AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

30.07.2014

Qeydiyyat nömrəsi

18/2

Adı

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

12.08.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201407300182

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

11.08.2014

 

 

Respublikada inflyasiyanın aşağı səviyyəsi, məcmu tələbin və pul kütləsinin mövcud artım templəri nəzərə alınaraq, habelə iqtisadiyyatın şaxələnməsinə, real sektorda investisiya fəallığının daha da artırılmasına şərait yaratmaq və bununla da iqtisadi artıma dəstək vermək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 30 iyul 2014-cü il tarixli 18/1 nömrəli qərarına əsasən bankların bütün depozitləri üzrə məcburi ehtiyat norması 3%-dən 2%-ə endirilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 32.1-ci maddələrinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

 

Sədr                                                                                                                                      Elman Rüstəmov

 

 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 18/2

30 iyul 2014-cü il

 

 

Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 10 iyul tarixli 16/1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nın 2.2-ci bəndində “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilsin.