AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ KOLLEGİYASI QƏRARI

Qəbul edildiyi tarix

12.01.2016

Qeydiyyat nömrəsi

1

Adı

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 2013-cü il 12 noyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərdə dəyişikliklər edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

27.01.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201601120001

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

26.01.2016

 

 

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”na uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 15-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyası

 

qərara alır:

 

1. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 2013-cü il 12 noyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərdə aşağıdakı dəyişikliklər edilsin:

1.1.Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu haqqında inzibati reqlament”də (1 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.1.1. 2.2-ci bənddə “abituriyentlərdən başqa” sözləri “abituriyentlərə iş nömrəsi və şifr elektron ərizə qəbulu proqramı tərəfindən ödənişsiz təqdim edilir” sözləri ilə əvəz edilsin;

1.1.2. 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09, +99412 441-52-20” nömrələri “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.1.3. 2.6-cı bənddə “PİN” sözü “FİN” sözü ilə əvəz edilsin;

1.1.4. 3.2.1-ci yarımbəndin 1-ci və 2-ci abzası aşağıdakı redaksiyada verilsin:

“1. Namizəd (ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verən namizədlər istisna olmaqla) xidmətin təqdim edildiyi elektron ünvana keçib özünə məxsus “Sənəd qəbulu üçün TQDK-nın ödəmə kartı”nın üzərindəki iş nömrəsi və şifri proqramda müvafiq sahələrə daxil edir. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verən namizəd sistemdə qeydiyyatdan keçdikdən sonra əldə etdiyi iş nömrəsini və şifri proqramda müvafiq sahələrə daxil edir.

2. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verən namizəd sistemə ilk dəfə daxil olan zaman sistemdə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsinin nömrəsini və FİN proqramda müvafiq sahələrə daxil edib təsdiqedici düyməni basır. Proqram müvafiq yoxlamalar apardıqdan sonra namizədə verilən iş nömrəsi və şifr onun ekranına ötürür.”

1.1.5. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.2. Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi haqqında inzibati reqlament”də (2 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. 1.2-ci bənddə “şəxslərə imtahan buraxılış vərəqələrini” sözləri “şəxslərə test və qabiliyyət imtahanına buraxılış (qeydiyyat) vərəqələrinin” sözləri ilə əvəz edilsin;

1.2.2. 1.8-ci bənddə “və “Yaddaş kitabçası”ndan çıxarış” sözləri çıxarılsın;

1.2.3. 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09, +99412 441-52-20” nömrələri “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.2.4. 2.6-cı bənddə “İmtahana buraxılış vərəqəsinin internet vasitəsilə verilməsi üçün namizədin iş nömrəsi və şifri (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi) tələb olunur” sözləri “Yoxdur” sözü ilə əvəz edilsin;

1.2.5. 3.2.1-ci yarımbənddə “şifri (buraxılış imtahanı iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi)” sözləri “soyadı, adı, atasının adı” sözləri ilə əvəz edilsin;

1.2.6. 3.4.4- cü yarımbənddə “və “Yaddaş kitabçası”ndan çıxarış” sözləri çıxarılsın;

1.2.7. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.3. Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu haqqında inzibati reqlament”də (3 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.3.1. 1.1.-ci bənddə “ərizələrin” sözü ərizələrinin” sözü ilə əvəz edilsin;

1.3.2. 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09, +99412 441-52-20” nömrələri “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.3.3. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.4. Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi haqqında inzibati reqlament”də (4 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.4.1. 2.2-ci bənddə “ Fun Mobile” sözləri “ SMARTY” sözü ilə əvəz edilsin;

1.4.2. 2.5-ci bənd üzrə:

1.4.2.1. beşinci abzasda “+994 12 440 30 09” nömrəsi “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.4.2.2. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

“ SMARTY MMC (Bakcell abonentləri üçün): +994 12 408 12 02, +994 55 408 12 02 , 616.”;

1.4.2.3. səkkizinci abzasda “3030” nömrəsindən əvvəl “+99412 4495881,” nömrəsi əlavə edilsin;

1.4.3. 2.6-cı bənddə “PİN” sözü “FİN” sözü ilə əvəz edilsin;

1.4.4. 3.2.1-ci və 3.2.2–ci yarımbəndlərin birinci abzasında “ödəmə kartının Pin kodunu və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və ya PİN kodunu, sınaq imtahanın nəticələri haqqında məlumat veriləndə şifr tələb olunmur” sözləri “şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və ya FİN" sözləri ilə əvəz edilsin;

1.4.5. 3.4.1-ci yarımbənd üzrə:

1.4.5.1. birinci abzasda “istifadəçiyə” sözü “istifadəçinin” sözü ilə əvəz edilsin;

1.4.5.2. ikinci abzasda “adının ötürülməsi” sözləri “adı ötürülür” sözləri, “Fun Mobile” sözləri “ SMARTY” sözü ilə əvəz edilsin;

1.4.6. 3.4.2-ci yarımbəndin birinci abzasında “istifadəçiyə” sözü “istifadəçinin” sözü ilə əvəz edilsin;

1.4.7. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.5. Namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi haqqında inzibati reqlament”də (5 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.5.1. 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09, +99412 441-52-20” nömrələri “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.5.2. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.6. Bakalavrların bakalavr pilləsinə qəbul olmaq üçün təqdim etdikləri ərizələrin iş nömrələrinin axtarışı haqqında inzibati reqlament”də (6 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.6.1. 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09, +99412 441-52-20” nömrələri “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.6.2. 2.6-cı bənddə “istifadəçi soyadı, adı, atasının adı və doğulduğu tarixi (və ya təkcə şəxsiyyət vəsiqənin PİN kodunu)” sözləri “Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsinin FİN kodunu, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar isə soyadı, adı, atasının adı və doğulduğu tarixi” sözləri ilə əvəz edilsin;

1.6.3. 3.2.1-ci yarımbənddə “soyadı, adı, atasının adı və doğulduğu tarixi (və ya təkcə şəxsiyyət vəsiqənin PİN kodunu) proqramda müvafiq sahələrə daxil edir” sözləri “bu reqlamentin 2.6-cı bəndində göstərilmiş məlumatları proqramda müvafiq sahələrə daxil edir, Azərbaycan Respublikasının vətəndaşları onun barəsində sorğuya cavabda təqdim olunmuş məlumatların tam olmadığı halda əlavə olaraq axtarışı soyadı, adı, atasının adı və doğulduğu tarixi daxil etməklə də apara bilər” sözləri ilə əvəz edilsin;

1.6.4. 3.3.1-ci yarımbənddə “ və ya istifadəçi bakalavr pilləsinə qəbul olmaq üçün təqdim edilən ərizələr siyahısında aşkar edilməyibsə” sözləri çıxarılsın;

1.6.5. 3.3.2-ci yarımbənddə “və istifadəçi bakalavr pilləsinə qəbul olmaq üçün ərizə təqdim etmiş namizədlər siyahısında aşkar edildiyi” sözləri çıxarılsın;

1.6.6. 3.4.2-ci yarımbənddə “edilmiş fərdi” sözlərindan əvvəl “daxil” sözü əlavə edilsin;

1.6.7. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.7. Sınaq imtahanına yazılış haqqında inzibati reqlament”də (7 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.7.1. 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09, +99412 441-52-20” nömrələri “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.7.2. 2.6-cı bənddə və 3.2.1-ci yarımbəndin ikinci abzasında “PİN” sözü “FİN” sözü ilə əvəz edilsin;

1.7.3. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.8. Onlayn sınaq imtahanının keçirilməsi haqqında inzibati reqlament”də (8 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.8.1. 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09, +99412 441-52-20” nömrələri “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.8.2. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. nəzarət forması: nəzarət onlayn rejimdə TQDK-nın İnformasiyalaşdırma və texnoloji təminat şöbəsi tərəfindən həyata keçirilir.

3.5.2. nəzarət qaydası: istifadəçilərdən irad və təkliflərin qəbulu və metodiki dəstəyin göstərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektoru tərəfindən həyata keçirilir.”;

1.8.3. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.9. İnternetdə video mühazirələr haqqında inzibati reqlament”də (9 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.9.1. 2.5-ci bəndin beşinci abzasında “+99412 440 30 09” nömrəsi “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.9.2. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.10. TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı haqqında inzibati reqlament”də (10 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.10.1. 1.8-ci bənddə “qəbul imtahanında istifadə etmək üçün- iş nömrəsi və şifr, sınaq imtahanlarında istifadə etmək üçün – seriya nömrəsi və PİN kod“ sözləri “elektron ərizə vermək üçün- iş nömrəsi və şifr, sınaq imtahanına yazılmaq üçün – seriya nömrəsi və PİN kod” sözləri ilə əvəz edilsin;

1.10.2. 2.2-ci bəndin ikinci abzasında “Fun Mobile” sözləri “SMARTY” sözü ilə əvəz edilsin;

1.10.3. 2.5-ci bənd üzrə:

1.10.3.1. beşinci abzasda “+994 12 440 30 09” nömrəsi “ +99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.10.3.2. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

“SMARTY MMC (Bakcell abonentləri üçün): +994 12 408 12 02, +994 55 408 12 02, 616”;

1.10.3.3. səkkizinci abzasda “ 3030” nömrəsindən əvvəl “+99412 4495881” nömrəsi əlavə edilsin;

1.10.3.4. doqquzuncu abzasda “MMC” sözü “ASC” sözü ilə əvəz edilsin;

1.10.3.5. on birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Mobile Payment Systems MMC: +994124373073,”;

1.10.3.6. aşağıdakı redaksiyada on ikinci abzas əlavə edilsin:

EasyPay MMC: +994125645498.”;

1.10.4. 2.6-cı bəndin ikinci abzasında “Netmoney kartlarından istifadə edildikdə- Netmoney” sözləri “Portmanat kod kartlarından istifadə edildikdə- Portmanat” sözləri ilə əvəz edilsin;

1.10.5. 3.2.1-ci yarımbəndin ikinci abzasında “Netmoney” sözü “Portmanat kod” sözləri ilə, “Netmoney şifrini” sözləri “Portmanat kodunu” sözləri ilə əvəz edilsin;

1.10.6. 3.2.2-ci, 3.3.1-ci və 3.3.2-ci yarımbəndlərinin birinci abzasında “Netmoney” sözü “Portmanat kod” sözləri ilə əvəz edilsin;

1.10.7. 3.4.1-ci yarımbənd üzrə:

1.10.7.1. birinci abzasda “Netmoney” sözü “Portmanat kod” sözləri ilə, “MMC, Azericard, Netmoney MMC” sözləri “ASC, Azericard, Mobile Payment Systems MMC, EasyPay” sözləri ilə əvəz edilsin;

1.10.7.2. ikinci və üçüncü abzaslarda “Fun Mobile” sözləri “SMARTY” sözü ilə əvəz edilsin;

1.10.8. 3.4.2-ci yarımbəndin birinci abzasında “Netmoney” sözü “Portmanat kod” sözləri ilə əvəz edilsin;

1.10.9. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.11. TQDK nəşrlərinin və onların elektron versiyalarının onlayn satışı haqqında inzibati reqlament”də (11 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.11.1. 2.5-ci bənd üzrə:

1.11.1.1. beşinci abzasda “+99412 440 30 09, +99412 441-52-20” nömrələri “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.11.1.2. altıncı abzasda “MMC” sözü “ASC” sözü ilə əvəz edilsin;

1.11.3. 3.4.1-ci yarımbəndin birinci və ikinci abzaslarında “MMC” sözü “ASC” sözü ilə əvəz edilsin;

1.11.4. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”;

 

1.12. TQDK-nın yenilikləri barədə SMS məlumatlandırma haqqında inzibati reqlament”də (12 nömrəli əlavə) aşağıdakı dəyişikliklər edilsin:

1.12.1. 2.2-ci və 3.4.1-ci yarımbənddə “Fun Mobile” sözləri “SMARTY” sözü ilə əvəz edilsin;

1.12.2. 2.5-ci bənd üzrə:

1.12.2.1. beşinci abzasda “+994 12 440 30 09” nömrəsi “+99412 5024792, +99412 5024782” nömrələri ilə əvəz edilsin;

1.12.2.2. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:

“ SMARTY MMC (Bakcell abonentləri üçün): +994 12 408 12 02, +994 55 408 12 02 , 616.”;

1.12.2.3. səkkizinci abzasda “3030” nömrəsindən əvvəl “+99412 4495881,” nömrəsi əlavə edilsin;

1.12.3. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verilə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.”.

2. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Bu qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Kollegiyasının 12.01.2016-cı il tarixli iclasının protokolu

 

Kollegiyasının sədri                                                                         Məleykə Abbaszadə