AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏRKƏZİ BANKININ QƏRARI

Qəbul edildiyi tarix

10.12.2014

Qeydiyyat nömrəsi

26/2

Adı

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

31.12.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201412100262

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

30.12.2014

 

 

Banklarda aktivlər üzrə adekvat ehtiyatlanmanın təmin edilməsi üçün prudensial tənzimləmənin daha da təkmilləşdirilməsi və bununla da maliyyə sabitliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.3-cü maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.12-ci maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur);

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr

Elman Rüstəmov

 

                                                                                      


 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

 

Qərar  ¹ 26/2

          “10” dekabr 2014-cü  il

 

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 dekabr 2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.8.3-cü yarımbənddə “olmadıqda” sözündən, 3.9.1-ci yarımbənddə “etmədikdə” sözündən və 3.9.6-cı yarımbənddə “olduqda” sözündən sonra “(aktivin yerləşdirildiyi anda nəzərə alınır)” sözləri əlavə edilsin;

2. 3.10.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.10.3. borclu vəfat etdikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borclunu tapmaq mümkün olmadıqda (“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda);”;

3. 4.8.3-cü yarımbənddən “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (bundan sonra - İƏİT) daxil olan və” sözləri çıxarılsın;

4.8.5-ci yarımbənddən “İƏİT ölkələrində fəaliyyət göstərən və” sözləri çıxarılsın;

5. aşağıdakı məzmunda 4.8-1-ci bənd əlavə edilsin:

“4.8-1. Azərbaycan Respublikasının Mərkəzi Bankına və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə malik banklara qarşı gecikməsi olmayan tələblər üzrə ehtiyat yaradılmır.”;

6. 4.9-cu bəndə aşağıdakı məzmunda cümlə əlavə edilsin:

“Yerləşdirmə anında bu Qaydaların 3.9.6-cı yarımbəndində nəzərdə tutulmuş meyar üzrə orta keyfiyyətli kimi qiymətləndirilmiş aktiv üzrə ödənişlər vaxtında aparıldıqda bu aktiv yenidən qiymətləndirilə bilər və bu zaman həmin meyar yenidən qiymətləndirmə anında nəzərə alınır.”;

7. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.2. Borclunun maliyyə vəziyyətini təhlil etməyə imkan verən sənədlər olmadıqda və ya son altı ay ərzində vaxtı keçmiş krediti olduqda ona ayrılmış kredit verilmə anında ən azı nəzarət altında olan aktiv kimi təsnifləşdirilir. Verilmə anında son altı ay ərzində vaxtı keçmiş kreditin olması səbəbindən nəzarət altında olan kimi təsnifləşdirilmiş aktiv üzrə ödənişlər vaxtında aparıldıqda bu aktiv həmin meyar üzrə yenidən qiymətləndirilə bilər. Bu zaman həmin meyar yenidən qiymətləndirmə anında nəzərə alınır.”;

8. aşağıdakı məzmunda 5.4-cü bənd əlavə edilsin:

“5.4. Borclu vəfat etdikdə, Azərbaycan Respublikasının Mülki Məcələsində müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borclunu tapmaq mümkün olmadıqda (“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda) istehlak krediti ümidsiz aktiv kimi təsnifləşdirilir.”;

9. 7.1.5-ci yarımbənddə “61” rəqəmi “60” rəqəmi ilə əvəz edilsin;

10. 8.1 - 8.7-ci bəndlərdə “keyfiyyətli” sözü “likvidli” sözü ilə əvəz edilsin;

11. 8.2-ci bənddə “Azərbaycan Respublikasının dövlət qiymətli kağızları” sözlərindən sonra “, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən buraxılmış qiymətli kağızlar” sözləri əlavə edilsin;

12. 11.4.3-cü yarımbənddə “İƏİT” sözü “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı” sözləri ilə əvəz edilsin.