AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

29.09.2015

Qeydiyyat nömrəsi

13-q

Adı

“İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

13.10.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

070.170.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201509290013

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.10.2015

 

 

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndinin icrası məqsədi ilə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK)

 

QƏRARA  ALIR:

 

“İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi Qaydası” təsdiq edilsin (Əlavə olunur).

Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Lisenziyalaşdırma və nəzarət şöbəsinə (C.Nəzərov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

“Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiya Qaydaları”nın təsdiq olunması haqqında” 2012-ci il 19 dekabr tarixli 20 nömrəli Qərarın 1-ci hissəsi qüvvədən düşmüş hesab edilsin.

Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr

R.Aslanlı

 


                                      

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar ¹ 13-q

 “29” sentyabr 2015- ci il

 

Sədr

_______________

R. Aslanlı

 

İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə

dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə

 attestasiya keçirilməsi Qaydası

 

1.            Ümumi müddəalar

 

1.1. Bu Qayda “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 43.5-ci maddəsinə müvafiq olaraq hazırlanmış və qiymətli kağızlar bazarında investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə keçirilən fiziki şəxslərin attestasiyasına (bundan sonra-attestasiya) dair tələbləri, habelə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən (bundan sonra-Komitə) belə attestasiyaların keçirilməsi qaydasını müəyyən edir.

 

2.         Attestasiyanın məqsədi

 

2.1. Attestasiya qiymətli kağızlar bazarında investisiya xidmətlərini (əməliyyatlarını) göstərmək istəyən fiziki şəxslərin bilik və bacarıqlarının  “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra- Qanun) 30.3-cü və 30.4-cü maddələrində göstərilən investisiya xidmətlərinə (əməliyyatlarına) uyğunluğunu müəyyən etmək məqsədi ilə keçirilir.

2.2. Attestasiya “ümumi nəzəriyyə” və “qanunvericilik” istiqamətində aparılır. Hər bir istiqamət üzrə minimum keçid balı ayrı-ayrılıqda müəyyən edilir.

2.3. Attestasiyada məqbul (minimal keçid balı) və ya daha yüksək bal toplamış şəxslərə müvafiq xidmət (əməliyyat)  növü üzrə ixtisas şəhadətnaməsi verilir.

2.4. Attestasiya rəhbər və sıravi əməkdaşlar olmaqla iki kateqoriya üzrə aparılır.

 

3.         Attestasiyanın tətbiq sahəsi və ixtisas şəhadətnamələrinin növləri

 

3.1. Bu Qayda aşağıdakı növ ixtisas şəhadətnamələrinin alınmasına tətbiq edilməlidir:

3.1.1.      A növü:

3.1.1.1.   qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icra edilməsi;

3.1.1.2.   qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;

3.1.1.3.   qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;

3.1.1.4.         mərkəzi depozitarın və ya fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;

3.1.1.5.   marja ticarəti;

3.1.1.6.   müştərinin qiymətli kağız hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi.

3.1.2.      B növü - fərdi investorların portfelinin idarə edilməsi.

3.1.3.      C növü - investisiya məsləhətlərinin verilməsi.

3.2. Bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş A və ya B növü üzrə sıravi və rəhbər şəxslər müvafiq olaraq rəhbər A1 (B1) və sıravi şəxslər A2 (B2) növü üzrə attestasiyadan keçməlidirlər.

3.3. Bu Qaydaya əsasən rəhbər şəxs dedikdə hüquqi şəxsin struktur bölmələrində rəhbər vəzifə tutan  şəxslər başa düşülür.

3.4. Qanunun 30.4.1-ci maddəsində nəzərdə tutulmuş yardımçı investisiya xidməti (əməliyyatı) istisna olmaqla yalnız digər yardımçı investisiya xidmətlərinin göstərilməsi məqsədilə ixtisas şəhadətnaməsinin alınmasına yol verilmir.

3.5. İnvestisiya fondunun idarəçisi kimi fəaliyyət göstərmək üçün aktivlərin idarə edilməsi fəaliyyəti üzrə ixtisas şəhadətnaməsi almaq iddiasında olan şəxs bu Qaydanın 3.1.2-ci yarımbəndinə müvafiq olaraq attestasiyadan keçməlidir

 

4.         Attestasiya proqramları

 

4.1. A2 növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya üçün test sualları toplusuna aşağıdakılar daxildir:

4.1.1.      aşağıdakı sahələrə dair qanunvericilik aktları:

4.1.1.1.   qiymətli kağızlar bazarı;

4.1.1.2.   cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə;

4.1.1.3.   investisiya fondları və onun fəaliyyəti.

4.1.2.          aşağıdakı sahələr üzrə təcrübi (olduqda) və nəzəri biliklər:

4.1.2.1.   investisiya xidmətlərinin (əməliyyatlarının) təşkili;

4.1.2.2.   müştərilərin qiymətli kağızlarının, maliyyə vəziyyətinin, vergi statusunun və investisiya strategiyasının qiymətləndirilməsi;

4.1.2.3.   hesabların açılması, aktivlərin hərəkəti və hesabların uçotunun aparılması;

4.1.2.4.   müştərilərə məlumat və məsləhətlərin verilməsi;

4.1.2.5.   müştəri sifarişlərinin yerinə yetirilməsi;

4.1.2.6.   mikro iqtisadiyyat.

4.2. A1 növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına bu Qaydanın 4.1-ci bəndində göstərilənlərə əlavə olaraq, aşağıdakılar daxildir:

4.2.1.      korporativ idarəetmə sahəsində biliklər;

4.2.1.1.   investisiya xidmətlərinin idarəetməsi;

4.2.1.2.   ticarət və market-meykinq fəaliyyətinin idarəetməsi;

4.2.1.3.   investisiya tədqiqatı üzrə fəaliyyətin idarəetməsi.

4.3. B2 növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına aşağıdakılar daxildir:

4.3.1.      aşağıdakı sahələrə dair qanunvericilik aktları:

4.3.1.1.   qiymətli kağızlar bazarı;

4.3.1.2.   korporativ idarəetmə və kommersiya hüquqi şəxsləri;

4.3.1.3.   qiymətli kağızlar bazarına dair vergi sistemi;

4.3.2.      aşağıdakı sahələr üzrə təcrübi (olduqda) və nəzəri biliklər:

4.3.2.1.   maliyyə institutları və maliyyə alətlərinin bazarları;

4.3.2.2. korporativ maliyyə və maliyyə vasitələri ilə əqdlər;

4.3.2.3.   maliyyə analizlərinin hazırlanması və onlardan istifadə.

4.4. B1 növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına bu Qaydanın 4.3-cü bəndində göstərilənlərə əlavə olaraq , aşağıdakılar daxildir:

4.4.1.  fərdi investorların portfelinin idarə edilməsi üzrə fəaliyyətin idarəetməsinə dair biliklər.

4.5. C növlü ixtisas şəhadətnaməsi üzrə attestasiya proqramına aşağıdakılar daxildir:

4.5.1.      aşağıdakı sahələrə dair qanunvericilik aktları:

4.5.1.1.   qiymətli kağızlar bazarı;

4.5.1.2. korporativ idarəetmə və kommersiya hüquqi şəxsləri;

4.5.1.3. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə.

4.5.2.      aşağıdakı sahələr üzrə təcrübi (olduqda) və nəzəri biliklər:

4.5.2.1.   iqtisadi məlumatların təhlili;

4.5.2.2.   investisiya strategiyalarının təhlili;

4.5.2.3.   investisiya məsləhətlərinin verilməsi;

4.5.2.4.   mikro iqtisadiyyat.

4.6. Attestasiya imtahanının proqramının hazırlanması və keçirilməsi Komitə tərəfindən həyata keçirilir.

 

5.         Attestasiya komissiyasının təşkili və fəaliyyəti

 

5.1. Attestasiyanı Komitə tərəfindən təşkil olunmuş və daimi əsaslarla fəaliyyət göstərən mərkəzi attestasiya komissiyası (bundan sonra- Komissiya) həyata keçirir. Komissiya 5 (beş) nəfərdən az olmamaqla tək sayda Komitənin əməkdaşları sırasından Komitə sədrinin əmri ilə yaradılır.

5.2. Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən attestasiyanın keçirilməsi üçün İdarənin rəhbərinin əmri ilə İdarənin 3 (üç) əməkdaşından ibarət Yerli attestasiya komissiyası yaradılır.

5.3.         Attestasiya komissiyasının fəaliyyətinə Komissiya sədri rəhbərlik edir. Mərkəzi attestasiya komissiyasının sədri hər iki komissiyanın fəaliyyətini əlaqələndirir və onlara ümumi rəhbərliyi həyata keçirir.

5.4.         Komissiyanın iclaslarında komissiyanın 3 (üç) üzvü iştirak etdikdə səlahiyyətli sayılır.

5.5.         Komissiya attestasiyanın keçirilməsini təmin edir və aşağıdakı vəzifələri həyata keçirir:

5.5.1.      ixtisas şəhadətnamələri üzrə attestasiya imtahanlarını keçirmək;

5.5.2.      attestasiya meyarlarını müəyyən etmək;

5.5.3.      attestasiya suallarının hazırlanması,

5.5.4.      attestasiya imtahanının davam etmə müddətini müəyyən etmək;

5.5.5.      attestasiyanın keçirilmə tarixini və vaxtını müəyyən etmək;

5.5.6.      attestasiyanın nəticələri üzrə qərar qəbul etmək;

5.5.7.      komissiyanın işinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək;

5.6.         Yerli attestasiya komissiyası Naxçıvan Muxtar Respublikası ərazisində investisiya xidmətlərinin (əməliyyatlarının) göstərilməsi ilə əlaqədar attestasiyanın keçirilməsini təmin edir və aşağıdakı vəzifələri həyata keçirir:

5.6.1.      attestasiyanın keçirilmə tarixini və vaxtını müəyyən etmək;

5.6.2.      ixtisas şəhadətnamələri üzrə attestasiya imtahanlarını keçirmək;

5.6.3.      attestasiyanın nəticələri üzrə qərar qəbul etmək;

 

6.         Attestasiyanın keçirilməsi və qiymətləndirilmə

 

6.1.         Attestasiyadan keçmək istəyən şəxslər tərəfindən Komitəyə, Naxçıvan Muxtar Respublikası ərazisində attestasiyadan keçmək üçün isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinə (bundan sonra – İdarə) aşağıdakı sənədlər təqdim edilməlidir:

6.1.1.      attestasiyadan keçmək üçün ərizə-anket (Əlavə ¹ 1);

6.1.2.      namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;

6.1.3.      namizədin ali təhsili haqqında sənədin surəti;

6.1.4.      namizədin 2 (iki) ədəd 4x6 ölçüdə rəngli fotoşəkli;

6.1.5.      namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə və qiymətli kağızlar bazarında insayd ticarəti və ya sui istifadə ilə bağlı hüquqpozmalar barədə məsuliyyətə cəlb olunmamasına, qiymətli kağızlar bazarında müəyyən vəzifəni tutma və ya peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrumetmə barədə məhkəmə qərarı olmamasına dair ərizə (Əlavə ¹2);

6.1.6. məhkumluq barədə arayış.

6.2.  Hüquqi şəxs tərəfindən işçisinin ixtisas şəhadətnaməsini alması üçün müraciət edildikdə bu Qaydanın 6.1-ci bəndində göstərilən sənədlərdən əlavə hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini də təqdim etməlidir.

6.3.  Təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluq olmadıqda, müraciət edildikdən sonra 30(otuz) iş günü ərzində attestasiya Komitə tərəfindən təşkil olunur. Attestasiyanın yeri və keçirilmə tarixi haqqında məlumat namizədə attestasiyanın keçirilməsinə 5 (beş) iş günü qalmış Komitə tərəfindən yazılı və ya elektron şəkildə bildirilir.

6.4.         Attestasiyadan keçmək üçün təqdim edilən sənədlərdə nöqsan və ya uyğunsuzluq aşkar edildikdə ərizəçiyə 15 (on beş) iş günü müddətində nöqsanların və ya uyğunsuzluğun aradan qaldırılması üçün Komitə tərəfindən rəsmi bildiriş göndərilir.

6.5.         Attestasiya avtomatlaşdırılmış test üsulu ilə həyata keçirilir.

6.6. Attestasiya üzrə test imtahanı 75 sualdan ibarətdir.

6.7.         Hər bir attestasiya sualı yalnız biri tam doğru olmaqla 4 (dörd) cavab variantına malikdir.

6.8.         Attestasiya üzrə cavabların yoxlanılması avtomatlaşdırılmış test sistemi tərəfindən müəyyən olunur.

6.9. Attestasiya suallarının cavabları aşağıdakı qaydada qiymətləndirilir:

6.9.1.      düzgün cavab 3 (üç) bal;

6.9.2.      səhv cavab – 1 (mənfi bir) bal;

6.9.3.      cavablandırılmamış 0 (sıfır) bal.

6.10.       Attestasiyanın nəticələri avtomatlaşdırılmış sistemin müvafiq çıxarışı əsasında dərhal elan edilir və iştirakçıya həmin çıxarış təqdim edilir.

6.11. Attestasiya üzrə 169 bal toplamış namizəd attestasiyadan müvəffəqiyyətlə keçmiş hesab edilir. 

Attestasiyanın nəticələri haqqında mərkəzi və ya yerli attestasiya komissiyası tərəfindən protokol tərtib edilir və azı 3 (üç) komissiya üzvünün iştirakı ilə qərar qəbul olunur. Yerli attestasiya komissiyası tərəfindən attestasiyanın nəticələri üzrə qəbul olunmuş qərarın surəti 3 (üç) iş günü ərzində İdarə tərəfindən mərkəzi attestasiya komissiyasına təqdim edilir.

6.12.       Attestasiyanın nəticələrinə əsasən minimal keçid balını və ya daha yüksək bal toplamış şəxsə Komitə tərəfindən 5 (beş) iş günü ərzində müvafiq ixtisas şəhadətnaməsi verilir.

6.13.       Attestasiya keçirilən zaman ərizəçinin xüsusi və ya məlumat xarakterli ədəbiyyatdan, rabitə vasitələrindən və hər hansı məlumat daşıyıcılarından istifadə etməsinə, habelə imtahan vaxtı digər ərizəçilərlə məsləhətləşməsinə, ünsiyyət qurmasına və attestasiyanın keçirildiyi otağı müvəqqəti tərk etməsinə yol verilmir. Bu tələblərə riayət etməyən ərizəçinin attestasiyası dayandırılır və attestasiyadan keçməməsi haqqında qərar qəbul olunur.

6.14.       Attestasiyanın keçirildiyi yerdə müvafiq komissiyanın üzvlərindən və attestasiyadan keçən şəxslərdən başqa digər şəxslərin olmasına yol verilmir.

6.15.       Ərizəçi attestasiyanın nəticəsi barədə qəbul olunmuş qərarla razılaşmadıqda, Komitəyə 7 (yeddi) iş günü ərzində apellyasiya şikayəti ilə müraciət edə bilər. Apellyasiya şikayətinə 15 (on beş) iş günü ərzində baxılır və müvafiq qərar qəbul olunur. Qəbul olunmuş qərar haqqında məlumat yazılı surətdə 5 (beş) iş günü ərzində ərizəçiyə bildirilir.

6.16.       Test üzrə cavablar məqbul hesab edilmədikdə 3 (üç) aydan sonra, attestasiyaya gəlmədiyi halda isə 4 (dörd) aydan sonra ərizəçi attestasiyadan keçmək üçün yenidən müraciət edə bilər.

 

7.         İxtisas şəhadətnaməsinin verilməsi

 

7.1.         İxtisas şəhadətnaməsini əldə etmək üçün fiziki şəxs           ixtisas şəhadətnaməsinin alınması üçün keçirilən müvafiq test imtahanını uğurla keçməlidir.

7.2. Komitə tərəfindən, fiziki şəxs ixtisas şəhadətnaməsinin alınması üçün keçirilən müvafiq test imtahanını uğurla keçdikdən sonra bu Qaydanın 9.2-ci bəndində nəzərdə tutulan hal mövcud olmadıqda ixtisas şəhadətnaməsi verilir.

7.3.  İxtisas şəhadətnaməsində ixtisas şəhadətnaməsinin növü qeyd olunmalıdır.

 

8.         İxtisas şəhadətnaməsinin qüvvədə olma müddəti

 

8.1.         İxtisas şəhadətnaməsi müddətsiz verilir.

8.2.         İxtisas şəhadətnamələrinin uçotu Komitə tərəfindən aparılır.

8.3.         İxtisas şəhadətnaməsinə malik olan şəxs investisiya xidmətlərini (əməliyyatlarını)  göstərən investisiya şirkəti ilə əmək müqavilə bağladıqdan sonra 10 (on) iş günü ərzində Komitəyə və ya müvafiq olaraq İdarəyə həmin investisiya şirkəti tərəfindən təsdiq edilmiş arayış təqdim etməlidir. İxtisas şəhadətnaməsinə malik olan şəxs iş yerini dəyişərsə 10 (on) iş günü ərzində Komitəyə və ya müvafiq olaraq İdarəyə bu barədə məlumat verməlidir.

 

9.         İxtisas şəhadətnaməsinin ləğv edilməsi

 

9.1.         Komitə tərəfindən verilmiş ixtisas şəhadətnaməsi aşağıdakı hallarda ləğv edilir:

9.1.1.      şəhadətnamə yanlış və ya təhrif olunmuş məlumatların təqdim edilməsi ilə əldə edildikdə;

9.1.2.      ixtisas şəhadətnaməsinin sahibi “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsi ilə müəyyən edilmiş sui-istifadə hallarına yol verdikdə;

9.1.3.      ixtisas şəhadətnaməsinin sahibi həmin ixtisas üzrə 3 (üç) il ərzində ixtisas şəhadətnaməsinin növünə uyğun olan xidmətləri (əməliyyatları)  yerinə yetirmədikdə.

9.2.         Bu Qaydanın 9.1.3.-cü bəndi istisna olmaqla ixtisas şəhadətnaməsi ləğv edilmiş şəxs ixtisas şəhadətnaməsinin ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi tarixdən hesablanaraq üç il ərzində yeni ixtisas şəhadətnaməsi ala bilməz.


“İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi Qaydası”na

 

Əlavə ¹ 1

 

Fiziki şəxslər haqqında məlumatlar

Adı

 

Soyadı

 

Ata adı

 

Doğum tarixi: (gün,ay,il)

 

Cinsi:

Kişi

Qadın

Vətəndaşlığı

 

Şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat

Azərbaycan Respublikasının vətəndaşları üçün

Şəxsiyyət vəsiqəsinin nömrəsi və seriyası:

Şəxsiyyət vəsiqəsini verən orqanın adı və verildiyi tarix (gün, ay, il):

Azərbaycan Respublikasının vətəndaşı olmayanlar üçün

 Pasport nömrəsi:

Vaxtının bitdiyi tarix:

Verildiyi ölkə:

Azərbaycan Respublikasında qalma müddəti (başlama və bitmə):

Azərbaycan Respublikası ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəniz varmı?

Xeyr

Bəli

Əlaqə vasitələri

Qeydiyyatda olduğu ünvan(şəhər, rayon, ev, küçə göstərilməklə):

 

Faktiki yaşadığı ünvan (qeydiyyatda olduğu ünvanda yaşamırsa):

 

Elektron poçt ünvanı:

 

Əlaqə nömrələri

Mob:

Ev:

Iş:

Təhsili haqqında məlumat

Bitirdiyiniz təhsil müəssisəsinin adı

İxtisas

Bitirmə tarixi

Ali təhsilin səviyyəsi(bakalavr, magistr, doktorantura)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qiymətli kağızlar bazarında əmək fəaliyyəti haqqında məlumat

Qiymətli kağızlar bazarında əmək fəaliyyəti ilə məşğul olmusunuzmu?

Xeyr

Bəli(növbəti cədvəli doldurun)

Başlama tarixi

Bitirmə tarixi

İşə götürən təşkilatın adı, müvafiq şəxsin adı və tutduğu vəzifə

Fəaliyyət növü

Tutduğu vəzifə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müraciət barədə məlumat

İxtisas şəhadətnaməsinin alınması üçün kim tərəfindən müraciət olunur:

Fərdi

Hüquqi şəxs (növbəti xananı doldurun)

İnvestisiya şirkətinin adı, lisenziyasının nömrəsi, verilmə tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müraciət edilən ixtisas şəhadətnaməsinin  növü:

Sıravi

Rəhbər

İxtisas şəhadətnaməsinin növü

Növ:

 

 

A

Bu tarixədək Azərbaycan Respublikası ərazisində ixtisas şəhadətnaməsi alınması üçün müraciət olunubmu?

İxtisas şəhadətnaməsinin alınması üçün keçirilən attestasiyanın nəticəsi:

B

C

Keçməmişəm.

 

Bəli

Keçmişəm

 

Xeyr

(keçdiyiniz tarixi və ixtisas şəhadətnaməsinin nömrəsini qeyd edin)

Qiymətli kağızlara dair hüquqlar barədə məlumat

Ərizəçi bu ərizənin verildiyi tarixdən əvvəlki 12 ay ərzində birbaşa və ya dolayı yolla öz hesabına Azərbaycan Respublikası ərazisində fond birjasında listinq olunan qiymətli kağızları almış/satmışdırmı (qohumları üçün/adından öz hesabına öz tərəfindən təyin edilmiş şəxslər vasitəsilə alışlar/satışlar daxil olmaqla)?

Xeyr

Bəli(növbəti cədvəli doldurun)

Qiymətli kağızların

adı

Qiymətli kağızıların sayı

Qiymətli kağızların

təsviri

Qiymət

Əldə etmə/

sərəncam

Digər

Razılaşma

tarixi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ərizəçi hər hansı digər hüquqi şəxsdə  rəhbər vəzifə tuturmu?

Xeyr

Bəli (növbəti cədvəli doldurun)

Hüquqi şəxsin adı

Təsis edildiyi yer

Fəaliyyət istiqaməti

Tutduğu vəzifə

Təyin edilmə tarixi  

(gün ay il)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ərizəçi qiymətli kağızlar bazarında fəaliyyət göstərən hüquqi şəxsin iştirakçısıdırmı?

Xeyr

Bəli (növbəti cədvəli doldurun )

Hüquqi şəxsin adı

Təsis edildiyi yer

Fəaliyyət istiqaməti

Pay faizi

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müraciətdə göstərilən məlumatların doğruluğunu təsdiq edirəm.

Ad:

İmza:

Tarix:

 


“İnvestisiya xidmətlərinin (əməliyyatlarının)həyata keçirilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədi ilə attestasiya keçirilməsi Qaydası”na

Əlavə ¹ 2

 

Ə R İ Z Ə

 

___________________________________________________________________________________________

(soyadı, adı, atasının adı)

___________________________________________________________________________________________

___________________________________________________________________________________________

Aşağıdakı faktların olmadığını təsdiq edirəm:

-  mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb edilmə;

- qiymətli kağızlar bazarında insayd ticarəti və ya sui-istifadə ilə bağlı hüquqpozmalar barədə məsuliyyətə cəlb edilmə;

- qiymətli kağızlar bazarında müəyyən vəzifəni tutma və ya peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrumetmə barədə məhkəmə qərarı.

 

 

___________________

___________________

(imza)

(imzanın tarixi)