AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

30.06.2014

Qeydiyyat nömrəsi

6

Adı

“Qiymətli kağızlar bazarında diler fəaliyyətinin həyata keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

16.07.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201406300006

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

15.07.2014

 

 

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını və 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi  [1]

 

Q Ə R A R A  A L I R:

 

1. “Qiymətli kağızlar bazarında diler fəaliyyətinin həyata keçirilməsi” Qaydaları təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. QKDK sədrinin 12 avqust 2003-cü il tarixli 189 nömrəli Əmri ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında diler fəaliyyətinin həyata keçirilməsi” Qaydaları 1 yanvar 2015-ci il tarixdən ləğv edilsin.

6. Bu Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarında diler fəaliyyətinin həyata keçirilməsi” Qaydaları 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

7. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

 

Sədr                                                                                                                                        R.Aslanlı

 

 


 

 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının Qiymətli

Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 6

30 iyun 2014-cü il

 

Sədr

_______________

R. Aslanlı

 

 

Qiymətli kağızlar bazarında diler fəaliyyətinin həyata keçirilməsi Qaydaları

 

1.                 Ümumi müddəalar

 

1.1.                 Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 05 mart 2009-cu il tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır

1.2.                 Bu Qaydalar Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan dilerin fəaliyyətini tənzimləyir.

 

2.                 Əsas anlayışlar

 

2.0.                Bu Qaydalarda aşağıdakı anlayışlardan istifadə olunur:

2.0.1.          Anderraytinq – emitentin və ya üçüncü şəxslərin xeyrinə qiymətli kağızların yerləşdirilməsi üzrə xidmətdir;

2.0.2.          Bazar riski – bazar qiymətlərində olan dəyişikliklərdən yaranan balans və balansdan kənar mövqelər üzrə itki riskləridir;

2.0.3.          Cəmi Kapital Tələbi – dilerin kredit riski, bazar riski, əməliyyat riski, konsentrasiya riski, hesablaşma və kontragent riskləri üzrə kapital tələbinin cəmidir;

2.0.4.          Əməliyyat riski – daxili proseslər, sistem pozuntuları, insan faktoru və xarici hadisələrdən meydana gələn itki riskləridir;

2.0.5.          Əmtəə qiymət riski – əmtəə qiymətlərində olan volatillikdən meydana gələn itki riskləridir;

2.0.6.          Hesablaşma və kontragent riski – hesablaşmanın vaxtından gec aparılması və aparılmasından əvvəl kontragentin öhdəliklərini icra edə bilməməsi səbəbindən meydana gələn itki riskləridir;

2.0.7.          Konsentrasiya riski – dilerin ticarət kitabında olan mövqeləri üzrə fərdi müştəri və ya müştəri qrupuna qarşı məcmu kapitalının 25%-ni keçən risklərdir;

2.0.8.          Kredit riski – borcalanın öhdəliklərini yerinə yetirə bilməməsindən meydana gələn itki riskləridir;

2.0.9.          Qısa mövqe – aktivin dəyərinin azalacağı gözlənilərək qiymətli kağızlar, əmtəə və ya valyutanın satışı;

2.0.10.     Qiymətli kağızların qiymətinin kütləvi elanı - qiymətli kağızların qiymətini göstərməklə alqısı və (və ya) satqısı barədə açıq elan formasında edilmiş təklifdir (ofertadır);

2.0.11.     Maliyyə institutları – kredit təşkilatları, sığortaçılar və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarıdır;

2.0.12.     Market-meykinq – qiymətli kağızlar bazarında mütəmadi olaraq öz hesabına və fond birjası ilə razılaşdırılmış qiymət dəhlizi çərçivəsində özü tərəfindən müəyyənləşdirilmiş qiymətlərlə öz vəsaitlərinin hesabına qiymətli kağızların alqı-satqı üzrə xidmətdir;

2.0.13.     Məcmu kapital – bu Qaydalarda müəyyən edilmiş birinci dərəcəli (əsas) və ikinci dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin cəmi ilə onlardan tutulmaların fərqidir;

2.0.14.     Səhm qiymət riski – səhm qiymətlərində olan volatillikdən meydana gələn itki riskləridir;

2.0.15.     Spesifik borc aləti qiymət riski – borc alətləri üzrə emitentlə bağlı faktorlardan meydana gələn qiymət fərqi riskidir;

2.0.16.     Spesifik mövqe riski –maliyyə alətinin emitenti ilə bağlı faktorlardan meydana gələn qiymət fərqi riskidir;

2.0.17.     Uzun mövqe – aktivin dəyərinin artacağı gözlənilərək, qiymətli kağızlar, əmtəə və ya valyutanın alışı;

2.0.18.     Ümumi faiz dərəcəsi riski – ümumi bazar xüsusiyyətinə uyğun olaraq faiz dərəcəsində olan dəyişikliklərlə bağlı meydana gələn itki riskləridir;

2.0.19.     Ümumi mövqe riskləri – ümumi bazar xüsusiyyətinə uyğun olaraq səhmlər üzrə bazar qiymətlərində olan hərəkətlərlə bağlı, borc alətləri üzrə isə faiz dərəcəsində olan dəyişikliklərlə bağlı yaranan risklərdir;

2.0.20.     Xarici valyuta riski – xarici valyuta məzənnəsində olan dəyişikliklərlə bağlı investisiyanın dəyərinin dəyişməsi riskidir.

 

3.                 Diler fəaliyyətinə dair tələblər

 

 

3.1.                Dilerin qiymətli kağızların qiymətinin elanında aşağıdakı şərtlər öz əksini tapmalıdır:

3.1.1.          qiymətli kağızın növü, emitentinin adı, dövlət qeydiyyat nömrəsi və nominal dəyəri;

3.1.2.          alınan və satılan qiymətli kağızların sayı (minimal və maksimal sayı);

3.1.3.          qiymətli kağızların alqı və (və ya) satqı qiyməti;

3.1.4.          elanın qüvvədə olma müddəti (fond birjası istisna olmaqla).

3.2.                Diler yalnız mülkiyyətində olan və ya sərəncam hüququna malik olduğu qiymətli kağızların satışını həyata keçirir.

 

4.      Dilerin fond birjasında fəaliyyətinin xüsusiyyətləri

 

 

4.1.                Diler fond birjası ilə bağlanılan müqaviləyə əsasən market-meyker kimi çıxış edə bilər.

4.2.                Diler market-meyker kimi çıxış etdikdə, onun vəzifələri fond birjası ilə bağlanmış müqavilədə öz əksini tapmalıdır.

 

5.      Dilerin qiymətli kağızların yerləşdirilməsi fəaliyyətinin xüsusiyyətləri

 

 

5.1.                Diler emitentlə qiymətli kağızların yerləşdirilməsi haqqında müqavilə bağlayaraq anderrayter kimi çıxış edə bilər.

5.2.                Diler anderrayter kimi çıxış etdikdə, emitentin qiymətli kağızlarının buraxılışının bütövlüklə, yaxud bir hissəsinin yerləşdirməsinə təminat verir.

 

6.      Dilerin təşkilati strukturuna dair tələblər

 

 

6.1.                Diler fəaliyyətini tənzimləyən, o cümlədən daxili nəzarət sistemi, risklərin idarəedilməsi və daxili auditə dair daxili qaydalar qəbul etməlidir.

6.2.                Diler öz strukturunda aşağıdakı funksiyaların təşkilini təmin etməlidir:

6.2.1.          Daxili nəzarət;

6.2.2.          Risklərin idarəedilməsi;

6.2.3.          Daxili audit.

 

7.      Daxili nəzarət funksiyası

 

 

7.1.                Dilerin daxili nəzarət funksiyasının düzgün və müstəqil şəkildə həyata keçirilməsi üçün aşağıdakıları təmin etməlidir:

7.1.1.          Diler tərəfindən qəbul edilən daxili qaydaların qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsi və effektivliyinə nəzarətin həyata keçirilməsi, habelə aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün tədbirlərin görülməsi;

7.1.2.          daxili nəzarət funksiyasının zəruri səlahiyyətlərə, resurs və onlara verilən tapşırıqların icrası üçün zəruri bilik və təcrübəsi və bütün müvafiq məlumatlara giriş imkanı olmalıdır;

7.1.3.          daxili nəzarət funksiyasına cəlb edilmiş şəxslər diler tərəfindən daxili əmrlə təyin edilməli öz vəzifə və öhdəliklərini davamlı əsasda həyata keçirməlidirlər;

7.1.4.          daxili nəzarət funksiyasına cəlb edilmiş şəxslər şirkətin icra orqanının üzvü ola bilməz;

7.1.5.          daxili nəzarət funksiyasına cəlb edilmiş şəxslər monitorinq etdiyi fəaliyyət və xidmətlərin icrasında iştirak edə bilməz;

7.1.6.          daxili nəzarət funksiyasına cəlb edilmiş şəxslərin mükafatının müəyyən edilməsi üsulu onların obyektivliyinə şübhə təşkil etməməli və ya şübhə ehtimalı olmamalıdır

7.1.7.          şirkətin əməkdaşlarına keçirilən əməliyyatların mövcud qanunvericiliyə müvafiqliyi ilə bağlı məsləhətlərin verilməsi, habelə əməkdaşlara təlimlərin keçirilməsi

7.1.8.          şirkətin daxili qaydalarının hazırlanmasında iştirak etməlidir;

7.2.                Dilerin daxili nəzarət funksiyası daxili struktur bölmə və ya məsul şəxs tərəfindən həyata keçirilməlidir. Daxili nəzarət şirkətin digər funksiyalarından müstəqil fəaliyyət göstərməlidir.

7.3.                Daxili nəzarət funksiyası şirkətin cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə məsul şəxsi tərəfindən icra edilə bilər.

7.4.                Daxili nəzarət bölməsi rüblük olaraq şirkətin rəhbərliyinə daxili nəzarət funksiyasına dair hesabatı təqdim etməlidir.

7.5.                Bu Qaydaların 7.4-cü bəndində müəyyən edilmiş hesabat Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra – QKDK) tərəfindən tələb olunduqda, həmin hesabat diler tərəfindən 3 iş günü ərzində QKDK-ya təqdim edilməlidir.

 

8.      Risklərin idarəedilməsi funksiyası

 

 

8.1.                Risklərin idarəedilməsi funksiyası dilerin prosesləri və sistemləri ilə bağlı risklərin idarəedilməsi daxili qaydalarını hazırlamalı, fəaliyyəti zamanı qarşılaşdığı risklərin məqbul çərçivəsini müəyyən etməli və risk səviyyəsinə davamlı nəzarət edilməsini təmin etməlidir.

8.2.                Risklərin idarəedilməsi funksiyası aşağıdakıları təmin etməlidir:

8.2.1.          dövrü olaraq və ya investisiya strategiyasında dəyişikliklər edilməsindən əvvəl risklərin idarəedilməsi sistemlərini qiymətləndirilməsini;

8.2.2.          risklərin idarəedilməsi üzrə daxili qaydalara riayət etmək;

8.2.3.          dilerin fəaliyyətinə dair risk profilinin müəyyən edilməsinə, məqbul risk çərçivəsinin gözlənilməsinə, riskin idarəedilməsi proseslərinin adekvat və effektiv olmasına və risklərin aradan qaldırılmasına dair şirkətin rəhbərliyinə hesabatlar vermək.

8.3.                Risklərin idarəedilməsi funksiyasının bu Qaydalar ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün zəruri olan səlahiyyətləri, resurs və onların icrası üçün zəruri bilik və təcrübəsi, həmçinin bütün müvafiq məlumatlara giriş imkanı olmalıdır.

8.4.                Risklərin idarəedilməsi funksiyası daxili struktur bölmə, məsul şəxs vasitəsilə və ya üçüncü şəxsə həvalə edilərək həyata keçirilməlidir. Risklərin idarəedilməsi funksiyası dilerin digər funksiyalarından müstəqil fəaliyyət göstərməlidir.

8.5.                Risklərin idarəedilməsi funksiyası üçüncü şəxsə həvalə edildikdə, tərəflərin hüquq və vəzifələri yazılı müqavilə ilə rəsmiləşdirilməlidir.

8.6.                Risklərin idarəedilməsi bölməsi dilerin əməliyyatları ilə bağlı şirkətin rəhbərliyinə rübdə bir dəfədən az olmamaqla, şirkət gözlənilməyən risklərə məruz qaldıqda isə növbədənkənar hesabat təqdim etməlidir.

8.7.                 Bu Qaydaların 8.6-cı bəndində müəyyən edilmiş hesabat QKDK tərəfindən tələb olunduqda, həmin hesabat diler tərəfindən 3 iş günü ərzində QKDK-ya təqdim edilməlidir.

 

9.      Daxili audit funksiyası

 

 

9.1.                Dilerin daxili audit funksiyası təsdiq edilmiş audit planına uyğun olaraq bütün əməliyyatlara daxili auditin tətbiq edilməsini, ildə bir dəfədən az olmamaq şərti ilə aşağıdakılar üzrə daxili auditin keçirilməsini təmin etməlidir:

9.1.1.          risklərin idarəedilməsi sisteminin tətbiqi və effektivliyinin qiymətləndirilməsi;

9.1.2.          fəaliyyətinin və daxili nəzarət mexanizmlərinin qiymətləndirilməsi;

9.1.3.          həyata keçirilmiş qiymətləndirmə üzrə tövsiyələrin verilməsi və onların icrasına nəzarətin təmin olunması;

9.1.4.          korporativ idarəetmə ilə bağlı şirkətin siyasətinin və strateji hədəflərinin tətbiqi;

9.1.5.          auditin nəticələrinə dair hesabatların hazırlanması.

9.2.                Daxili audit funksiyası dilerin digər funksiyalarından müstəqil fəaliyyət göstərməlidir.

9.3.                Diler daxili audit funksiyasını daxili struktur bölmə audit komitəsi, məsul şəxs vasitəsilə və ya üçüncü şəxsə həvalə edərək yaratmalıdır.

9.4.                Daxili audit funksiyası üçüncü şəxsə həvalə edildikdə, tərəflərin hüquq və vəzifələri yazılı müqavilə ilə rəsmiləşdirilməlidir.

9.5.                Audit bölməsi keçirilən audit yoxlamasına əsasən hesabat hazırlayaraq şirkət rəhbərliyinə təqdim etməlidir.

9.6.                Bu Qaydaların 9.5-ci bəndində müəyyən edilmiş hesabat QKDK tərəfindən tələb olunduqda, həmin hesabat diler tərəfindən 3 iş günü ərzində QKDK-ya təqdim edilməlidir.

 

10. Kapital adekvatlığına dair tələblər

 

 

10.1.            Diler fəaliyyəti müddətində kapital adekvatlığı tələblərinə cavab verməlidir.

10.2.            Diler fəaliyyəti ərzində bu Qaydalar ilə müəyyən edilmiş Cəmi Kapital Tələbinə, həmçinin 100 000 AZN-ə bərabər və ya ondan daha yüksək məcmu kapitala malik olmalıdır.

10.3.            Dilerin Cəmi Kapital Tələbi onun ticarət kitabının həcmindən asılı olaraq müəyyən edilir. Son 250 iş günü ərzində ticarət kitabında olan əməliyyatların gündəlik orta həcmi 15000000 AZN-dən artıq olduqda və ya azı 4 gün 20000000 AZN-dən artıq əməliyyat həyata keçirdikdə dilerin ticarət kitabı əhəmiyyətli hesab edilir.

10.4.            Ticarət kitabı əhəmiyyətli hesab edildikdə dilerin Cəmi Kapital Tələbi onun Kredit riski, Bazar Riski, Əməliyyat riski, Hesablaşma və kontragent riski və Konsentrasiya riskinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir.

10.5.            Ticarət kitabı əhəmiyyətli hesab edilmədikdə dilerin Cəmi Kapital Tələbi onun Kredit riski, Bazar Riski, Əməliyyat riski və Konsentrasiya riskinə qarşı hesablanmış kapital tələblərinin cəminə bərabərdir.

 

11.      Dilerin ticarət kitabı

 

11.1.            Ticarət kitabında (Əlavə ¹ 1) olan ticarət məqsədli mövqelərə aşağıdakı mövqelərdən ibarətdir:

11.1.1.     şirkət öz hesabına apardığı əməliyyatlarla bağlı mövqelər, habelə anderraytinq və market-meykinq ilə bağlı mövqelər;

11.1.2.     qısa müddətə satılması nəzərdə tutulan mövqelər;

11.1.3.     alış və satış qiymətləri arasındakı aktual və ya gözlənilən qiymət fərqi yaxud faiz dərəcəsi fərqindən mənfəət əldə etmək məqsədilə saxlanılan mövqelər.

11.2.            Ticarət kitabında qeyd olunan mövqelər aşağıdakı qaydada qiymətləndirilir:

11.2.1.     borc alətləri nominal və ya bazar qiymətləri, yaxud amortizasiya xərcləri ilə;

11.2.2.     səhmlər bazar qiymətləri ilə;

11.2.3.     törəmə qiymətli kağızların baza aktivlərinin nominal və ya bazar qiymətləri ilə qiymətləndirilir.

11.3.            Diler gündəlik olaraq ticarət kitabında əks olunan mövqeləri bazar qiymətləri ilə qiymətləndirməlidir.

 

12.      Dilerin Məcmu kapitalı

 

12.1.            Dilerin Məcmu kapitalı aşağıdakı komponentlərdən ibarətdir:

12.1.1.     Birinci dərəcəli kapital;

12.1.2.     İkinci dərəcəli kapital.

12.2.            Dilerin Məcmu kapitalı birinci və ikinci dərəcəli kapitalın cəmi ilə onlardan tutulmaların fərqinə bərabərdir.

12.3.            Birinci və ikinci dərəcəli kapital dilerin fəaliyyəti müddətində qarşılaşa biləcəyi kredit riski, əməliyyat riski və bazar risklərinin idarə oluna bilən səviyyəyədək azaldılmasında istifadə olunur.

12.4.            Dilerin ikinci dərəcəli kapitalı onun birinci dərəcəli kapitalından çox ola bilməz.

12.5.            Birinci dərəcəli kapital aşağıdakıların cəminə bərabərdir:

12.5.1.     ödənilmiş adi səhmlər;

12.5.2.     qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər;

12.5.3.     səhmlərin emissiyasından əldə edilmiş digər vəsaitlər;

12.5.4.     ödənilmiş paylar (MMC-lər üçün);

12.5.5.     kapital ehtiyatları;

12.5.6.     bölüşdürülməmiş mənfəət (zərər);

12.6.            Birinci dərəcəli kapitaldan tutulmalar aşağıdakılardır:

12.6.1.     geri alınmış səhmlər (paylar);

12.6.2.     qeydi-maddi aktivlər;

12.6.3.     cari ilin zərəri.

12.7.            İkinci dərəcəli kapital aşağıdakıların cəminə bərabərdir:

12.7.1.     yenidən qiymətləndirmədən irəli gələn ehtiyatlar;

12.7.2.     xüsusi ehtiyatlar;

12.7.3.     cari ilin mənfəəti;

12.7.4.     subordinasiya borcları.

12.8.            Birinci və ikinci dərəcəli kapitalın cəmindən aşağıdakı tutulmalar çıxılaraq məcmu kapital hesablanır:

12.8.1.     digər peşəkar iştirakçıların kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda);

12.8.2.     peşəkar iştirakçı olmayan digər maliyyə institutlarının və birjada listinqə çıxmış hüquqi şəxslərin kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda);

12.8.3.     digər hüquqi şəxslərin kapitalına (peşəkar iştirakçılar, maliyyə institutları və birjada listinqə çıxmış hüquqi şəxslər istisna olmaqla) xalis investisiyalar (iştirak payı 10%-dən artıq olduqda).

12.9.            Bu Qaydaların 12.8-ci bəndində müəyyən olunmuş investisiyalar ticarət kitabına daxil edildikdə, tutulma olaraq çıxılmır.

 

13.      Kredit riskinin hesablanması

 

13.1.             Kredit riski üzrə kapital tələbinin hesablanması zamanı risk bu Qaydalar ilə müəyyən olunmuş kateqoriyalara bölünür, hər bir kateqoriya üzrə risk çəkisi müəyyən edilir və cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8%-i həddində kredit riski üzrə kapital tələbi müəyyən edilir.

13.2.            Kredit riskləri aşağıdakı kateqoriyalara bölünür:

13.2.1.     digər dövlətlərə və mərkəzi banklarına qarşı risklər;

13.2.2.     Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı risklər;

13.2.3.     yerli orqanlara qarşı risklər;

13.2.4.     beynəlxalq təşkilatlara qarşı risklər;

13.2.5.     maliyyə institutlarına qarşı risklər;

13.2.6.     korporativ təşkilatlara qarşı risklər;

13.2.7.     pərakəndə risklər;

13.2.8.     təxirə salınmış aktivlərə qarşı risklər;

13.2.9.     yüksək riskli sayılan aktivlərə qarşı risklər;

13.2.10. investisiya fondlarına qarşı risklər;

13.2.11. digər aktivlərə qarşı risklər.

13.3.            Hər kateqoriya üzrə risk çəkisi risk keyfiyyətindən (xarici kredit qiymətləndirmə institutlarının risk qiymətləndirməsindən) asılı olaraq müəyyən olunur.

13.4.            Kredit keyfiyyəti reytinqi digər dövlətlər, mərkəzi banklar, beynəlxalq təşkilatlar, yerli orqanlar, maliyyə institutları, korporativ təşkilatlar və investisiya fondları üçün 1-dən (ən yüksək) 6-dək (ən aşağı) Cədvələ (Əlavə ¹ 2) uyğun olaraq qiymətləndirilir.

13.5.            Digər dövlətlərə qarşı risklər uzunmüddətli kredit qiymətləndirməsi mövcud olan ölkələr üçün Cədvələ (Əlavə ¹ 3) uyğun olaraq müəyyən edilir.

13.6.            Uzunmüddətli kredit qiymətləndirməsi mövcud olmayan ölkələrə qarşı risk çəkisi 100% olaraq müəyyən edilir.

13.7.            Azərbaycan Respublikasının hökumətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı risk çəkisi 0% olaraq müəyyən edilir.

13.8.            Beynəlxalq təşkilatlar olan Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı

və Qara Dəniz Ticarət və İnkişaf Bankına qarşı risk çəkisi 0% olaraq müəyyən edilir.

13.9.            Uzunmüddətli kredit qiymətləndirməsi mövcud olan yerli orqanlara qarşı, habelə maliyyə institutları, korporativ təşkilatlar və investisiya fondlarına qarşı risklər Cədvələ (Əlavə ¹ 4) uyğun olaraq müəyyən edilir.

13.9.1.     uzunmüddətli kredit qiymətləndirməsi mövcud olmayan yerli orqanlara qarşı, habelə maliyyə institutlarına və investisiya fondlarına qarşı risklər borcalanın digər dövlətlərin kredit reytinqindən bir səviyyə aşağı reytinq verilərək;

13.9.2.     Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və bələdiyyələrinə qarşı risklər 20% olaraq;

13.9.3.     borcalanın mərkəzi hökumətinin kredit reytinqi mövcud olmadıqda, risk çəkisi 100% olaraq;

13.9.4.     kredit qiymətləndirilməsi mövcud olmayan korporativlər üzrə risk çəkisi 100% olaraq və ya təşkilatın mərkəzi hökumətinin kredit qiymətləndirilməsi üzrə risk çəkisi götürülərək, bunlardan böyük olanı ilə;

13.10.        maliyyə institutları tərəfindən emissiya edilən səhmlərə və ya digər tənzimləyici kapital alətlərinə edilən investisiyalar şirkətin məcmu kapitalından tutulmadıqda, risk çəkisi 100% olaraq;

13.11.        pərakəndə risklər üzrə risk çəkisi aşağıdakı şərtlərə cavab verdikdə, 75% olaraq müəyyən edilir:

13.11.1. risk bir və ya bir neçə fiziki və ya hüquqi şəxsə aid olduqda;

13.11.2. dilerin cəmi riskli məbləği 1 milyon AZN-dən çox olmadıqda;

13.11.3. qiymətli kağızlara investisiya olunmadıqda.

13.12.       təxirə salınmış aktivlərə qarşı risk çəkisi 150% olaraq;

13.13.        yüksək riskli sayılan aktivlərə, o cümlədən yeni yaranmış və üç ildən az fəaliyyət göstərən yüksək riskli şirkətlərə və özəl sərmayə şirkətlərinə edilən investisiyalara qarşı risk çəkisi 150% olaraq müəyyən edilir;.

13.14.        digər aktivlərə qarşı risk çəkisi aşağıdakı qaydada müəyyən edilir:

13.14.1. tikili və avadanlıqlar üzrə risk çəkisi 100% olaraq;

13.14.2. verilmiş avanslar və qazanılmamış gəlir üzrə risk çəkisi 100% olaraq;

13.14.3. debitor borcları üzrə risk çəkisi 20%, pul vəsaitləri və ekvivalentləri üzrə risk çəkisi 0% olaraq;

13.14.4. qızıl ehtiyatları üzrə risk çəkisi 0% olaraq.

 

14.             Bazar riskinin hesablanması

 

14.1.            Bazar riski üzrə kapital tələbi ticarət kitabı əhəmiyyətli hesab edilən dilerlər üçün aşağıdakı risklər üzrə kapital tələbinin cəminə bərabərdir:

14.1.1.     səhm qiymət riski;

14.1.2.     spesifik borc aləti qiymət riski;

14.1.3.     ümumi faiz dərəcəsi riski;

14.1.4.     əmtəə qiymət riski;

14.1.5.     xarici valyuta riski;

14.1.6.     kollektiv investisiyalara dair qiymət riski.

14.2.            Bazar riski üzrə kapital tələbi ticarət kitabı əhəmiyyətli hesab edilməyən dilerlər üçün aşağıdakı risklər üzrə kapital tələbinin cəminə bərabərdir:

14.2.1.     əmtəə qiymət riski;

14.2.2.     xarici valyuta riski.

14.3.            Səhm qiymət riski üzrə kapital tələbi spesifik və ümumi risklər üzrə kapital tələbinin cəminə bərabərdir:

 

 

SQRK: Səhm qiymət riski üzrə kapital tələbi;

Sr: Spesifik risklər;

Ür: Ümumi risklər.

14.4.            Diler səhmlərdəki spesifik və ümumi riskləri üzrə kapital tələbini hesablamaq üçün xalis uzun mövqelərini və xalis qısa mövqelərini hesablamalıdır.

14.4.1.     xalis uzun mövqe, hər bir səhm üzrə uzun mövqenin qısa mövqedən çox olan hissəsinə bərabərdir:

 

 

UM: Səhmlər üzrə uzun mövqe;

QM: Səhmlər üzrə qısa mövqe;

XUM: Səhmlər üzrə xalis uzun mövqe.

14.4.2.     xalis qısa mövqe, hər bir səhm üzrə qısa mövqenin uzun mövqedən çox olan hissəsinə bərabərdir:

 

 

XQM: Səhmlər üzrə xalis qısa mövqe.

14.5.            Spesifik risklər üzrə kapital tələbi cəmi xalis uzun mövqelər ilə cəmi xalis qısa mövqelərin modul qiymətlərinin cəminin 8% risk çəkisi ilə hasilinə bərabərdir:

 

 

14.6.            Ümumi risklər üzrə kapital tələbi cəmi uzun mövqelər ilə cəmi qısa mövqelərin modul qiymətlərinin fərqinin 8% risk çəkisi ilə hasilinə bərabərdir:

 

 

14.7.            Borc alətləri üzrə kapital tələbi spesifik borc aləti qiymət riski və ümumi faiz dərəcəsi riskləri üzrə kapital tələbinin cəminə bərabərdir:

 

 

BAK: Borc alətləri üzrə kapital tələbi;

SQR: Spesifik borc aləti qiymət riski;

ÜFR: Ümumi faiz dərəcəsi riski.

14.8.            Spesifik borc aləti qiymət riski üzrə kapital tələbi Cədvələ (Əlavə ¹ 5) uyğun olaraq hesablanır:

14.8.1.     “Aşağı risk” kateqoriyası 0% kredit risk çəkisi ilə qiymətləndirilən hökumətlərə şamil olunur;

14.8.2.     “Orta risk” kateqoriyası 20% və ya 50% kredit risk çəkisi ilə qiymətləndirilən təşkilatlara şamil olunur;

14.8.3.     “Yüksək risk” kateqoriyası 100% kredit risk çəkisi ilə qiymətləndirilən təşkilatlara şamil olunur;

14.8.4.     “Digər” kateqoriyası 150% kredit risk çəkisi ilə qiymətləndirilən təşkilatlara şamil olunur;

14.9.            Dilerin ticarət kitabında əks olunan borc alətləri üzrə mövqelər risk kateqoriyasına və ödəniş müddətinə əsasən Cədvələ (Əlavə ¹ 5) daxil edilir və müvafiq risk əmsalının hasili ilə hesablanır. Spesifik borc aləti qiymət riski üzrə kapital tələbi aşağıdakı düsturla hesablanır:

 

 

: Borc aləti üzrə mövqe;

: Borc aləti üzrə risk əmsalı.

14.10.        Ümumi faiz dərəcəsi riski üzrə kapital tələbi Cədvələ (Əlavə ¹ 6) uyğun olaraq hesablanır

14.11.       Dilerin ticarət kitabındakı mövqelər qalıq ödəniş müddətinə və faiz dərəcəsinə uyğun olaraq Cədvələ (Əlavə ¹ 6) daxil edilir və hər mövqe müvafiq risk əmsalının hasili ilə hesablanır.

14.12.        Risk çəkisi ilə müəyyən edilmiş ümumi faiz dərəcəsi riski ümumi xalis mövqe, zaman həddi və aralıqlar üzrə kapital tələbinin cəminə bərabərdir:

 

 

Üxm: Ümumi xalis mövqe üzrə kapital tələbi;

: Zaman həddi üzrə kapital tələbi;

At: Aralıqlar üzrə kapital tələbi.

14.13.        Ümumi xalis mövqe üzrə kapital tələbi risk əmsalı ilə hesablanmış cəmi uzun mövqelər ilə cəmi qısa mövqelərin fərqinə bərabərdir və aşağıdakı düsturla hesablanır:

 

 

UM: Borc alətləri üzrə uzun mövqe;

QM: Borc alətləri üzrə qısa mövqe;

Ri: Borc aləti üzrə risk əmsalı.

14.14.        Zaman həddi üzrə kapital tələbi yalnız örtüşən mövqelər üçün və aşağıdakı düstura müvafiq olaraq hesablanır:

 

 

ÖRM: Örtüşən mövqe.

14.15.        Bir zaman həddində həm uzun, həm də qısa mövqe olduqda, mövqelər örtüşür. Bu zaman, kəmiyyətcə kiçik olan mövqe örtüşür və örtüşən mövqe üzrə kapital tələbi hesablanır. Mövqenin örtüşməyən hissəsi uzun mövqe ilə kiçik mövqenin fərqinə bərabərdir və Aralıqlar üzrə kapital tələbinin hesablanmasında istifadə olunur.

14.16.        Aralıqlar üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:

 

 

A1öm: 1-ci Aralıqda örtüşən mövqelər;

A2öm: 2-ci Aralıqda örtüşən mövqelər;

A3öm: 3-cü Aralıqda örtüşən mövqelər;

A1A2öm: 1-ci və 2-ci Aralıqlar arasında örtüşən mövqelər;

A2A3öm: 2-ci və 3-cü Aralıqlar arasında örtüşən mövqelər;

A1A3öm: 1-ci və 3-cü Aralıqlar arasında örtüşən mövqelər;

14.16.1. Bir Aralığın müxtəlif zaman hədlərində həm uzun, həm də qısa mövqe olduqda, mövqelər örtüşür. Örtüşən mövqelər üzrə Aralıq daxili və Aralıqlar arası kapital tələbi müəyyən edilir.

14.17.        Əmtəə qiymət riski üzrə kapital tələbi aşağıdakılar üzrə hesablanır:

14.17.1. qiymətli metallar, kənd təsərrüfatı məhsulları, faydalı qazıntılar;

14.17.2. əmtəəyə əsaslanan törəmə alətlər.

14.18.        Əmtəə qiymət riski üzrə kapital tələbi hesablanarkən ilk növbədə tək formalı əmtəələr müəyyən edilməlidir.

14.19.        Tək formalı əmtəə aşağıdakıları əhatə edir:

14.19.1. bir-birinə çevrilə bilən alt kateqoriya əmtəə mövqeləri üzrə tutulan mövqelər;

14.19.2. bir-birini əvəz edə bilən oxşar əmtəələr üzrə mövqe, bu halda əmtəələrin qiymət dəyişikliyi arasında azı son bir il ərzindəki korrelyasiya 0,9-dan az olmamalıdır.

14.20.        Əmtəə qiymət riski üzrə kapital tələbi sadələşdirilmiş yanaşma ilə hesablanır. Sadələşdirilmiş yanaşmaya müvafiq olaraq hər bir əmtəə standart ölçü vahidi və cari valyuta kursu ilə göstərilir.

14.21.        Əmtəə qiymət riski üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:

 

 

ƏmRK: Əmtəə qiymət riski üzrə kapital tələbi;

XM: Əmtəə qiymət riski üzrə xalis mövqe;

ÜM: Əmtəə qiymət riski üzrə ümumi mövqe.

14.21.1. cəmi xalis mövqe hər bir əmtəə və tək formalı əmtəə üçün cəmi uzun mövqelər ilə cəmi qısa mövqelərin fərqinə bərabərdir;

 

 

UM: Əmtəə qiymət riski üzrə uzun mövqe;

QM: Əmtəə qiymət riski üzrə qısa mövqe.

14.21.2. cəmi ümumi mövqe hər bir əmtəə və tək formalı əmtəə üzrə ümumi uzun mövqelər ilə qısa mövqelərin modul qiymətinin cəminə bərabərdir.

 

 

14.22.        Dilerin xarici valyuta üzrə cəmi xalis mövqeyi onun məcmu kapitalının 2%-dən çox olduqda, xarici valyuta riski üzrə kapital tələbi aşağıdakı düstura uyğun olaraq hesablanır:

 

 

MK: Məcmu kapital;

XM: Xarici valyuta riski üzrə xalis mövqe;

XVRK: Xarici valyuta riski üzrə kapital tələbi.

14.23.        Cəmi xalis mövqe aşağıdakı qaydada hesablanır:

 

 

XUM: Xarici valyuta riski üzrə xalis uzun mövqe;

XQM: Xarici valyuta riski üzrə xalis qısa mövqe;

QzM: Qızıl üzrə xalis mövqe.

 

14.23.1. hər bir xarici valyuta və qızıl üzrə xalis mövqelər müəyyən edilir və cari valyuta kursu ilə göstərilir;

14.23.2. xarici valyutalar üzrə cəmi xalis mövqe uzun mövqelər ilə cəmi xalis qısa mövqelərdən daha böyük olanı müəyyən edilir;

14.23.3. qızıl üzrə uzun və ya qısa olmasından asılı olmayaraq xalis mövqe müəyyən edilir;

14.24.        Aşağıdakı mövqelər xarici valyuta riski üzrə kapital tələbinin hesablanmasından istisna edilir:

14.24.1. dilerin kapital adekvatlığının xarici valyuta riskindən qorunması üçün tutulan və ticarət məqsədi daşımayan uzunmüddətli mövqelər;

14.24.2. məcmu kapitalın hesablanması zamanı şirkətin məcmu kapitalından tutulan xarici valyuta riski daşıyan mövqelər.

14.25.        Xarici valyuta riski üzrə kapital tələbinin hesablanmasından istisna edilən mövqelər haqqında diler tərəfindən QKDK-ya məlumat verilməlidir.

14.26.        Kollektiv investisiyalara dair qiymət riski üzrə kapital tələbi mövqelərin ümumi bazar riski və spesifik riskləri müəyyən edilərək, hər bir xalis mövqeyin 8% risk çəkisi ilə vurulması ilə hesablanır.

 

 

KİRK: Kollektiv investisiyalara dair qiymət riski üzrə kapital tələbi;

Kisr: Kollektiv investisiyalara dair spesifik risk;

KiÜr: Kollektiv investisiyalara dair ümumi risk;

UM: Kollektiv investisiyalar üzrə uzun mövqe;

QM: Kollektiv investisiyalar üzrə qısa mövqe.

 

15.             Əməliyyat riskinin hesablanması

 

15.1.            Əməliyyat riskləri üzrə kapital tələbi audit yoxlamasından keçmiş maliyyə bəyanatına əsasən keçmiş üç il üçün müsbət ümumi gəlir götürülərək, aşağıdakı düsturla hesablanır:

 

 

ƏRK: Əməliyyat riskləri üzrə hesablanmış kapital tələbi

: ümumi gəlir;

 : xalis gəlirin müsbət olduğu illərin sayı.

 

15.2.            Ümumi gəlir, 1 ¹-li kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarının mənfəət və zərər haqqında (xərclərin funksiyası üzrə) hesabatında olan aşağıdakı komponentlərin cəminə bərabərdir:

-   Əsas əməliyyat gəliri;

-   Satışın maya dəyəri (-);

-   Ümumi mənfəət =;

-   Sair əməliyyat gəlirləri;

-   Kommersiya xərcləri (-);

-   Sair əməliyyat xərcləri (-);

-   Maliyyə mənfəəti;

-   Maliyyə zərəri (-).

 

16.             Hesablaşma və kontragent riskinin hesablanması

 

16.1.             Hesablaşma riski üzrə kapital tələbi diler tərəfindən səhm, borc alətləri, xarici valyuta və əmtəə ilə aparılan əqdlərdə (repo və əks-repo müqavilələri və qiymətli kağızlar və əmtəələrin kreditə verilməsi və borc götürülməsi istisna olmaqla) hesablaşmanın vaxtından gec aparılması nəticəsində razılaşdırılmış hesablaşma qiyməti ilə cari bazar qiyməti arasında yaranan fərq üçün hesablanır.

16.2.            Hesablaşma riski üzrə kapital tələbi Cədvələ (Əlavə ¹ 7) uyğun olaraq müəyyən edilir və hesablaşma məbləğinin müvafiq risk çəkisinə vurulması ilə hesablanır:

 

 

HRK: Hesablaşma riski üzrə kapital tələbi;

HM: Hesablaşma məbləği;

Ri: Hesablaşma riski üzrə risk çəkisi.

 

16.3.            Çatdırılma riski üzrə kapital tələbi aşağıdakı şərtlərdə diler tərəfindən hesablanır:

16.3.1.     diler qiymətli kağızlar, xarici valyuta və ya əmtəəni qəbul etmədən əvvəl ödəniş etdikdə və ya sözügedən alətləri ödəniş qəbul etmədən əvvəl çatdırdıqda;

16.3.2.     sərhəddən kənar əməliyyatlar üzrə diler tərəfindən ödəniş və ya çatdırılma həyata keçirildikdən sonra bir və ya bir neçə gün keçdikdə.

16.4.            Çatdırılma riski üzrə kapital tələbi Cədvələ (Əlavə 8) uyğun olaraq hesablanır.

16.5.            Kontragent riski əqd üzrə hesablaşmanın həyata keçməsindən əvvəl kontragentin defolt elan edilməsindən yaranır və kontragent riski üzrə kapital tələbi dilerin ticarət kitabındakı aşağıdakı mövqelər üzrə hesablanır:

16.5.1.     Birjadan kənar törəmə alətləri və kredit törəmə alətləri üzrə mövqelər;

16.5.2.     Repo, əks-repo müqavilələri, habelə qiymətli kağızlar və əmtəələrin kreditə verilməsi və ya borc götürülməsi üzrə mövqelər;

16.5.3.     Qiymətli kağızlar və əmtəə ilə marja ilə ticarət əqdləri üzrə mövqelər;

16.5.4.     Uzunmüddətli hesablaşma nəzərdə tutulmuş əqdləri üzrə mövqelər.

16.6.            Kontragent riski üzrə kapital tələbi kontragent risk əmsalı verilmiş girovdan böyük olduqda, fərq Kredit risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 8%-i həddində müəyyən edilərək, aşağıdakı düsturla hesablanır:

 

 

R*: Kontragent riski;

R: Kontragent risk əmsalı;

G: Girov;

Ri: Kredit risk çəkisi;

KKR: Kontragent riski üzrə kapital tələbi.

 

17.             Konsentrasiya riskinin hesablanması

 

17.1.            Konsentrasiya riski dilerin fəaliyyətinin davamiyyətinə təhlükə yarada bilən, şirkətin məcmu kapitalının əhəmiyyətli hissəsini təşkil edən müəyyən aktiv və öhdəliklərdən yaranan fərdi müştəri və ya müştəri qrupuna qarşı risklərdir.

17.2.            Dilerin ticarət kitabı üzrə konsentrasiya riskləri aşağıda qeyd olunanları əhatə edir:

17.2.1.     fərdi müştəri tərəfindən emissiya edilən bütün maliyyə alətləri üzrə uzun mövqelərin qısa mövqelərdən çox olan hissəsini (müsbət olduqda);

17.2.2.     fərdi müştərinin cəmi debitor borcu ilə bağlı riskləri;

17.2.3.     anderraytinq məqsədi ilə fərdi müştərinin borc aləti və ya səhmlərinin alışı ilə bağlı xalis riskləri;

17.2.4.     əqd və ya müqavilələrdən meydana gələn fərdi müştəriyə qarşı kontragent risklərini;

17.3.            Konsentrasiya riski üzrə kapital tələbinin hesablanmasında aşağıda qeyd olunanlar istisnadır:

17.3.1.     dilerin məcmu kapitalından tutulmalar;

17.3.2.     xarici valyuta ilə əməliyyatlar zamanı iki iş günü ərzində hesablaşma ilə bağlı risklər;

17.3.3.     qiymətli kağızlarla əqdlərdə ödəniş və ya çatdırılmadan sonra beş iş günü ərzində hesablaşma ilə bağlı risklər;

17.3.4.     diler tərəfindən anderraytinq zamanı müştəri adına açılmış pul hesabı.

17.4.            Dilerin fərdi müştəriyə və ya müştəri qrupuna dair konsentrasiya risk limiti (maliyyə institutları istisna olmaqla) onun məcmu kapitalının 25%-dən çox ola bilməz;

17.5.            Diler maliyyə institutlarına dair konsentrasiya risk limitini onun məcmu kapitalının 100%-i keçməmək şərti ilə özü müəyyən edir;

17.6.            0% kredit risk çəkisi daşıyan mərkəzi hökumətlərə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı mövqelər konsentrasiya riski üzrə kapital tələbinin hesablanmasından azad olunur.

17.7.            Limitdən artıq risk 10 gün və ya daha az davam etdikdə, konsentrasiya riski üzrə əlavə kapital tələbi spesifik risklər və ya hesablaşma və kontragent riskləri üzrə kapital tələbinin 200%-i məbləğində müəyyən edilir.

17.8.            Limitdən artıq risk 10 gündən çox davam etdikdə, diler konsentrasiya riski üzrə əlavə kapital tələbini sözügedən əqdlər üzrə spesifik risk və/ya kontragent/hesablaşma riski üzrə kapital tələbinin cəmini Cədvələ (Əlavə ¹ 9) uyğun olaraq hesablanır.

 

 


“Qiymətli kağızlar bazarında diler fəaliyyətinin

həyata keçirilməsi Qaydaları”na Əlavə ¹ 1

 

Dilerin ticarət kitabı

 

          _______________________________________    /___ / /_________ /_____ - __ il tarixinə

                (peşəkar iştirakçının)                       (gün)                  (ay)                (il)

 

Sıra

Qiymətli kağızın növü

Qiymətli kağızın sayı

Emitent

Qiymətli kağızın dövlət qeydiyyatı nömrəsi

Qiymətli kağızın nominal dəyəri

Uzun mövqe (AZN)

Qısa mövqe (AZN)

Qalıq ödəniş müddəti (borc alətləri üzrə)

 

1

2

3

4

5

6

9

10

 

Mövqelər

 

 

 

 

 

 

 

1

 

 

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

 

 

4

 

 

 

 

 

 

 

 

 

Cəmi mövqelər

 

 

 

 

 

 

 

 

 


“Qiymətli kağızlar bazarında diler fəaliyyətinin

həyata keçirilməsi Qaydaları”na Əlavə ¹ 2

 

 

Kredit keyfiyyəti reytinqi

 

Kredit keyfiyyəti reytinqi

Kredit reytinqi

 

Fitch Ratings

Moody's Investors Service

Standard and Poor's Rating Services

1

AAA-dan AA-

Aaa-dan Aa3

AAA-dan AA-

2

A+-dan A-

A1-dan A3

A+-dan A-

3

BBB+-dan BBB-

Baa1-dan Baa3

BBB+-dan BBB-

4

BB+-dan BB-

Ba1-dan Ba3

BB+-dan BB-

5

B+-dan B-

B1-dan B3

B+-dan B-

6

CCC+ i və aşağı

Caa1 i və aşağı

CCC+ i və aşağı

 

 


 

“Qiymətli kağızlar bazarında diler fəaliyyətinin

həyata keçirilməsi Qaydaları”na Əlavə ¹ 3

 

 

Kredit riskinin digər dövlətlərə qarşı risklər kateqoriyası üzrə kredit qiymətləndirmə

Cədvəli

 

Kredit keyfiyyəti reytinqi

1

2

3

4

5

6

Kredit Risk çəkisi

0%

20%

50%

100%

150%

150%

 

 


 

“Qiymətli kağızlar bazarında diler fəaliyyətinin

həyata keçirilməsi Qaydaları”na Əlavə ¹ 4

 

 

Kredit riskinin yerli orqanlar, maliyyə institutları, korporativ təşkilatlar və investisiya fondlarına qarşı risklər kateqoriyası üzrə kredit qiymətləndirmə

Cədvəli

 

Kredit keyfiyyəti reytinqi

1

2

3

4

5

6

Kredit Risk çəkisi

20%

50%

100%

100%

150%

150%

 

 


 

“Qiymətli kağızlar bazarında diler fəaliyyətinin

həyata keçirilməsi Qaydaları”na Əlavə ¹ 5

 

 

Spesifik borc aləti qiymət riski üzrə kapital tələbinin hesablanması

Cədvəli

 

Risk kateqoriyaları

Qalıq ödəniş müddəti (ay)

Kredit risk çəkisi

Borc alətləri üzrə risk əmsalı (%)

Aşağı risk

 

0%

0

Orta risk

< 6

20%, 50%

0,25

6 – 24

1

> 24

1,60

Yüksək risk

 

100%

8

Digər

 

150%

12

 

 


 

“Qiymətli kağızlar bazarında diler fəaliyyətinin

həyata keçirilməsi Qaydaları”na Əlavə ¹ 6

 

 

Ümumi faiz dərəcəsi riski üzrə kapital tələbinin hesablanması

Cədvəli

 

Aralıqlar

Ödəniş həddi

Borc alətləri üzrə risk əmsalı (%)

Nəzərdə tutulan faiz   dəyişikliyi (%)

3% və ya daha

artıq faiz

3%-dən

az faiz

Aralıq 1

Zaman həddi

0 ≤ 1 ay

Zaman həddi

0 ≤ 1 ay

0,00

-

> 1 ≤ 3 ay

> 1 ≤ 3 ay

0,20

1,00

> 3 ≤ 6 ay

> 3 ≤ 6 ay

0,40

1,00

> 6 ≤ 12 ay

> 6 ≤ 12 ay

0,70

1,00

Aralıq 2

> 1 ≤ 2 il

> 1,0 ≤ 1,9 il

1,25

0,90

> 2 ≤ 3 il

> 1,9 ≤ 2,8 il

1,75

0,80

> 3 ≤ 4 il

> 2,8 ≤ 3,6 il

2,25

0,75

Aralıq 3

> 4 ≤ 5 il

> 3,6 ≤ 4,3 il

2,75

0,75

> 5 ≤ 7 il

> 4,3 ≤ 5,7 il

3,25

0,70

> 7 ≤ 10 il

> 5,7 ≤ 7,3 il

3,75

0,65

> 10 ≤ 15 il

> 7,3 ≤ 9,3 il

4,50

0,60

> 15 ≤ 20 il

> 9,3 ≤ 10,6 il

5,25

0,60

> 20 il

> 10,6 ≤ 12,0 il

6,00

0,60

 

> 12,0 ≤ 20,0 il

8,00

0,60

 

> 20 il

12,50

0,60

 

 


 

“Qiymətli kağızlar bazarında diler fəaliyyətinin

həyata keçirilməsi Qaydaları”na Əlavə ¹ 7

 

 

Hesablaşma riski üzrə kapital tələbinin hesablanması

Cədvəli

 

Hesablaşma tarixindən etibarən keçən

iş gününün sayı

Risk çəkisi (%)

5-15

8

16-30

50

31-45

75

46 və ya daha çox

100

 

 


 

“Qiymətli kağızlar bazarında diler fəaliyyətinin

həyata keçirilməsi Qaydaları”na Əlavə ¹ 8

 

 

Çatdırılma riski üzrə kapital tələbinin hesablanması

Cədvəli

 

Əqdin növü

Çatdırılma

İlk müqavilə ödənişi və ya çatdırılmayadək

Kapital tələbi nəzərdə tutulmur.

İkinci müqavilə ödənişi və ya çatdırılmadan dörd gün sonrayadək

Kredit riski hesab edilir və bu Qaydalara uyğun olaraq kapital tələbi hesablanır.

İkinci müqavilə ödənişi və ya çatdırılmadan sonra 5 iş günündən etibarən əqdin bitməsinədək

Məcmu kapitaldan əqdin dəyəri tutulmalıdır.

 

 


 

“Qiymətli kağızlar bazarında diler fəaliyyətinin

həyata keçirilməsi Qaydaları”na Əlavə ¹ 9

 

 

Konsentrasiya riski üzrə kapital tələbinin hesablanması

Cədvəli

 

Konsentrasiya risk limitindən artıq kapital tələbi

Əmsal

40%-dək

200%

40%-dən 60%-dək

300%

60%-dən 80%-dək

400%

80%-dən 100%-dək

500%

100%-dən 250%-dək

600%

250%-dən çox

900%

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.      29 sentybr 2015-ci il tarixli 12-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2015-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 29 sentybr 2015-ci il tarixli 12-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2015-ci il) ilə ləğv edilmişdir.