AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

 

Aktın növü

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

Qəbul edildiyi tarix

21.12.2015

Qeydiyyat nömrəsi

43/5

Adı

Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

29.12.2015

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

100.060.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201512210435

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

28.12.2015

 

 

“Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 15 may 2015-ci il tarixli Qanununa, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2015-ci il tarixli 661 nömrəli Fərmanına uyğunlaşdırması məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və 63-cü maddələrinə, habelə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1.                 “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2.                 Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

 

Sədr                                                                                            Elman  Rüstəmov

 


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 43/5

 

“21” dekabr 2015-ci il

 

 

 

 

Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında

Təlimat”da dəyişikliklər

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 dekabr 2013-cü il tarixli 25/2 nömrəli 18 dekabr 2013-cü il tarixli 25/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

1.                 2.0.2-ci və 3.4.2-ci yarımbəndlərdə “Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun” sözləri “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin” sözləri ilə əvəz edilsin;

2.                 2.0.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.0.7. dövlət istiqrazları - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə buraxılan qiymətli kağızlar;”;

3.                  3.1.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.1.5. Statistik vahidin qiymətli kağızlarla əməliyyatları - (Forma BS-5) əlavə ¹5.”;

4.                  3.6-cı bənddə “Qiymətli kağızlarla əməliyyatlar” sözləri “Statistik vahidin qiymətli kağızlarla əməliyyatları” sözləri ilə, “korporativ” sözü “investisiya” sözü ilə əvəz edilsin;

5.                  3.6.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.6.5. Yuxarıda göstərilən hər dörd bölmədə statistik vahidin aldığı və satdığı qiymətli kağızlar ayrıca sətirlə göstərilir və mülkiyyətçisi olduğu qiymətli kağızlar üzrə orta faiz dərəcəsi əks olunur.”;

6.                  3.6.6-cı yarımbənddə “uduşlu lotereyalar” sözləri “xarici dövlətlərin dövlət qiymətli kağızları, xarici dövlətlərin mərkəzi banklarının qiymətli kağızları” sözləri ilə əvəz edilsin;

7.                  Əlavə ¹5 yeni redaksiyada verilsin (əlavə olunur).