AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

17.08.2015

Qeydiyyat nömrəsi

280

Adı

Azərbaycan Maliyyə-İqtisad Kollecinin, Bakı Texniki Kollecinin, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin adlarının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

"Azərbaycan" qəzeti ¹ 180

Qüvvəyə minmə tarixi

21.08.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201508170280

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

24.08.2015

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılsın.

2. Bakı Texniki Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlandırılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə 775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə 214, ¹ 6, maddə 751, ¹ 7, maddə 907, ¹ 9, maddə 1120; 2015, ¹ 3, maddə 336; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 iyun tarixli 238 nömrəli qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Orta ixtisas təhsili müəssisələri” bölməsinin 1-ci, 9-cu və 19-cu hissələri aşağıdakı redaksiyada verilsin:

 

1.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci

9.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci

19.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə