AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

MƏRKƏZİ BANKININ QƏRARI

Qəbul edildiyi tarix

21.12.2015

Qeydiyyat nömrəsi

43/2

Adı

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

29.12.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.080

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201512210432

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

28.12.2015

 

 

Kontr-tsiklik prudensial tənzimlənməsi çərçivəsində bankların fəaliyyətinə dair prudensial tələblərin yeni makroiqtisadi şəraitə uyğunlaşdırılmasını və bununla bank sektorunun maliyyə dayanıqlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 48.1.2-ci maddələrinə əsasən

 

QƏRARA ALIR:

 

“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.  

 

Sədr

Elman Rüstəmov

 

                                                                                      


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

 

Qərar  ¹ 43/2

          “21” dekabr 2015-ci il

 

“Bank kapitalının və onun adekvatlığının hesablanması

Qaydaları”nda dəyişikliklər

 

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli 20/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.  2.0.8-ci və 2.0.9-cu yarımbəndlərdə “sahiblərinə” sözləri “mülkiyyətçilərinə” sözləri ilə əvəz edilsin;

2.  2.0.10-cu yarımbənddə “sahibinin” sözü “mülkiyyətçisinin” sözü ilə əvəz edilsin;

3.  2.0.13-cü yarımbənddə “Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu” sözləri “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Azərbaycan İpoteka Fondu)” sözləri ilə əvəz edilsin;

4.  9.4.1.3-cü və 9.4.3.2-ci yarımbəndlərdə “Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu” sözləri “Azərbaycan İpoteka Fondu” sözləri ilə əvəz edilsin;

5.  9.1-ci bənddə “borclunun kredit öhdəliyini təmin edən hər hansı təminatdan” sözləri “öhdəliyin təminatından” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda cümlə əlavə edilsin:

“Aktivlərin və balansdankənar öhdəliklərin təminatı qismində qiymətli kağızlar çıxış etdikdə risk dərəcələrinin ölçülməsi zamanı qiymətli kağızların bazar dəyəri nəzərə alınır;

6.  9.2-ci bənddə “və 120 (yüz iyirmi)” sözləri çıxarılsın;

7.  Aşağıdakı məzmunda 9.4.1.6-cı yarımbənd əlavə edilsin:        

“9.4.1.6. beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard&Poor`s, Fitch Ratings, Moody`s) (bundan sonra - beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş “AAA” kredit reytinqinə malik Çoxtərəfli İnkişaf Banklarına[1] qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilatlar tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi;”;

8.  9.4.2.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“9.4.2.3. 0 (sıfır) faizli risk qrupuna aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “BBB” kredit reytinqinə malik Çoxtərəfli İnkişaf Banklarına qarşı birbaşa tələblər, yaxud tələblərin bu təşkilatlar tərəfindən qeyd-şərtsiz öhdəliyi ilə və ya həmin təşkilat tərəfindən buraxılmış qiymətli kağızlarla təmin olunmuş hissəsi”;

9.  9.4.2.4 və 9.4.2.5-ci yarımbəndlər çıxarılsın;

10.  9.4.4.6-cı yarımbənddə mötərizədə olan “bu Qaydaların 9.4.5-ci yarımbəndində nəzərdə tutulmuş aktivlər istisna olmaqla” sözləri çıxarılsın;

11.  9.4.5-ci yarımbənd çıxarılsın;

12.  11.1-ci bənddə “12 (on iki)” və “6 (altı)” sözləri müvafiq olaraq “10 (on)” və “5 (beş)” sözləri ilə əvəz edilsin;

13.  11.2.2-1.2 - 11.2.2-1.6-cı yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“11.2.2-1.2. 01.01.2017-ci il tarixindən 01.01.2018-ci il tarixinədək – 01.06.2015-cı il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 20%-i;

“11.2.2-1.3. 01.01.2018-ci il tarixindən 01.01.2019-cu il tarixinədək – 01.06.2015-cı il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 40%-i;

“11.2.2-1.4. 01.01.2019-cu il tarixindən 01.01.2020-ci il tarixinədək – 01.06.2015-cı il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 60%-i;

“11.2.2-1.5. 01.01.2020-ci il tarixindən 01.01.2021-ci il tarixinədək – 01.06.2015-cı il tarixinədək aidiyyəti şəxslərə verilmiş kreditlərin 80%-i;

“11.2.2-1.6. 01.01.2021-ci il tarixindən başlayaraq - aidiyyəti şəxslərə verilmiş kreditlərin 100%-i.”

14.  12.1-ci bənddə “6 (altı)” sözləri “5 (beş)” sözləri ilə əvəz edilsin.



[1] 0 (sıfır) faizli risk qrupuna aşağıdakı Çoxtərəfli İnkişaf Bankları aid edilir: Dunya Bankı Qrupu, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa investisiya Bankı, Avropa İnvestisiya Fondu və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş “AAA” kredit reytinqinə malik digər eyni statuslu maliyyə təşkilatları.