AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: YERLİ İCRA HAKİMİYYƏTİ ORQANLARININ QƏRARLARI
Qəbul edildiyi tarix: 29.08.2013
Qeydiyyat nömrəsi: 03
Adı: Qubadlı rayon İcra Hakimiyyətinin fəxri fərmanının təsis edilməsi, onun nümunəsinin və həmin fərmanla təltifetmə qaydasının təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 11.09.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 010.220.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 27201308290003
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 10.09.2013


Qubadlı rayonunun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü yarımbəndlərini rəhbər tutaraq

 

                                                           QƏRARA ALIRAM:

 

1. Qubadlı rayon İcra Hakimiyyətinin fəxri fərmanı təsis edilsin.

2. “Qubadlı rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltifetmə qaydası” təsdiq edilsin(əlavə olunur).

3. Qubadlı rayon İcra Hakimiyyətinin fəxri fərmanının nümunəsi təsdiq edilsin (əlavə olunur).

4. Hüquq şöbəsinə tapşırılsın ki, bu Qaydanın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

 

Qubadlı rayon

 

İcra Hakimiyyətinin başçısı:    

M.X.İsaqov

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

           

                       

 

 

Qubabdlı rayon İcra Hakimiyyəti başçısının

29 avqust 2013-cü il tarixli  03 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Qubadlı rayon İcra hakimiyyətinin

fəxri fərmanı ilə təltifetmə

 

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

Bu qayda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü bəndlərinə uyğun olaraq, Qubadlı rayon icra Hakimiyyətinin fəxri fərmanı (bundam sonra-fəxri fərman) ilə təltif edilməsi məsələlərini tənzimləyir.

 

2. Fəxri fərmanın verilməsi

 

2.1. Fəxri fərman Qubadlı rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü və ya bu Qaydanın 2.5-ci bəndində göstərilən qurumların vəsatəti əsasında rayonun sosial-iqtisadi, mədəni inkişafında, ictimai həyatında və digər sahələrdə yüksək nailiyyətlər qazanmış və fərqlənən rayon sakinlərinə və rayon ərazisində fəaliyyət göstərən digər şəxslərə verilir.

2.2. Fəxri fərman Qubadlı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə verilir.

2.3. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində qazandığı eyni yüksək nailiyyətlərə görə fəxri fərman eyni şəxslərə təkrar verilmir.

2.4. Bu qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sahələrdən hər hansı birində fərqlənən və qazandığı yüksək nailiyyətlərə görə yenidən fəxri fərmanla təltif olunması mümkündür.

2.5. Şəxsi fəxri fərmanla təltif edilməsi haqqında vəsatət onun işlədiyi təşkilat, yaşadığı ərazidə təşkil edilmiş bələdiyyə , inzibati ərazi dairəsi üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəsi, rayonun ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı, təhsil müəssisələri tərəfindən qaldırılır.

2.6. Fəxri fərmanla təltif olunmaq üçün təqdim edilən şəxs barədə vəsatətə həmin şəxsin müvafiq sahədə qazandığı yüksək nailiyyətlər barədə əsaslandırılmış arayış əlavə olunmalıdır.

2.7. Fəxri fərmanda şəxsin fəxri fərmanla təltif olunmasına əsas olan yüksək nailiyyətlərinin qısa xülasəsi qeyd olunur.

2.8. Fəxri fərman Qubadlı rayon İcra Hakimiyyəti başçısının və onun müəyyən etdiyi digər şəxslər tərəfindən təntənəli şəraitdə və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə təqdim edilir.

2.9. Fəxri fərmanın verilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri fərman alan şəxs imzalayır və protokola təqdim etməni keçirən orqanın möhürü vurulur. Protokolun bir nüsxəsi fəxri fərman alan şəxsə, digər nüsxəsi isə Qubadlı rayon İcra Hakimiyyəti başçısı Aparatına təqdim edilir.

2.10. Fəxri fərman almış şəxs fəxri fərmanı saxlanması üçün işlədiyi quruma və ya nümayiş etdirmək üçün muzeylərə, arxivlərə verilə bilər.

 

 

3. Fəxri fərmanın itirilməsi və fəxri fərmanda məhrum etmə

 

3.1. Fəxri fərman itirildikdə dublikatları verilmir. Həmin fəxri fərman döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri fərmanla təltif olunmuş şəxs onların itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə onların dublikatları verilir.

3.2. Fəxri fərmanla təltif olunmuş şəxs fəxri fərmandan yalnız ağır və ya xüsusilə ağır cinayətlər törətməyə görə məhkum olundudqa, habelə onu ləkələyən hərəkətlərə yol verildikdə bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmuş qurumların vəsatətinə əsasən və ya Qubadlı rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə məhrum edilir.

3.3. Fəxri fərmanla təltif olunmuş şəxs Qubadlı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə həmin fərmandan məhrum edilir.

3.4. Fəxri fərmandan məhrum edilmiş şəxsə məxsus olan fəxri fərman Qubadlı rayon İcra Hakimiyyəti başçısı Aparatına qaytarılmalıdır.

 

4. Yekun müddəalar

 

4.1. Fəxri fərman almış şəxslər öldükdə fəxri fərman yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrinə qalır və ya onların ailələrinə verilir.

4.2. Fəxri fərman almış şəxs öldükdə vərəsələrinin razılığı ilə fəxri fərman saxlamaq və nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilir.

4.3. Fəxri fərman almış şəxs öldükdə vərəsələri olmazsa, fəxri fərman Qubadlı rayon İcra Hakimiyyəti başçısı Aparatına qaytarılır.   


Azərbaycan Respublikası

Qubadlı Rayon İcra Hakimiyyəti

 

 FƏXRİ FƏRMAN

 

____________________________________________________________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

 

___________________________________________________________________________________________________________________________________________

 

            Qubadlı Rayon  İcra Hakimiyyəti başçısının ___________ il _______________tarixli _______ nömrəli sərəncamı ilə təltif olunmuşdur.

 

                                                       Qubadlı Rayon

                                              İcra  Hakimiyyətinin başçısı                                               

 

                                                           M.Y

 

                                      _____