AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

Qəbul edildiyi tarix

05.06.2013

Qeydiyyat nömrəsi

5/29

Adı

“Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Rəsmi dərc edildiyi mənbə

“Azərbaycan” qəzeti ¹ 122

Qüvvəyə minmə tarixi

20.06.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.100.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

22201306050529

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.06.2013

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-6 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat”ın struktur elementlərinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılması, həmin Təlimatla tənzimlənən münasibətlərin daha da təkmil nizama salınması üçün eyni adlı normativ xarakterli aktın təsdiq edilməsi yolu ilə qüvvədən düşmüş hesab edilməlidir.

Bundan başqa, Mərkəzi Seçki Komissiyası tərəfindən öz səlahiyyətləri daxilində həmin Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunmalıdır.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur).

2. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-6 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat” qüvvədən düşmüş hesab edilsin.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində təsdiq edilmiş Təlimatın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr

Məzahir Pənahov

Katib

Arifə Muxtarova

Katib

Mikayıl Rəhimov

 

 


 

 

 

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 05 iyun 2013-cü il tarixli 5/29 saylı Qərarı ilə təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında

 

T Ə L İ M A T

 

Seçkilərdə (referendumda) (bundan sonra – seçkilər) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin (bundan sonra – səsvermə vəsiqəsi) seçicilərə verilməsi qaydasına dair tələblər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 101-ci maddəsi ilə və bu Təlimatla tənzimlənir.

 

1. Ümumi müddəalar

 

1.1. Seçici səsvermə günü adının seçici siyahısında olduğu müvafiq seçki məntəqəsinin hüdudlarından kənarda olacağı və ya digər seçki (referendum) məntəqəsində (bundan sonra – seçki məntəqəsi) səs verəcəyi halda, müvafiq seçki (referendum) komissiyasından (bundan sonra – seçki komissiyası) səsvermə vəsiqəsi (Təlimata 1 saylı əlavə) ala bilər. 

1.2. Səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsini almaq üçün müraciət etməsinin səbəbləri göstərilməlidir (bu Təlimata 2, 2a, 2b və 2c  saylı əlavələr). Bu ərizəyə əsasən seçiciyə səsvermə vəsiqəsi verilir.

1.3. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır.

 

2. Dairə seçki komissiyasında səsvermə vəsiqələrinin verilməsi

 

2.1. Dairə seçki komissiyası tərəfindən seçicilərə səsvermə vəsiqəsi səsvermə gününə 45–25 gün qalmış müddətdə verilir.

2.2. Dairə seçki komissiyası səsvermə vəsiqələrinin verilməsinin reyestrini tərtib edir. Reyestrdə seçicilərin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı göstərilməlidir (Təlimata 3 saylı əlavə). Səsvermə gününə 25 gün qalmış dairə seçki komissiyası seçici siyahıları ilə birlikdə həmin reyestrdən təsdiq edilmiş çıxarışları məntəqə seçki  komissiyasına göndərir. Hər bir məntəqə seçki komissiyası seçicilər siyahısında həmin çıxarışlara əsasən müvafiq qeydlər aparır.

2.3. Seçiciyə verilən səsvermə vəsiqəsi dairə seçki komissiyasının üzvü tərəfindən imzalanmalı və komissiyanın möhürü ilə təsdiqlənməlidir.

2.4. Dairə seçki komissiyası iki gündən bir məntəqə seçki komissiyasından aldığı məlumatları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinə təqdim edir.

2.5. Seçici və ya onun nümayəndəsi səsvermə vəsiqəsini dairə seçki komissiyasından aldıqda, reyestrdə öz şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin kəsilən küncü reyestrə əlavə edilir.

 

3. Məntəqə seçki komissiyasında səsvermə vəsiqələrinin verilməsi

 

3.1. Məntəqə seçki komissiyası ərizənin verildiyi gündən başlayaraq 2 gün müddətində dairə seçki komissiyasına müraciət edib, seçicinin əvvəl səsvermə vəsiqəsi alıb-almamasını müəyyən etməlidir.

3.2. Məntəqə seçki komissiyası tərəfindən seçicilərə səsvermə vəsiqəsi səsvermə gününə 24–3 gün qalmış müddətdə verilir.

3.3. Seçici və ya onun nümayəndəsi məntəqə seçki komissiyasından səsvermə vəsiqəsini aldıqda, seçicilər siyahısında öz şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini göstərməklə imza atır. Bu halda vəsiqənin kəsilən hissəsi seçicilər siyahısına əlavə edilir.

3.4. Seçiciyə verilən səsvermə vəsiqəsi məntəqə seçki komissiyasında komissiya üzvü tərəfindən imzalanır və komissiyanın möhürü ilə təsdiq edilir.

3.5. Müvafiq məntəqə seçki komissiyası seçiciyə səsvermə vəsiqəsi verdikdən dərhal sonra bu haqda dairə seçki komissiyasına məlumat verir.

 

4. Yekun müddəalar

 

4.1. Bu Təlimat qüvvəyə mindiyi gündən Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-6 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında” Təlimat qüvvədən düşmüş hesab edilir.

 

 


 

Təlimata 1 saylı əlavə

 

Qeydiyyatdançıxma (səsvermə)

 

V  Ə  S  İ  Q  Ə  S  İ

 

_____ saylı _____________________________________________dairəsi 

                                                                                              (seçki (referendum) dairəsinin adı)

 

 __________ saylı seçki (referendum) məntəqəsinin seçicilər siyahısında olan

 

________________________________________________qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin

                        (seçicinin soyadı, adı, atasının adı)

 

verilməsi barədə___________________________________________________________________________

                dairə seçki (referendum) komissiyasının reyestrində və ya seçki (referendum) məntəqəsi üzrə seçicilər siyahısında

qeyd aparılmışdır.

 

Dairə seçki (referendum) komissiyasının

üzvü                             __________        _____________________

          M.Y.                          (imza)                       (inisialı və soyadı)

 və ya

Məntəqə seçki (referendum) komissiyasının

üzvü                                 __________        ________________________

                                               (imza)                                    (inisialı və soyadı)

                        M.Y.

“___”____________20 ____il .

                     (verilmə tarixi)

Təyin edilmiş ___________________________________________________müddəti üçün verilir.

                                                                 (seçkinin (referendumun)  adı)

     

Səs verərkən:

_____________________________________        _____________________

                                                             (seçicinin ünvanı)                                                               (seçicinin imzası)

 

Qeyd: 1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 101.8-ci maddəsinə əsasən səsvermə vəsiqəsi seçici tərəfindən seçki   bülleteninin (referendum üzrə səsvermə bülleteninin) alınması üçün təqdim edildikdə, vəsiqə seçicilər siyahısına əlavə edilir.

2. Seçici seçkilər günü səsvermə bülletenini alarkən, səsvermə  vəsiqəsində öz yaşayış yerinin  ünvanını göstərməli və onu imzalamalıdır.

3. Səsvermə  vəsiqəsi Azərbaycan Respublikasında keçirilən referendumda və prezident seçkilərində respublikanın bütün ərazisində, Milli Məclisə seçkilərdə müvafiq seçki dairəsinin ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. 

 

 


 

 

Təlimata 2  saylı əlavə

 

___saylı____________________________seçki

                         (seçki (referendum) dairəsinin adı)

dairəsi dairə seçki komissiyasının sədrinə

________________________ yaşayan

                  (seçicinin yaşayış yerinin ünvanı)

_____________________________

   (doğum tarixi – 18 yaşa çatdıqda ay və gün göstərilməklə)

_____________________________

  (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin

_________________________malik

           seriyası, nömrəsi və verilmə tarixi)

_____________________ tərəfindən

                (soyadı, adı,atasının adı)

 

Ə R İ Z Ə

 

“_____”____________ 20 ______ ilə təyin edilmiş _____________________seçkilər(in)də

                                                                            seçkinin (referendumun) adı

(referendumda) səsvermə günü ________________________________________________  görə,

                                                   (iştirak edə bilməmənin səbəbi göstərilməklə)

seçicilər siyahısına daxil  edildiyim _________________________ seçki məntəqəsində səs verə

                                                                       (seçki məntəqəsinin sayı)

bilməyəcəyimi nəzərə alaraq, seçki günü olacağım ərazidəki seçki məntəqəsində səs vermək üçün mənə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsi vermənizi xahiş edirəm.

 

İmza:  ___________           ____________________________________

                                                                                                        (ərizəçinin soyadı, adı, atasının adı)

 

“_____” ___________20____il

            (ərizənin verilmə tarixi)

_________________

Qeyd: 1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 101.2-ci maddəsinə əsasən seçici səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsini dairə seçki komissiyasından səsvermə gününə 45–25 gün qalmış ala bilər.

2. Səsvermə vəsiqəsi Azərbaycan Respublikasında keçirilən referendumda və prezident seçkilərində respublikanın bütün ərazisində, Milli Məclisə seçkilərdə müvafiq seçki dairəsinin ərazisində,  bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. 

3. Referendum keçirilərkən bu sənəd nümunəsində seçki komissiyaları müvafiq olaraq referendum komissiyaları kimi göstərilməlidir.

 

 


 

Təlimata  2a saylı əlavə

 

_____saylı____________________________seçki

                         (seçki dairəsinin adı)

dairəsinin ________saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının sədrinə

 ______________________________ yaşayan

        (seçicinin yaşayış yerinin ünvanı)

______________________________________

(doğum tarixi – 18 yaşa çatdıqda ay və gün göstərilməklə)

______________________________________

(şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin

_________________________________malik

              seriyası, nömrəsi və verilmə tarixi)

_____________________________ tərəfindən

                (soyadı, adı,atasının adı)

 

Ə R İ Z Ə

 

“_____” __________ 20 ____ ilə təyin edilmiş ________________________ seçkilər(in)də

                                                                         seçkinin (referendumun) adı

(referendumda) səsvermə günü ________________________________________________  görə,

                                                                     (iştirak edə bilməmənin səbəbi göstərilməklə)

seçicilər siyahısına daxil edildiyim ______________________________________________seçki

                                                                               (seçki məntəqəsinin sayı)

məntəqəsində səs verə bilməyəcəyimi nəzərə alaraq, seçki günü olacağım ərazidəki seçki məntəqəsində səs vermək üçün mənə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsi vermənizi xahiş edirəm.

 

İmza:  _________________     _______________________________________

                                                                      (ərizəçinin soyadı, adı, atasının adı)

 

“_____” ___________________20____il

                    (ərizənin verilmə tarixi)

 

_______________

Qeyd: 1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 101.2-ci maddəsinə əsasən seçici səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsini məntəqə seçki komissiyasından səsvermə gününə 24 – 3 gün qalmış ala bilər.

2. Səsvermə vəsiqəsi Azərbaycan Respublikasında keçirilən referendumda və prezident seçkilərində respublikanın bütün ərazisində, Milli Məclisə seçkilərdə müvafiq seçki dairəsinin ərazisində,  bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. 

3. Referendum keçirilərkən bu sənəd nümunəsində seçki komissiyaları müvafiq olaraq referendum komissiyaları kimi göstərilməlidir.

 

 


 

Təlimata 2b saylı əlavə

 

_____ saylı  _____________________________  seçki    

                (seçki dairəsinin adı)

dairəsi dairə seçki komissiyasının sədrinə

______________________________________ yaşayan

             (seçicinin yaşayış yerinin ünvanı)

______________________________________________

(doğum tarixi – 18 yaşa çatdıqda ay və gün göstərilməklə) 

______________________________________________

   (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin

_________________________________________malik

                   seriyası, nömrəsi və verilmə tarixi) ______________________________________________

                (seçicinin soyadı, adı, atasının adı)

nümayəndəsi_________________________________

                                              (yaşadığı yerin ünvanı,

yaşayan ______________________________________

                          vəkalətnamənin sıra sayı, verilmə tarixi,

_____________________________________________

 onu verən notariat ofisi və ya digər səlahiyyətli orqan)

vəkalətnamə əsasında fəaliyyət göstərən

____________________________________tərəfindən

    (nümayəndənin soyadı, adı, atasının adı,)

 

Ə R İ Z Ə

 

“_______”_____________20_____ ilə təyin edilmiş ____________________________ seçkilər(in)də (referendumda) səsvermə günü seçkinin                               (referendumun) adı

__________________________________________________________________________________

(seçicinin soyadı, adı, atasının adı,

_____________________________________________________________________________görə,

seçici siyahısında olduğu məntəqədə səs verməməsinin səbəbi)

seçicilər siyahısına daxil edildiyi ________________________________________________seçki

                                                                                               (seçki məntəqəsinin sayı)

məntəqəsində səs verə bilməyəcəyini nəzərə alaraq, seçki günü olacağı ərazidəki seçki məntəqəsində  onun səs verməsi üçün mənə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsi vermənizi xahiş edirəm.

İmza:  _________                 ______________________________________________

                                                                             (ərizəçinin soyadı, adı, atasının adı)

 

             “_____” __________________20____il

                         (ərizənin verilmə tarixi)

 

Qeyd: 1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 101.2-ci maddəsinə əsasən seçicinin nümayəndəsi səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsini dairə seçki komissiyasından səsvermə gününə 45 – 25 gün qalmış ala bilər.

2. Səsvermə vəsiqəsi Azərbaycan Respublikasında keçirilən referendumda və prezident seçkilərində respublikanın bütün ərazisində, Milli Məclisə seçkilərdə müvafiq seçki dairəsinin ərazisində,  bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir. 

3. Referendum keçirilərkən bu sənəd nümunəsində seçki komissiyaları müvafiq olaraq referendum komissiyaları kimi göstərilməlidir.

 

 

 


 

Təlimata 2c saylı əlavə[1]

 

____ saylı  _________________________  seçki    

                 (seçki dairəsinin adı)

dairəsinin  _____ saylı seçki məntəqəsi məntəqə seçki  komissiyasının sədrinə

______________________________________ yaşayan

             (seçicinin yaşayış yerinin ünvanı)

_____________________________________________

(doğum tarixi – 18 yaşa çatdıqda ay və gün göstərilməklə)  

_____________________________________________

   (şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin

_________________________________________malik

      seriyası, nömrəsi və verilmə tarixi)

______________________________________________

                (seçicinin soyadı, adı, atasının adı)

nümayəndəsi__________________________________

                                              (yaşadığı yerin ünvanı,

yaşayan ______________________________________

                          vəkalətnamənin sıra sayı, verilmə tarixi,

______________________________________________

 onu verən notariat ofisi və ya digər səlahiyyətli orqan)

vəkalətnamə əsasında fəaliyyət göstərən

_____________________________________tərəfindən

    (nümayəndənin soyadı, adı, atasının adı)

 

Ə R İ Z Ə

 

“______”____________20____ ilə təyin edilmiş _________________________ seçkilər(in)də (referendumda) səsvermə günü                                        seçkinin (referendumun) adı

_________________________________________________________________________________

(seçicinin soyadı, adı, atasının adı,

____________________________________________________________________________görə,

seçici siyahısında olduğu məntəqədə səs verməməsinin səbəbi)

seçicilər siyahısına daxil edildiyi _______________________________________________   seçki

                                     (seçki məntəqəsinin sayı)

məntəqəsində səs verə bilməyəcəyini nəzərə alaraq, seçki günü olacağı ərazidəki seçki məntəqəsində onun səs verməsi üçün mənə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsi vermənizi xahiş edirəm.

 

İmza:  ____________    ___________________________________

                                             (ərizəçinin soyadı, adı, atasının adı)

 

             “_____” ___________20____il

                      (ərizənin verilmə tarixi)

____________________

Qeyd: 1. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 101.2-ci maddəsinə əsasən seçicinin nümayəndəsi səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsini məntəqə seçki komissiyasından səsvermə gününə 24–3 gün qalmış ala bilər.

2. Səsvermə vəsiqəsi Azərbaycan Respublikasında keçirilən referendumda və prezident seçkilərində respublikanın bütün ərazisində, Milli Məclisə seçkilərdə müvafiq seçki dairəsinin ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir.

3. Referendum keçirilərkən bu sənəd nümunəsində seçki komissiyaları müvafiq olaraq referendum komissiyaları kimi göstərilməlidir.

 

 

 


 

Təlimata 3 saylı əlavə

_____________________________________________________ seçkilər(in)də (referendumda)  

                                                                         (seçkinin və ya referendumun adı) 

 

___ saylı _________________________ seçki dairəsi üzrə

                                                                                                            (seçki dairəsinin adı)

seçicilərə qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin verilməsi 

 

R E Y E S T R İ

 

Sıra sayı

Səsvermə vəsiqəsinin

 ¹-si

Səsvermə vəsiqəsi alan seçicinin soyadı, adı, atasının adı

Doğulduğu il

(18 yaşlı

şəxsin

həm də doğulduğu ay və gün)

Yaşayış yerinin ünvanı

Seçicinin qeydiyyatdan çıxdığı seçki məntəqəsinin sayı

Səsvermə vəsiqəsi alan seçicinin və ya onun nümayəndəsinin şəxsiyyət vəsiqəsinin, yaxud onu əvəz edən sənədin seriyası və nömrəsi 

Səsvermə vəsiqəsinin verilmə tarixi və imza

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dairə seçki komissiyasının sədri    _____________   _____________________________

                                                              (imza )              (soyadı və inisialı)

 

         M.Y.

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 mart 2019-cu il tarixli 1/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 22201903150013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 mart 2019-cu il tarixli 1/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 22201903150013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 aprel 2019-cu il) ilə “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin seçicilərə verilməsi qaydası haqqında Təlimat”ın “2 b” və “2 c” saylı əlavələrində “notariat kontoru” sözləri “notariat ofisi” sözləri ilə əvəz edilmişdir.