AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKIN İDARƏ HEYƏTİNİN QƏRARI

Qəbul edildiyi tarix

22.01.2016

Qeydiyyat nömrəsi

05/3

Adı

Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

03.02.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.060.010

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

23201601220053

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

02.02.2016

 

 

Xarici bankların yerli nümayəndəliklərinin hesabatlığının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.4-cü maddəsinə əsasən

 

Q Ə R A R A   A L I R:

 

1. “Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). [1]

2. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28.06.2004-cü il tarixli qərarı ilə (11 nömrəli protokol) təsdiq edilmiş (17.07.2004-cü il tarixli 3064 nömrəli şəhadətnamə) “Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və Mərkəzi Banka təqdim edilməsi Qaydası” ləğv edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

 

 

Sədr                                                                                                                             Elman Rüstəmov

 

 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

Qərar ¹ 05/3

 

22 yanvar 2016-cı il

 

 

Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 46.4-cü maddəsinə əsasən hazırlanmış və xarici bankın yerli nümayəndəliyinin (bundan sonra - nümayəndəlik) idarə edilməsi qaydası və cari fəaliyyəti haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Mərkəzi Bank) təqdim etdiyi hesabatın forması, məzmunu və təqdim edilməsi qaydasını müəyyən edir.

 

2. Hesabatın tərtib olunması və təqdim edilməsi

 

2.1. Nümayəndəlik idarə edilməsi qaydasını və cari fəaliyyətini əks etdirən illik hesabat (Əlavə 1) tərtib edir və hesabat dövründən sonrakı ilin iyun ayının 1-dən gec olmayaraq təqdim edir.

2.2. Hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla olan dövr sayılır. İl ərzində yeni yaradılan nümayəndəlik üçün birinci hesabat dövrü onun dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla olan dövr sayılır.

2.3. Hesabat nümayəndəliyin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş kağız daşıyıcıda və ya elektron imza ilə təsdiq edilmiş elektron sənəd formasında Mərkəzi Banka təqdim edilir.

 

 


 

 

Xarici bankın yerli nümayəndəliyinin hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”na Əlavə 1

 

 

 

 

____________________ bankın yerli nümayəndəliyinin fəaliyyəti barədə

(təsisçi bankın adı)

 

Hesabat

 

 

Mən, _________________________________________    _______________________________

                                        (soyadı, adı, atasının adı)                                                   (təsisçi bankın adı)

bankın

______________________nümayəndəliyinin rəhbəri ___________ il üçün nümayəndəliyin fəaliyyəti barədə aşağıdakı məlumatları əks etdirən hesabatı təqdim edirəm.

 

1.    Nümayəndəlik haqqında məlumat:

1.1.       nümayəndəliyin adı ________________________________________________________;

1.2.       poçt ünvanı _______________________________________________________________;

1.3.       elektron poçt ünvanı _______________________________________________________;

1.4.       əlaqə telefonu _____________________________________________________________;

1.5.       təşkilatı struktur ___________________________________________________________;

1.6.   nümayəndəliyin Azərbaycan Respublikasında hesab açdığı bankın (bankların) adı

______________________________________________________________________________

2.    Nümayəndəliyi təsis etmiş bank haqqında məlumat:

2.1.       bankın adı ________________________________________________________________;

2.2.       poçt ünvanı _______________________________________________________________;

2.3.       elektron poçt ünvanı _______________________________________________________;

2.4.       əlaqə telefonu _____________________________________________________________;

2.5.       internet saytı ______________________________________________________________;

2.6.       müşahidə (direktorlar) şurasının sədri (soyadı, adı, atasının adı) _________________;

2.7.       idarə heyətinin sədri (baş icraçı) (soyadı, adı, atasının adı) ______________________;

2.8.       təsisçi bankın fəaliyyətini tənzimləyən və nəzarət edən orqanın adı ______________;

2.9.       təsisçi bank holdinq şirkətinə daxildirsə, həmin şirkət barədə bu Qaydanın 2.1 – 2.8-ci bəndlərdə olan məlumat _________________________________________________________;

2.10.    hesabat ilinin sonuna təsisçi bankın törəmə bankları, xarici ölkələrdəki filial və nümayəndəlikləri barədə məlumat (adları və ünvanları) _______________________________;

2.11.    təsisçi bankda və onun filiallarında müxbir hesabları (“Nostro”) olan yerli banklar__________________________________________________________________________;

2.12.    təsisçi bankın və onun filiallarının müxbir hesabları (“Loro”) olan yerli banklar ___;

2.13.    yerli bankların təsisçi bankla və ya onun filialları ilə müxbir münasibətlərinə xitam verildikdə bunun səbəbləri ________________________________________________________;

2.14.    hesabat ili ərzində təsisçi bankdan və onun filiallarından banklararası kredit və ya depozit almış, habelə onlara kredit və ya depozit vermiş yerli banklar ___________________;

2.15.    təsisçi banka qarşı yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə tətbiq edilən nəzarət tədbirləri barədə məlumat və ya heç bir nəzarət tədbiri tətbiq olunmadığı halda bu barədə qeyd ___________________.

3.    Nümayəndəliyin idarə edilməsi və fəaliyyəti haqqında məlumat:[1]

3.1.   nümayəndəlik tərəfindən hesabat dövründə həyata keçirdiyi fəaliyyət barədə məlumat ________________________________________________________________________;

3.2.       nümayəndəliyin fəaliyyəti üzərində təsisçi bankın nəzarətin həyata keçirilməsi formaları və dövriliyi (monitorinqin həyata keçirilməsi, hesabatlıq sistemi, audit) _________;

3.3.       nümayəndəliyin işçilərinin sayı və əgər rəhbərliyin tərkibində dəyişikliklər varsa, bunun səbəbləri __________________________________________________________________.

4.    Nümayəndəliyin yerli və xarici banklarda olan bank hesabları üzrə pul axını barədə məlumat (mln. manatla):

4.1.   İl ərzində hesab üzrə mədaxil olmuş vəsait:                                                 (mln. manat)

4.1.1. əmək haqqı üçün __________________________________________________________;

4.1.2. əsas vəsaitlərin alınması və saxlanması üçün __________________________________;

4.1.3. digər məqsədlər üçün (açıqlanmalı) __________________________________________;

4.2.   İl ərzində hesab üzrə məxaric olunmuş vəsaitlər:

4.2.1. əmək haqqı üçün __________________________________________________________;

4.2.2. əsas vəsaitlərin alınması və saxlanması üçün __________________________________;

4.2.3. digər məqsədlər üçün (açıqlanmalı) __________________________________________;

4.3.   nümayəndəliyin kassasında olan orta aylıq nağd pul qalığının məbləği ___________;

4.4.   nümayəndəliyin bank hesablarında olan orta aylıq qalığının məbləği _____________

5.    Hesabata aşağıdakı sənədlər əlavə olunur:[2]

5.1.   təsisçi bankın kənar auditor yoxlamasından keçmiş illik maliyyə hesabatı və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş auditor rəyinin surətləri;

5.2.   təsisçi bank tərəfindən nümayəndəlikdə aparılan yoxlamanın nəticələrini əks etdirən sənədlər.

6.    Nümayəndəliyinin və təsisçi bankın idarə edilməsi və cari fəaliyyəti barədə digər əhəmiyyətli məlumat[3].

 

 

Nümayəndəliyin rəhbəri _____________ ________________________________ ____________

                                                          (imza)                           (soyadı, adı, atasının adı)                           (tarix)

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                          07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] Xarici valyutada pul axınları manatın xarici valyutaya nisbətdə hesabatın tərtib edilməsi gününə olan rəsmi məzənnə ilə manat ekvivalentində göstərilir.

[2] Təsisçi bankın maliyyə hesabatının və auditor rəyinin istifadəçilərə təqdim edilməsi vaxtı xarici bankın yerləşdiyi ölkənin qanunvericiliyinə görə bu hesabatın təqdim edilməsi vaxtı ilə uyğun deyilsə, habelə nümayəndəlikdə hesabatın təsisçi bank tərəfindən təqdim edilməsi vaxtı yoxlama aparılmamışdırsa, bu sənədlər hazır olduqca təqdim olunmalıdır.

[3] Nümayəndəliyinin öz mülahizəsinə əsasən doldurulur.



[1] 07 iyul 2017-ci il tarixli 17/1 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201707070171, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 iyul 2017-ci il) ilə ləğv edilmişdir.