AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: NAZİRLƏR KABİNETİNİN QƏRARI
Qəbul edildiyi tarix: 25.06.2013
Qeydiyyat nömrəsi: 168
Adı: İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə: “Azərbaycan” qəzeti № 142
Qüvvəyə minmə tarixi: 03.07.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 190.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 14201306250168
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 04.07.2013


Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nın 7.2-ci bəndinin doqquzuncu abzasına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, regional çoxprofilli kolleclərin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsinə “46. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci” hissəsi əlavə edilsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

 

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə