AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

Aktın növü: MƏRKƏZİ BANKININ QƏRARI
Qəbul edildiyi tarix: 17.09.2013
Qeydiyyat nömrəsi: 19/3
Adı: “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”ın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə:
Qüvvəyə minmə tarixi: 28.09.2013
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu: 090.060.010
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 23201309170193
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix: 27.09.2013


 “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”ı “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 21 iyun tarixli 697-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə və “Bank olmayan kredit təşkilatları haqqında”  Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən

 

QƏRARA  ALIR:

 

1. “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat” təsdiq edilsin (əlavə olunur);

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Təlimatın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin;

3. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16.06.2010-cü il tarixli qərarı ilə (15 nömrəli protokol) təsdiq edilmiş (08.07.2010-cu il tarixli 3928 nömrəli şəhadətnamə) “Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat” ləğv edilsin.

 

Sədr

Elman Rüstəmov

 


 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

 

Qərar ¹ 19/3

 

17 sentyabr 2013-cü il

Sədr

_______________

 

Elman Rüstəmov

 

 

Bank olmayan kredit təşkilatları tərəfindən kreditlərin verilməsinə xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün müraciət qaydaları haqqında

 

TƏLİMAT

 

1. Ümumi müddəalar

 

1.1. Bu Təlimat “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11.2-ci maddələrinə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Təlimat “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş xüsusi razılıq (lisenziya) və icazələrin alınması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına  (bundan sonra – Mərkəzi Bank) təqdim olunan müraciətlərin və onlara əlavə olunan sənədlərin forma və məzmununu müəyyən edir.

1.3. Girov əmanəti, inzibatçı və bu Təlimatda istifadə olunan digər anlayışlar “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – Qanun) verilən mənalarda istifadə edilir.

1.4. Lisenziya və icazələrin alınması üçün təqdim edilən sənədlər (notariat qaydasında təsdiq edilən sənədlər istisna olmaqla) imza və möhürlə təsdiq olunur. Sənədlər bir səhifədən artıq olduqda onlar tikilir və nömrələnir.

1.5. Xarici hüquqi və fiziki şəxslər tərəfindən təqdim olunan sənədlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda qanunvericiliyə müvafiq qaydada leqallaşdırılır və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq olunur.

1.6 .Lisenziya və icazələrin alınmasına dair bank olmayan kredit təşkilatlarının (bundan sonra – BOKT) müraciətlərinə Qanuna uyğun olaraq baxılır.

1.7. Qanunun 10.2-ci maddəsinə  uyğun olaraq  girov əmanəti yalnız Mərkəzi Bankın BOKT-yə verdiyi lisenziyada bu barədə xüsusi icazə olduğu halda qəbul edilə bilər.

 

2. Lisenziyanın alınması üçün müraciət

 

2.1. Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lər tərəfindən Mərkəzi Banka aşağıdakı sənədlər təqdim olunur:

2.1.1. təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə (Əlavə N 1);

2.1.2. dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;

2.1.3. minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;

2.1.4. təşkilati strukturu haqqında məlumat;

2.1.5. inzibatçıların Qanunun 8.2-ci və 8.3-cü maddələrində nəzərdə tutulmuş peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat (Əlavə N 2);

2.1.6. maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;

2.1.7. xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);

2.1.8. lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

2.2. Bu Təlimatın 2.1.4 – 2.1.6-cı yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.

 

3. Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin filialının açılmasına icazənin alınması üçün müraciət

 

3.1. Girov əmanəti qəbul etmək hüququ olan BOKT öz filialının açılmasına icazə almaq üçün Mərkəzi Banka aşağıdakı sənədlər təqdim edir:

3.1.1. BOKT-nin rəhbəri tərəfindən imzalanmış ərizə (Əlavə N 3);

3.1.2. filialın açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı;

3.1.3. filialın əsasnaməsi (əsasnamə BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı ilə təsdiq edilməlidir);

3.1.4. filialın inzibatçılarının təyin edilməsi haqqında BOKT-nin səlahiyyətli idarəetmə orqanının qərarı;

3.1.5. filial inzibatçılarının peşə yararlılığı və qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olmaması haqqında məlumat.

3.2. Bu Təlimatın 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş məlumat yazılı formada tərtib edilir və BOKT-nin icra orqanının rəhbəri tərəfindən imzalanaraq möhürlə təsdiq olunur (Əlavə N 2).

 

4. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər iki növdən olan BOKT-nin nümayəndəliyinin açılması barədə məlumatın verilməsi

 

4.1. Girov əmanəti qəbul etmək hüququ olmayan BOKT-nin filialı və hər iki növdən olan BOKT-nin nümayəndəliyi əvvəlcədən Mərkəzi Banka yazılı məlumat verilməklə açılır.

4.2. Məlumatda (Əlavə N 4) qərarı qəbul edən idarəetmə orqanının adı, qərarın tarixi və nömrəsi, açılan filialın və ya nümayəndəliyin adı və ünvanı, rəhbərləri, onların ixtisası və iş təcrübələri barədə informasiya əks olunmalıdır.

4.3. Məlumat filialın və ya nümayəndəliyin açılması barədə BOKT-nin səlahiyyətli idarəetmə orqanı tərəfindən qərar qəbul edildiyi gündən 5 (beş) iş günü ərzində təqdim edilir.  

 

5. Yekun müddəalar

 

5.1. Mərkəzi Bank Qanunun 14-cü maddəsinə uyğun olaraq BOKT-lərə verdiyi lisenziya və icazələrin ictimaiyyət üçün açıq olan vahid reyestrini tərtib edir. Reyestrə BOKT-lərin, onların filiallarının və nümayəndəliklərinin adları, ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziyaların və icazələrin qeydiyyat nömrələri və tarixləri, inzibatçıları barədə məlumat, fəaliyyətinə xitam verilmiş BOKT-lər, onların filial və nümayəndəlikləri haqqında məlumat daxil edilir.

5.2. Reyestrə daxil edilmiş məlumatda, habelə təsis sənədlərində (nizamnamədə, əsasnamədə) edilən dəyişikliklər barədə BOKT Mərkəzi Banka 5 (beş) təqvim günü müddətində yazılı bildiriş göndərir. BOKT-yə yeni inzibatçı təyin edildikdə bildirişə bu Təlimatın 2.1.5-ci və 3.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumat əlavə olunur.

5.3. Qanunun qüvvəyə mindiyi tarixə fəaliyyətdə olan BOKT girov əmanəti qəbul etmək hüququnu əldə etmək istədikdə Qanunun 26.2-ci maddəsinə müvafiq olaraq yeni lisenziya almaq üçün Mərkəzi Banka müraciət edərkən sənədlər bu Təlimatla müəyyən edilmiş forma və məzmunda təqdim olunur. 

5.4. Fəaliyyətinə könüllü sürətdə xitam verilməsi barədə qərar vermiş BOKT Mərkəzi Banka lisenziyanın və icazənin ləğvi barədə ərizə (Əlavə N 5) ilə müraciət edir.

 

 


 

“Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə

xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün

 müraciət qaydaları haqqında Təlimat”a

Əlavə ¹1

 

                                                                       Azərbaycan Respublikasının

                                                                                Mərkəzi Bankına

 

                                                                       “___” ___________ 20__-c_ il

                                                                        ¹ __________________

 

Xüsusi razılıq (lisenziya) alınması üçün

 

ƏRİZƏ

  

 “___”__________ 20___-c_ il tarixində aşağıdakı şəxslər tərəfindən təsis edilmiş və

______________________________________________________yerləşən

(BOKT-nin ünvanı)

______________________________________________________________

(BOKT-nin adı)

 

girov əmanəti qəbul etmək hüququ olan/olmayan* BOKT qismində kreditlərin

verilməsi üçün lisenziyanın verilməsini xahiş edir.

 

Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı).

Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə götürürəm.

Ərizə verən şəxsin (şəxslərin)__________________________________   ________________      

                                                               (soyadı, adı, atasının adı)                           (imza)

M.Y.       

 

*BOKT-nin növünə uyğun qeyd olunur.

 

 


 

“Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə

xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün

 müraciət qaydaları haqqında Təlimat”a

Əlavə ¹2

 

 

________________________________________BOKT-nin

 

İnzibatçısı barədə

MƏLUMAT

 

İnzibatçının soyadı, adı, atasının  adı

_____________________________________________________________________________________________

BOKT-də tutduğu vəzifə

_____________________________________________________________________________________________

Təhsili_______________________________________________________________________________________

_____________________________________________________________________________________________

(təhsil aldığı müəssisənin adı və aldığı ixtisas)

Ümumi əmək stajı

_____________________________________________________________________________________________

Maliyyə/bank sistemində əmək stajı (əgər varsa)_______________________________________________________________________________________

Qəsdən törədilmiş cinayətlərə görə məhkumluğunun olub-olmaması barədə məlumat____________________________________________________________________________________

İnzibatçının faksı, elektron poçt ünvanı (əgər varsa) və əlaqə telefonu___________________________________________________________________________________

 

Ərizə verən şəxsin ________________________                 ____________

                                     (soyadı, adı, atasının adı)                               (imza)

                                                                                 Tarix_________

M.Y.

 

 


 

“Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə

xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün

 müraciət qaydaları haqqında Təlimat”a

Əlavə ¹3

 

                                                                             Azərbaycan Respublikasının

                                                                                      Mərkəzi Bankına

                                                                               “___” ___________ 20__-c_ il

                                                                                ¹ __________________

 

Girov əmanəti qəbul etmək hüququ olan BOKT-nin

filialının açılmasına icazənin verilməsinə dair

Ə R İ Z Ə

______________________________________________________________________________________

(BOKT-nin adı)

________________________________________________________________________ keçirilmiş iclasının

(filialın açılması barədə qərarı qəbul edən idarəetmə orqanının adı)

 “____” ____________ 20___-c__ il tarixli _________ ¹-li qərarına uyğun olaraq

 

________________________________________________________________________________ yerləşən

(filialın ünvanı)

____________________________________________________________________________________________

(filialın adı)

 

açılmasına icazə verilməsini xahiş edir.

Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı).

 

Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə götürürəm.

 

BOKT-nin icra orqanının rəhbəri     _________________________       ___________

                                                                        (soyadı, adı, atasının adı)               (imza)

                  M.Y.

 

 


 

“Bank olmayan kredit təşkilatı tərəfindən kreditlərin verilməsinə

xüsusi razılığın (lisenziyanın) və icazələrin alınması üçün

 müraciət qaydaları haqqında Təlimat”a

Əlavə ¹4

 

                                                                 Azərbaycan Respublikasının

                                                                 Mərkəzi Bankına

                                                                           “___” ___________ 20__-c__ il

                                                                                ¹ __________________

 

BOKT-nin filialının*

 (nümayəndəliyinin) açılması barədə

MƏLUMAT

____________________________________________________________________________________________

(BOKT-nin adı)

___________________________________________________________________________________ keçirdiyi

(qərarı qəbul edən idarəetmə orqanının adı)

_____________________              20__-c__ il tarixli iclasda  (qərar ¹___)        

___________________________________________________________________________________yerləşən

(filial və ya nümayəndəliyin ünvanı)

___________________________________________________________________________________açılması

barədə (filial və ya nümayəndəliyin adı) qərar qəbul edilmişdir.

 

Əlavə: filialın (nümayəndəliyin) inzibatçıları barədə məlumat (bu Təlimatın 2 ¹-li əlavəsində müəyyən edilmiş formada).

 

Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə götürürəm.

BOKT-nin icra orqanının rəhbəri         ___________________________          _________    

                                                                             (soyadı, adı, atasının adı)                     (imza)

          M.Y.

*Bu məlumat girov əmanəti qəbul etmək hüququ olmayan BOKT filialının açılması zamanı təqdim olunur.

 

 


 

“Bank olmayan kredit təşkilatına, onun filial və nümayəndəliyinə

xüsusi razılığın (lisenziyanın) alınması üçün

 müraciət qaydaları haqqında Təlimat”a

Əlavə ¹5 

 

                                                                               Azərbaycan Respublikasının

                                                                                           Mərkəzi Bankına

                                                                               “___” ___________ 20__-c_ il

                                                                                        ¹ __________________

 

BOKT-nin lisenziyasının (icazəsinin) ləğv olunmasına dair

Ə R İ Z Ə

_____________________________________________________________________________________________

(BOKT-nin adı)

__________________________________________________________________________keçirilmiş iclasının 

( qərarı qəbul etmiş idarəetmə orqanının adı)

 

 “_____” _____________ 20__-c_ il tarixli ___________ ¹-li qərarına* uyğun olaraq

 

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

(ləğv edilmənin səbəblərini göstərilməklə)

____________________________________________________________________________________yerləşən

(BOKT-nin, filial və ya nümayəndəliyin ünvanı)

__________________________________________________________________lisenziyasının (icazəsinin)   

(BOKT-nin, filial və ya nümayəndəliyin adı)

ləğv edilməsini xahiş edir.

 

Əlavə: girov əmanəti hesabının (hesablarının) cari vəziyyəti barədə bank arayışı**.

BOKT-nin icra orqanının rəhbəri   __________________________    ___________

                                                           (soyadı, adı, atasının adı)            (imza)

 

M.Y.

 

*Qərarın surəti əlavə olunur.

**Girov əmanəti qəbul etmək hüququ olan BOKT tərəfindən təqdim olunur.