AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏRKƏZİ BANKININ QƏRARI

Qəbul edildiyi tarix

10.12.2014

Qeydiyyat nömrəsi

26/1

Adı

“Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

31.12.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201412100261

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

30.12.2014

 

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli Fərmanının 1.1.6-cı yarımbəndinin icras məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

Q Ə R A R A    A L I R:

 

1. “Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur). [1]

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27.01.2001-ci il tarixli qərarı ilə (1 nömrəli protokol) təsdiq edilmiş (09.02.2001-ci il tarixli 2661 nömrəli şəhadətnamə) “Kredit ittifaqına bank əməliyyatı aparmaq  üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları” ləğv edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr

Elman Rüstəmov

 

                                                                                      


 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

 

Qərar  ¹ 26/1

          “10” dekabr 2014-cü  il

 

Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün

xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları

 

1.                 Ümumi müddəalar

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı və 47-ci maddələrinə, “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış və Kredit ittifaqına bank fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra - lisenziya) qaydalarını müəyyən edir.

1.2. Lisenziya alınması üçün təqdim edilən sənədlər və məlumatlar (notariat qaydasında təsdiq edilən sənədlər, habelə bu Qaydalarda nəzərdə tutulmuş digər hallar istisna olmaqla) Müşahidə Şurasının sədri tərəfindən imzalanır və Kredit ittifaqının möhürü ilə təsdiq olunur. Sənədlər bir səhifədən artıq olduqda onlar tikilir və nömrələnir.

1.3. Lisenziyanın verilməsi üçün müraciətə baxılması, lisenziyanın fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq(lisenziya) verilməsi haqqında Qaydalar”a və bu Qaydalara uyğun olaraq həyata keçirilir.

 

2. Lisenziyanın alınması üçün müraciət

 

2.1. Lisenziya almaq üçün Kredit ittifaqı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra - Mərkəzi Bank) aşağıdakı sənədlər və məlumatlar təqdim olunur:

2.1.1. təsisçilər və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə (Əlavə 1);

2.1.2. dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;

2.1.3. minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi barədə bank sənədi;

2.1.4. üzvlərin başqa Kredit ittifaqının üzvü olmaması barədə məlumat;

2.1.5. Müşahidə Şurası, İdarə Heyəti, Kredit Komissiyasının üzvlərinin və daxili auditorun təyin edilməsi barədə Kredit ittifaqının üzvlərinin ümumi yığıncağının qərarı;

2.1.6. Kredit ittifaqının kredit siyasətini, təşkilati strukturunu, habelə ilk üç il üçün maliyyə proqnozunu müəyyənləşdirən biznes plan (üzvlərin ümumi yığıncağında təsdiq olunmaqla);

 2.1.7. İdarə Heyəti üzvlərinin təhsilini və iş təcrübəsini təsdiq edən sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri, habelə qəsdən törədilmiş cinayətlərə görə məhkumluqlarının olub-olmaması haqqında məlumat (Əlavə 2);

2.1.8. daxili auditorun (auditorların) “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ixtisas və peşə tələblərinə uyğunluğu, habelə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi və ya bu növ cəza ilə bağlı məhkumluğunun ödənilməsi və ya götürülməsi barədə məlumat (Əlavə 3);

2.1.9. lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

2.2. Bu Qaydaların 2.1.5 -ci və 2.1.6-cı yarımbəndlərində nəzərdə tutulmuş iclas protokolu iclasın sədri və katibi tərəfindən imzalanır və Kredit ittifaqının möhürü ilə təsdiq edilir.

2.3. Lisenziyanın verilməsi üçün tələb olunan zəruri şərtlər aşağıdakılardır:

2.3.1. İdarə Heyətinin üzvləri ali təhsilə və ən azı bir il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilə və ən azı üç il iş təcrübəsinə, maliyyə hesabatlarının hazırlanmasına məsul idarə heyətinin üzvü isə ali təhsilə və mühasibatlıq sahəsində ən azı bir il iş təcrübəsinə, yaxud tam orta və ya orta ixtisas təhsilə və mühasibatlıq sahəsində ən azı üç il iş təcrübəsinə malik olmalıdırlar;

2.3.2. İdarə Heyəti üzvlərinin qəsdən törədilmiş cinayətlərə görə məhkumluqları olmamalıdır;

2.3.3. daxili auditor (auditorlar) “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ixtisas və peşə tələblərinə cavab verməlidir, habelə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməli və ya bu növ cəza ilə bağlı məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxs olmamalıdır;

2.3.4. üzvlər başqa Kredit ittifaqının üzvü olmamalıdır;

2.3.5. Kredit ittifaqının formalaşdırdığı nizamnamə kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum məbləğdən az olmamalıdır.

2.4. Lisenziya almaq üçün təqdim edilən sənədlər və məlumatlar Mərkəzi Bank tərəfindən qəbul edilir, xüsusi kitabda qeydə alınır, baxılır,çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq on beş gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir.

2.5. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə beş gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara beş gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

2.6. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.6.1. təqdim edilmiş sənədlərdə yanlış məlumat olduqda;

2.6.2. ərizəçi bu Qaydaların 2.3-cü bəndində göstərilmiş lisenziya şərtlərinə cavab vermədikdə.

2.7. Ərizəçiyə lisenziya verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə beş gün müddətində yazılı məlumat verilir.

 

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi;

3.1.2. lisenziya verən orqanın adı və hüquqi ünvanı;

3.1.3. lisenziya verilən Kredit ittifaqının adı və hüquqi ünvanı;

3.1.4. lisenziyanın qeyri-müəyyən müddətə verilməsi barədə qeyd;

3.1.5. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü.

3.2. Lisenziya Mərkəzi Bankın səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

 

4. Lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi

4.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

4.1.1. Kredit ittifaqının müraciəti ilə;

4.1.2. Kredit ittifaqı müflis elan edildikdə.

4.2. Lisenziyanın fəaliyyətinin dayandırılması və bərpa olunması haqqında inzibati akt qəbul olunduğu tarixdən üç gün müddətində Kredit ittifaqına təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsilə göndərilir.

4.3. Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra lisenziyanın fəaliyyəti Kredit ittifaqının müraciətinə əsasən bərpa edilir. Mərkəzi Bank tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan üç gün müddətində Kredit ittifaqına təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsilə göndərilir.

4.4. Azərbaycan Respublikasının Mərkəzi Bankı lisenziyanı aşağıdakı hallarda ləğv edir:

4.4.1. Kredit ittifaqının müraciəti ilə;

4.4.2. lisenziya alınması üçün təqdim olunmuş məlumatların yanlış olduğu aşkar edildikdə;

4.4.3. Kredit ittifaqı lisenziyanı aldığı gündən başlayaraq bir il müddətində bank fəaliyyətini həyata keçirmədikdə, yaxud bank fəaliyyətini bir il müddətinə dayandırıldığı müəyyən edildikdə;

4.4.4. Kredit ittifaqı tərəfindən hesabatlar iki hesabat tarixinə Mərkəzi Banka təqdim olunmadıqda və ya illik kənar audit keçirilmədikdə;

4.4.5. Kredit ittifaqının təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsi müəyyənləşdirildikdə;

4.4.6. Kredit ittifaqının üzvlərinin sayı azaldığı halda 3 ay ərzində onların sayı 11-ə çatdırılmadıqda;

4.4.7. Kredit ittifaqının nizamnamə kapitalının məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilmiş minimum məbləğdən az olduqda;

4.4.8. Kredit ittifaqı “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş prudensial normativ və tələbləri (nizamnamə kapitalının minimum məbləğinə dair tələb istisna olmaqla) və ya “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl etmədikdə;

4.4.9 məhkəmənin müvafiq qərarı olduqda;

4.4.10. Kredit ittifaqı ləğv edildikdə.

4.5. Lisenziyanın ləğvi haqqında inzibati akt qəbul olunduğu tarixdən üç gün müddətində Kredit ittifaqına təqdim edilir və ya alınmasını təsdiq edən poçt vasitəsilə göndərilir.

 

5. Yekun müddəalar

Kredit ittifaqı lisenziyanın alınması üçün təqdim edilmiş məlumat və sənədlərdə edilən dəyişikliklər barədə 5 (beş) iş günü müddətində müvafiq sənədləri əlavə etməklə Mərkəzi Banka yazılı məlumat göndərməlidir.


 

 

Kredit ittifaqına bank fəaliyyətinin həyata

keçirilməsi üçün xüsusi razılıq (lisenziya)

verilməsi Qaydaları”na

 

Əlavə 1

 

Azərbaycan Respublikasının

Mərkəzi Bankına

 

“___” ___________ 20__-c_ il

 ¹ __________________

Xüsusi razılıq (lisenziya) alınması üçün

 

ƏRİZƏ

“___”__________ 20___-c_ il tarixində təsis edilmiş və _________________________________________________________________________________________

___________________________________________________________________________________________________________________________________ yerləşən

(Kredit ittifaqının ünvanı)

____________________________________________________________________________________________________________________________________________

(Kredit ittifaqınının adı)

           bank fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsini xahiş edir.

Bank hesabı nömrəsivə bankın adı: ________________________________________________________

Əlavə: (təqdim olunan sənədlərin siyahısı, nüsxələri və hər nüsxə üzrə vərəqlərin sayı).

Mən, aşağıda imza edən bu Ərizədə və ona əlavə olunan bütün sənədlərdə olan məlumatların düzgünlüyünü təsdiq edirəm və əmin edirəm ki, məndə olan məlumata görə onlar dəqiq və tamdır. Həmin məlumatlarda baş verən əhəmiyyətli dəyişikliklər barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına dərhal məlumat verməyi öhdəmə götürürəm.

Ərizə verən şəxsin (şəxslərin)__________________________________

________________

(soyadı, adı, atasının adı)

(imza)

 

 

M.Y.

 

 


 

 

“Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”na

 

Əlavə 2

________________________________________Kredit ittifaqının

İdarə Heyətinin üzvü barədə

MƏLUMAT

Soyadı, adı, atasının adı_________________________________________________________________________________________________

Təhsili__________________________________________________________________________________________________________________

_________________________________________________________________________________________________________________________

(təhsil aldığı müəssisənin adı və aldığı ixtisas)

Ümumi əmək stajı_________________________________________________________________________________________ Maliyyə/bank

sistemində əmək stajı (əgər varsa)_______________________________________________________________________________________

Mühasibatlıq sahəsində iş staji (maliyyə hesabatlarının hazırlanmasına məsul olan İdarə Heyətinin üzvü üçün)

_________________________________________________________________________________________________________________________

Qəsdən törədilmiş cinayətlərə görə məhkumluğunun olub-olmaması barədə məlumat

_________________________________________________________________________________________________________________________

İdarə Heyətinin üzvünün elektron poçt ünvanı (əgər varsa) və əlaqə telefonu

_________________________________________________________________________________________________________________________

Müşahidə Şurasının sədri  ___________________________________________

______________________________

(soyadı, adı, atasının adı)

(imza)

Tarix_________

 

M.Y.

 

 


 

 

“Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”na

 

Əlavə 3

________________________________________Kredit ittifaqının

Daxili auditoru barədə

MƏLUMAT

Soyadı, adı, atasının adı______________________________________________________________________________

Təhsili_______________________________________________________________________________________________

_______________________________________________________________________________

(təhsil aldığı müəssisənin adı və aldığı ixtisas)

Audit, yaxud əlaqədar sahələrdə iş stajı (əgər varsa)___________________________________________________

Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi və ya bu növ cəza ilə bağlı məhkumluğu ödənilməsi və ya götürülməsi barədə məlumat_______________________

_______________________________________________________________________________

Daxili auditorun elektron poçt ünvanı (əgər varsa) və əlaqə

Telefonu _____________________________________________________________________________________________

 

 

Müşahidə Şurasının sədri ___________________________________________

___________________

(soyadı, adı, atasının adı)

(imza)

 

 

Tarix_________

 

M.Y.

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                          07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il) ilə ləğv edilmişdir.