AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
30.06.2014 |
Qeydiyyat nömrəsi |
7 |
Adı |
“Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” Qaydalarında dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
16.07.2014 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201406300007 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
15.07.2014 |
“Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə
əlavələrin və dəyişikliklərin edilməsi
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını
və 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi [1]
QƏRARA ALIR:
1. Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin 12
fevral 2013-cü il tarixli 3 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Qiymətli kağızlar bazarında
broker fəaliyyətinin həyata keçirilməsi”
Qaydalarında dəyişikliklər təsdiq edilsin (əlavə
olunur):
2. Hüquq
şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu
Qaydalarda dəyişikliyi 3 gün müddətində
Azərbaycan Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsi üçün
Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin
etsin.
3.
Lisenziyalaşdırma və nəzarət
şöbəsinə (C.Nəzərov)
tapşırılsın ki, bu Qərardan irəli gələn
məsələləri həll etsin.
4. Ümumi
şöbəyə (E.İsayev) tapşırılsın ki,
QKDK-nın aparatının və QKDK-nın Naxçıvan
Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla
tanış olmalarını təmin etsin.
5. Bu
Qərarın 1-ci bəndi ilə təsdiq edilmiş
“Qiymətli kağızlar bazarında broker fəaliyyətinin
həyata keçirilməsi” Qaydalarında
dəyişikliklər 2015-ci il yanvarın 1-dən
qüvvəyə minir.
6. Bu
Qərarın icrasına nəzarət sədr müavini
İ.Muradova həvalə edilsin.
Sədr
R.Aslanlı
|
|
“Qiymətli
kağızlar bazarında broker fəaliyyətinin həyata
keçirilməsi” Qaydalarında dəyişikliklər
1. 2-ci bənd
aşağıdakı redaksiyada verilsin:
“2. Əsas
anlayışlar
2.1 Bazar riski –
bazar qiymətlərində olan dəyişikliklərdən
yaranan balans və balansdan kənar mövqelər üzrə
itki riskləridir;
2.2. Broker
müqaviləsi – broker və müştəri arasında
bağlanılan broker xidmətləri üzrə
müqavilədir;
2.3. Cəmi
Kapital Tələbi – brokerin kredit riski, bazar riski,
əməliyyat riski və konsentrasiya riskləri üzrə
kapital tələbinin cəmidir;
2.4. Daxili
uçot sistemi – qiymətli kağızlarla aparılan
əməliyyatlar haqqında məlumatların broker
tərəfindən öz daxili uçotunda toplanması,
ümumiləşdirilməsi və əks olunması
sistemidir;
2.5.
Eyniləşdirmə nömrəsi – broker
tərəfindən hər müştəriyə verilən
şəxsi koddur;
2.6.
Əməliyyat riski – daxili proseslər, sistem pozuntuları,
insan faktoru və xarici hadisələrdən meydana
gələn itki riskləridir;
2.7.
Əmtəə qiymət riski – əmtəə
qiymətlərində olan volatillikdən meydana gələn
itki riskləridir;
2.8.
Hesablaşma və kontragent riski – hesablaşmanın
vaxtından gec aparılması və aparılmasından
əvvəl kontragentin öhdəliklərini icra edə
bilməməsi səbəbindən meydana gələn itki
riskləridir;
2.9.
Konsentrasiya riski – brokerin fərdi müştəri və ya
müştəri qrupuna qarşı məcmu kapitalının
25%-ni keçən risklərdir;
2.10. Kredit
riski – borcalanın öhdəliklərini yerinə yetirə
bilməməsindən meydana gələn itki riskləridir;
2.11.
Maliyyə institutları – kredit təşkilatları,
siğortaçılar və qiymətli kağızlar
bazarının peşəkar
iştirakçılarıdır;
2.12. Məcmu
kapital – bu Qaydalarda müəyyən edilmiş birinci
dərəcəli (əsas) və ikinci dərəcəli
(əlavə) kapitala daxil olan komponentlərin cəmi ilə
onlardan tutulmaların fərqidir;
2.13.
Müştəri – broker xidmətlərinin
göstərilməsi haqqında brokerlə müqavilə
bağlamış fiziki və ya hüquqi şəxsdir;
2.14.
Müştərinin aktivləri – müştəriyə
məxsus olan və brokerin daxili uçot sistemində
nəzərə alınan qiymətli kağızlar və
(və ya) pul vəsaitləridir;
2.15.
Müştəri hesabı – müştərinin aktivləri
və ya öhdəlikləri üçün brokerin daxili
uçot sistemində açılmış hesabdır;
2.16. Qısa
mövqe – aktivin dəyərinin azalacağı
gözlənilərək qiymətli kağızlar,
əmtəə və ya valyutanın satışı;
2.17. Səhm
qiymət riski – səhm qiymətlərində olan
volatillikdən meydana gələn itki riskləridir;
2.18. Spesifik
borc aləti qiymət riski – borc alətləri üzrə
emitentlə bağlı faktorlardan meydana gələn qiymət
fərqi riskidir;
2.19. Spesifik
mövqe riski – maliyyə alətinin emitenti ilə bağlı
faktorlardan meydana gələn qiymət fərqi riskidir;
2.20.
Tapşırıq – qiymətli kağızlarla
alqı-satqı əməliyyatlarının aparılması
üçün müştərinin brokerə
tapşırığıdır;
2.21. Uzun
mövqe – Aktivin dəyərinin artacağı
gözlənilərək, qiymətli kağızlar,
əmtəə və ya valyutanın alışı;
2.22. Ümumi
faiz dərəcəsi riski – ümumi bazar
xüsusiyyətinə uyğun olaraq faiz dərəcəsində
olan dəyişikliklərlə bağlı meydana
gələn itki riskləridir;
2.23. Ümumi
mövqe riskləri – ümumi bazar xüsusiyyətinə
uyğun olaraq səhmlər üzrə bazar
qiymətlərində olan hərəkətlərlə
bağlı, borc alətləri üzrə isə faiz
dərəcəsində olan dəyişikliklərlə
bağlı yaranan risklərdir;
2.24. Xarici
valyuta riski – xarici valyuta məzənnəsində olan
dəyişikliklərlə bağlı investisiyanın
dəyərinin dəyişməsi riskidir.”;
2.
Aşağıdakı məzmunda 10-19-cu bəndlər
əlavə edilsin:
“10.
Brokerin
təşkilati strukturuna dair tələblər
10.1. Broker
fəaliyyətini tənzimləyən, o cümlədən
daxili nəzarət sistemi, risklərin idarəedilməsi
və daxili auditə dair daxili qaydalar qəbul etməlidir.
10.2. Broker öz
strukturunda aşağıdakı funksiyaların
təşkilini təmin etməlidir:
10.2.1. Daxili nəzarət;
10.2.2. Risklərin
idarəedilməsi;
10.2.3. Daxili audit.
11. Daxili
nəzarət funksiyası
11.1. Broker daxili
nəzarət funksiyasının düzgün və
müstəqil şəkildə həyata keçirilməsi
üçün aşağıdakıları təmin
etməlidir:
11.1.1. Broker
tərəfindən qəbul edilən daxili qaydaların
qiymətli kağızlar bazarı haqqında qanunvericiliyə
uyğunluğunun qiymətləndirilməsi və
effektivliyinə nəzarətin həyata keçirilməsi,
habelə aşkarlanmış
çatışmazlıqların aradan qaldırılması
üçün tədbirlərin görülməsi;
11.1.2. daxili
nəzarət funksiyasının zəruri
səlahiyyətlərə, resurs və onlara verilən
tapşırıqların icrası üçün zəruri
bilik və təcrübəsi və bütün müvafiq
məlumatlara giriş imkanı olmalıdır;
11.1.3. daxili
nəzarət funksiyasına cəlb edilmiş
şəxslər broker tərəfindən daxili əmrlə
təyin edilməli və öz vəzifə və
öhdəliklərini davamlı əsasda həyata
keçirməlidirlər;
11.1.4. daxili
nəzarət funksiyasına cəlb edilmiş
şəxslər şirkətin icra orqanının
üzvü ola bilməz;
11.1.5. daxili
nəzarət funksiyasına cəlb edilmiş
şəxslər monitorinq etdiyi fəaliyyət və
xidmətlərin icrasında iştirak edə bilməzlər;
11.1.6. daxili
nəzarət funksiyasına cəlb edilmiş
şəxslərin mükafatının müəyyən
edilməsi üsulu onların obyektivliyinə şübhə
təşkil etməməli və ya
şübhələnmə ehtimalı olmamalıdır;
11.1.7.
şirkətin əməkdaşlarına keçirilən
əməliyyatların mövcud qanunvericiliyə müvafiqliyi
ilə bağlı məsləhətlərin verilməsi,
habelə əməkdaşlara təlimlərin
keçirilməsi;
11.1.8.
şirkətin daxili qaydaların hazırlanmasında
iştirak etməlidir;
11.2. Brokerin daxili
nəzarət funksiyası daxili struktur bölmə və ya
məsul şəxs tərəfindən həyata
keçirilməlidir. Daxili nəzarət şirkətin
digər funksiyalarından müstəqil fəaliyyət
göstərməlidir.
11.3. Daxili
nəzarət funksiyası şirkətin cinayət yolu ilə
əldə olunmuş pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılması və
terrorçuluğun maliyyələşdirilməsi
üzrə məsul şəxs tərəfindən icra
edilə bilər.
11.4. Daxili
nəzarət bölməsi rüblük olaraq şirkətin
rəhbərliyinə daxili nəzarət funksiyasına dair
hesabatı təqdim etməlidir.
11.5. Bu Qaydaların
11.4-ci bəndində müəyyən edilmiş hesabat
Azərbaycan Respublikasının Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsi (bundan sonra – QKDK)
tərəfindən tələb olunduqda, həmin hesabat broker
tərəfindən 3 iş günü ərzində QKDK-ya
təqdim edilməlidir.
12.
Risklərin idarəedilməsi funksiyası
12.1. Risklərin
idarəedilməsi funksiyası brokerin prosesləri
və sistemləri ilə bağlı risklərin
idarəedilməsi daxili qaydalarının
hazırlamasını, fəaliyyəti zamanı
qarşılaşdığı risklərin məqbul
çərçivəsinin müəyyən edilməsini
və risk səviyyəsinə davamlı nəzarət
edilməsini təmin etməlidir.
12.2. Risklərin
idarəedilməsi funksiyası aşağıdakıları
təmin etməlidir:
12.2.1. risklərin
idarəedilməsi üzrə daxili qaydalara riayət
edilməsini;
12.2.2. brokerin
fəaliyyətinə dair risk profilinin müəyyən
edilməsinə, məqbul risk çərçivəsinin
gözlənilməsinə, riskin idarəedilməsi
proseslərinin adekvat və effektiv olmasına və
risklərin aradan qaldırılmasına dair şirkətin
rəhbərliyinə hesabatlar vermək;
12.2.3. brokerin
fəaliyyəti zamanı dövrü olaraq və
ya investisiya strategiyasında dəyişikliklər
edilməsindən əvvəl risklərin idarəedilməsi
sistemlərini qiymətləndirmək.
12.3. Risklərin
idarəedilməsi funksiyasının bu Qaydalar ilə
müəyyən edilmiş vəzifələri həyata
keçirmək üçün zəruri olan
səlahiyyətləri, resurs və onların icrası
üçün zəruri bilik və təcrübəsi,
həmçinin bütün müvafiq məlumatlara giriş
imkanı olmalıdır.
12.4. Risklərin
idarəedilməsi funksiyası daxili struktur bölmə,
məsul şəxs və ya üçüncü
şəxsə həvalə edilərək həyata
keçirilməlidir. Risklərin idarəedilməsi
funksiyası brokerin digər funksiyalarından müstəqil
fəaliyyət göstərməlidir.
12.5. Risklərin
idarəedilməsi funksiyası üçüncü
şəxsə həvalə edildikdə, tərəflərin
hüquq və vəzifələri yazılı
müqavilə ilə rəsmiləşdirilməlidir.
12.6. Risklərin idarəedilməsi
bölməsi brokerin əməliyyatları ilə
bağlı şirkətin rəhbərliyinə rübdə bir
dəfədən az olmamaqla, şirkət
gözlənilməyən risklərə məruz qaldıqda
isə növbədənkənar hesabat təqdim etməlidir.
12.7. Bu
Qaydaların 12.6-cı
bəndində müəyyən edilmiş hesabat QKDK
tərəfindən tələb olunduqda, həmin hesabat broker
tərəfindən 3 iş günü ərzində QKDK-ya
təqdim edilməlidir.
13. Daxili audit
funksiyası
13.1. Brokerin daxili
audit funksiyası təsdiq edilmiş
audit planına uyğun olaraq bütün əməliyyatlara
daxili auditin tətbiq edilməsini, ildən bir
dəfədən az olmamaq şərti ilə
aşağıdakılar üzrə daxili auditin
keçirilməsini təmin etməlidir:
13.1.1. risklərin
idarəedilməsi sisteminin tətbiqi və effektivliyinin
qiymətləndirilməsi;
13.1.2.
fəaliyyətinin və daxili nəzarət mexanizmlərinin
qiymətləndirilməsi;
13.1.3. həyata
keçirilmiş qiymətləndirmə üzrə
tövsiyələrin verilməsi və onların icrasına
nəzarəti;
13.1.4. korporativ
idarəetmə ilə bağlı şirkətin
siyasətinin və strateji hədəflərinin tətbiqi;
13.1.5. auditin
nəticələrinə dair hesabatların hazırlanması.
13.2. Daxili audit
funksiyası brokerin digər funksiyalarından müstəqil
fəaliyyət göstərməlidir.
13.3. Broker daxili
audit funksiyasını daxili struktur bölmə, audit
komitəsi, məsul şəxs vasitəsilə və ya
üçüncü şəxsə həvalə edərək
yaratmalıdır.
13.4. Daxili audit
funksiyası üçüncü şəxsə
həvalə edildikdə, tərəflərin hüquq və
vəzifələri yazılı müqavilə ilə
rəsmiləşdirilməlidir.
13.5. Daxili audit
bölməsi keçirilən audit yoxlamasına əsasən
hesabat hazırlayaraq şirkət rəhbərliyinə
təqdim etməlidir.
13.6. Bu
Qaydaların 13.5-ci bəndində
müəyyən edilmiş hesabat QKDK tərəfindən
tələb olunduqda, həmin hesabat broker tərəfindən
3 iş günü ərzində QKDK-ya təqdim edilməlidir.
14. Kapital
adekvatlığına dair tələblər
14.1. Broker fəaliyyəti
müddətində kapital adekvatlığı tələblərinə
cavab verməlidir.
14.2. Broker
fəaliyyəti ərzində bu Qaydalar ilə
müəyyən edilmiş Cəmi Kapital Tələbinə,
həmçinin 100 000 AZN-ə bərabər və ya ondan daha
yüksək məcmu kapitala malik olmalıdır.
14.3. Brokerin
Cəmi Kapital Tələbi onun Kredit riski, Bazar Riski,
Əməliyyat riski və Konsentrasiya riskinə qarşı
hesablanmış kapital tələblərinin cəminə
bərabərdir.
15. Broker
məcmu kapitalı
15.1. Brokerin
məcmu kapitalı aşağıdakı
komponentlərdən ibarətdir:
15.1.1. Birinci
dərəcəli kapital;
15.1.2. İkinci
dərəcəli kapital.
15.2. Brokerin
məcmu kapitalı birinci və ikinci dərəcəli
kapitalın cəmi ilə onlardan tutulmaların fərqinə
bərabərdir.
15.3. Birinci və
ikinci dərəcəli kapital brokerin fəaliyyəti
müddətində qarşılaşa biləcəyi kredit
riski, əməliyyat riski və bazar risklərinin idarə
oluna bilən səviyyəyədək azaldılmasında
istifadə olunur.
15.4. Brokerin ikinci
dərəcəli kapitalı onun birinci dərəcəli
kapitalından çox ola bilməz.
15.5. Birinci
dərəcəli kapital aşağıdakıların
cəminə bərabərdir:
15.5.1.
ödənilmiş adi səhmlər;
15.5.2.
qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər;
15.5.3.
səhmlərin emissiyasından əldə edilmiş digər
vəsaitlər;
15.5.4.
ödənilmiş paylar (MMC-lər üçün);
15.5.5. kapital
ehtiyatları;
15.5.6.
bölüşdürülməmiş mənfəət
(zərər);
15.6. Birinci
dərəcəli kapitaldan tutulmalar
aşağıdakılardır:
15.6.1. geri
alınmış səhmlər (paylar);
15.6.2. qeydi-maddi
aktivlər;
15.6.3. cari ilin
zərəri.
15.7. İkinci
dərəcəli kapital aşağıdakıların
cəminə bərabərdir:
15.7.1. yenidən
qiymətləndirmədən irəli gələn ehtiyatlar;
15.7.2. xüsusi
ehtiyatlar;
15.7.3. cari ilin
mənfəəti;
15.7.4. subordinasiya
borcları.
15.8. Birinci və
ikinci dərəcəli kapitalın cəmindən
aşağıdakı tutulmalar çıxılaraq məcmu
kapital hesablanır:
15.8.1. digər
peşəkar iştirakçıların kapitalına xalis
investisiyalar (iştirak payı 10%-dən artıq olduqda);
15.8.2.
peşəkar iştirakçı olmayan digər maliyyə
institutlarının və birjada listinqə
çıxmış hüquqi şəxslərin
kapitalına xalis investisiyalar (iştirak payı 10%-dən
artıq olduqda);
15.8.3. digər
hüquqi şəxslərin kapitalına (peşəkar
iştirakçılar, maliyyə institutları və birjada
listinqə çıxmış hüquqi şəxslər
istisna olmaqla) xalis investisiyalar (iştirak payı 10%-dən
artıq olduqda).
16. Kredit
riskinin hesablanması
16.1. Kredit riski
üzrə kapital tələbinin hesablanması zamanı risk
bu Qaydalar ilə müəyyən olunmuş kateqoriyalara
bölünür, hər bir kateqoriya üzrə risk çəkisi
müəyyən edilir və cəmi risk dərəcəsi
üzrə ölçülmüş aktivlərin 8% həddində
kredit riski üzrə kapital tələbi müəyyən
edilir.
16.2. Kredit
riskləri aşağıdakı kateqoriyalara
bölünür:
16.2.1. digər
dövlətlərə və mərkəzi banklarına
qarşı risklər;
16.2.2. Azərbaycan
Respublikasının Mərkəzi Bankına qarşı
risklər;
16.2.3. yerli orqanlara
qarşı risklər;
16.2.4. beynəlxalq
təşkilatlara qarşı risklər;
16.2.5. maliyyə
institutlarına qarşı risklər;
16.2.6. korporativ
təşkilatlara qarşı risklər;
16.2.7.
pərakəndə risklər;
16.2.8. təxirə
salınmış aktivlərə qarşı risklər;
16.2.9. yüksək
riskli sayılan aktivlərə qarşı risklər;
16.2.10. investisiya
fondlarına qarşı risklər;
16.2.11. digər
aktivlərə qarşı risklər.
16.3. Hər
kateqoriya üzrə risk çəkisi risk keyfiyyətindən
(xarici kredit qiymətləndirmə institutlarının risk
qiymətləndirməsindən) asılı olaraq
müəyyən olunur.
16.4. Kredit
keyfiyyəti reytinqi digər dövlətlər, mərkəzi
banklar, beynəlxalq təşkilatlar, yerli orqanlar, maliyyə
institutları, korporativ təşkilatlar və investisiya
fondları üçün 1-dən (ən yüksək)
6-dək (ən aşağı) Cədvələ
(Əlavə ¹ 4) uyğun olaraq qiymətləndirilir.
16.5. Digər
dövlətlərə qarşı risklər
uzunmüddətli kredit qiymətləndirməsi mövcud olan
ölkələr üçün Cədvələ
(Əlavə ¹ 5) uyğun olaraq müəyyən edilir.
16.6.
Uzunmüddətli kredit qiymətləndirməsi mövcud
olmayan ölkələrə qarşı risk çəkisi
100% olaraq müəyyən edilir.
16.7. Azərbaycan
Respublikasının hökumətinə və Azərbaycan
Respublikasının Mərkəzi Bankına qarşı risk
çəkisi 0% olaraq müəyyən edilir.
16.8. Beynəlxalq
təşkilatlar olan Dünya Bankı, Beynəlxalq Valyuta
Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya
İnkişaf Bankı, İslam İnkişaf Bankı
və Qara
Dəniz Ticarət və İnkişaf Bankına qarşı
risk çəkisi 0% olaraq müəyyən edilir.
16.9.
Uzunmüddətli kredit qiymətləndirməsi mövcud olan
yerli orqanlara qarşı, habelə maliyyə institutları,
korporativ təşkilatlar və investisiya fondlarına
qarşı risklər Cədvələ (Əlavə ¹ 6)
uyğun olaraq müəyyən edilir.
16.9.1.
uzunmüddətli kredit qiymətləndirməsi mövcud
olmayan yerli orqanlara qarşı, habelə maliyyə
institutlarına və investisiya fondlarına qarşı
risklər borcalanın digər dövlətlərin kredit
reytinqindən bir səviyyə aşağı reytinq
verilərək;
16.9.2. Azərbaycan
Respublikasının mərkəzi icra hakimiyyəti
orqanları və bələdiyyələrə qarşı
risklər 20% olaraq;
16.9.3. borcalanın
mərkəzi hökumətinin kredit reytinqi mövcud
olmadıqda, risk çəkisi 100% olaraq;
16.9.4. kredit
qiymətləndirilməsi mövcud olmayan korporativlər
üzrə risk çəkisi 100% olaraq və ya
təşkilatın mərkəzi hökumətinin kredit
qiymətləndirilməsi üzrə risk çəkisi
götürülərək, bunlardan böyük olanı;
16.10. maliyyə
institutları tərəfindən emissiya edilən
səhmlərə və ya digər tənzimləyici kapital
alətlərinə edilən investisiyalar şirkətin
məcmu kapitalından tutulmadıqda, risk çəkisi 100%
olaraq;
16.11.
pərakəndə risklər üzrə risk çəkisi
aşağıdakı şərtlərə cavab verdikdə,
75% olaraq müəyyən edilir:
16.11.1. risk bir və
ya bir neçə fiziki və ya hüquqi şəxsə aid
olduqda;
16.11.2. brokerin
cəmi riskli məbləği 1 milyon AZN-dən çox
olmadıqda;
16.11.3. qiymətli
kağızlara investisiya olunmadıqda.
16.12.
təxirə salınmış aktivlərə qarşı
risk çəkisi 150% olaraq müəyyən edilir ;
16.13. yüksək
riskli sayılan aktivlərə, o cümlədən yeni
yaranmış və üç ildən az fəaliyyət
göstərən yüksək riskli şirkətlərə
və özəl sərmayə şirkətlərinə
edilən investisiyalara qarşı risk çəkisi 150% olaraq
müəyyən edilir;
16.14. digər
aktivlərə qarşı risk çəkisi
aşağıdakı qaydada müəyyən edilir:
16.14.1. tikili və
avadanlıqlar üzrə risk çəkisi 100% olaraq;
16.14.2. verilmiş
avanslar və qazanılmamış gəlir üzrə risk
çəkisi 100% olaraq;
16.14.3. debitor
borcları üzrə risk çəkisi 20%, pul
vəsaitləri və ekvivalentləri üzrə risk
çəkisi 0% olaraq;
16.4.4. qızıl
ehtiyatları üzrə risk çəkisi 0% olaraq.
17. Bazar
riskinin hesablanması
17.1. Bazar riski
üzrə kapital tələbi broker üçün
aşağıdakı risklər üzrə kapital
tələbinin cəminə bərabərdir:
17.2.
Əmtəə qiymət riski;
17.3. Xarici valyuta
riski.
17.4.
Əmtəə qiymət riski üzrə kapital tələbi
aşağıdakılar üzrə hesablanır:
17.4.1. Qiymətli
metallar, kənd təsərrüfatı məhsulları,
faydalı qazıntılar;
17.4.2.
Əmtəəyə əsaslanan törəmə
alətlər.
17.5.
Əmtəə qiymət riski üzrə kapital tələbi
hesablanarkən ilk növbədə tək formalı
əmtəələr müəyyən edilməlidir.
17.6. Tək
formalı əmtəə aşağıdakıları
əhatə edir:
17.6.1. Bir-birinə
çevrilə bilən alt kateqoriya əmtəə
mövqeləri üzrə tutulan mövqelər;
17.6.2. Bir-birini
əvəz edə bilən oxşar əmtəələr
üzrə mövqe, bu halda əmtəələrin qiymət
dəyişikliyi arasında azı son bir il ərzindəki
korrelyasiya 0,9-dan az olmamalıdır.
17.7.
Əmtəə qiymət riski üzrə kapital tələbi
sadələşdirilmiş yanaşma ilə hesablanır.
Sadələşdirilmiş yanaşmaya müvafiq olaraq hər
bir əmtəə standart ölçü vahidi və cari
valyuta kursu ilə göstərilir.
17.8.
Əmtəə qiymət riski üzrə kapital tələbi
aşağıdakı düstura uyğun olaraq hesablanır:
ƏmRK:
Əmtəə qiymət riski üzrə kapital tələbi;
XM:
Əmtəə qiymət riski üzrə xalis mövqe;
ÜM:
Əmtəə qiymət riski üzrə ümumi mövqe.
17.8.1. Cəmi xalis
mövqe hər bir əmtəə və tək formalı
əmtəə üçün cəmi uzun mövqelər
ilə cəmi qısa mövqelərin fərqinə
bərabərdir;
UM:
Əmtəə qiymət riski üzrə uzun mövqe;
QM:
Əmtəə qiymət riski üzrə qısa mövqe.
17.8.2. Cəmi
ümumi mövqe hər bir əmtəə və tək
formalı əmtəə üzrə ümumi uzun
mövqelər ilə qısa mövqelərin modul
qiymətinin cəminə bərabərdir.
17.9. Brokerin xarici
valyuta üzrə cəmi xalis mövqeyi onun məcmu
kapitalının 2%-dən çox olduqda, xarici valyuta riski
üzrə kapital tələbi aşağıdakı
düstura uyğun olaraq hesablanır.
MK: Məcmu
kapital;
XM: Xarici
valyuta riski üzrə xalis mövqe;
XVRK: Xarici
valyuta riski üzrə kapital tələbi.
17.10. Cəmi xalis
mövqe aşağıdakı qaydada hesablanır:
XUM: Xarici
valyuta riski üzrə xalis uzun mövqe;
XQM: Xarici
valyuta riski üzrə xalis qısa mövqe;
QzM:
Qızıl üzrə xalis mövqe.
17.10.1. Hər bir
xarici valyuta və qızıl üzrə xalis mövqelər
müəyyən edilir və cari valyuta kursu ilə
göstərilir;
17.10.2. Xarici
valyutalar üzrə cəmi xalis mövqe uzun mövqelər
ilə cəmi xalis qısa mövqelərdən daha
böyük olanı müəyyən edilir;
17.10.3. Qızıl
üzrə uzun və ya qısa olmasından asılı
olmayaraq xalis mövqe müəyyən edilir;
17.11.
Aşağıdakı mövqelər xarici valyuta riski
üzrə kapital tələbinin hesablanmasından istisna
edilir:
17.11.1. Brokerin kapital
adekvatlığının xarici valyuta riskindən qorunması
üçün tutulan və ticarət məqsədi
daşımayan uzunmüddətli mövqelər;
17.11.2. Məcmu
kapitalın hesablanması zamanı şirkətin məcmu
kapitalından tutulan xarici valyuta riski daşıyan
mövqelər.
17.12. Xarici valyuta
riski üzrə kapital tələbinin hesablanmasından istisna
edilən mövqelər haqqında broker tərəfindən
QKDK-ya məlumat verilməlidir.
18.
Əməliyyat riskinin hesablanması
18.1.
Əməliyyat riskləri üzrə kapital tələbi audit
yoxlamasından keçmiş maliyyə bəyanatına
əsasən keçmiş üç il üçün
müsbət ümumi gəlir götürülərək,
aşağıdakı düsturla hesablanır:
ƏRK:
Əməliyyat riskləri üzrə hesablanmış kapital
tələbi
: ümumi
gəlir;
: xalis gəlirin
müsbət olduğu illərin sayı.
18.2. Ümumi
gəlir, 1 ¹-li kommersiya təşkilatları üçün
milli mühasibat uçotu standartlarının
mənfəət və zərər haqqında
(xərclərin funksiyası üzrə) hesabatında olan
aşağıdakı komponentlərin cəmidir:
-
Əsas
əməliyyat gəliri;
-
Satışın
maya
dəyəri (-);
-
Ümumi
mənfəət =;
-
Sair
əməliyyat gəlirləri;
-
Kommersiya
xərcləri (-);
-
Sair
əməliyyat xərcləri (-);
-
Maliyyə
mənfəəti;
-
Maliyyə
zərəri (-).
19. Konsentrasiya
riskinin hesablanması
19.1. Konsentrasiya
riski brokerin fəaliyyətinin davamiyyətinə
təhlükə yarada bilən, şirkətin məcmu
kapitalının əhəmiyyətli hissəsini
təşkil edən müəyyən aktiv və
öhdəliklərdən yaranan fərdi müştəri
və ya müştəri qrupuna qarşı risklərdir.
19.2. Brokerin konsentrasiya
riskləri aşağıda qeyd olunanları əhatə edir:
19.2.1. Fərdi
müştəri tərəfindən emissiya edilən
bütün maliyyə alətləri üzrə uzun
mövqelərin qısa mövqelərdən çox olan
hissəsini (müsbət olduqda);
19.2.2. Fərdi
müştərinin cəmi debitor borcu ilə bağlı
risklər;
19.3. Konsentrasiya
riski üzrə kapital tələbinin hesablanmasında
aşağıda qeyd olunanlar istisnadır:
19.3.1. Brokerin
məcmu kapitalından tutulmalar;
19.3.2. Xarici valyuta
ilə əməliyyatlar zamanı iki iş günü
ərzində hesablaşma ilə bağlı risklər;
19.4. Brokerin
fərdi müştəriyə və ya müştəri
qrupuna dair konsentrasiya risk limiti (maliyyə institutları istisna
olmaqla) onun məcmu kapitalının 25%-dən çox ola
bilməz;
19.5. Broker
maliyyə institutlarına dair konsentrasiya risk limitini onun
məcmu kapitalının 100%-i keçməmək
şərti ilə özü müəyyən edir;
19.6. 0% kredit risk
çəkisi daşıyan hökumətlərə və
Azərbaycan Respublikasının Mərkəzi Bankına
qarşı mövqelər konsentrasiya riski üzrə kapital
tələbinin hesablanmasından azad olunur.
19.7. Limitdən
artıq risk 10 gün və ya daha az davam etdikdə,
konsentrasiya riski üzrə əlavə kapital tələbi
spesifik risklər və ya hesablaşma və kontragent
riskləri üzrə kapital tələbinin 200%-i
məbləğində müəyyən edilir.
19.8. Limitdən
artıq risk 10 gündən çox davam etdikdə, broker
konsentrasiya riski üzrə əlavə kapital tələbini
sözügedən əqdlər üzrə spesifik risk
və/ya kontragent/hesablaşma riski üzrə kapital
tələbinin cəmini Cədvələ (Əlavə ¹ 7)
uyğun olaraq hesablayır.”
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 29 sentybr 2015-ci il tarixli 12-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2015-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 sentybr 2015-ci il tarixli 12-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 oktyabr 2015-ci il) ilə ləğv edolmişdir.