AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
23.09.2014 |
Qeydiyyat nömrəsi |
8 |
Adı |
“Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
09.10.2014 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201409230008 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
08.10.2014 |
“Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə
əlavələrin və dəyişikliklərin edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
29 mart 2004-cü il tarixli 44 nömrəli Fərmanını
və Azərbaycan Respublikası Prezidentinin 5 mart 2009-cu il
tarixli 70 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Qiymətli
Kağızlar üzrə Dövlət Komitəsi haqqında”
Əsasnaməni rəhbər tutaraq Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsi [1]
QƏRARA ALIR:
1. Azərbaycan
Respublikasının Qiymətli Kağızlar üzrə
Dövlət Komitəsinin 12 fevral 2013-ci il tarixli 2 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Qiymətli kağızlar bazarının
peşəkar iştirakçılarının
hesabatlarına dair tələblər, habelə onların
təqdim edilməsi və açıqlanması Qaydaları”nda
dəyişikliklər təsdiq edilsin (Əlavə olunur).
2. Hüquq
şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu
Qaydalara dəyişiklikləri 3 gün müddətində
Azərbaycan Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsi üçün
Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma
və nəzarət şöbəsinə (C.Nəzərov)
tapşırılsın ki, bu Qərardan irəli gələn
məsələlərin həll edilməsini təmin etsin.
4. Ümumi
şöbəyə (E.İsayev) tapşırılsın ki,
QKDK-nın aparatının, QKDK-nın Naxçıvan Muxtar
Respublikası üzrə İdarəsinin, habelə tabeliyində
olan qurumların bu Qərarla tanış olmalarını
təmin etsin.
5. Bu Qərarın
1-ci bəndi ilə təsdiq edilmiş “Qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının hesabatlarına dair
tələblər, habelə onların təqdim edilməsi
və açıqlanması Qaydaları”nda dəyişikliklər
2015-ci ilin yanvarın 1-dən qüvvəyə minir.
6. Bu Qərarın
icrasına nəzarət sədr müavini İ.Muradova
həvalə edilsin.
Sədr
R.Aslanlı
|
|
“Qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarının hesabatlarına dair
tələblər, habelə onların təqdim edilməsi
və açıqlanması Qaydaları”nda
dəyişikliklər
1.
2-ci bənd
aşağıdakı redaksiyada verilsin:
2.
Broker
və diler tərəfindən təqdim olunan hesabatlar
2.1.
Broker
öz fəaliyyəti ilə əlaqədar olaraq QKDK-ya
rüblük və illik hesabatlar təqdim edir.
2.2.
Broker
tərəfindən QKDK-ya təqdim edilən rüblük
hesabatın tərkibi mövcud qanunvericiliklə tələb
olunan məlumatlardan əlavə olaraq
aşağıdakılardan ibarətdir:
2.2.1. müştəri
hesablarına dair hesabat (Əlavə ¹ 1);
2.2.2. kapital
adekvatlığına dair hesabat (Əlavə ¹ 2);
2.2.3. kredit riskinə
dair hesabat (Əlavə ¹ 3);
2.2.4. bazar riskinə
dair hesabat (Əlavə ¹ 4);
2.2.5. əməliyyat
riskinə dair hesabat (Əlavə ¹ 5);
2.2.6. konsentrasiya
riskinə dair hesabat (Əlavə ¹ 6);
2.2.7. rüblük
maliyyə hesabatları (mühasibat balansı,
mənfəət və zərər haqqında hesabat);
2.2.8. peşəkar
fəaliyyətin həyata keçirilməsi haqqında hesabat
(Əlavə ¹ 7);
2.2.9. təşkilati
struktur və mühüm iştirak payçıları
haqqında məlumat:
2.2.9.1.
təşkilati
strukturun sxemi;
2.2.9.2.
təşkilati
və idarəetmə strukturunda baş vermiş
dəyişikliklər;
2.2.9.3.
mühüm
iştirak payına sahib (10% və daha artıq)
şəxslər fiziki şəxs olduqda adı, soyadı
və atasının adı, hüquqi şəxs olduqda
adı və təşkilati hüquqi forması, habelə
malik olduqları pay barədə məlumat.
2.3.
Diler
öz fəaliyyətləri ilə əlaqədar olaraq QKDK-ya
aylıq, rüblük və illik hesabatlar təqdim edir.
2.4.
Diler
tərəfindən QKDK-ya təqdim edilən aylıq
hesabatın tərkibi mövcud aşağıdakılardan
ibarətdir:
2.4.1. müştəri
hesablarına dair hesabat (Əlavə ¹ 1);
2.4.2. kapital
adekvatlığına dair hesabat (Əlavə ¹ 2);
2.4.3. kredit riskinə
dair hesabat (Əlavə ¹ 3);
2.4.4. bazar riskinə
dair hesabat (Əlavə ¹ 4);
2.4.5. əməliyyat
riskinə dair hesabat (Əlavə ¹ 5);
2.4.6. konsentrasiya
riskinə dair hesabat (Əlavə ¹ 6);
2.4.7. hesablaşma
və kontragent riskinə dair hesabat.
2.5.
Diler
tərəfindən QKDK-ya təqdim edilən rüblük
hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.5.1. maliyyə
hesabatları (mühasibat balansı, mənfəət və
zərər haqqında hesabat);
2.5.2. peşəkar
fəaliyyətin həyata keçirilməsi haqqında hesabat
(Əlavə ¹ 7);
2.5.3. təşkilati
struktur və mühüm iştirak payçıları
haqqında məlumat:
2.5.3.1.
təşkilati
strukturun sxemi;
2.5.3.2.
təşkilati
və idarəetmə strukturunda baş vermiş
dəyişikliklər;
2.5.3.3.
mühüm
iştirak payına sahib (10% və daha artıq)
şəxslər fiziki şəxs olduqda adı, soyadı
və atasının adı, hüquqi şəxs olduqda
adı və təşkilati hüquqi forması, habelə
malik olduqları pay barədə məlumat.
2.6.
Broker
və diler tərəfindən QKDK-ya təqdim edilən illik
hesabatın tərkibi aşağıdakılardan ibarətdir:
2.6.1. kənar
auditdən keçmiş mühasibat balansı,
mənfəət və zərər haqqında hesabat,
uçot siyasəti və izahlı qeydlər;
2.6.2. kənar auditorun
rəyi;
2.7.
Broker
və Diler tərəfindən QKDK-ya təqdim edilən
dövri hesabatlarla yanaşı, aşağıda qeyd
edilən dəyişikliklərlə bağlı
hesabatları baş verdiyi tarixdən 10 iş günü
ərzində QKDK-ya təqdim edilməlidir:
2.7.1. peşəkar
fəaliyyətin həyata keçirilməsi ilə
əlaqədar əldə edilmiş texniki təminat
vəsaitləri, elektron proqramlar və sistemlər, habelə
onlarda edilmiş dəyişikliklər barədə
məlumat;
2.7.2. peşəkar
fəaliyyətin həyata keçirilməsi ilə
əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar,
habelə onlara edilmiş dəyişikliklər haqqında
məlumat.”;
2. 3.2.2-ci
yarımbənddə “Əlavə ¹ 2” sözləri “Əlavə ¹ 7” sözləri
ilə əvəz edilsin;
3. 3.3-cü
bənddə “bu Qaydaların 2.3-cü bəndi ilə
müəyyən edilir.” sözləri “mövcud
qanunvericiliklə tələb olunan məlumatlardan əlavə
olaraq aşağıdakılardan ibarətdir:” sözləri
ilə əvəz edilsin və aşağıdakı
məzmunda 3.3.1-ci, 3.3.2-ci və 3.3.3-cü yarımbəndlər
əlavə edilsin:
“3.3.1. kənar
auditdən keçmiş mühasibat balansı,
mənfəət və zərər haqqında hesabat, kapitalda
dəyişiklər haqqında hesabat, pul vəsaitlərinin
hərəkətləri haqqında hesabat, uçot
siyasəti və izahlı qeydlər;
3.3.2. kənar auditorun
rəyi;
3.3.3. idarəetmə
hesabatı.
4. 3.4-cü
bənddə “Depozitar və reyestrsaxlayıcı
tərəfindən təqdim olunan idarəetmə hesabatı”
sözləri “Bu Qaydaların 3.3.3-cü bəndi ilə
müəyyən edilmiş hesabat” sözləri ilə
əvəz edilsin;
5. 3.4.5-ci və
3.4.6-cı yarımbəndlər
ləğv edilsin və aşağıdakı məzmunda
3.5-ci bənd əlavə edilsin:
“3.5. Depozitar
və reyestrsaxlayıcı tərəfindən QKDK-ya
təqdim edilən dövri hesabatlarla yanaşı,
aşağıda qeyd edilən dəyişikliklərlə
bağlı məlumatları baş verdiyi tarixdən 10 iş
günü ərzində QKDK-ya təqdim edilməlidir:
3.5.1. peşəkar
fəaliyyətin həyata keçirilməsi ilə
əlaqədar əldə edilmiş texniki təminat
vəsaitləri, elektron proqramlar və sistemlər, habelə
onlarda edilmiş dəyişikliklər barədə;
3.5.2. peşəkar
fəaliyyətin həyata keçirilməsi ilə
əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar,
habelə onlara edilmiş dəyişikliklər haqqında.”
6. 4.2.2-ci yarımbənd ləğv
edilsin;
7. 4.2.3-cü yarımbənddə “Əlavə
¹2” sözləri “Əlavə ¹7” sözləri
ilə əvəz edilsin;
8. 4.4-cü
bənddə “2.3-cü” sözləri “3.3-cü”
sözləri ilə əvəz edilsin;
9. Aşağıdakı
məzmunda 4.6-cı bənd əlavə edilsin:
“4.6. Klirinq
təşkilatı tərəfindən QKDK-ya təqdim
edilən dövri hesabatlarla yanaşı, aşağıda
qeyd edilən dəyişikliklərlə bağlı
məlumatları baş verdiyi tarixdən 10 iş günü
ərzində QKDK-ya təqdim edilməlidir:
4.6.1. peşəkar
fəaliyyətin həyata keçirilməsi ilə
əlaqədar əldə edilmiş texniki təminat
vəsaitləri, elektron proqramlar və sistemlər, habelə
onlarda edilmiş dəyişikliklər barədə;
4.6.2. peşəkar
fəaliyyətin həyata keçirilməsi ilə
əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar,
habelə onlara edilmiş dəyişikliklər haqqında.”;
10. 5.2.2-ci yarımbənd
ləğv edilsin;
11. 5.2.3-cü yarımbənddə “Əlavə
¹2” sözləri “Əlavə ¹7” sözləri
ilə əvəz edilsin;
12. 5.3-cü
bənddə “2.3-cü” sözləri “3.3-cü”
sözləri ilə əvəz edilsin;
13. 5.4.6-cı və
5.4.7-ci yarımbəndlər
ləğv edilsin və aşağıdakı məzmunda
5.5-ci bənd əlavə edilsin:
“5.5. Fond
birjası tərəfindən QKDK-ya təqdim edilən
dövri hesabatlarla yanaşı, aşağıda qeyd
edilən dəyişikliklərlə bağlı
məlumatları baş verdiyi tarixdən 10 iş günü
ərzində QKDK-ya təqdim edilməlidir:
5.5.1. peşəkar
fəaliyyətin həyata keçirilməsi ilə
əlaqədar əldə edilmiş texniki təminat
vəsaitləri, elektron proqramlar və sistemlər, habelə
onlarda edilmiş dəyişikliklər barədə;
5.5.2. peşəkar
fəaliyyətin həyata keçirilməsi ilə
əlaqədar qəbul edilmiş daxili qayda və prosedurlar,
habelə onlara edilmiş dəyişikliklər haqqında.”;
14. 6.2-ci bənddə
“10 (on) iş günündən” sözləri “20
(iyirmi) gündən” sözləri ilə əvəz
edilsin;
15. 6.2-ci bəndə
aşağıdakı məzmunda ikinci cümlə
əlavə edilsin:
“Aylıq hesabatlar
hər təqvim ayının nəticələri üzrə
hazırlanmalı və hesabat dövrünün başa
çatmasından etibarən 15 (on beş) gündən gec olmayan
müddətdə QKDK-ya təqdim ediməlidir.”;
16. 6.3-cü
bənddə “15” rəqəmi “20 (iyirmi)”
sözləri ilə əvəz edilsin;
17. 7-ci
bölmə aşağıdakı redaksiyada verilsin:
“7. Hesabatların
tərtib edilməsi qaydaları
7.1.
“Müştəri hesablarına
dair hesabat” (Əlavə ¹ 1) broker və diler
tərəfindən aşağıdakı qaydada tərtib
edilir:
7.1.1. “Müştəri
hesablarının sayı” sətrində - “Qiymətli
kağız hesablarının sayı” ilə “Digər
maliyyə alətləri hesablarının sayı”nın
cəmi qeyd edilir.
7.1.2. “Müştəri
hesablarında olan aktivlər” sətrində - “Qiymətli
kağızlar və maliyyə alətləri” ilə “Pul
vəsaitləri”n cəmi qeyd edilir.
7.1.3. “Qiymətli
kağızlar və maliyyə alətləri” -
sətrində “Kotirovka olunan səhmlər”, “Digər
qiymətli kağızlar” və “Törəmə qiymətli
kağızları”nın cəmi qeyd edilir.
7.1.4. “Pul vəsaitləri”
sətrində - “Kassa”da olan və “Digər vəsaitlər”in
cəmi qeyd edilir.
7.1.5. “Kassa”
sətrində - kassada saxlanılan pul vəsaitləri qeyd
edilir.
7.1.6. “Digər
vəsaitlər” sətrində - yolda olan pul
köçürmələri, bank hesablaşma hesabları,
digər tələbli bank hesabları və pul
vəsaitlərinin ekvivalentlərinin cəmi qeyd olunur.
7.1.7. “İdarəedilən
müştəri aktivləri” sətrində - “Qiymətli
kağızlar və maliyyə alətləri” ilə “Pul
vəsaitləri” qeyd edilir.
7.2.
“Kapital
adekvatlığına dair hesabat” (Əlavə ¹ 2) broker və
diler tərəfindən aşağıdakı qaydada
tərtib edilir:
7.2.1. “Məcmu kapital”
sətrində - “Birinci və ikinci dərəcəli
kapitalın cəmi” ilə “Birinci və ikinci
dərəcəli kapitaldan tutulmalar”ın fərqi qeyd edilir.
7.2.2. “Birinci
dərəcəli kapital” sətrində - “ödənilmiş
adi səhmlər”, “qeyri-kumulyativ müddətsiz imtiyazlı
səhmlər”, “səhmlərin emissiyasından əldə
edilmiş digər vəsaitlər”, “nizamnamə kapitalı
(MMC-lər üçün ödənilmiş pay)”, “Kapital
ehtiyatları” və “Bölüşdürülməmiş
mənfəət (zərər)”in cəmi qeyd edilir.
Mərkəzi Bank ?
7.2.3. “Ödənilmiş
adi səhmlər” sətrində - peşəkar
iştirakçının nizamnamə kapitalını
formalaşdıran ödənilmiş adi səhmlərin
nominal dəyəri qeyd edilir.
7.2.4. “Qeyri-kumulyativ
müddətsiz imtiyazlı səhmlər” sətrində -
peşəkar iştirakçının nizamnamə
kapitalını formalaşdıran qeyri-kumulyativ
müddətsiz imtiyazlı səhmlərin nominal dəyəri
qeyd edilir.
7.2.5. “Səhmlərin
emissiyasından əldə edilmiş digər vəsaitlər”
sətrində - kumulyativ imtiyazlı səhmlər istisna
olmaqla, adi və imtiyazlı səhmlərin emissiyasından
əldə edilən əlavə məbləğ qeyd edilir.
7.2.6. “Nizamnamə
kapitalı (MMC-lər üçün ödənilmiş
pay)” sətrində - məhdud məsuliyyətli cəmiyyət
olan peşəkar iştirakçının nizamnamə
kapitalını formalaşdıran ödənilmiş
digər kapitalın nominal dəyərini daxil edilir.
7.2.7. “Kapital
ehtiyatları” sətrində - peşəkar
iştirakçının səhmdarlarının və ya
payçılarının məqsədli
ödənişləri hesabına yaradılmış ehtiyatlarda
(fondlarda) mövcud olan vəsaitlərin məbləği qeyd
edilir.
7.2.8. “Bölüşdürülməmiş
mənfəət (zərər)” sətrində - mühasibat
balansında göstərilən və audit olunmuş illik
maliyyə hesabatlarına əsaslanan əvvəlki illərin
bölüşdürülməmiş mənfəəti
və ya zərəri qeyd edilir. Mənfəət
müsbət, zərər isə mənfi işarə ilə
qeyd olunur.
7.2.9.
“Birinci
dərəcəli kapitaldan tutulmalar” sətrində - “Geri
alınmış səhmlər (paylar)” , “Qeyri-maddi
aktivlər” və “Cari ilin zərəri”nin cəmi qeyd edilir.
7.2.10. “Geri
alınmış səhmlər” sətrində - səhmdar
cəmiyyət olan peşəkar iştirakçılar
tərəfindən geri alınmış, lakin ləğv
olunmamış “adi səhmlər” ilə “imtiyazlı
səhmlər”in nominal dəyərinin cəmi, məhdud
məsuliyyətli cəmiyyət üçün geri
alınmış paylar qeyd edilir.
7.2.11. “Qeyri-maddi
aktivlər” sətrində - fiziki əsası olmayan, lakin
sahibkarın imtiyazı və hüququ əsasında
dəyər yaradan (xüsusi razılıqlar, lisenziyalar,
patentlər, ticarət nişanı, imtiyazlar və s.)
dövriyyədənkənar aktivlərin (qeyri-maddi
akivlərin) ümumi dəyəri qeyd edilir.
7.2.12.
“Cari
ilin zərəri” sətrində - rüblük
mənfəət və zərər haqqında hesabata
əsaslanan zərərin məbləği müsbət
işarə ilə qeyd edilir.
7.2.13. “İkinci
dərəcəli kapital” sətrində - “Yenidən
qiymətləndirmədən irəli gələn”, “Xüsusi
ehtiyatlar”, “Cari ilin mənfəəti” və “Subordinasiya
borcları”nın cəmi qeyd edilir.
7.2.14. “Yenidən
qiymətləndirmədən irəli gələn”
sətrində - əvəzetmə dəyəri metodu ilə
qiymətləndirilən daşınmaz əmlakın və
avadanlıqların yenidən tikili və təbii
sərvətlər kimi uzunmüddətli qeyri-maliyyə
aktivlərinin qiymətləndirilməsi zamanı ortaya
çıxan fərq qeyd edilir.
7.2.15. “Xüsusi
ehtiyatlar” sətrində - “uzunmüddətli qeyri-maliyyə
aktivlərdən irəli gələn” və
“uzunmüddətli maliyyə aktivlərindən irəli
gələn”, vəsaitlərin cəmi qeyd edilir.
7.2.16.
“Uzunmüddətli
qeyri-maliyyə aktivlərdən irəli gələn”
sətrində - torpaq, edilmiş investisiyaların
qiymətləndirilməsi ədalətli dəyər prinsipi
ilə aparıldıqda onların dəyərindəki
artım nəticəsində mühasibat balansında baş
vermiş dəyişikliklərin ümumi məbləği
qeyd edilir.
7.2.17.
“Uzunmüddətli
maliyyə alətlərindən irəli gələn”
sətrində - maliyyə alətlərinə (səhmlər,
paylar və uzunmüddətli korporativ istiqrazlar) edilmiş
investisiyaların qiymətləndirilməsi bazar dəyər
prinsipi ilə aparıldıqda onların dəyərindəki
artım nəticəsində mühasibat balansında baş
vermiş dəyişikliklərin ümumi məbləği
qeyd edilir.
7.2.18.
“Cari
ilin mənfəəti” - sətrində dövrü
mənfəət və zərər haqqında hesabata
əsaslanan mənfəətin məbləği qeyd edilir.
7.2.19.
“Subordinasiya
borcları” - sətrində emissiya şərtlərinə
görə ödəniş vaxtı çatdıqda
ödənilən, girov ilə təmin edilməyən,
sahibinin tələbi ilə geri alınmayan, son
ödəniş müddəti başa çatana kimi bu
öhdəlik üzrə ödəniş (faiz və ya
əsas borc) baş tutmadığı təqdirdə
təşkilatı müflis elan etmək və ya ləğv
etmək hüququ verməyən, təşkilat ləğv
edilərkən onların ödənilməsi kreditorların
tələbi tam ödənildikdən sonra icra olunan
öhdəliklərin məbləği qeyd edilir.
7.2.20.
“Birinci
və ikinci dərəcəli kapitalın cəmi”
sətrində - “Birinci dərəcəli kapital” ilə “İkinci
dərəcəli kapital”ın cəmindən “Birinci
dərəcəli kapitaldan tutulmalar”ın fərqi qeyd edilir.
7.2.21.
“Birinci
və ikinci dərəcəli kapitaldan tutulmalar”
sətrində - “digər peşəkar
iştirakçıların kapitalına xalis investisiyalar”,
“peşəkar iştirakçı olmayan digər maliyyə
institutlarının və birjada listinqə
çıxmış hüquqi şəxslərin
kapitalına investisiyalar” və “digər hüquqi
şəxslərin (peşəkar iştirakçılar,
maliyyə institutları və birjada listinqə
çıxmış hüquqi şəxslər istisna
olmaqla) kapitalına investisiyalar”ın cəmi qeyd edilir.
7.2.22.
“Digər
peşəkar iştirakçıların kapitalına xalis
investisiyalar” sətrində - hesabatı təqdim edən
peşəkar iştirakçı (hesabatçı)
tərəfindən digər peşəkar iştirakçıların
nizamnamə kapitalında iştirak payı 10%-dən artıq
olan investisiyaların məbləği qeyd edilir.
7.2.23.
“Peşəkar
iştirakçı olmayan digər maliyyə
institutlarının və birjada listinqə
çıxmış hüquqi şəxslərin
kapitalına xalis investisiyalar” sətrində - hesabatı
təqdim edən peşəkar iştirakçı
(hesabatçı) tərəfindən peşəkar
iştirakçı olmayan digər maliyyə
institutlarının və birjada listinqə
çıxmış hüquqi şəxslərin
kapitalında iştirak payı 10%-dən artıq olan
investisiyaların məbləği qeyd edilir.
7.2.24.
“Digər
hüquqi şəxslərin kapitalına (peşəkar
iştirakçılar, maliyyə institutları və birjada
listinqə çıxmış hüquqi şəxslər
istisna olmaqla)” sətrində - hesabatı təqdim edən
peşəkar iştirakçı (hesabatçı)
tərəfindən peşəkar iştirakçılar,
peşəkar iştirakçı olmayan digər maliyyə
institutları və birjada listinqə çıxmış
hüquqi şəxsləri istisna olmaqla bütün digər
hüquqi şəxslərin kapitalında iştirak payı
10%-dən artıq olan investisiyaların məbləği qeyd
edilir.
7.2.25.
“Cəmi
kapital tələbi” sətrində - “Kredit riski”, “Bazar riski”, “Əməliyyat
riski”, “Hesablaşma və kontragent riski” və “Konsentrasiya riski”
üzrə hesablanmış kapital tələbinin cəmi qeyd
edilir.
7.2.26.
“Məcmu
kapital – Cəmi kapital tələbi” sətrində - “Məcmu
kapital” ilə “Cəmi kapital tələbi”nin fərqi qeyd
edilir.
7.2.27.
“Maliyyə
aktivləri (qalıq ödəniş müddəti 30
günədək)” sətrində - pul vəsaitləri,
səhmlər, habelə qalıq ödəniş
müddəti 30 günədək olan dövlət qiymətli
kağızları, korporativ istiqrazlar və Mərkəzi
Bankın notlarının nominal dəyəri qeyd edilir.
7.2.28.
“Öhdəliklər
(qalıq ödəniş müddəti 30 günədək)”
sətrində - 30 gün ərzində
ödəniləcək bütün öhdəliklərin
nominal dəyəri qeyd edilir.
7.2.29.
“I
kateqoriya likvidlik əmsalı” sətrində - “Maliyyə
aktivləri (qalıq ödəniş müddəti 30
günədək)”in “Öhdəliklər (qalıq
ödəniş müddəti 30 günədək)” olan
nisbəti qeyd edilir.
7.2.30.
“Maliyyə
aktivləri (qalıq ödəniş müddəti 180
günədək)” sətrində - pul vəsaitləri,
səhmlər, habelə qalıq ödəniş
müddəti 180 günədək olan dövlət
qiymətli kağızları, korporativ istiqrazlar və
Mərkəzi Bankın notlarının nominal dəyəri
qeyd edilir.
7.2.31.
“Öhdəliklər
(qalıq ödəniş müddəti 180
günədək)” sətrində - 180 gün ərzində
ödəniləcək bütün öhdəliklərin
nominal dəyəri qeyd edilir.
7.2.32.
“II
kateqoriya likvidlik əmsalı” sətrində - “Maliyyə
aktivləri (qalıq ödəniş müddəti 180
günədək)”in “Öhdəliklər (qalıq
ödəniş müddəti 180 günədək)” olan
nisbəti qeyd edilir.
7.3.
“Peşəkar
fəaliyyətinin həyata keçirilməsi haqqında
hesabat” (Əlavə ¹ 7) peşəkar iştirakçı
(broker, diler, depozitar və reyestrsaxlayıcı, klirinq
təşkilatı və fond birjası) tərəfindən
aşağıdakı qaydada tərtib edilir:
7.3.1. Peşəkar
bazar iştirakçısının ştatında olan ixtisas
şəhadətnaməsinə malik hər bir
əməkdaşla bağlı aşağıdakı məlumatlar
daxil edilir (bütün peşəkar iştirakçılar
tərəfindən tərtib olunur):
7.3.1.1.
adı,
soyadı, atasının adı;
7.3.1.2.
həyata
keçirilən peşəkar fəaliyyətin növü;
7.3.1.3.
ixtisas
şəhadətnaməsinin nömrəsi;
7.3.1.4.
əməkdaşın
peşəkar fəaliyyətin həyata keçirilməsi
üzrə iş stajı.
7.3.2. Dövr sonuna
müştərilərinin sayı və strukturu ilə
bağlı aşağıdakı məlumatlar (yalnız
brokerlər tərəfindən tərtib olunur) daxil edilir:
7.3.2.1.
Fiziki
şəxs olan müştərilərinin sayı rezident
və qeyri-rezident müştərilərin sayının
cəmini qeyd edir.
7.3.2.2.
Hüquqi
şəxs olan müştərilərinin sayı yerli bank,
yerli digər hüquqi şəxs, xarici bank, xarici digər
hüquqi şəxs olaraq daxil edilir.
7.3.2.3.
Yerli
bank əsas fəaliyyəti yeri Azərbaycan Respublikasında
olan banklar olaraq daxil edilir.
7.3.2.4.
Yerli
digər hüquqi şəxs əsas fəaliyyət yeri
Azərbaycan Respublikasında olan digər hüquqi
şəxslər olaraq daxil edilir.
7.3.2.5.
Xarici
bank əsas fəaliyyət yeri Azərbaycan Respublikasından
kənarda olan banklar olaraq daxil edilir.
7.3.2.6.
Xarici
digər hüquqi şəxs əsas fəaliyyətini
Azərbaycan Respublikasından kənarda göstərən digər
hüquqi şəxslər olaraq daxil edilir.”;
18. Əlavə ¹1
ləğv edilsin;
19. Əlavə ¹2
Əlavə ¹7 hesab edilsin və Bu Əlavədə
nəzərdə tutulan hesabatın 3-cü hissəsi
ləğv edilsin;
20. Aşağıdakı
məzmunda Əlavə ¹1, Əlavə ¹2, Əlavə ¹3,
Əlavə ¹4, Əlavə ¹5 və Əlavə ¹6 əlavə
olunsun:
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 03 fevral 2016-cı il tarixli 17-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il)
[1] 03 fevral 2016-cı il tarixli 17-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il) ilə ləğv edilmişdir.