AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

27.05.2015

Qeydiyyat nömrəsi

23/2

Adı

“Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına dair hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

03.06.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201505270232

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

02.06.2015

 

 

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 430 nömrəli Fərmanının 7-ci hissəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. “Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına dair hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər təsdiq edilsin (əlavə olunur);

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr                                                                                       Elman Rüstəmov

 


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 23/2

27 may 2015-ci il

 

 

“Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına dair hesabatın tərtibi və təqdim edilməsi haqqında

Təlimat”da dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2013-cü il 18 dekabr tarixli 25/4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına dair hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”a Əlavə ¹ 3-də “Əməliyyat növlərinin adı” sütununda “I Qrupu Digər investisiyalar üzrə” bölməsinin 82-ci, 84-cü, 87-ci və 89-cu sətirlərində “(ARDNŞ)” abreviaturası “(SOCAR)” abreviaturası ilə əvəz edilsin.