AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASI KOLLEGİYASININ QƏRARI

Qəbul edildiyi tarix

12.01.2016

Qeydiyyat nömrəsi

2

Adı

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 2014-cü il 29 may tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərdə dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

27.01.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201601120002

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

26.01.2016

 

 

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 15-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 2014-cü il 29 may tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərdə aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması” elektron xidməti üzrə inzibati reqlament”də (1 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.1.1. 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09” nömrəsi “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.1.2. 3.2.2-ci yarımbənddə “və onun ekranına qeydiyyat nömrəsi əks olunmuş məlumat” sözləri “, onun ekranına və elektron poçt ünvanına qeydiyyat məlumatları” sözləri ilə əvəz edilsin;

1.2. “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması” elektron xidməti üzrə inzibati reqlament”də (2 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09” nömrəsi “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin; 

1.2.2. 3.2.1-ci yarımbənd üzrə:

1.2.2.1. birinci abzasda “daxil olub” sözlərindən sonra “FİN və ya” sözləri əlavə edilsin,

1.2.2.2. üçüncü abzasda “və “Məlumatı ötür” düyməsini basır” sözləri “, "Məlumatı təsdiq edirəm" bəndini qeyd edir və “Məlumatı ötür” düyməsini basır” sözləri ilə əvəz edilsin;

1.2.3. 3.3.1-ci yarımbəndin birinci abzasında “daxil edilmiş” sözlərindən sonra “FİN,” sözü əlavə edilsin.

2. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 12.01.2016-cı il tarixli iclasının protokolu

 

 

Kollegiyanın sədri                                                                                                    Məleykə Abbaszadə