AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Qəbul edildiyi tarix: 05.06.2013
Qeydiyyat nömrəsi: 5/33
Adı: 適ütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Əsasnamə馬in təsdiq edilməsinə dair
Rəsmi dərc edildiyi mənbə: ״Azərbaycan״ qəzeti № 122
Qüvvəyə minmə tarixi: 20.06.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.100.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 22201306050533
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 19.06.2013


Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-7 saylı Qərarı ilə təsdiq edilmiş 適ütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Əsasnamə馬in struktur elementlərinin 哲ormativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin Əsasnamə ilə tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir.

Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Əsasnamənin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, 哲ormativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. 適ütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Əsasnamə qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-7 saylı Qərarı ilə təsdiq edilmiş 鉄eçki komissiyalarına təqdim edilən imza vərəqələrində və digər seçki sənədlərində olan məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə yaradılan işçi qrupu haqqında Əsasnamə qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində təsdiq edilmiş Əsasnamənin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 


 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/33 saylı Qərarı ilə təsdiq edilmişdir

 

Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı)

təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında

 

Ə S A S N A M Ə

 

Seçkilərdə (referendumda) (bundan sonra seçkilər) kütləvi informasiya vasitələrində (televiziya, radio verilişləri və eləcə də təşviqat xarakterli digər tədbirlər də daxil olmaqla) seçkiqabağı (referendumqabağı) təşviqatın (bundan sonra seçkiqabağı təşviqat) aparılması qaydalarına əməl olunmasına nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra Seçki Məcəlləsi) 74.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası (bundan sonra Mərkəzi Seçki Komissiyası) nəzdində mətbuat qrupu yaradılır və onun fəaliyyəti Seçki Məcəlləsi və bu Əsasnamə ilə tənzimlənir.

 

1. Ümumi müddəalar

 

1.1. Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu müvafiq seçki komissiyasının üzvləri də daxil olmaqla, əksəriyyəti jurnalistika sahəsində çalışan mütəxəssislərdən ibarət tərkibdə Mərkəzi Seçki Komissiyası tərəfindən formalaşdırılır.

1.2. Mətbuat qrupu fəaliyyət göstərərkən seçkiqabağı təşviqata dair qanunvericiliklə müəyyən olunmuş tələbləri, Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş, habelə digər normativ xarakterli aktları rəhbər tutur.

1.3. Mətbuat qrupu Mərkəzi Seçki Komissiyası tərəfindən ona verilən səlahiyyət çərçivəsində fəaliyyətinin qanunamüvafiq qurulması məqsədilə mətbuat və informasiya sahəsində idarəetmə və nəzarəti həyata keçirən orqanlarla, kütləvi informasiya vasitələrinin redaksiyaları ilə, qeydə alınmış namizədlərlə, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları və seçki prosesinin digər iştirakçıları ilə qarşılıqlı şəkildə fəaliyyət göstərə bilər.

1.4. Mətbuat qrupu öz iclaslarında kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılmasının müəyyən olunmuş qayda və üsullarına əməl olunmasına nəzarət etmək məqsədilə aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görür, daxil olmuş müraciətlərə səlahiyyətləri daxilində baxır, zəruri hallarda həmin müraciətlər üzrə təkliflərini Mərkəzi Seçki Komissiyasının müzakirəsinə çıxarır.

1.5. Mətbuat qrupuna rəhbərliyi, onun fəaliyyətinin təşkilati və hüquqi təminatını Mərkəzi Seçki Komissiyası həyata keçirir.

 

2. Mətbuat qrupunun formalaşdırılması və işinin təşkili qaydası

 

2.1. Mətbuat qrupunun rəhbəri qrupa daxil edilmiş üzvlər tərəfindən Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvləri sırasından seçilir.

2.2. Mətbuat qrupunun rəhbəri olmadığı hallarda, onun vəzifələrini qrup rəhbərinin tapşırığı ilə üzvlərdən biri icra edir.

2.3. Mətbuat qrupu səlahiyyətlərinə aid olan məsələləri öz iclasında kollegial qaydada müzakirə və həll edir.

2.4. Mətbuat qrupu üzvlərinin 2/3 hissəsi iclasda iştirak etdikdə, o, səlahiyyətli sayılır.

2.5. Müzakirə olunan məsələlərlə bağlı qərarlar sadə səs çoxluğu ilə qəbul olunur.

 

3. Mətbuat qrupunun funksiyaları

 

3.1. Mətbuat qrupunun funksiyaları aşağıdakılardır:

3.1.1. kütləvi informasiya vasitələri, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları tərəfindən ictimai teleradio təşkilatlarında ödənişli və ödənişsiz efir vaxtının verilməsinə dair cədvələ əməl edilməsinə, dövri nəşr redaksiyaları tərəfindən seçkiqabağı təşviqatla bağlı qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsi;

3.1.2. seçkiqabağı təşviqatın aparılması üçün ödənişli efir vaxtının, həmçinin ödənişli əsaslarla dövri nəşrlərdə səhifə ayrılması barədə qeydə alınmış namizədlərlə, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları və referendum üzrə təşviqat qrupları ilə kütləvi informasiya vasitələri arasında bağlanmış müqavilələrin icrası haqqında KİV nümayəndələrinin müraciətlərinə baxılması;

3.1.3. qanunvericiliyin, bu Əsasnamənin tələblərinə əməl edilməsi və daxil olmuş şikayətlərlə bağlı qrup üzvü olan kütləvi informasiya vasitələri redaksiyaları nümayəndələrinin və digər aidiyyəti subyektlərin məlumatlarının dinlənilməsi;

3.1.4. ictimai teleradio təşkilatları tərəfindən namizədlər üçün ayrılmış ödənişsiz və ödənişli vaxtın müəyyən edilmiş nisbətinə, dövri mətbuat nəşrlərində seçkiqabağı təşviqat materiallarının qanunvericiliklə müəyyən edilmiş dərcinə dair tələblərin və qaydaların gözlənilməsinə nəzarətin həyata keçirilməsi;

3.1.5. seçkiqabağı təşviqat prosesində qanunvericiliyin tələblərinin pozulmasına dair məlumatların yoxlanılması.

 

4. Mətbuat qrupunun hüquqları

 

4.1. Mətbuat qrupu aşağıdakı hüquqlara malikdir:

4.1.1. səlahiyyətləri çərçivəsində mətbuat və informasiya sahəsində idarəetmə və nəzarəti həyata keçirən orqanlara, kütləvi informasiya vasitələrinin redaksiyalarına, qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına və seçki prosesinin digər subyektlərinə məlumat və sübutlar əldə etmək məqsədilə müraciət etmək;

4.1.2. müraciətlərə baxılmasına və aparılmış araşdırmaların nəticələrinə dair Mərkəzi Seçki Komissiyasına təkliflər vermək;

4.1.3. qrupun fəaliyyətinin təşkilati və hüquqi təminatı ilə bağlı Mərkəzi Seçki Komissiyası qarşısında məsələ qaldırmaq;

4.1.4. qanunsuz seçkiqabağı təşviqat fəaliyyətinin qarşısının alınması və teleradio verilişləri təşkilatlarının, dövri nəşrlərin redaksiyalarının, onların vəzifəli şəxslərinin qanunvericiliklə müəyyənləşdirilmiş məsuliyyətə cəlb edilməsi barədə Mərkəzi Seçki Komissiyası tərəfindən təqdimatla hüquq mühafizə orqanlarına, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmək üçün təşəbbüslə çıxış etmək.

 

5. Mətbuat qrupunun vəzifələri

 

5.1. Mətbuat qrupunun əsas vəzifələri aşağıdakılardır:

5.1.1. seçkiqabağı təşviqatın aparılmasının qayda və üsullarını tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin, Mərkəzi Seçki Komissiyasının təlimat və digər normativ xarakterli aktlarının müddəlarına seçki prosesi subyektlərinin əməl etmələrinə nəzarəti həyata keçirmək;

5.1.2. daxil olmuş müraciətlərə baxmaq və araşdırmanın nəticələri barədə maraqlı tərəfləri məlumatlandırmaq;

5.1.3. seçkiqabağı təşviqatın aparılması qaydalarının pozulması hallarının qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırılması üçün müvafiq tədbirlər görmək.

 

6. Mətbuat qrupu rəhbərinin hüquqları

 

6.1. Mətbuat qrupu rəhbərinin hüquqları aşağıdakılardır:

6.1.1. qrupun iclaslarını çağırmaq və bu iclaslarda sədrlik etmək;

6.1.2. qrupun fəaliyyəti ilə bağlı müvafiq təşkilatlara və subyektlərə müraciət etmək, məlumat almaq və sənədlər əldə etmək;

6.1.3. qrupun fəaliyyəti ilə bağlı məsələləri Mərkəzi Seçki Komissiyasının müzakirəsinə çıxarmaq.

 

7. Mətbuat qrupu rəhbərinin vəzifələri

 

7.1. Mətbuat qrupu rəhbərinin vəzifələri aşağıdakılardır:

7.1.1. qrupun işini təşkil etmək və fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmək;

7.1.2. mətbuat qrupunun Mərkəzi Seçki Komissiyası ilə əlaqəli işini təmin etmək;

7.1.3. mətbuat qrupunun üzvləri arasında iş bölgüsü aparmaq;

7.1.4. komissiya və ya onun sədri tərəfindən həlli tələb olunan təkliflərlə çıxış etmək;

7.1.5. mətbuat qrupunun fəaliyyəti barədə Mərkəzi Seçki Komissiyasının tələbi ilə ona məlumat vermək.

 

8. Yekun müddəalar

 

8.1. Bu Əsasnamə qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-7 saylı Qərarı ilə təsdiq edilmiş Kütləvi informasiya vasitələrində seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması qaydalarına əməl olunmasına nəzarət üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində mətbuat qrupu haqqında Əsasnamə qüvvədən düşmüş hesab edilir.