AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

26.02.2015

Qeydiyyat nömrəsi

11/2

Adı

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

07.03.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201502260112

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

06.03.2015

 

 

Bank sektoruna zəruri likvidlik dəstəyi vermək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2015-ci il 26 fevral tarixli 11/1 nömrəli qərarına əsasən bankların bütün depozitləri üzrə məcburi ehtiyat norması 2%-dən 0.5%-ə endirilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 32.1-ci maddələrinə əsasən

 

QƏRARA ALIR:

 

1. “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr                                                                                              Elman Rüstəmov


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 11/2

“26” fevral 2015-ci il

 

Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 10 iyul tarixli 16/1 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nın 2.2-ci bəndində “2 (iki)” sözləri “0.5 (sıfır tam onda beş)” sözləri ilə əvəz edilsin.