AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASININ QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN QƏRARI

Qəbul edildiyi tarix

03.02.2016

Qeydiyyat nömrəsi

13-q

Adı

Qiymətli kağızların dövlət reyestrinin aparılması Qaydasının təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

12.02.2016

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201602030013

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

12.02.2016

 

 

Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1284-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 iyul tarixli 566 nömrəli Fərmanının 3.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin 14.5-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (Komitə)

 

QƏRARA ALIR:

 

Qiymətli kağızların dövlət reyestrinin aparılması Qaydası təsdiq edilsin (Əlavə olunur).

Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Qiymətli kağızların qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, Komitənin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

Sədr

Rüfət Aslanlı

 


 

Təsdiq edilmişdir

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar 13-q

03 fevral 2016- cı il

Sədr

_______________

R. Aslanlı

 

Qiymətli kağızların dövlət reyestrinin aparılması

Qaydası

1. Ümumi müddəalar

 

1.1 Bu Qaydalar Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanununun 84.2-ci maddəsinə müvafiq olaraq hazırlanmışdır və qiymətli kağızların dövlət reyestrinin (bundan sonra - Reyestr) aparılması qaydalarını müəyyən edir.

1.2 Reyestr Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) tərəfindən aparılır və onun informasiya resursudur.

1.3 Reyestrin formalaşdırılması, aparılması və ondan istifadə edilməsi Qiymətli kağızların elektron dövlət reyestri proqram təminatı vasitəsi ilə həyata keçirilir.

1.4 Reyestrin əsas məqsədləri aşağıdakılardır:

1.4.1 qiymətli kağızların dövlət reyestrinin aparılmasının təmin edilməsi;

1.4.2 qiymətli kağızlarla bağlı hesabatların hazırlanması;

1.4.3 dövlət orqanları ilə məlumat mübadiləsinin təmin edilməsi.

1.5 Qiymətli kağızlar və ya qiymətli kağızların buraxılışları dövlət qeydiyyatına alındıqda, qiymətli kağızlar dövriyyədən çıxarıldıqda bu barədə məlumatlar reyestrə daxil edilir.

 

2. Dövlət reyestrinə daxil olunan məlumatlar

 

 

2.1 Reyestrə qiymətli kağızlar, qiymətli kağızların buraxılışları, qiymətli kağızların dövriyyədən çıxarılması ilə bağlı aşağıdakılar barədə məlumatlar daxil edilir:

2.1.1 emitentlər;

2.1.2 səhmlərin emissiyası;

2.1.3 istiqrazların emissiyası;

2.1.4 veksellərin qeydiyyatı;

2.1.5 girov kağızının qeydiyyatı;

2.1.6 ipoteka kağızının qeydiyyatı;

2.1.7 daşınmaz əmlak sertifikatlarının buraxılışının qeydiyyatı;

2.1.8 depozitar qəbzlərinin buraxılışının qeydiyyatı;

2.1.9 təsdiq olunmuş emissiya prospektləri.

2.2 Reyestrə emitentlər barədə aşağıdakı məlumatlar daxil edilir:

2.2.1 emitentin adı;

2.2.2 vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

2.2.3 hüquqi ünvanı;

2.3 Reyestrə qiymətli kağızların qeydiyyatı barədə aşağıdakı məlumatlar daxil edilir:

2.3.1 qiymətli kağızların emitentinin adı;

2.3.2 qiymətli kağızların və ya qiymətli kağızların buraxılışlarının qeydiyyat tarixi;

2.3.3 qiymətli kağızların buraxılışı haqqında qərarın qəbul edilməsi tarixi (olduqda);

2.3.4 qiymətli kağızların və ya qiymətli kağızların buraxılışlarının dövlət qeydiyyat nömrəsi (beynəlxalq eyniləşdirmə kodu (olduqda));

2.3.5 qiymətli kağızların növü;

2.3.6 qiymətli kağızların forması;

2.3.7 qiymətli kağızların sayı, nominal dəyəri və məcmu nominal dəyəri.

2.3.8 dövriyyədən çıxarılmış qiymətli kağızlar barədə qeyd.

 

3. Dövlət reyestrindən istifadə

 

3.1 Səhmlərin, istiqrazların və depozitar qəbzlərin buraxılışı dövlət qeydiyyatına alındıqda emitentə qiymətli kağızların dövlət qeydiyyatına alınması barədə qiymətli kağızların dövlət reyestrindən Çıxarış (Əlavə 1) verilir.

3.2 Daşınmaz əmlak sertifikatlarının buraxılışı dövlət qeydiyyatına alındıqda emitentə qiymətli kağızların dövlət qeydiyyatına alınması barədə qiymətli kağızların dövlət reyestrindən Çıxarış (Əlavə 2) verilir.


 

 

Qiymətli kağızların dövlət reyestrinin aparılması

Qaydasına

Əlavə 1

 

QİYMƏTLİ KAĞIZLARIN DÖVLƏT REYESTRİNDƏN

ÇIXARIŞ

 

Emitentin adı: _____________________________________________________________________

Qiymətli kağızlar buraxılışının qeydiyyat nömrəsi/

beynəlxalq eyniləşdirmə kodu: ______________________________________________________

Qiymətli kağızların növü: ___________________________________________________________

Qiymətli kağızın nominal dəyəri: ____________________________________________________

Qiymətli kağızların sayı: ____________________________________________________________

Qiymətli kağızların buraxılışının qeydiyyat tarixi: ______________________________________

__________________________________________________________________________________

(Məsul şəxsin vəzifəsi)

(Məsul şəxsin adı, soyadı və imzası)

___________________________________________________________________________________

(Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin möhürü)

 


 

 

Qiymətli kağızların dövlət reyestrinin aparılması

Qaydasına

Əlavə 2

 

QİYMƏTLİ KAĞIZLARIN DÖVLƏT REYESTRİNDƏN

ÇIXARIŞ

 

Daşınmaz əmlak sertifikatlarının emitentinin adı: _____________________________________

Daşınmaz əmlak sertifikatlarının buraxılışının dövlət qeydiyyat nömrəsi: ________________

Buraxılışa daxil olan daşınmaz əmlak sertifikatlarının sayı: _____________________________

Buraxılışda olan daşınmaz əmlak sertifikatlarının məcmu nominal dəyəri: _______________

Buraxılışın qeydiyyat tarixi: ________________________________________________________

__________________________________________________________________________________

(Məsul şəxsin vəzifəsi)

(Məsul şəxsin adı, soyadı və imzası)

___________________________________________________________________________________

(Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin möhürü)