AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

23.06.2014

Qeydiyyat nömrəsi

15/2

Adı

“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

01.07.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201406230152

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

30.06.2014

 

 

Son dövrdə ödəniş kartları sahəsində tətbiq edilən texnoloji yeniliklərin dəstəklənməsi, innovativ məhsul və xidmətlərin tətbiqi, habelə risklərin idarəedilməsi sisteminin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 44.3-cü maddələrinə əsasən

 

QƏRARA ALIR:

 

1. “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklər edilsin (əlavə olunur).

2. “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda dəyişikliklərin 13-cü hissəsi və 15-ci hissəsinin 5-ci abzası 2015-ci il 1 yanvar tarixindən, 27-ci hissəsinin 3-8-ci abzasları 2015-ci il 1 iyul tarixindən, digər müddəaları isə bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarixdən bir ay sonra qüvvəyə minsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr                                                                                      Elman Rüstəmov


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 15/2

“23” iyun 2014-cü il

 

“Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda

dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 10 iyul tarixli 16/3 ¹-li Qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.7-ci yarımbənddə “bankla” sözü “emitentlə” sözü ilə əvəz edilsin.

2. 2.1.19-cu yarımbənddə “məlumatların” sözündən sonra “elektron daşıyıcıya (çipə)  və (və ya) maqnit lentə” sözləri əlavə edilsin və “karta” sözü çıxarılsın.

3. 2.1.20-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.1.21-ci və 2.1.22-ci yarımbəndlər əlavə edilsin:

“2.1.21. təmassız ödəniş – daxilində radiotezlikli identifikator quraşdırılmış kartın kart istifadəçisi tərəfindən POS-terminala yaxınlaşdırılması ilə aparılan əməliyyat;

2.1.22. real vaxt rejimi - əməliyyatın baş verdiyi an.”.

4. 3.3-cü bənddən “(əvvəlcədən ödənilmiş və korporativ kartlar istisna olmaqla)” sözləri çıxarılsın.

5. 3.3.1-ci yarımbənddən “və kart istifadəçisini” sözləri çıxarılsın.

6. 3.5.4-cü yarımbənddə “hesablaşma qaydası” sözləri “istinad edilən məzənnə və tətbiq olunduqda, valyuta mübadiləsi üzrə xidmət haqqı” sözləri ilə əvəz edilsin.

7. 3.5.6-cı yarımbənddə “tələblər” sözündən sonra “(beynəlxalq kart təşkilatları tərəfindən qəbul edilmiş “məsuliyyətin ötürülməsi qaydası”nın (liability shift rule) tətbiq olunmadığı ölkələrdə əməliyyatların aparılması şərtləri daxil olmaqla)” sözləri əlavə edilsin.

8. 3.5.11-ci yarımbənddə “əsassız” sözündən əvvəl “kartın istifadəsi və bununla əlaqədar digər müraciətlərə, o cümlədən” sözləri əlavə edilsin.

9. 3.5.12-ci yarımbənddə “PİN-kod olan qapalı zərfin” sözləri “PİN-kodun” sözü ilə əvəz edilsin.

10. 3.5.13-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.5.13. PİN-koddan təhlükəsiz istifadə və tətbiq olunduqda, kart istifadəçisi tərəfindən PİN-kodun təyin edilməsi və dəyişdirilməsi qaydası;”.

11. Aşağıdakı məzmunda 3.5.14-cü yarımbənd əlavə edilsin:

“3.5.14. tətbiq olunduqda, gündəlik və (və ya) nağd əməliyyatlar üzrə müəyyən edilmiş məhdudiyyətlər.”.

12. 3.8.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.8.3. bu Qaydaların 7.8-ci bəndi istisna olmaqla 7-ci hissəsində nəzərdə tutulmuş tələblərə riayət etmək;”.

13. Aşağıdakı məzmunda 3.8.4-cü yarımbənd əlavə edilsin:

“3.8.4. real vaxt rejimində internet üzərindən aparılan ödənişlərın avtorizasiyası üzrə emitent (və ya kart təşkilatı) tərəfindən verilmiş şifrə ilə kart istifadəçisini eyniləşdirmək üçün tədbirlər görmək.”.

14. 3.9-cu bəndin üçüncü cümləsində “aparmalıdır” sözü “aparmalı, habelə bu məlumatları ən azı 18 (on səkkiz) ay müddətində saxlamalıdır” sözləri ilə əvəz edilsin.

15. 3.11.2-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.11.3-cü, 3.11.4-cü, 3.11.5-ci, 3.11.6-cı və 3.11.7-ci yarımbəndlər əlavə edilsin:

“3.11.3. ekvayerin xidmət etdiyi bankomat, POS-terminal və digər avadanlıqlarda maqnit lentlə yanaşı, elektron daşıyıcıya (çipə) malik olan kartlara da ekvayrinq xidmətini göstərmək;

3.11.4. bu Qaydaların 6.6-cı bəndində nəzərdə tutulmuş hal, eləcə də təsərrüfat subyektinə kartın fiziki olaraq təqdim edilmədən aparılan əməliyyatlar (o cümlədən MOTO – Mail order/Telephone order, Manual POS Keyentry) istisna olmaqla elektron daşıyıcıya (çipə) malik olan kartlar üzrə yalnız PİN-kod daxil edildikdə ekvayrinq xidmətini göstərmək;

3.11.5. təsərrüfat subyektini və ya müvafiq dövlət orqanını ən azı Azərbaycan Respublikasının dövlət dilində olan proqram təminatı ilə təchiz edilmiş POS-terminal ilə təmin etmək;

3.11.6. eyni zamanda elektron daşıyıcıya (çipə) və maqnit lentə malik kart üçün bankomat vasitəsilə əməliyyatlar üzrə ekvayrinq xidmətini yalnız kartın elektron daşıyıcısında (çipdə) olan eyniləşdirmə məlumatları əsasında aparmaq;

3.11.7. bu Qaydaların 7.8-ci bəndində nəzərdə tutulmuş tələblərə riayət etmək.”.

16. 4.2-ci və 5.3-cü bəndlər ləğv edilsin.

17. 5.4-cü bəndin ikinci cümləsi çıxarılsın.

18. 5.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“5.6. İstifadəçisi eyniləşdirilməyən yüklənə bilən əvvəlcədən ödənilmiş bir kart üzrə pul vəsaitinin həcmi 50 (əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan artıq, istifadə müddəti isə 5 (beş) ildən çox ola bilməz. Bu halda kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi 1000 (min) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz.”.

19. 5.7-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.7. İstifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartın istifadə müddəti 5 (beş) ildən, kart üzrə bir təqvim ili ərzində aparılan məxaric əməliyyatlarının həcmi isə 10000 (on min) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox ola bilməz.”.

20. 6.2-ci bənddə “göstərilməlidir” sözündən sonra “(bu məlumatların ən azı Azərbaycan Respublikasının dövlət dilində göstərilməsi təmin olunmaqla)” sözləri əlavə edilsin.

21. 6.2.2-ci yarımbənddə “qəbzin” sözü “sənədin” sözü ilə əvəz edilsin.

22. 6.3-cü bənddə “qəbzdə” sözü “sənəddə” sözü ilə əvəz edilsin.

23. Aşağıdakı məzmunda 6.5-ci, 6.6-cı və 6.7-ci bəndlər əlavə edilsin:

“6.5. Kartla təmassız ödənişlər yalnız belə əməliyyatları dəstəkləyən  avadanlıqlar vasitəsilə həyata keçirilir.

6.6. Emitent (və ya ekvayer) tərəfindən daha aşağı limit müəyyən edilmədikdə POS-terminal vasitəsilə 20 (iyirmi) manat və ondan yuxarı məbləğdə həyata keçirilən nağdsız əməliyyatlar PİN-kod daxil edilməklə aparılır.

6.7. Kartla bankomat, POS-terminal və digər avadanlıqlar vasitəsilə nağd pul vəsaitinin əldə olunması yalnız kart istifadəçisi tərəfindən PİN-kodun daxil edilməsi ilə həyata keçirilir.”.

24. 7.1-ci bənddə “aşkar” sözündən əvvəl “real vaxt rejimində” sözləri əlavə edilsin vəidarə edilməsi sistemi” sözləri “idarə edilməsi üçün proqram təminatı” sözləri ilə əvəz edilsin.

25. 7.2-ci bəndin birinci cümləsində “mütəmadi olaraq” sözləri “real vaxt rejimində” sözləri ilə əvəz edilsin.

26. 7.6.6-cı yarımbənddə “və sənəd dövriyyəsinin təsviri” sözləri “qaydası” sözü ilə əvəz edilsin.

27. Aşağıdakı məzmunda 7.7-ci, 7.8-ci və 7.9-cu bəndlər əlavə edilsin:

“7.7. Emitent (və ya yerli kart təşkilatı) tərəfindən kartın personalizasiyası emitentin (və ya yerli kart təşkilatının) hazırladığı personalizasiya məlumatı əsasında həyata keçirilir.

7.8. Ekvayerə məxsus bankomatlar ən azı aşağıdakı tələblərə cavab verməlidir:

7.8.1. bankomat daxilində kart istifadəçisinin üz təsvirini aydın çəkməyə imkan verən ən azı bir ədəd gizli kamera quraşdırılmalıdır. Kameranın görüntüləri qeydə alınmalı və ən azı 6 (altı) ay müddətində saxlanılması təmin edilməlidir;

7.8.2. bankomatın kart oxuyucu qurğusuna kənardan müdaxilə edilməsinin qarşısını alan xüsusi avadanlıq quraşdırılmalıdır;

7.8.3. daxili proqram təminatı lisenziyalı antivirus proqramı ilə qorunmalıdır;

7.8.4. açıq ərazilərdə quraşdırılmış bankomatlar əlavə olaraq titrəyiş, istilik sensorları ilə təmin edilməlidir;

7.8.5. açıq ərazilərdə quraşdırılmış bankomatın qarşısındakı (və ya ətrafındakı) 2 (iki) metrdən az olmayan ərazi sutkanın qaranlıq vaxtı (sutkanın günəş batandan günəş çıxanadək olan hissəsi) aydın şəkildə işıqlandırılmalıdır.

7.9. Kartlar vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı, ötürülməsi, klirinqi emitent, yerli kart təşkilatı və ya beynəlxalq kart təşkilatları (“VISA INC.”, “MasterCard Incorporated”, “UnionPay International”, “American Express Company”, “DISCOVER FINANCIAL SERVICES”, “JCB Co., Ltd.”) tərəfindən həyata keçirilir.”.