AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

12.10.2015

Qeydiyyat nömrəsi

Q-18

Adı

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 6 dekabr 2011-ci il tarixli Q-02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nda dəyişiklik edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

22.10.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

420.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201510120018

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

21.10.2015

 

 

“ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanının 3-cü hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 21-ci hissəsinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 6 dekabr 2011-ci il tarixli Q-02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın 1-ci hissəsinə aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:

“1.2-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi inzibati xəta törətmiş şəxsin elektron kabinetində yerləşdirilməsi, onun məlumatlandırılması, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi və inzibati cərimələrin elektron qaydada ödənilməsi imkanının təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də göstərilən məlumatları real vaxt rejimində “ASAN ödəniş” sisteminə göndərir.”

2. Maliyyə Nazirliyinin aparatının Hüquq şöbəsinə tapşırılsın ki, bu qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Kollegiyanın sədri,

Azərbaycan Respublikasının

maliyyə naziri

Samir Şərifov