AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Qəbul edildiyi tarix

02.12.2015

Qeydiyyat nömrəsi

372

Adı

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

"Azərbaycan" qəzeti ¹ 272

Qüvvəyə minmə tarixi

10.12.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

14201512020372

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

14.12.2015

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 7, maddə 745, ¹ 10, maddə 969, ¹ 12, maddələr 1241, 1245; 2012, ¹ 3, maddə 257, ¹ 4, maddə 399, ¹ 6, maddələr 633, 634, ¹ 12, maddə 1346; 2013, ¹ 6, maddə 775, ¹ 9, maddə 1130; 2014, ¹ 1, maddə 72, ¹ 2, maddə 214, ¹ 6, maddə 751, ¹ 7, maddə 907, ¹ 9, maddə 1120; 2015, ¹ 3, maddə 336, ¹ 6, maddə 807, ¹ 8, maddə 966;  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 sentyabr tarixli 312 nömrəli və 5 oktyabr tarixli 315 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Əlavə təhsil müəssisələri” bölməsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu”.

 

Azərbaycan Respublikasının

 

Baş naziri

Artur Rasi-zadə