AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏRKƏZİ BANKININ QƏRARI

Qəbul edildiyi tarix

06.07.2015

Qeydiyyat nömrəsi

25/1

Adı

Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

14.07.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.080

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201507060251

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

13.07.2015

 

 

Kredit ittifaqlarının fəaliyyətinin prudensial tənzimlənməsinin təkmilləşdirilməsi, eləcə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

 

Q Ə R A R A    A L I R:

 

1. “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur). [1]

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27.01.2001-ci il tarixli qərarı ilə (1 nömrəli protokol) təsdiq edilmiş (09.02.2001-ci il tarixli 2660 nömrəli şəhadətnamə) “Kredit ittifaqının iqtisadi tənzimləmə nîrmativləri (prudensial nîrmativlər) haqqında Qaydalar”, habelə bu Qaydalara 01.09.2003-cü il tarixli qərar ilə (12 nömrəli protokol) təsdiq edilmiş (19.09.2003-cü il tarixli 2991 nömrəli şəhadətnamə) dəyişiklik ləğv edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr

Elman Rüstəmov


 

 

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar  ą 25/1

          “06” iyul 2015-ci  il

 

Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları

 

1. Ümumi müddəalar

Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci və 48-ci maddələrinə, habelə “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) tələblərinə uyğun olaraq hazırlanmış və kredit ittifaqlarının fəaliyyətinə dair iqtisadi tənzimləmə (prudensial) normativləri və tələbləri, habelə fəaliyyətinə dair hesabatlıq qaydasını müəyyən edir.

2. Anlayışlar

2.0.           Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1.     tam təminatlı kredit - vaxtında və tam qaytarılması bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq olan girovla (daşınar və daşınmaz əmlakın girovu), qarantiya, zaminlik və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq digər üsullarla təmin edilmiş kredit;

2.0.2.     qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş məbləğindən az olan girovla və ya digər təminatla təmin edilmiş kredit;

2.0.3.     təminatsız kredit - heç bir təminatı olmayan və ya təminatının bazar dəyəri olmayan, habelə dəyərindən asılı olmayaraq təminatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq rəsmiləşdirilməmiş kredit;

2.0.4.     cari kredit - müqavilədə nəzərdə tutulmuş tarixlərə əsas məbləği və faizləri ödənilən kredit;

2.0.5.     vaxtı keçmiş kredit - əsas məbləğ, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən otuz təqvim günündən artıq gecikdirilmiş kredit;

2.0.6.     kapital - kredit ittifaqının nizamnamə kapitalının və bölüşdürülməmiş mənfəətinin (mənfəətdən vergilər və məcburi ödənişlər aparıldıqdan sonra qalan məbləğ) cəmi.

3. İqtisadi tənzimləmə (prudensial) normativləri

3.1.      Kredit ittifaqının fəaliyyətinə dair aşağıdakı prudensial normativlər müəyyən edilir:

3.1.1.     nizamnamə kapitalının minimum məbləği;

3.1.2.     kapitalın minimum məbləği və onun adekvatlıq əmsalı;

3.1.3.     aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu;

3.1.4.     bir üzvə verilən kreditin maksimum məbləği;

3.1.5.     təminatsız kreditin maksimum məbləği;

3.1.6.     kreditlərin təsnifatından asılı olaraq mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyat fondunun norması.

3.2.           Fəaliyyətdə olan kredit ittifaqları üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən müəyyən edilmiş yeni prudensial normativlər, onlarda dəyişikliklər kredit ittifaqlarına rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, kapitalın minimum miqdarına və onun adekvatlıq əmsalına aid tələblərdə dəyişikliklər isə kredit ittifaqlarına rəsmən bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir.

4. Nizamnamə kapitalı

Kredit ittifaqının nizamnamə kapitalı 4000 (dörd min) manat məbləğindən az olmamalıdır.

 

 

5. Kapital və onun adekvatlıq əmsalı

5.1.            Kredit ittifaqının kapitalı 4000 (dörd min) manat məbləğindən az olmamalıdır.

5.2.            Kapitalın adekvatlıq əmsalı normativi kredit ittifaqının fəaliyyətə başladığı vaxtdan bir il ərzində 0.25, sonradan isə 0.20-dən az olmamalıdır.

5.3.            Kapitalın adekvatlıq əmsalı hesabat tarixinə kredit ittifaqı kapitalının cari və vaxtı keçmiş kreditlərin əsas məbləğlərinin qalıqlarının cəminə nisbəti kimi hesablanır.

6. Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu

6.1.      Kredit ittifaqı tərəfindən verilmiş kreditlərin və onlara hesablanmış faizlərin qaytarılması tarixləri kredit ittifaqının öhdəliklərinin icra müddətlərini üstələməlidir.

6.2.      Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativi minimum 1-ə bərabər və ya ondan çox olmalıdır.

6.3.      Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativi hesabat tarixinə aktivlərin cəminin (cari kreditlər, ödənilməsi gözlənilən faizlər və digər aktivlər) öhdəliklərin cəminə (kənardan cəlb edilmiş kreditlər, onlara ödəniləcək faizlər və digər öhdəliklər) nisbəti kimi ən azı 0-30, 31-90, 91-180, 181-365 və 365 gündən çox gecikdirilmiş öhdəliklər üzrə hesablanır.

6.4.      Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu normativinin hesablanması zamanı kredit ittifaqı üzvlərinin vaxtı keçmiş kreditləri və onlara hesablanmış faizlər üzrə borc məbləğləri aktivlərin cəmində nəzərə alınmır.

7. Bir üzvə verilən kreditin maksimum məbləği

7.1.      Kredit ittifaqının bir üzvünə verdiyi kreditin maksimum məbləği Qanunun 20.2-ci maddəsinə müvafiq olaraq kredit alan üzvün kredit ittifaqının nizamnamə kapitalında payının 10 mislindən və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox olmamalıdır.

7.2.      Kredit ittifaqının bir üzvünə verdiyi kreditin maksimum məbləğinin hesablanması zamanı onun kredit ittifaqına bu tarixə olan kredit öhdəlikləri üzrə əsas məbləğlərin qalıqları nəzərə alınır.

8.         Təminatsız kreditlərin maksimum məbləği

8.1.      Kredit ittifaqının öz üzvlərinə verdiyi təminatsız kreditlərin maksimum məbləği normativi 0.2-yə bərabər və ya ondan çox olmalıdır.

8.2.      Təminatsız kreditlərin maksimum məbləği normativi kredit ittifaqı tərəfindən verilmiş təminatsız və tam təminatı olmayan kreditlərin təmin olunmamış hissəsinin cəminin kredit ittifaqının kapitalına nisbəti kimi hesablanır.

9. Xüsusi ehtiyat fondu

9.1.      Kredit ittifaqı öz maliyyə vəziyyətini və əməliyyatlarının nəticələrini aydın və obyektiv təsəvvür etmək üçün bütün verdiyi kreditləri rübdə ən azı bir dəfə qiymətləndirməli və fəaliyyəti nəticəsində dəyən zərəri ödəmək məqsədilə kreditlərin təsnifatından asılı olaraq xərclər hesabına xüsusi ehtiyatlar yaratmalıdır.

9.2.      Qiymətləndirmə zamanı kredit ittifaqı kreditləri təhlil edir və onları bu Qaydalara uyğun olaraq müvafiq təsnifləşdirmə kateqoriyalarına aid edir.

9.3.      Təsnifləşdirmə məqsədilə kreditlər standart və qeyri-standart kreditlərə bölünür. Standart kreditlərə “qənaətbəxş” kreditlər, qeyri-standart kreditlərə “qeyri-qənaətbəxş kreditlər”, “təhlükəli kreditlər” və “ümidsiz kreditlər” aiddir.

9.4.      Xüsusi ehtiyatlar təsnifat üzrə aşağıdakı məbləğdə yaradılır:

9.4.1. “qənaətbəxş kreditlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 30 günə qədər keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 0%-i həcmində;

9.4.2. “qeyri-qənaətbəxş kreditlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 31 gündən 90 günədək keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 30%-i həcmində;

9.4.3. “təhlükəli kreditlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 91 gündən 180 günədək keçmiş kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 60%-i həcmində;

9.4.4. “ümidsiz kreditlər” - əsas məbləği və ya faiz borclarının qaytarılma müddəti müqavilədə müəyyən olunmuş tarixdən 181 gündən çox keçmiş qismən kreditlərin əsas və faiz məbləğinin ödənilməmiş hissəsinin 100%-i həcmində.

9.5.       Kreditlərin qiymətləndirilməsi zamanı onların keyfiyyətinin yaxşılaşması müəyyən edildikdə artıq yaradılmış ehtiyatlar müvafiq xərclər hesabının kreditləşdirilməsi yolu ilə azaldılır və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.

9.6.      Kredit ittifaqı tərəfindən “ümidsiz kreditlər” balansdan əsas borc və faiz məbləğində silinir və kreditlərin balansdan silinməsi kredit ittifaqının ümumi yığıncağının və ya səlahiyyət verildiyi halda Müşahidə Şurasının qərarı ilə həyata keçirilir.

9.7.      Balansdan silinmiş kreditlərin uçotu ən azı beş il ərzində balansdankənar hesabda aparılır. Balansdan silinmiş kreditlər barədə sənədlər Mərkəzi Bankın İdarə Heyətinin 30 iyul 2013-cü tarixli 16/3  nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”da müəyyən olunmuş müddətdə saxlanılır.

9.8.      Əvvəllər balansdan “ümidsiz kreditlər” kimi silinmiş aktivlərin ödənilməsi üçün kredit ittifaqına daxil olmuş vəsait müvafiq xərclər hesabının azaldılmasına yönəldilir və ya əvvəllər gəlirdən çıxılmış ehtiyatın azalmış məbləği gəlirə daxil edilir.

10. Hesabat

10.1. Kredit ittifaqı fəaliyyətinə dair Mərkəzi Banka aşağıdakı rüblük hesabatlar təqdim edir:

10.1.1. ümumi məlumat (Əlavə 1);

10.1.2. idarəetmə orqanları və daxili auditor haqqında məlumat (Əlavə 2)

10.1.3. balans (Əlavə 3);

10.1.4. mənfəət və zərər haqqında hesabat (Əlavə 4);

10.1.5. fəaliyyətinə dair digər hesabatlar (Əlavə 5 -12).

10.2. Hesabatlar kredit ittifaqının İdarə Heyətinin sədri və İdarə Heyətinin maliyyə hesabatlarının hazırlanmasına məsul üzvü tərəfindən imzalanır və kredit ittifaqının möhürü ilə təsdiq olunur.

10.3. Hesabatlar hesabat rübündən sonrakı ayın 15-dən gec olmayaraq kağız və elektron formada təqdim edilir.

10.4. Auditor rəyi ilə təsdiqlənmiş illik balans, mənfəət və zərər haqqında hesabat auditor rəyi ilə birlikdə növbəti ilin may ayının 31-dən gec olmayaraq təqdim edilir.


 

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi  Qaydaları”na

Əlavə 1

 

 

Forma  1

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

 

 

Ümumi məlumat

Ünvanı

 

Əlaqə telefonu

 

Faks

 

Elektron poçt

 

Hesab açdığı bankın (bankların) adı

 

Faəliyyətini əhatə etdiyi inzibati ərazilər

 

Filialların sayı

 

Üzvlərin sayı

o cümlədən

 

a)   İlin əvvəlinə

 

b)   Hesabat tarixinə

 

İl ərzində verilmiş kreditlərin sayı

 

Hesabat rübü ərzində verilmiş kreditlərin sayı

 

Hesabat tarixinə vaxtı keçmiş kreditlərin sayı

 

Cəmi işçilərin sayı

 

Hesabatı tərtib edən şəxs

 

 

 

İdarə Heyətinin sədri_____________ (A.A.S)

 

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)

 

 


 

Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 2

 

 

Forma 2

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

 

 

İdarəetmə orqanları və daxili auditor haqqında məlumat

 

Soyadı, adı, atasının adı

Vəzifəsi

Elektron ünvanı

Əlaqə telefonları

1

2

3

4

Müşahidə Şurası

 

 

 

 

 

 

 

 

 

 

 

 

İdarə Heyəti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kredit komissiyası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Daxili auditor

 

 

 

 

 

 

İdarə Heyətinin sədri_____________ (A.A.S)

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)

 


 

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 3

 

 

Forma 3

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

 

 

BALANS

(manatla)

 

BALANSIN MADDƏLƏRİ

               MƏBLƏĞ

AKTİVLƏR

1.

Nağd pul

 

2.

Bank hesabları

 

3

Kreditlərin cəmi

 

4

Xüsusi ehtiyat fondu

 

5.

Xalis kreditlər (kreditlər  çıxılsın “Xüsusi ehtiyat fîndu”)

 

6

Dövlət qiymətli kağızları

 

7.

Əsas vəsaitlər

 

8

Hesablanmış faizlər

 

9.

Digər aktivlər

 

 

Aktivlərin cəmi

 

PASSİVLƏR

 

 Öhdəliklər

 

1.

Alınmış kreditlər

 

2.

Ödəniləcək faizlər

 

3.

Digər öhdəliklər

 

4.

Öhdəliklərin cəmi

 

 

Kapital

1.

Nizamnamə kapitalı

 

2.

Bölüşdürülməmiş mənfəət  (zərər)*

 

 

Keçmiş illərin xalis mənfəəti (zərər)

 

 

Cari ilin xalis mənfəəti (zərər)

 

3.

Kapitalın cəmi

 

 

Passivlərin cəmi

 

* Kİ zərərlə işləyərsə,  bu  mötərizədə  əks etdirilməlidir.

İdarə Heyətinin sədri_____________ (A.A.S)

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)

 


 

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 4

 

 

Forma 4

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

 

 

Mənfəət və zərər haqqında hesabat

 

(manatla)

 

Maddələr

 

 

Hesabat rübü

 

İlin əvvəlindən hesabat rübü daxil îlmaqla

1.Faiz gəlirləri cəmi

 

 

î cümlədən:

a) verilmiş kreditlər üzrə

b) dövlət qiymətli kağızları üzrə

 

 

 

 

2.Faiz xərcləri cəmi

 

 

o cümlədən:

a) kreditlər üzrə

b) digər

 

 

 

 

3.Xalis faiz gəliri(zərər)

(1-ci sətir çıxılsın 2-ci sətir)

 

 

4.Qeyri-faiz gəlirlərinin cəmi  

 

 

î cümlədən:

a) qeyri-adi gəlirlər

b) digər gəlirlər

 

 

 

 

5.  Qeyri-faiz

xərclərinin

cəmi:   

 

 

î cümlədən:

a) əmək haqqı və îna bərabər tutulan xərclərin cəmi

a1) əmək haqqı və əlavələr

 

a2) mükafatlar

 

a3) sîsial təminat xərcləri

a4) kompensasiya və müavinətlərin digər növləri

 

 

 

 

 

 

 

 

 

 

b) əsas vəsaitlərlə bağlı xərclər

 

b1) icarə haqqları

 

b2) amortizasiya

b3) əsas vəsaitlərlə bağlı digər xərclər

 

 

 

 

 

 

 

 

 

c)  əməliyyat və komisyon xərcləri

 

 

 

d)  digər xərclər

 

 

6. Əməliyyatlardan daxil îlan mənfəət (zərər)

(3-cü sətir üstəgəl 4–cü sətir çıxılsın 5-ci sətir)

 

 

7.“Xüsusi ehtiyat

fîndunun yaradılmasına ayırmalar (xərclər)

 

 

8.Vergilər çıxılanadək mənfəət  (zərər) (6-cı sətir çıxılsın 7-ci sətir)

 

 

9.Mənfəətdən ödənilən vergilər

 

 

10. Vergilər çıxılandan sînra xalis bölüşdürülməmiş mənfəət (zərər) (8-ci sətir çıxılsın 9-cu sətir)

 

 

 

 

İzahat: 8-ci sətir üzrə zərər yaranarsa,bu məbləğ 10-cu sətrə köçürülür.

 

 

İdarə Heyətinin sədri_____________ (A.A.S)

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)

 


 

Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 5

 

 

Fîrma 5

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

 

 

İqtisadi tənzimləmə (prudensial) nîrmativləri haqqında hesabat

Prudensial nîrmativlər

Nîrma

Fakt

Nizamnamə kapitalı

minimum 4 min manat

___ manat

Kapital

minimum 4 min manat

___manat   

Kapitalın adekvatlığı əmsalı

fəaliyyətə başladığı vaxtdan bir il ərzində minimum –   0.25

sînradan minimum – 0.20

 

Aktivlər və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu

 

 

0-30 gün

minimum 1.0

 

31-90 gün

minimum 1.0

 

91-180 gün

minimum 1.0

 

181 gün – daha çox

minimum 1.0

 

Bir üzvə verilən kreditin  maksimum məbləğinin înun nizamnamə kapitalındakı payına nisbəti nîrmativi

 

maksimum 10

 

Kredit bîrcu îlan üzvün kreditlərinin cəminin QKF-na nisbəti nîrmativi

 

maksimum 0.1

 

Təminatsız kreditlərin maksimum məbləği nîrmativi

maksimum 0.2

 

 

 

İdarə Heyətinin sədri_____________ (A.A.S)

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)


 

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 6

Fîrma 6

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

Üzvlər və înların kreditləri haqqında hesabat

Üzvlərin adı

Hüquqi ünvanı

Rəhbərin adı, atasının adı, soyadı

Nizamnamə kapitalında üzvün pay məbləği (manatla)

Kredit ittifaqının üzvlərinə verdiyi kreditlərin məbləği (manatla)

Kredit ittifaqının üzvlərinə verdiyi kreditlərin qalıq məbləğinin nizamnamə kapitalındakı paylarına nisbəti

(sütun 5 bölünsün sütun 4)

Kreditin verildiyi tarixə ittifaqın qarşılıqlı kredit fondunun məbləği (manatla)

I.Hüquqi şəxslər

Cəmi

X

X

 

 

X

X

O cümlədən:

1.

2.

 

 

 

 

 

 

II.Fiziki şəxslər

Cəmi

X

X

 

 

X

X

O cümlədən:

1.

2.

 

X

X

 

 

 

 

 

Yekun

X

X

 

 

X

X

Qeyd: 5-ci   sütunda  kredit müqavilələrin sayından asılı îlmayaraq hər bir üzvün aldığı  bütün kreditlərin   qalıq məbləği  göstərilməlidir.

X- işarəsi ilə qeyd îlunmuş qrafalar dîldurulmur.

İdarə Heyətinin sədri_____________ (A.A.S):

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)*

 


 

 

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 7

Fîrma 7

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

Aktiv və öhdəliklərin ödəniş müddətlərinin uyğunluğu

 

(manatla)

 

 

 

Aktivlər

 

Ödəniş müddətinin başlanmasına qalan günlər

0-30

31-90

91-180

181-365

365 gündən daha çox

Vaxtı keçmiş kreditlər və digər borclar

 

Cəmi

1.Nağd pul və bank hesablarının qalıqları

 

X

X

X

X

X

 

2.Verilmiş kreditlər

 

 

 

 

 

 

 

3.Dövlət qiymətli kağızlarına investisiyalardan daxilolmalar

 

 

 

 

 

X

 

4.Verilmiş kreditlərdən və investisiyalardan faiz daxilolmaları

 

 

 

 

 

 

 

5.Digər aktivlərdən daxilolmalar*

X

X

X

 

 

X

 

6.Bütün mənbələrdən daxilolmaların cəmi

 

 

 

 

 

 

 

 

 

Öhdəliklər

 

1.Cəlb olunmuş kreditlər

 

 

 

 

 

X

 

2.Cəlb olunmuş kreditlərə

hesablanmış faizlər

 

 

 

 

 

X

 

3.Digər öhdəliklər**

 

 

 

 

 

X

 

4.Öhdəliklərin cəmi

 

 

 

 

 

X

 

normativ

Aktivlərin öhdəliklərə nisbəti

 

 

 

 

 

X

X

 

 

*Digər aktivlər – kredit qaytarılmadığı təqdirdə balansa götürülmüş girovun satılmasından gözlənilən və s. aktivlərdən daxilolmalar.

**Digər öhdəliklər – kredit ittifaqının əmək haqqı ödənişləri üzrə, büdcə və ona bərabər öhdəlikləri.

İzahat: Digər aktivlər və digər öhdəliklər barədə əlavə izahat təqdim edilməlidir.

Vaxtı keçmiş öhdəliklər ödəniş müddətinə görə 0-30 gün göstərilən sütuna  (2-ci sütuna) aid edilməlidir. 

X- işarəsi ilə qeyd îlunmuş qrafalar dîldurulmur.

 

 

İdarə Heyətinin sədri_____________ (A.A.S)

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)


“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 8

 

 

Fîrma  8

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

 

 

Verilmiş kreditlər  və înların təminatı haqqında hesabat

 

(manatla)

N

Kredit alan üzvlərin sayı

Kreditin verilmə və qaytarılma tarixi

Verilmiş kreditin məbləği

Verilmiş kreditin illik faiz dərəcəsi

Kreditin qalıq məbləği

Təminatın bazar dəyəri

1

2

3

4

5

6

7

 

Təminatlı kreditlər

1.

  2.

 

 

 

 

 

 

 

 

Cəmi:

X

 

X

 

X

 

Qismən təminatlı kreditlər

1.

  2.

 

 

 

 

 

 

 

 

Cəmi:

X

 

X

 

X

 

Təminatsız kreditlər

1.

  2.

 

 

 

 

 

 

 

 

Cəmi:

X

 

X

 

 

 

Yekun:

X

 

X

 

 

 

İzahat: Bu cədvəldə üzvlərin aldığı kreditlər kredit müqavilələrinə uyğun olaraq hər bir üzv və hər bir kredit müqaviləsi üzrə ayrı-ayrılıqda doldurulur.

X- işarəsi ilə qeyd îlunmuş qrafalar dîldurulmur.

İdarə Heyətinin sədri_____________ (A.A.S)

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)

 


 

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 9

 

 

Fîrma 9

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

 

 

Cəlb olunmuş vəsaitlər haqqında hesabat

 

(manatla)

ą

 

 

Vəsait alınmış təşkilatın adı

Bağlanmış müqavilə əsasında vəsaitin

 

vəsaitin qalıq məbləği

alınma və qaytarılma tarixi

 

məbləği

illik faiz dərəcəsi

1.

2.

.

.

 

 

 

 

 

 

 

             Cəmi:

     X

 

    X

 

 

İzahat: X- işarəsi ilə qeyd îlunmuş qrafalar dîldurulmur.

İdarə Heyətinin sədri_____________ (A.A.S)

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)

 


 

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 10

 

 

Fîrma 10

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

 

 

Kredit  pîrtfelinin təsnifləşdirilməsi

haqqında hesabat

 

 

 

(manatla)

 

Vaxtı keçmiş kreditlər

Məbləğ

Faiz dərəcəsi

“Xüsusi ehtiyat fîndu”nun məbləği

Qeyri-qənaətbəxş

 

 

30

 

 

Təhlükəli

 

 

60

 

 

Ümidsiz

 

 

100

 

          Cəmi:

 

X

 

 

 

İzahat: X- işarəsi ilə qeyd îlunmuş qrafalar dîldurulmur.

İdarə Heyətinin sədri_____________ (A.A.S)

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)

 

 


 

Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 11

 

 

Fîrma 11

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

 

 

Digər  aktivlər və öhdəliklər barədə hesabat

 

(manatla)

 

Aktivin adı

(təyinatı)

Yaranma tarixi

Məbləği

1.

2.

3.

.

n

 

 

 

 

Cəmi:

X

 

 

Öhdəliyin adı

(mənbələri)

1.

2.

3.

.

n

 

 

 

 

Cəmi:

X

 

 

 

İzahat: X- işarəsi ilə qeyd îlunmuş qrafalar dîldurulmur.

İdarə Heyətinin sədri_____________ (A.A.S)

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)

 


 

“Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”na

Əlavə 12

 

 

Fîrma 12

 

Kredit ittifaqının adı:

 

Hesabat dövrü: .

 

Hesabatın tərtib edilmə tarixi:

 

 

 

Balansdankənar maddələr hesabatı

ÖHDƏLİKLƏR

Cəmi

1. İstifadə olunmamış kredit xətləri

 

2 Digər balansdankənar öhdəliklər

 

 

 

ƏLAVƏ MADDƏLƏR

Cəmi

1 Balansdan silinmiş ümidsiz kreditlərin əsas məbləği

 

2 Balansdan silinmiş ümidsiz  kreditlərin faiz borcları

 

 

 

İdarə Heyətinin sədri_____________ (A.A.S)

İdarə Heyətinin məsul üzvü________ (A.A.S)

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                          07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il) ilə ləğv edilmişdir.