AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

18.12.2013

Qeydiyyat nömrəsi

5

Adı

“İnvestisiya fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydalara dəyişikliklər edilməsi  barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

28.12.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201312180005

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

27.12.2013

 

 

İnvestisiya fondlarının fəaliyyətinin təşviq edilməsi məqsədilə “İnvestisiya  fondları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 353 nömrəli Fərmanını və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 03 avqust 2011-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnvestisiya fondunun fondunun kapitalının formalaşdırılmasına, fondun aktivlərinin tərkibi, strukturu və idarə olunmasına tələblər haqqında” Qaydalara aşağıdakı dəyişikliklər edilsin:

1.1.  Qaydaların mətnində ismin müvafiq hallarında bütün hallarda “səhm investisiya fondu” sözləri “sərmayə investisiya fondu” sözləri ilə əvəz edilsin;

1.2.   1.1.4-cü yarımbənddə “Baa3” sözü “Aa3” sözü ilə əvəz edilsin;

1.3.  Aşağıdakı məzmunda 1.1.10-cu yarımbənd əlavə edilsin:

“1.1.10.korporativ qiymətli kağızlar – kommersiya təşkilatları, habelə paylı investisiya fondları tərəfindən emissiya edilən qiymətli kağızlardır.”;

1.4.  Aşağıdakı məzmunda 3.4.6-cı yarımbənd əlavə edilsin:

“3.4.6. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.” ;

1.5.  3.10.3-cü yarımbənddən “Azərbaycan Respublikasının və İƏİT ölkələrinin” sözləri çıxarılsın;

1.6.  3.10.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“korporativ qiymətli kağızlar;” ;

1.7.  3.10.5-ci yarımbənd çıxarılsın;

1.8.  Aşağıdakı məzmunda 3.10.7-ci yarımbənd əlavə edilsin:

“3.10.7. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.” ;

1.9.  3.11.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“dövlət və bələdiyyə qiymətli kağızları;” ;

1.10.  3.11.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“korporativ qiymətli kağızlar;” ;

1.11.  Aşağıdakı məzmunda 3.11.6-cı yarımbənd əlavə edilsin:

“3.11.6. hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payı.” ;

1.12.   4.2.2-ci, 4.2.3-cü və 4.2.5-ci yarımbəndlər çıxarılsın.

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarı 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin. 

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr

R.Aslanlı