AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

10.12.2014

Qeydiyyat nömrəsi

26/3

Adı

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda  dəyişikliklər edilməsi barədə[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

20.12.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201412100263

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

19.12.2014

 

 

Bank sektorunda kapital mövqeyinin daha da gücləndirilməsi, risklərə qarşı dayanıqlığın artırılması, habelə prudensial tələblərin beynəlxalq standartlara uyğunlaşdırlması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.2-ci maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.3-cü maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur);

Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

 

           Sədr 

Elman Rüstəmov

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

 

Qərar  ¹ 26/3

          “10” dekabr 2014-cü  il

 

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.                  2.0.7-ci yarımbənddə “özündə birləşdirən” sözlərindən sonra “müddətli və müddətsiz” sözləri, “subordinasiya borc öhdəlikləri və ya” sözlərindən sonra isə “digər” sözü əlavə edilsin;

2.                  2.0.8-ci yarımbənddən “emissiya şərtlərində geri alınma tarixi olmayan, sahibinin tələbi ilə ödənilməyən, ona gələcəkdə bu hüquqları verməyən,” sözləri çıxarılsın;

3.                  aşağıdakı məzmunda 2.0.15-ci yarımbənd əlavə edilsin:

            “2.0.15. istehlak krediti sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və ya tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit.”;

4.                   7.2.3.1-ci və 7.2.3.2-ci yarımbəndlər çıxarılsın;

5.                  7.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.2.3. qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər istisna olmaqla kapitalın hibrid elementləri.”;

6.                  7.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“7.3. Bu Qaydaların 7.2.3-cü yarımbəndində nəzərdə tutulmuş kapitalın hibrid elementləri II dərəcəli bank kapitalına daxil edilməsi üçün onlar ən azı aşağıdakı meyarlara cavab verməlidir:”

7.                  7.3.5-ci yarımbənddə “nöqtə” işarəsi “nöqtəli vergül” işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.3.6-cı yarımbənd əlavə edilsin:

“7.3.6. bankın bu alətlər üzrə öhdəliklərinin əsas məbləğinin icra müddəti ən azı 5 (beş) ildən sonra və ya müddətsiz şərti ilə müəyyən olunmalıdır.”;

8.                  aşağıdakı məzmunda 7.4-cü və 7.5-ci bəndlər əlavə edilsin:

“7.4. Kapitalın hibrid elementləri, o cümlədən subordinasiya borc öhdəlikləri II dərəcəli kapitalda ödəniş müddətinin başa çatmasına 5 il qaldıqda qalıq müddətinin birinci ilinin əvvəlindən başlayaraq hər il 20 faiz azaldılmaqla nəzərə alınır.

7.5. II dərəcəli kapitalın hesablanmasında nəzərə alınan kapitalın hibrid elementlərinin məbləği I dərəcəli kapitalın (aparılan “tutulmalar”dan sonra) 50 (əlli) faizindən çox olmamalıdır.”;

9.                  8.0-cu bənddə “Kapitalın adekvatlıq əmsalları” sözlərindən sonra “və leverec əmsalı” sözləri əlavə edilsin;

10.              8.0.1-ci yarımbənddə “xalis dəyəri” sözlərindən sonra “(amortizasiyası nəzərə alınmaqla)” sözləri əlavə edilsin;

11.              9.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.2. Aktivlər 0 (sıfır), 20 (iyirmi), 50 (əlli), 100 (yüz) və 120 (yüz iyirmi) faizli risk dərəcələrindən (qruplarından) birinə aid edilir.”;

12.              9.4.4.6-cı yarımbənddə “digər aktivlər” sözlərindən sonra “(bu Qaydaların 9.4.5-ci yarımbəndində nəzərdə tutulmuş aktivlər istisna olmaqla)” sözləri əlavə edilsin;

13.              aşağıdakı məzmunda 9.4.5-ci yarımbənd əlavə edilsin:

“9.4.5. 120 (yüz iyirmi) faizli (1,2 əmsallı) risk qrupuna təminatı olmayan istehlak kreditləri aid edilir.”;

14.    9.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“9.6. Bu hissədə göstərilən balansdankənar öhdəliklər aşağıda müəyyən olunmuş əmsallar üzrə kreditə konvertasiya edilir:

9.6.1. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və müddəti bir ilədək olan balansdankənar öhdəliklər – 20 (iyirmi) faizlə (kreditə konvertasiya əmsalı – 0,2);

9.6.2. alınacaq mallarla təmin olunmuş müddəti bir ilədək olan bank tərəfindən açılan akkreditivlər 50 (əlli) faizlə (kreditə konvertasiya əmsalı 0,5);

9.6.3. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və müddəti bir ildən çox olan balansdankənar öhdəliklər – 60 (altmış) faizlə (kreditə konvertasiya əmsalı – 0,6 );

9.6.4. digər balansdankənar öhdəliklər – 100 (yüz) faizlə (kreditə konvertasiya əmsalı – 1,0).”;

15.              aşağıdakı məzmunda 11.2.2-1-ci yarımbənd əlavə edilsin:

“11.2.2-1. Banka aidiyyəti olan şəxslərə və banka aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərə (bundan sonra – aidiyyəti şəxslər) verilmiş kreditlər məcmu kapitalın adekvatlıq əmsalının hesablanmasında aşağıdakı qaydada nəzərə alınır:

11.2.2-1.1. 01.06.2015-ci il tarixindən sonra aidiyyəti şəxslərə yeni verilmiş və ya restrukturizasiya olunmuş kreditlərin 100%-i;

11.2.2-1.2. 01.06.2015-ci il tarixindən 01.06.2016-cı il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 20%-i;

11.2.2-1.3. 01.06.2016-cı il tarixindən 01.06.2017-ci il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 40%-i;

11.2.2-1.4. 01.06.2017-ci il tarixindən 01.06.2018-ci il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 60%-i;

11.2.2-1.5. 01.06.2018-ci il tarixindən 01.06.2019-cu il tarixinədək – 01.06.2015-ci il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 80%-i;

11.2.2-1.6. 01.06.2019-cu il tarixindən başlayaraq –aidiyyəti şəxslərə verilmiş kreditlərin 100%-i.”;

16.              11.2.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

 

 

məcmu kapital – aidiyyəti şəxslərə verilmiş kreditlər

 

11.2.4. Məcmu kapitalın        

 

                      adekvatlıq əmsalı =

-------------------------------

X100%

 

aidiyyəti şəxslərə verilmiş kreditlər istisna olmaqla risk dərəcəsi ilə ölçülmüş aktivlər 

 

 

    17. aşağıdakı məzmunda 12-1-ci bənd əlavə edilsin:

“12-1. Leverec əmsalında nəzərə alınması üçün balansdankənar öhdəliklərin icra məbləği aşağıda müəyyən olunmuş əmsallar ilə kreditə konvertasiya olunur:

12-1.1. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti bir ilədək olan balansdankənar öhdəliklərin istifadə olunmamış hissəsi – 30 (otuz) faizlə (kreditə konvertasiya əmsalı – 0,3);

12-1.2. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən və yaranma tarixində müddəti bir ildən çox olan balansdankənar öhdəliklərin istifadə olunmamış hissəsi – 70 (yetmiş) faizlə (kreditə konvertasiya əmsalı – 0,7);

12-1.3. bütün digər balansdankənar öhdəliklər – 100 (yüz) faizlə (kreditə konvertasiya əmsalı – 1,0).”.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il) ilə ləğv edilmişdir.