AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

10.10.2013

Qeydiyyat nömrəsi

298

Adı

“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 5 iyul tarixli 109 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

“Azərbaycan” qəzeti ¹ 237

Qüvvəyə minmə tarixi

27.10.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.030

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201310100298

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

29.10.2013

 

 

“Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamının 14.2-ci bəndinə əsàsən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 5 iyul tarixli 109 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 738) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

 

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 10 oktyabr tarixli 298 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların

 

SİYAHISI

 

1. Təchizat və İstehsalat İdarəsi

2. Layihə Texnoloji Konstruktor İdarəsi

3. Sumqayıt şəhər Təsərrüfathesablı İxtisaslaşdırılmış Təmir-Tikinti Quraşdırma İdarəsi

4. Gəncə İstehsalat və Təmir-Tikinti İdarəsi

5. Tikilməkdə olan Müəssisələr Müdiriyyəti

6. Sabirabad rayon Təsərrüfathesablı Təmir-Tikinti Sahəsi

7. “Vətən səsi” qəzetinin redaksiyası

8. Baza Sənaye Kombinatı

9. Mərdəkan Sənaye Kombinatı

10. Göygöl Aqrar Sənaye Kombinatı

11. “Araz” İstehsal və Təlim Kombinatı

12. Füzuli “Üç Çinar” Aqrar Sənaye Kombinatı

13. “Top Çinar” Aqrar Fermer Təsərrüfatı

14. “Qarabağ” Aqrar Fermer Təsərrüfatı

15. Şamaxı Aqrar Fermer Təsərrüfatı

16. “Alıbəyli” sənaye və kənd təsərrüfatı müəssisəsi

17. Bakı şəhəri Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsi

18. Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal İstismar Sahəsi

19. Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal İstismar Sahəsi

20. Gəncə şəhər Mənzil-Kommunal İstismar Sahəsi

21. Mingəçevir şəhər Mənzil-Kommunal İstismar Sahəsi

22. Şəki rayon Mənzil-Kommunal İstismar Sahəsi

23. Yevlax şəhər Mənzil-Kommunal İstismar Sahəsi

24. Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsi

25. Ağcabədi rayon Mənzil-Kommunal İstismar Sahəsi

26. Ağdam rayon Mənzil-Kommunal İstismar Sahəsi

27. Beyləqan rayon Mənzil-Kommunal İstismar Sahəsi

28. Bərdə rayon Mənzil-Kommunal İstismar Sahəsi

29. Biləsuvar rayon Mənzil-Kommunal İstismar Sahəsi

30. Şabran rayon Mənzil-Kommunal İstismar Sahəsi

31. Füzuli rayon Mənzil-Kommunal İstismar Sahəsi

32. Goranboy rayon Mənzil-Kommunal İstismar Sahəsi

33. Göygöl rayon Mənzil-Kommunal İstismar Sahəsi

34. İmişli rayon Mənzil-Kommunal İstismar Sahəsi

35. İsmayıllı rayon Mənzil-Kommunal İstismar Sahəsi

36. Qəbələ rayon Mənzil-Kommunal İstismar Sahəsi

37. Saatlı rayon Mənzil-Kommunal İstismar Sahəsi

38. Sabirabad rayon Mənzil-Kommunal İstismar Sahəsi.