AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

26.02.2015

Qeydiyyat nömrəsi

11/4

Adı

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

07.03.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201502260114

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

06.03.2015

 

 

Bank sisteminin maliyyə sabitliyinin dəstəklənməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.3-cü maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 34.2.12-ci maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1.      “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).

2.      Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr

Elman  Rüstəmov

 


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 11/4

“26” fevral 2015-ci il

 

“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişiklik

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 dekabr 2013-cü il tarixli 25/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda aşağıdakı dəyişiklik edilsin:

6.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“6.1. 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz.”.