab verilməsi modullarının işinin təşkilinə və avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin fəaliyyətinə nəzarət edir.” cümləsi əlavə edilsin;

1.3.2. “Kitabxananın şöbə müdiri; Kitabxananın bölmə müdiri” vəzifəsinin "Əmək funksiyası”nın üçüncü cümləsində “uçotunu” sözündən sonra “və avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin oxucu, kitab verilməsi modulları vasitəsilə oxuculara kitab verilməsini” sözləri əlavə edilsin və bu vəzifənin “Ödəniş dərəcələrinə ixtisas tələbləri”ndə “ali ixtisas təhsili və ixtisası üzrə 2 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı” sözləri “milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda çalışdıqda ali ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı” sözləri ilə əvəz edilsin.

Vəzifənin “Ödəniş dərəcələrinə ixtisas tələbləri”nə aşağıdakı redaksiyada ikinci abzas əlavə edilsin:

“10-cu dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri; ”

Vəzifənin “Ödəniş dərəcələrinə ixtisas tələbləri”ndə 11-ci dərəcə üzrə üçüncü abzasda “şöbə müdiri,” sözlərindən sonra “, III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri” sözləri, 12-ci dərəcə üzrə dördüncü abzasda “şöbə müdiri,” sözlərindən sonra “, II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri” sözləri, 13-cü dərəcə üzrə beşinci abzasda “şöbə müdiri,” sözlərindən sonra “, I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində) bölmə müdiri” sözləri əlavə edilsin.

1.3.3. "Heyvanat parkının baytarlıq laboratoriyasının müdiri" vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra aşağıdakı məzmunda "Sistem inzibatçısı” başlığı altında bu vəzifənin tarif-ixtisas xüsusiyyətləri əlavə edilsin:

 

“ Sistem inzibatçısı

 

Əmək funksiyası. Elektron kataloqun administrator modulu vasitəsilə kitabxanada istifadə olunan avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin (elektron kataloq və elektron kitabxana) fəaliyyətini əlaqələndirir və sistemin işinə nəzarət edir. Sistemin işini təmin etmək məqsədilə işçilərə tapşırıq və göstərişlər verir və icrasına nəzarət edir. Tabelikdə olan işçilərə nasazlıqların aradan qaldırılması üzrə məsləhətlər verir. Sistemdə baş vermiş nasazlıqların aradan qaldırılması üçün operativ tədbirlər görür. Avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin yenilənməsi, əlavə və dəyişikliklərlə təmin edilməsinə dair kitabxana rəhbərliyinə mütəmadi olaraq təkliflər verir. Oxuculara xidmətin və təbliğat işinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər hazırlayır. Kitabxananın elmi-tədqiqat və elmi-metodik işində iştirak edir.

Bilməlidir: mədəniyyət və turizmin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; kitabxanaşünaslığı; kitabların qəbul edilmiş təsnifat sistemini; kataloqların tərtib edilmə qaydalarını; ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu; kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili, əmək stajına tələb qoyulmadan və ya orta ixtisas təhsili və 3 ildən az olmayaraq müvafiq sahədə əmək stajı.

10-cu dərəcə: IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

11-ci dərəcə: III qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-ci dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

13-cü dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

14-cü dərəcə: respublika miqyaslı kitabxanalarda;

15-ci dərəcə: milli statusa malik kitabxanalarda. “ ;

 

1.3.4. "Bədii-tərtibat emalatxanasının müdiri" vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra aşağıdakı məzmunda "Oxu zalının müdiri” başlığı altında bu vəzifənin tarif-ixtisas xüsusiyyətləri əlavə edilsin:

 

“ Oxu zalının müdiri

 

Əmək funksiyası. Kitabxananın kitab fondunun düzülüşünü, uçotunu və saxlanılmasını təşkil edir. Oxucu sorğularının öyrənilməsi əsasında kitabxana fondunun komplektləşdirilməsi üzrə təkliflər hazırlayır. Oxuculara göstərilən abonement və oxu zalı xidmətinə nəzarət edir. Oxu zallarının, habelə oxu zalının nəzdində yaradılmış internet mərkəzinin fəaliyyətini təşkil edir. Müasir informasiya texnologiyaları, elektron resurslar vasitəsi ilə oxuculara xidmət işini peşəkar səviyyədə həyata keçirir. Ədəbi gecələr təşkil etməklə fərdi və kütləvi kitab təbliği işini aparır. Oxucu konfransları, ədəbiyyat icmalları, kitab sərgiləri və başqa tədbirlər təşkil edir. Oxucu sorğuları əsasında yeni daxil olmuş ədəbiyyat siyahılarının, biblioqrafik məlumatların tərtib edilməsini təmin edir. Başqa kitabxanalarda qiyabi və kitabxanalararası abonement üzrə əlaqəni həyata keçirir. Kitabxana filialının fəaliyyəti haqqında uçot və hesabat işlərini aparır. Filialı olduğu kitabxananın (mərkəzləşdirilmiş kitabxana sisteminin) və filialın perspektiv inkişaf proqramlarının və iş planlarının hazırlanmasında iştirak edir. Oxu zalında müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası, yanğından mühafizə norma və qaydalarına riayət edilməsinə nəzarət edir.

Bilməlidir: kitabxana işi sahəsinə aid normativ hüquqi aktları; mədəni-maarif müəssisələrinin inkişaf perspektivlərini, bu sahədə qanunvericiliyi; dövlət proqramlarını; yuxarı orqanların kitabxana işinə aid qərar, əmr və sərəncamlarını; kitabxanaşünaslıq və biblioqrafiya nəzəriyyəsini; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; oxuculara xidmət qaydalarını; kitabxana fondunun uçotunu və saxlanılmasını; kitabların qəbul edilmiş təsnifat sistemini və kataloqunun tərtibi qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

9-cu dərəcə: I, II, III və IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

10-cu dərəcə: respublika miqyaslı kitabxanalarda;

11-ci dərəcə: milli statusa malik kitabxanalarda. “ ;

 

1.3.5. “Baş kitabxanaçı” və “Baş biblioqraf” vəzifələrinin “Ödəniş dərəcələrinə ixtisas tələbləri”ndə “3” rəqəmləri “8” rəqəmləri ilə əvəz edilsin;

1.4. “Tarif-ixtisas xüsusiyyətləri” hissəsinin "2. Mütəxəssislər" bölməsi üzrə:

1.4.1. “Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin müəllimi (konsertmeysteri); Xoreoqrafiya məktəbinin müəllimi (konsertmeysteri)” vəzifəsinin “Ödəniş dərəcəsinə ixtisas tələbləri”nin “a) uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbində:” bölməsində “15-ci dərəcə: ali ixtisas təhsili,” sözlərindən sonra “20 ildən çox pedaqoji əmək stajı və ya ” sözləri əlavə edilsin, “b) xoreoqrafiya məktəbində:” bölməsində “15-ci dərəcə: ali ixtisas təhsili və 18 ildən az olmayaraq pedaqoji əmək stajı” sözləri “15-ci dərəcə: ali ixtisas təhsili və 18 ildən az olmayaraq pedaqoji əmək stajı və ya fəxri adı və alimlik dərəcəsi” sözləri ilə əvəz edilsin.

1.4.2. “Bərpaçı-rəssam” vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra “Elektron kitabxananın proqramçısı”, “ Biblioqraf” vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra isə "Mültimedia mütəxəssisi; Multimedia resursları üzrə mütəxəssis”, “İnformasiya texnologiyaları üzrə mütəxəssis; Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis” başlıqları altında bu vəzifələrin tarif-ixtisas xüsusiyyətləri əlavə edilsin:

 

“ Elektron kitabxananın proqramçısı

 

Əmək funksiyası. Kitabxananın informasiya texnologiyalarının (kompüter, skaner, printer, surətçıxarma aparatı, modem) işlək vəziyyətini, lokal və internet şəbəkəsi, habelə şəbəkənin antivirus proqramının fəaliyyətini təmin edir və normal işləməsinə nəzarət edir. Kitabxananın veb-saytının idarə edilməsi ilə bağlı işləri yerinə yetirir, veb-saytın operativ yenilənməsinə, domen və hostinqin fəaliyyətinə nəzarət edir, vəziyyətlə bağlı rəhbərliyi mütəmadi olaraq məlumatlandırır, təkliflər verir. Elektron kitabxananın yaradılması işini həyata keçirir və nəşrlərin elektron formaya çevrilməsi işini təmin edir. Lokal şəbəkə xidmətinin, lokal şəbəkəyə qoşulmuş kompüterlərin və məlumat bazasının təhlükəsizliyinin, daimi işləməsinin, internetə çıxışının təmin edilməsi, kompüterdən istifadə zamanı əməkdaşlara texniki köməkliyin göstərilməsi, çap qurğuları və kompüterlərdə yaranmış problemlərin aradan qaldırılması işlərinin yerinə yetirir.

Bilməlidir: verilən bazaları və onların idarəetmə sistemlərini; internet texnologiyalarını; lokal kompüter şəbəkələrinin qurulması, inkişaf etdirilməsi və istismarını, servis və tətbiqi proqram vasitələrinin istismarını, şəbəkə texnologiyalarını; lokal kompüter şəbəkələrinin server səviyyəsində qurulmasını; əməliyyat sistemlərinin qurulmasını; xarici və ölkədaxili kitabxanaların informasiya texnologiyalarından istifadə üzrə qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali ixtisas təhsili və ixtisası üzrə 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsili və ixtisası üzrə 5 ildən az olmayaraq əmək stajı.

9-cu dərəcə: III və IV qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

10-cu dərəcə: II qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

11-ci dərəcə: I qrupa aid olan kitabxanalarda (mərkəzləşdirilmiş kitabxana sistemində);

12-cu dərəcə: respublika miqyaslı kitabxanalarda;

13-ci dərəcə: milli statusa malik kitabxanalarda.

 

Multimedia mütəxəssisi;

Multimedia resursları üzrə mütəxəssis

 

Əmək funksiyası. Oxucuya lazım olan ədəbiyyatın seçilməsini təmin edir. Abonementdə və oxu zalında ədəbiyyatın verilməsi işlərini icra edir. Kitabxananın elektron kataloqunun oxucu, kitab verilməsi modulları üzrə biblioqrafik yazıların daxil edilməsi, habelə onların idarə edilməsini təmin edir. Kitabxanada saxlanılan multimedia resursları (audio, video, CD, DVD), elektron kitablar vasitəsilə oxuculara informasiya xidmətini həyata keçirir. Oxuculara kömək göstərmək məqsədilə onların yaşını, peşə marağını, təhsil səviyyəsini nəzərə alaraq sorğu və maraqlarını sistematik olaraq öyrənir. Kitabxana fondunun və kataloqların təşkilində, ədəbiyyatın işlənməsində iştirak edir. Kitabxana fondunun mühafizəsi və uçotu üzrə iş aparır. Kitabların təbliğində, ədəbiyyat gecələrində, oxucu konfranslarında, yazıçılarla görüşdə, ədəbiyyat, incəsənət, elm və texnika, aktual məsələlər üzrə keçirilən tematik sərgilərdə və başqa kütləvi tədbirlərdə iştirak edir. Oxuculara xidmətin və təbliğat işinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər hazırlayır. Kitabxananın elmi-tədqiqat və elmi-metodik işində iştirak edir.

Bilməlidir: mədəniyyət və turizmin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; kitabxanaşünaslığı; kitabların qəbul edilmiş təsnifat sistemini; kataloqların tərtib edilmə qaydalarını; ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu; kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

7-ci dərəcə: orta ixtisas təhsilli, 2 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı;

8-ci dərəcə: orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 3 ildən az olmayaraq əmək stajı, respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 4 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 5 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 2 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 4 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 9 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, 4 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 6 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 6 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə (aparıcı mütəxəssis): ali ixtisas təhsilli, milli kitabxanada çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı.

 

İnformasiya texnologiyaları üzrə mütəxəssis;

Kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssis

 

Əmək funksiyası. Avtomatlaşdırılmış kitabxana-informasiya sistemi vasitəsilə elektron kataloq və elektron kitabxananın yaradılması işini həyata keçirir. Yeni elektron resursların, bazaların yaradılması, elektron kataloqun kataloqlaşdırma, komplektləşdirmə, oxucu, kitab verilməsi modullarının işini əlaqələndirir və təşkil edir. Elektron kataloqun yaradılması işində kitabxananın şöbələrinin əlaqəli işini təşkil edir. Oxuculara xidmətin və təbliğat işinin yaxşılaşdırılmasına yönəldilmiş təkliflər hazırlayır. Kitabxananın elmi-tədqiqat və elmi-metodik işində iştirak edir.

Bilməlidir: mədəniyyət və turizmin inkişafını müəyyən edən qanunvericiliyi, dövlət proqramlarını; kitabxana işinə dair sənədləri; kitabxanaşünaslığı; kitabların qəbul edilmiş təsnifat sistemini; kataloqların tərtib edilmə qaydalarını; ədəbiyyat fondunun komplektləşdirilməsini, qorunmasını və uçotunu; kitabların təbliği üzrə kütləvi işin forma və metodlarını; xarici və ölkədaxili kitabxanaların qabaqcıl iş təcrübəsini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

6-cı dərəcə: orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq uyğun vəzifələrdə əmək stajı;

7-ci dərəcə: orta ixtisas təhsilli, 2 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 3 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı;

8-ci dərəcə: orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 3 ildən az olmayaraq əmək stajı, respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 4 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və yaxud xüsusi hazırlıq kursu keçməklə ümumi orta təhsil və 5 ildən az olmayaraq kitabxanaçı və ya öz vəzifəsində əmək stajı;

9-cu dərəcə: ali ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 2 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 3 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı;

10-cu dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, 2 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 4 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 5 ildən az olmayaraq əmək stajı və yaxud orta ixtisas təhsilli, kitabxanaçı və ya öz vəzifəsində 9 ildən az olmayaraq əmək stajı;

11-ci dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, 4 ildən az olmayaraq ixtisası üzrə əmək stajı, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 6 ildən az olmayaraq əmək stajı, digər kitabxanalarda çalışdıqda isə kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı;

12-ci dərəcə (böyük mütəxəssis): ali ixtisas təhsilli, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 6 ildən az olmayaraq əmək stajı;

13-cü dərəcə (aparıcı mütəxəssis): ali ixtisas təhsilli, milli kitabxanada çalışdıqda kitabxanaçı və ya öz vəzifəsində 7 ildən az olmayaraq əmək stajı. “;

1.4.3. “Kitabxanaçı vəzifəsinin “Ödəniş dərəcəsinə ixtisas tələbləri”ndə üçüncü abzasda “8-ci dərəcə: orta ixtisas təhsili,” sözlərindən sonra “kitabxanaçı vəzifəsində 3 ildən az olmayaraq əmək stajı,” sözləri əlavə edilsin, dördüncü abzasda “9-cu dərəcə: ali ixtisas təhsili,” sözlərindən sonra “əmək stajına tələb qoyulmadan,” sözləri və “3 ildən az olmayaraq əmək stajı” sözlərindən sonra “ ; orta ixtisas təhsili, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı vəzifəsində 5 ildən az olmayaraq, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 4 ildən az olmayaraq əmək stajı” sözləri əlavə edilsin, beşinci abzasda “10-cu dərəcə (böyük kitabxanaçı): ali ixtisas təhsili,” sözlərindən sonra “2 ildən az olmayaraq əmək stajı,” sözləri əlavə edilsin və “kitabxanaçı vəzifəsində 5 ildən az olmayaraq əmək stajı” sözləri “milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda kitabxanaçı vəzifəsində 10 ildən az olmayaraq, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 7 ildən az olmayaraq əmək stajı” sözləri ilə əvəz edilsin, altıncı abzasda “11-ci dərəcə (böyük kitabxanaçı): ali ixtisas təhsili,” sözlərindən sonra “4 ildən az olmayaraq əmək stajı,” sözləri əlavə edilsin və yeddinci abzasda “8” rəqəmi “6” rəqəmi ilə, səkkizinci abzasda “10” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin.

1.4.4. “Biblioqraf vəzifəsinin “Ödəniş dərəcəsinə ixtisas tələbləri”ndə üçüncü abzasda “8-ci dərəcə: orta ixtisas təhsili,” sözlərindən sonra “biblioqraf vəzifəsində 3 ildən az olmayaraq əmək stajı,” sözləri əlavə edilsin, dördüncü abzasda “9-cu dərəcə: ali ixtisas təhsili,” sözlərindən sonra “əmək stajına tələb qoyulmadan,” sözləri və “3 ildən az olmayaraq əmək stajı” sözlərindən sonra “ ; orta ixtisas təhsili, milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda biblioqraf vəzifəsində 5 ildən az olmayaraq, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 4 ildən az olmayaraq əmək stajı” sözləri əlavə edilsin, beşinci abzasda “10-cu dərəcə (böyük kitabxanaçı): ali ixtisas təhsili,” sözlərindən sonra “2 ildən az olmayaraq əmək stajı,” sözləri əlavə edilsin və “biblioqraf vəzifəsində 5 ildən az olmayaraq əmək stajı” sözləri “milli və ya respublika əhəmiyyətli aparıcı mədəniyyət müəssisələri siyahısına daxil edilən kitabxanalarda, I qrupa aid edilən kitabxanalarda çalışdıqda biblioqraf vəzifəsində 10 ildən az olmayaraq, digər kitabxanalarda çalışdıqda isə həmin vəzifədə 7 ildən az olmayaraq əmək stajı” sözləri ilə əvəz edilsin, altıncı abzasda “11-ci dərəcə (böyük biblioqraf): ali ixtisas təhsili,” sözlərindən sonra “4 ildən az olmayaraq əmək stajı,” sözləri əlavə edilsin və yeddinci abzasda “8” rəqəmi “6” rəqəmi ilə, səkkizinci abzasda “10” rəqəmi “ 7” rəqəmi ilə əvəz edilsin.

2. Kadrlarla iş və hüquq şöbəsinə (E. Sadıqov) tapşırılsın ki, yuxarıda qeyd edilən hüquqi aktın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Ümumi şöbəyə (B. Əliyevə) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə çatdırılmasını təmin etsin.

4. Bu Qərarın icrasına nəzarət nazir müavini N. Məmmədova həvalə edilsin.

 

Nazir

Fizuli Ələkbərov