AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

05.10.2015

Qeydiyyat nömrəsi

315

Adı

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

"Azərbaycan" qəzeti ¹ 221

Qüvvəyə minmə tarixi

11.10.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201510050315

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

13.10.2015

 

 

“Mingəçevir Dövlət Universitetinin yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 24 iyul tarixli 1335 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹7, maddə 745, ¹10, maddə 969, ¹12, maddələr 1241, 1245; 2012, ¹3, maddə 257, ¹4, maddə 399, ¹6, maddələr 633, 634, ¹12, maddə 1346; 2013, ¹6, maddə 775, ¹9, maddə 1130; 2014, ¹1, maddə 72, ¹2, maddə 214, ¹6, maddə 751, ¹ 7, maddə 907, ¹9, maddə 1120; 2015, ¹3, maddə 336, ¹6, maddə 807; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli 280 nömrəli və 29 sentyabr tarixli 312 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Ali təhsil müəssisələri” bölməsinin 20-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“20. Mingəçevir Dövlət Universiteti”.

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə