AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

12.10.2015

Qeydiyyat nömrəsi

Q-20

Adı

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 15 fevral 2013-cü il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edilməsi haqqında[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

17.10.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

110.020.040

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201510120020

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

16.10.2015

 

 

“Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Strukturu”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli 1012 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 21-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

Qərara alır:

 

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 15 fevral 2013-cü il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş “Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2-ci bəndində Bakı Şəhər Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə, “1400305751” rəqəmləri “1403006271” rəqəmləri ilə əvəz edilsin.

2. Maliyyə Nazirliyinin aparatının Uçot siyasəti şöbəsinə və Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

3. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir  Şərifov

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 dekabr 2016-cı il tarixli Q-24 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612160024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 dekabr 2016-cı il tarixli Q-24 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612160024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 dekabr 2016-cı il) ilə ləğv edilmişdir.